Əflatun AMAŞOV: «İşsizlikdən sığorta haqqında» qanun ölkəmizin əmək, ümumən sosial münasibətləri sisteminə yeni baxış, yeni nəfəs gətirəcək..."

Əflatun AMAŞOV: «İşsizlikdən sığorta haqqında» qanun ölkəmizin əmək, ümumən sosial münasibətləri sisteminə yeni baxış, yeni nəfəs gətirəcək..."
Milli Məclisin 13 iyun 2017-ci il tarixli
plenar iclasında
AZƏRBAYCAN MƏTBUAT ŞURASININ SƏDRİ, MİLLƏT VƏKİLİ,
ƏFLATUN AMAŞOV
«İşsizlikdən sığorta haqqında» qanun layihəsi ilə bağlı müzakirə zamanı çıxış etmişdir.
Aşağıda həmin çıxışın mətnini
ZiM.Az-ın dəyərli oxucularına
təqdim edirik:

"Mən də «İşsizlikdən sığorta haqqında» qanun layihəsi ilə bağlı öz fikirlərimi bildirmək istərdim. Hesab edirəm ki, bu qanun ölkəmizin əmək, ümumən sosial münasibətləri sisteminə yeni baxış, yeni nəfəs gətirəcək.
Eyni zamanda qarşılıqlı məsuliyyət kateqoriyalarını dəqiqləşdirəcək. Mediadan bununla bağlı müəyyən fikirlərlə tanışam. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümovun açıqlamaları olub. Cənab nazir məsələni ətraflı izah edib.
Qanun ona görə vacibdir ki, əmək bazarı qlobal böhranların təsirinə ən tez məruz qalan sahədir. Burada sabitliyin qorunması dövlətin vəzifəsidir. Əlbəttə, ölkəmizdəki məlum böhranın fəsadları müəyyən qədər aradan qalxıb. Ancaq biz uzunmüddətli effektivliyi düşünməliyik və qanun layihəsi həm də bu baxımdan zəruridir.

Bildiyiniz kimi, ölkəmizdə qeyri-formal əmək münasibətləri problemi var. Nə qədər mübarizə aparılsa da, belə hallar qalmaqdadır. Az öncə bu qanunla sosial münasibətlər sisteminin, əmək münasibətlərinin yeni məcraya qədəm qoyacağını təsadüfən vurğulamadım. Bu sistem qabaqcıl beynəlxalq təcrübəyə əsaslanır. Layihədə açıq şəkildə göstərilir ki, qanun dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərinin sayı və ya ştatlarının ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş şəxslərə şamil edilir.

Deməli, hər bir işçi qeyri-formal əməyin rəsmiləşməsinə çalışmalıdır. Qanun layihəsi bunun üçün bir növ, stimul yaradır. İşçi düşünməlidir ki, üzləşə biləcəyi işsizliyin fəsadlarından qorunma immuniteti məhz bu qanunla tənzimlənəcəkdir. İşsizliyə görə dövlətdən hansısa imtiyaz tələbi də həmçinin.
Bütün bunlara görə də qanun layihəsindən irəli gələn məsələlərlə bağlı ictimai müzakirələr, layihə və təşəbbüslər gerçəkləşdirilməlidir. Bəli, sənəd fundamental yanaşmanın məhsuludur. Dediyim kimi, sosial münasibətlər sistemimizdə yenilikdir, indiyədək gedilməyən yoldur. Ancaq bunun detalları cəmiyyət üzvlərinə geniş şəkildə izah edilməlidir. Ciddi maarifləndirmə işləri aparılmalıdır. Nəzərə alınmalıdır ki, bir çox hallarda bilgisizlik vətəndaşı dövlətlə üz-üzə qoyur.

Çıxışımla ümumən müzakirə etdiyimiz layihənin aktuallığı üzərində dayandım. Əlbəttə, sənədə səs verəcəm. Ancaq onu da bildirim ki, orada müəyyən təkrarçılıq meylləri var. Konkret olaraq 6.2.9-cu və 7.1.2-ci maddələri nəzərdə tuturam. Sığorta edənlə sığortaçının hüquq və vəzifələri təkrar gedib. Çox güman bu, texniki yanlışlıqdır. Ancaq hər bir halda aradan qaldırılmalıdır. Deyəcəklərim bu qədər".

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:

"Mən informasiya təhlükəsizliyi ilə bağlı da ayrıca dövlət sənədinin qəbul ...

Milli Məclis, MEDİA
Əflatun AMAŞOV:

Əflatun AMAŞOV: "...Ana dilimiz dövlətimizin rəmzidir, dövlət müstəqilliyi ...

Milli Məclis, MEDİA
ƏFLATUN AMAŞOV:

ƏFLATUN AMAŞOV: "...dəyişikliklər ilk növbədə jurnalistika, peşənin təəssü ...

Milli Məclis, MEDİA

"Yemək məhsulları heç də mənəvi qidadan qiymətli olmamalıdır"

Milli Məclis, MEDİA
Əflatun AMAŞOVun Azərbaycan Respublikasının Milli Məclisinin payız sessiyas ...

Əflatun AMAŞOVun Azərbaycan Respublikasının Milli Məclisinin payız sessiyas ...

Milli Məclis, MEDİA
Əflatun AMAŞOVun Miqrasiya Məcəlləsinə dəyişikliklərlə bağlı çıxışı

Əflatun AMAŞOVun Miqrasiya Məcəlləsinə dəyişikliklərlə bağlı çıxışı

Milli Məclis, MEDİA, Gürcüstan
Əflatun AMAŞOV:

Əflatun AMAŞOV: "Azərbaycan və Rusiya dövlətləri arasındakı əlaqələr yüksə ...

Milli Məclis, MEDİA
“Soydaş haqqında” qanuna ehtiyac duyulmaqdadır

“Soydaş haqqında” qanuna ehtiyac duyulmaqdadır" - MİLLƏT VƏKİLİ ƏFLATUN AM ...

Milli Məclis, MEDİA
«Kütləvi informasiya vasitələri haqqıda» Qanuna dəyişikliklər olduqca əhəmi ...

«Kütləvi informasiya vasitələri haqqıda» Qanuna dəyişikliklər olduqca əhəmi ...

Milli Məclis, MEDİA
Əflatun AMAŞOVun Milli Məclisin iclasındakı çıxışı:

Əflatun AMAŞOVun Milli Məclisin iclasındakı çıxışı:

Milli Məclis, MEDİA
Millət vəkili Əflatun AMAŞOV

Millət vəkili Əflatun AMAŞOV "Şəhid ailələrinə edilən güzəştlər"in artırı ...

Milli Məclis, MEDİA
Qeyri-rəsmi məşğulluğa qarşı böyük mübarizə elan edilib

Qeyri-rəsmi məşğulluğa qarşı böyük mübarizə elan edilib

YAP, Siyasət, İqtisadiyyat
AHİK ilə ATİAHİ-nin hüquq şöbəsinin aparıcı mütəxəssisləri AzTU-da tələbə v ...

AHİK ilə ATİAHİ-nin hüquq şöbəsinin aparıcı mütəxəssisləri AzTU-da tələbə v ...

AzTU
Əflatun Amaşov: “Gürcüstanda azərbaycandilli mətbuatın inkişaf etdirilməsin ...

Əflatun Amaşov: “Gürcüstanda azərbaycandilli mətbuatın inkişaf etdirilməsin ...

MEDİA, Gürcüstan
ƏFLATUN AMAŞOV:

ƏFLATUN AMAŞOV: "Əminik ki, baş verənlərdən Gürcüstan hakimiyyəti böyük öl ...

Milli Məclis, MEDİA, Gürcüstan

"Keşikçidağ məbədində baş vermiş insident böyük narahatlıq doğurur" - ƏFL ...

Milli Məclis, MEDİA
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Əl-Cəzirəli həmkarı ilə g ...

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Əl-Cəzirəli həmkarı ilə g ...

MEDİA
Azərbaycan Milli QHT Forumunun doqquzuncu qurultayı keçirilib

Azərbaycan Milli QHT Forumunun doqquzuncu qurultayı keçirilib

QHT
TƏBRİK EDİRİK, HÖRMƏTLİ PROFESSOR M.DƏMİRÇİYEVA!..

TƏBRİK EDİRİK, HÖRMƏTLİ PROFESSOR M.DƏMİRÇİYEVA!..

BDU, Hüquq
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ PROFESSOR MƏHƏBBƏT XANIM DƏMİRÇİYEVA!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ PROFESSOR MƏHƏBBƏT XANIM DƏMİRÇİYEVA!..

BDU, Hüquq, Təbriklər
Rəy yazın: