MDB PAA DİMBİ Bakı filialı “Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolu” mövzusunda dəyirmi masa keçirib

MDB PAA DİMBİ Bakı filialı “Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolu”  mövzusunda dəyirmi masa keçirib MDB PAA DİMBİ Bakı filialı “Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolu”  mövzusunda dəyirmi masa keçiribMDB PAA DİMBİ Bakı filialı “Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolu”  mövzusunda dəyirmi masa keçirib MDB PAA DİMBİ Bakı filialı “Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolu”  mövzusunda dəyirmi masa keçirib Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının
iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun (MDB PAA DİMBİ) Bakı filialının təşkilatçılığı ilə 2018-ci il dekabrın 3-də “Azərbaycanın
ictimai-siyasi həyatında
qadınların rolu”
mövzusunda
“dəyirmi masa” keçirilib.

ZiM.Az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası
Milli Məclisinin deputatları, bir sıra dövlət strukturlarının məsul əməkdaşları, müxtəlif ictimaiyyət və elm xadimləri, KİV və QHT-lərin, siyasi partiyaların, MDB PAA və TÜRK PA-nın nümayəndələri, MDB PAA DİMBİ-nin Kişinyov və Bişkek filiallarından olan qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan MDB PAA DİMBİ-nin
Bakı filialının direktoru
Elman İmaməliyev
bildirib ki, Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolu mövzusu həmişə aktual olub, bu gün də aktuallığını saxlayır. Bildirilib ki, qadınlar Azərbaycanın dövlətçilik tarixində, ölkənin inkişafında, ictimai-siyasi mühitinin formalaşmasında xüsusi yer tuturlar. Qeyd edilib ki, ulu öndər Heydər Əliyev qadınların cəmiyyətdəki nüfuzuna, onların mənəvi potensialına və həyat təcrübəsinə bələd idi. Məhz ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtmasından sonra ölkəmizdə qadın hərəkatı daha da genişlənib. Bu sahə ilə bağlı çoxsaylı tədqiqatlar aparılıb, mühüm addımlar atılıb.

MDB Parlamentlərarası Assambleyasının baş katibi Yuri Osipovun tədbir iştirakçılarına ünvanladığı məktubu oxuyan bu qurumun baş katibinin müavini, Milli Məclisin Rusiyadakı səlahiyyətli nümayəndəsi Aydın Cəfərov müasir cəmiyyətimizdə qadınların rolunun getdikcə daha da artdığını vurğulayıb.

MDB Parlamentlərarası Assambleyasının Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun direktor müavini Sergey Karavayev hələ 100 il əvvəl Azərbaycanda qadınlara verilən hüquqları yüksək qiymətləndirib, bunu Azərbaycan cəmiyyətinin demokratik inkişafının təzahürü kimi dəyərləndirib.

Milli Məclisin deputatı Kamilə Əliyeva tədbirdə çıxış edərək qeyd edib ki, bu gün Azərbaycan qadınları ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, yaradılan imkanlardan səmərəli istifadə edirlər. Onlar sərbəst təhsil alır, peşə biliklərini artırır, müxtəlif sahələrdə səmərəli fəaliyyət göstərirlər. Bu gün Azərbaycan qadınlarının uğurları, onların müasir cəmiyyətdəki mövqeyi əvvəlki nəsillərin zəhmətinin nəticəsi, gözəl ənənələrin davamıdır. Qadınlarımız xalqımıza xas olan milli xüsusiyyətləri, etik norma və davranışları qoruyub saxlamağa çalışırlar.

“Bu gün Azərbaycan qadını haqqında danışanda, ilk növbədə, ölkənin Birinci-vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı xüsusi qeyd etmək lazımdır. Mehriban Əliyeva fəaliyyəti ilə Azərbaycan iqtisadiyyatına, siyasətinə, mədəniyyətinə, təhsilinə, səhiyyəsinə töhfələr verir”, - deyə K.Əliyeva bildirib.

Milli Məclisin deputatı Ülviyyə Ağayeva qeyd edib ki, müasir dövrdə gender məsələlərinə xüsusi diqqət yetirildiyi bir zamanda Azərbaycan qadınlarının cəmiyyətin həyatında fəal iştirak etməsi üçün ölkəmizdə geniş imkanlar mövcuddur. Bu gün Azərbaycan qadınları ölkədə baş verən ictimai-siyasi proseslərdə yaxından iştirak edirlər. Qadınlarımız ölkədə həyata keçirilən mühüm layihələrdə çalışırlar.

“Dəyirmi masa”da çıxış edən Milli Məclisin deputatı Elmira Axundova bildirib ki, ulu öndər Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərliyi dövründə qadınların respublikanın ictimai-siyasi, sosial və mədəni həyatındakı rolu və əhəmiyyəti xeyli artdı. 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra da ölkəmizdə qadın və gender siyasəti davam etdirilib. Azərbaycan qadını müstəqil respublikamızda bərqərar olmuş demokratik cəmiyyətin fəal üzvü kimi çıxış etmək imkanı qazanıb. Diqqətə çatdırılıb ki, 1998-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb və Azərbaycan Respublikası Prezidenti “Azərbaycanda qadınların rolunun artırılması haqqında” Sərəncam imzalayıb. Bu, ölkəmizdə gender siyasətinə verilən önəmin göstəricisidir.

Tədbirdə çıxış edən Milli Məclisin deputatları Rüfət Quliyev, Pərvin Kərimzadə, Milli Məclisin sosial qanunvericilik şöbəsinin müdiri, professor Adilə Abasova qadınların cəmiyyətdə nüfuzunun artması, onların ölkəmizin ictimai-siyasi həyatında daha yaxından iştirak etməsi istiqamətində ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlərdən danışıblar.

Tədbirdə gender bərabərliyinin təmin olunması üzrə Azərbaycan Respublikasında həyata keçirilən islahatlar, o cümlədən, qəbul və ratifikasiya edilən sənədlər, həyata keçirilən dövlət proqramları və onların nəticələri, qadınların ölkəmizin ictimai-siyasi həyatında iştirakının səciyyəvi xüsusiyyətləri, Dövlət Gender Siyasəti və onun icrası üzrə görülən işlər və digər istiqamətlər üzrə müzakirələr aparılıb.

MDB PAA DİMBİ Bakı filialı “Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolu”  mövzusunda dəyirmi masa keçirib Tədbirdə MDB məkanında qender məsələləri ilə bağlı keyfiyyət göstəriciləri və indikatorların işlənib hazırlanması ilə bağlı təkliflər irəli sürülüb.

Həmçinin tədbirə qatılan beynəlxalq təşkilatların nümayəndələri təmsil etdikləri qurumların gender əlaqəli fəaliyyətinə dair təcrübələrini paylaşıblar.

Tədbirin sonunda MDB PAA DİMBİ Bakı filialının 2 dildə hazırladığı əyani vəsaitlər iştirakçılara paylanılıb.

"Dəyirmi masa"da "Ziya" qəzetinin və "ZiM.Az" saytının Baş redaktoru Müşfiq Borçalı da iştirak edib.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
“Azərbaycan Respublikasının ictimai-siyasi həyatında QHT-lərin rolu” mövzus ...

“Azərbaycan Respublikasının ictimai-siyasi həyatında QHT-lərin rolu” mövzus ...

Milli Məclis, QHT
MDB PAA DİMBİ Bakı filialı AzTU-da maarifləndirici tədbir keçirib

MDB PAA DİMBİ Bakı filialı AzTU-da maarifləndirici tədbir keçirib

AzTU, QHT
MDB PAA DİMBİ Bakı filialının direktoru Sankt-Peterburqda keçirilmiş  beynə ...

MDB PAA DİMBİ Bakı filialının direktoru Sankt-Peterburqda keçirilmiş beynə ...

Milli Məclis, Rusiya
MDB PAA DİMBİ Bakı filialı “ Demokratik islahatların həyata keçirilməsində  ...

MDB PAA DİMBİ Bakı filialı “ Demokratik islahatların həyata keçirilməsində ...

Milli Məclis
Lerikdə demokratik islahatlar haqqında seminar keçirmişdir

Lerikdə demokratik islahatlar haqqında seminar keçirmişdir

Regionlar, Siyasət
MDB PAA DİMBİ Bakı filialı BSU ilə birlikdə “Demokratik dövlətin inkişafınd ...

MDB PAA DİMBİ Bakı filialı BSU ilə birlikdə “Demokratik dövlətin inkişafınd ...

BSU, MEDİA
AzTU ilə MDB PAA DİMBİ Bakı filialı arasında memorandum imzalanıb

AzTU ilə MDB PAA DİMBİ Bakı filialı arasında memorandum imzalanıb

Milli Məclis, AzTU
Sankt-Peterburqda “Səmərəli seçki orqanları və demokratik seçkilər” mövzusu ...

Sankt-Peterburqda “Səmərəli seçki orqanları və demokratik seçkilər” mövzusu ...

Milli Məclis, Rusiya
MDB PAA DİMBİ Bakı filialı ilə AMEA Hüquq və İnsan Haqları İnstitutu arasın ...

MDB PAA DİMBİ Bakı filialı ilə AMEA Hüquq və İnsan Haqları İnstitutu arasın ...

Milli Məclis, İctimai elmlər
Bolnisidə “Seçkilərdə qadınların rolu və onların ehtiyacı” mövzusunda müzak ...

Bolnisidə “Seçkilərdə qadınların rolu və onların ehtiyacı” mövzusunda müzak ...

Bolus
“Azərbaycan Respublikasının timsalında müasir demokratik dövlətin parlament ...

“Azərbaycan Respublikasının timsalında müasir demokratik dövlətin parlament ...

Milli Məclis, AzTU
MDB PAA DİMBİ Bakı filialının əməkdaşları Tacikistanda keçirilmiş referendu ...

MDB PAA DİMBİ Bakı filialının əməkdaşları Tacikistanda keçirilmiş referendu ...

Milli Məclis, Orta Asiya
Qafqazşünaslıq İnstitutunda Ulu öndər Heydər Əliyevin anım gününə həsr olun ...

Qafqazşünaslıq İnstitutunda Ulu öndər Heydər Əliyevin anım gününə həsr olun ...

İctimai elmlər
“Müasir şəraitdə türk xalqları arasında əməkdaşlığın prespektivləri” mövzus ...

“Müasir şəraitdə türk xalqları arasında əməkdaşlığın prespektivləri” mövzus ...

Elm, İctimai elmlər, Hüquq, Turan
AMEA-da “Heydər Əliyev dərsləri: elm, gender və müasir reallıqlar” mövzusun ...

AMEA-da “Heydər Əliyev dərsləri: elm, gender və müasir reallıqlar” mövzusun ...

Humanitar elmlər, "Zirvə"
İnsan hüquqlarının müdafiəsi Azərbaycanın dövlət siyasətinin əsas istiqamət ...

İnsan hüquqlarının müdafiəsi Azərbaycanın dövlət siyasətinin əsas istiqamət ...

Əsas xəbər, "Zirvə"
Fatma Yıldırım:

Fatma Yıldırım: "Analarımızın tərbiyə etdiyi bu oğullar olmasaydı..."

Milli Məclis, Qadın dünyası
Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında

Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında

İctimai elmlər, "Zirvə"
Azərbaycanda keçiriləcək referendum Rusiayadakı azərbaycanlı gənclərlə müza ...

Azərbaycanda keçiriləcək referendum Rusiayadakı azərbaycanlı gənclərlə müza ...

Rusiya, Diaspora
Azərbaycan Milli QHT Forumunun doqquzuncu qurultayı keçirilib

Azərbaycan Milli QHT Forumunun doqquzuncu qurultayı keçirilib

QHT
Rəy yazın: