Əflatun AMAŞOVun Milli Məclisin iclasındakı çıxışı:

Əflatun AMAŞOVun Milli Məclisin iclasındakı çıxışı:
5 aprel, 2016-cı il.

"Öncə cəbhədən alınan xoş xəbərlərə görə xalqımızı təbrik edirəm, ordumuza əzm, uğurlar arzulayıram.

Hörmətli müvəkkilimizin hesabatını dinlədik. Əhatəlidir. İnsan hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsi ilə bağlı məqamlar ətraflı təhlil olunub. Məruzədə «fikir və söz azadlığı», «informasiya əldə etmək azadlığı» kimi hissələrin olması təməl insan haqları məsələsinə önəmli yanaşılmasından xəbər verir.

Müsbət haldır ki, Ombudsman bu müstəvidə baş verən prosesləri tam şəkildə diqqətdə saxlayıb. Hətta peşə fəaliyyəti ilə bağlı olmasa da, həbsdə olan jurnalistlərə baş çəkilməsi, onların saxlanma şəraiti ilə tanışlıq həssas münasibətin göstəricisidir. Bu da demokratik cəmiyyət quruculuğu baxımından təqdirəlayiqdir.

Bununla yanaşı bəzi məqamlara da diqqətinizi çəkmək istərdim.

Bildiyiniz kimi, Müvəkkil informasiya sahibi olan dövlət və yerli özünüidarə orqanlarının, vəzifəli şəxslərin «İnformasiya əldə etmək haqqında» Qanundan irəli gələn tələbləri yerinə yetirmələrinə nəzarəti həyata keçirir. Belə bir səlahiyyət də demokratik cəmiyyət quruculuğu baxımdan müstəsna əhəmiyyət daşıyır. Məruzədə bildirilir ki, informasiya əldə etməklə bağlı 58 müraciət üzrə təhlillər aparılıb, müvafiq səlahiyyətli qurumlara sorğular göndərilib, məsələlər əsasən həllini tapıb.

Əvvəla düşünürəm ki, 58 müraciətin özünün də təsnifatlandırılması yaxşı olardı. Yəni biz konkret şəkildə bilməliyik ki, müraciətlərdə nələrdən söhbət gedir. Bu məqamı təsadüfən qabartmadım. Cəmiyyətə informasiyanın çatdırılmasına media orqanlarımız məsuliyyət daşıyır. Məlumdur ki, onların bir çoxu ilk mənbədən informasiya alınmasında çətinliklərlə üzləşirlər. Ayrı-ayrı dövlət idarə, təşkilat və müəssisələrindən informasiya almaq bəzən müşkilə çevrilir. Jurnalistlər bununla bağlı narazılıqlarını Mətbuat Şurasına bildirirlər. Doğrudur, ötən illərlə müqayisədə mövcud sahədə vəziyyət xeyli dərəcədə yaxşılaşıb, ancaq qeyd etdiyim kimi problemlər hələ də qalmaqdadır.

Qeyd etdiyim kimi, Müvəkkilin bu istiqamətdə də gördüyü işlər var və onlar məruzədə göstərilib. Ancaq hesab edirəm ki, məsələyə daha konkret yanaşmaq zərurəti var. Nəzərə alaq ki, «İnformasiya əldə etmək haqqında» Qanunda cəmiyyətə informasiyanın çatdırılması məsuliyyətinə fundamental yanaşılır. Hətta əvvəllər qanunda informasiya məsələləri üzrə ayrıca təsisatın yaradılması da əksini tapmışdı. Sonradan bu sahədəki işlər İnsan hüquqları üzrə Müvəkkilə həvalə olundu. İndi məncə, bizim Müvəkkildən bu sahə ilə bağlı 4 ildə hansı işlərin görülməsi ilə əlaqədar hesavat tələb etməyimizdə qəbahət axtarılmamalıdır.

Bir sözlə, qanun sahənin spesifikliyini isbatlayır və buna adekvat da fəaliyyət olmalıdır. Düşürəm ki, Müvəkkil də qarşıdakı illərdə bunu nəzərə alacaq. Məruzədə də qeyd edilir ki, «İnformasiya əldə etmək haqqında» Qanunun tələblərinin icrasına nəzarətin həyata keçirilməsi məsqədilə Müvəkkil aparatının strukturunun təkmilləşdirilməsini, aidiyyatı əməkdaşların ixtisaslaşmış treninqlərə cəlb edilməsini nəzərdə tutan təkliflər hazırlanıb. Artıq təkliflər müvafiq qurumlara verilib. İnanıram ki, onlar həyata keçirilsə, Müvəkkilin qarşıdakı fəaliyyəti daha uğurlu olacaq.

Sonda Elmira xanıma Mətbuat Şurası ilə bağlı təklifinə görə minnətdarlığımı bildirirəm.
Hörmətli həmkarlarımız döyüş bölgəsində baş verən olaylarla bağlı saytların rolundan danışdılar, iradlarını bildirdilər. Əlbəttə, səhvlər olur. Həm də bunların sayı həddən artıq az idi. Əsas media üzərinə düşən missiyanı layiqincə, milli maraqlarımızdan çıxış edərək yerinə yetirib. Azərbaycan əsgəri kimi Azərbaycan jurnalistikası da imtahan verdi. Deyərdim ki, bu imtahandan üzüağ çıxdı. Buna görə media nümayəndələrimizə təşəkkürümü bildirirəm. O ki qaldı medianın burda qaldırılan problemlərinə, mənə elə gəlir ki, biz bu məsələni kompleks şəkildə medianın iqtisadi durumunun da yaxşılaşdırılması müstəvisində həll edə bilərik".
.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
«Kütləvi informasiya vasitələri haqqıda» Qanuna dəyişikliklər olduqca əhəmi ...

«Kütləvi informasiya vasitələri haqqıda» Qanuna dəyişikliklər olduqca əhəmi ...

Milli Məclis, MEDİA
ƏFLATUN AMAŞOV:

ƏFLATUN AMAŞOV: "...dəyişikliklər ilk növbədə jurnalistika, peşənin təəssü ...

Milli Məclis, MEDİA
Əflatun AMAŞOVun Azərbaycan Respublikasının Milli Məclisinin payız sessiyas ...

Əflatun AMAŞOVun Azərbaycan Respublikasının Milli Məclisinin payız sessiyas ...

Milli Məclis, MEDİA

"Mən informasiya təhlükəsizliyi ilə bağlı da ayrıca dövlət sənədinin qəbul ...

Milli Məclis, MEDİA
Əflatun Amaşov: “Saytların 15 faizinin rekvizitləri göstərilmir”

Əflatun Amaşov: “Saytların 15 faizinin rekvizitləri göstərilmir”

MEDİA, "Şərqin səsi"
Avropa Şurasının proqram rəhbəri Mətbuat Şurasında olub

Avropa Şurasının proqram rəhbəri Mətbuat Şurasında olub

MEDİA
Jurnalistlər üçün təlim başa çatıb

Jurnalistlər üçün təlim başa çatıb

Nazirlik

"Yemək məhsulları heç də mənəvi qidadan qiymətli olmamalıdır"

Milli Məclis, MEDİA
Azərbaycan Mətbuat Şurası icazəsiz mitinqlə əlaqədar jurnalistlərə və hüquq ...

Azərbaycan Mətbuat Şurası icazəsiz mitinqlə əlaqədar jurnalistlərə və hüquq ...

MEDİA
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

MEDİA, Tiflis
Azərbaycan Mətbuat Şurasının bəyanatı

Azərbaycan Mətbuat Şurasının bəyanatı

MEDİA
Əflatun AMAŞOV:

Əflatun AMAŞOV: "Büdcəmizdə keçən ilkindən fərqli olaraq əhəmiyyətli dərəc ...

Regionlar, MEDİA, Tiflis, Sosial
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

MEDİA
“İNFORMASİYA YARADICILIĞI: STANDARTLAR VƏ YENİ YANAŞMALAR” KİTABI OXUCULARI ...

“İNFORMASİYA YARADICILIĞI: STANDARTLAR VƏ YENİ YANAŞMALAR” KİTABI OXUCULARI ...

Yeni nəşrlər, Digər bölmələr
MŞ sədri Hindistanda keçirilən  beynəlxaq toplantıda iştirak edib

MŞ sədri Hindistanda keçirilən beynəlxaq toplantıda iştirak edib

MEDİA
Mətbuat Şurasının İdarə Heyətinin 2017-ci ildə ilk iclası keçirilib

Mətbuat Şurasının İdarə Heyətinin 2017-ci ildə ilk iclası keçirilib

MEDİA
Fransalı jurnalistlər Mətbuat Şurasında olublar

Fransalı jurnalistlər Mətbuat Şurasında olublar

MEDİA
ABŞ-ın Azərbaycandakı Səfirliyinin nümayəndələri Mətbuat Şurasında olublar

ABŞ-ın Azərbaycandakı Səfirliyinin nümayəndələri Mətbuat Şurasında olublar

MEDİA, "Şərqin səsi"
Əflatun AMAŞOVun Miqrasiya Məcəlləsinə dəyişikliklərlə bağlı çıxışı

Əflatun AMAŞOVun Miqrasiya Məcəlləsinə dəyişikliklərlə bağlı çıxışı

Milli Məclis, MEDİA, Gürcüstan
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edi ...

MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edi ...

MEDİA
Rəy yazın: