Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, Saleh Məhərrəmovun 50 illik yubileyi qeyd olunub

Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, Saleh Məhərrəmovun 50 illik yubileyi qeyd olunub AMEA Naxçıvan Bölməsində Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Saleh Heydər oğlu Məhərrəmovun anadan olmasının 50 illik Yubileyinə həsr olunmuş yığıncaq keçirilmişdir.

Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq Saleh Məhərrəmovun keçdiyi ömür yolundan, onun Azərbaycan elminin, təhsilinin inkişafındakı xidmətlərindən danışmışdır.

Tədbirdə Naxçıvan Dövlət Universitetinin prorektoru, professor Məmməd Rzayev “Əməkdar elm xadimi Saleh Məhərrəmovun ömür yolu, elmi və pedaqoji fəaliyyəti” adlı məruzə etmişdir.
Qeyd edilmişdir ki, Saleh Məhərrəmov 101 elmi məqalənin, 3 monoqrafiyanın, 2 dərs vəsaitinin, 2 proqram, 2 təklif və 1 metodik vəsaitin müəllifidir. Onun rəhbərliyi altında 10 fəlsəfə doktoru dissertasiya işi yerinə yetirilir.

Yığıncaqda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, əməkdar elm xadimi, professor Oruc Həsənli, “Naxçıvan” Universitetinin rektoru, professor İsmayıl Əliyev, Naxçıvan Dövlət Universitetinin “Sosial idarəetmə və hüquq” fakültəsinin dekanı, dosent Qərib Allahverdiyev, Naxçıvan Dövlət Universitetinin “Tibb” fakültəsinin dekanı, dosent Bəhruz Məmmədov və b. çıxış edərək Saleh Məhərrəmovun elmi fəaliyyətini yüksək qiymətləndirmiş və ona gələcək işlərində uğurlar arzulamışlar.

Sonda Saleh Məhərrəmov ona göstərilən böyük qayğıya və elmi fəaliyyətinə verilən yüksək qiymətə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova və yığıncaq iştirakçılarına öz dərin minnətdarlığını bildirmişdir.

REDAKSİYADAN:

Biz d əAMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Saleh Heydər oğlu Məhərrəmovu anadan olmasının 50 illik Yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:

"Naxçıvan dünyanın ən qədim şəhərlərindən biri" kitabının təqdimatı olub

Naxçıvan
“Naxçıvan: tarixi yaddaş və müasir yüksəliş” kitabının təqdimatı olub

“Naxçıvan: tarixi yaddaş və müasir yüksəliş” kitabının təqdimatı olub

Naxçıvan
Professor Yəhya Məmmədovun 85 illik yubileyi qeyd olunub

Professor Yəhya Məmmədovun 85 illik yubileyi qeyd olunub

BDU
TƏBRİK EDİRİK!.. BDU-nun rektoru Rusiya Elmlər Akademiyasının həqiqi üzvü s ...

TƏBRİK EDİRİK!.. BDU-nun rektoru Rusiya Elmlər Akademiyasının həqiqi üzvü s ...

BDU, Təbriklər
AMEA Naxçıvan Bölməsinin “Xəbərlər” jurnalının növbəti sayı işıq üzü görüb

AMEA Naxçıvan Bölməsinin “Xəbərlər” jurnalının növbəti sayı işıq üzü görüb

Naxçıvan
AMEA-nın müxbir üzvü Kamran Əliyevin 65 yaşı tamam olur

AMEA-nın müxbir üzvü Kamran Əliyevin 65 yaşı tamam olur

Humanitar elmlər, Təbriklər
Professor Pənah Xəlilovun 90 illik yubileyi

Professor Pənah Xəlilovun 90 illik yubileyi

Əsas xəbər, BDU, Borçalı
“Naxçıvan Muxtar Respublikasında elmin inkişafı: mərhələlər, uğurlar, vəzif ...

“Naxçıvan Muxtar Respublikasında elmin inkişafı: mərhələlər, uğurlar, vəzif ...

Naxçıvan, Elanlar
AMEA-da professor Qəzənfər Kazımovun 80 illik yubileyi qeyd olunub

AMEA-da professor Qəzənfər Kazımovun 80 illik yubileyi qeyd olunub

Humanitar elmlər
Tanınmış türkoloq, görkəmli dilçi-alim və millət vəkili NİZAMİ CƏFƏROV AMEA ...

Tanınmış türkoloq, görkəmli dilçi-alim və millət vəkili NİZAMİ CƏFƏROV AMEA ...

Humanitar elmlər
AMEA-nın müxbir üzvü İlham Şahmuradovun 60 illik yubileyi keçirilib

AMEA-nın müxbir üzvü İlham Şahmuradovun 60 illik yubileyi keçirilib

Biologiya və tibb elmləri, Təbriklər
Professor Tapdıq Həsənovun 80 illik yubileyi keçirilib

Professor Tapdıq Həsənovun 80 illik yubileyi keçirilib

BDU, Qarayazı, Təbriklər
Nuh Yurdunun böyük oğlu!..

Nuh Yurdunun böyük oğlu!..

Naxçıvan, "Zirvə", Təbriklər
Saytımızın Naxçıvan yazarı elmi işini uğurla müdafiə edib... TƏBRİK EDİRİK! ...

Saytımızın Naxçıvan yazarı elmi işini uğurla müdafiə edib... TƏBRİK EDİRİK! ...

Naxçıvan, Təbriklər
Üçrəngli bayrağımızın əbədi qayıdış günü adlı tədbir keçirilib

Üçrəngli bayrağımızın əbədi qayıdış günü adlı tədbir keçirilib

Naxçıvan
AMEA-nın professoru Salidə Şərifova Rusiya Təbiət Elmləri Akademiyasının hə ...

AMEA-nın professoru Salidə Şərifova Rusiya Təbiət Elmləri Akademiyasının hə ...

Humanitar elmlər
“Azərbaycanın elm məbədi”

“Azərbaycanın elm məbədi”

Elm, "Zirvə"
AMEA-nın müxbir üzvü Muxtar İmanov - 60

AMEA-nın müxbir üzvü Muxtar İmanov - 60

Elm, "Zirvə", Təbriklər
ZiM.Az-ın Naxçıvan yazarı elmi işini uğurla müdafiə edib... TƏBRİK EDİRİK!. ...

ZiM.Az-ın Naxçıvan yazarı elmi işini uğurla müdafiə edib... TƏBRİK EDİRİK!. ...

Naxçıvan, Təbriklər
AMEA Botanika İnstitutunun yeni direktoru kollektivə təqdim edilib

AMEA Botanika İnstitutunun yeni direktoru kollektivə təqdim edilib

Biologiya və tibb elmləri
Rəy yazın: