Sərbəst güləş üzrə ilk azərbaycanlı dünya və Avropa çempionu Aydın İbrahimovun 80 illik yubileyi qeyd olunub

Sərbəst güləş üzrə ilk azərbaycanlı dünya və Avropa çempionu Aydın İbrahimovun 80 illik yubileyi qeyd olunubSərbəst güləş üzrə ilk azərbaycanlı dünya və Avropa çempionu Aydın İbrahimovun 80 illik yubileyi qeyd olunub Sərbəst güləş üzrə ilk azərbaycanlı dünya və Avropa çempionu Aydın İbrahimovun 80 illik yubileyi qeyd olunub Sərbəst güləş üzrə ilk azərbaycanlı dünya və Avropa çempionu Aydın İbrahimovun 80 illik yubileyi qeyd olunub Sərbəst güləş üzrə ilk azərbaycanlı dünya və Avropa çempionu Aydın İbrahimovun 80 illik yubileyi qeyd olunub Sərbəst güləş üzrə ilk azərbaycanlı dünya və Avropa çempionu Aydın İbrahimovun 80 illik yubileyi qeyd olunub Sərbəst güləş üzrə ilk azərbaycanlı dünya və Avropa çempionu Aydın İbrahimovun 80 illik yubileyi qeyd olunub Sərbəst güləş üzrə ilk azərbaycanlı dünya və Avropa çempionu Aydın İbrahimovun 80 illik yubileyi qeyd olunub Sərbəst güləş üzrə ilk azərbaycanlı dünya və Avropa çempionu Aydın İbrahimovun 80 illik yubileyi qeyd olunub 2018-ci il Sentyabrın 14-də Gənclər və İdman Nazirliyində 1964-cü il Tokio Yay Olimpiya Oyunlarının sərbəst güləş üzrə bürünc mükafatçısı, ilk azərbaycanlı dünya çempionu və Avropa çempionu, “Neftçi” futbol klubunun ilk prezidenti Aydın İbrahimovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

ZiM.Az xəbər verir ki, tədbirdə səbəbkarın özü ilə yanaşı, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin vitse-prezidentləri - Çingiz Hüseynzadə, Xəzər İsayev, Azərbaycan Güləş Federasiyasının və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi Tofiq Eyvazov açaraq yubilyarın həyat və fəaliyyətindən danışıb, qazandığı nailiyyətləri yüksək qiymətləndirib.

Sonra yubilyarın həyatını əks etdirən "Canlı tarix" adlı video-film nümayiş olunub.

Yubilyarı gənclər və idman naziri Azad Rəhimovun adından təbrik edən nazir müavini İsmayıl İsmayılov deyib: “Azərbaycan güləşinin əsasını təşkil edən insanlardan birinin yubileyində iştirak edirik. Güləş xalqımız tərəfindən sevilən idman növüdür. Aydın müəllim dünya və Avropa çempionatının qalibidir. O, həmçinin Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. Bu gün də Azərbaycan güləşi sağlam təməl üzərində dayandığı üçün davamlı uğurlar əldə olunur. Bizim Namiq Abdullayev, Fərid Mansurov kimi Olimpiya mükafatçılarımız, dünya və Avropa çempionlarımız var”.

Milli Olimpiya Komitəsinin vitse-prezident Çingiz Hüseynzadə A.İbrahimovun keçdiyi həyat yolundan söhbət açıb, onun karyerasında qazandığı uğurları vurğulayıb: “1964-cü il Yay Olimpiya Oyunlarında Azərbaycandan olan idmançılar altı medal qazanmışdılar. Onlardan birini də Aydın müəllim əldə etmişdi. Yubilyar bu gün də Azərbaycan idmanına öz töhfəsini verə bilər. Güləşçilərimizin onun tövsiyələrinə ehtiyacı var”.

"Cabir Novruz" Mədəniyyət Fondunun prezidenti, Əməkdar Bədən tərbiyəsi və İdman xadimi, professor Cavanşir Qurbanov və digər çıxış edənlər də A.İbrahimovu Azərbaycan güləş tarixinin ən görkəmli nümayəndələrindən biri kimi xarakterizə ediblər.

Yubilyarın nailiyyətlərindən söhbət açan natiqlər ona təbriklərini çatdırıblar.

Çıxışlardan sonra yubilyara hədiyyələr təqdim edilib.

Yekunda Aydın İbrahimov çıxış edərək deyib: “Özüm də bilirəm ki, yaxşı güləşmişəm. Amma danışmaqda bir az çətinlik çəkirəm. Dövlət güclü olanda onun idmanı da güclü olur. Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya idmana göstərdikləri dəstəyə görə minnətdarlığımı bildirirəm. Onlar idmanımızı dünyada belə yüksək səviyyəyə gətiriblər. Bütün medallarımı, mükafatlarımı Milli Olimpiya Komitəsinə hədiyyə edirəm”.

Qeyd edək ki, A.İbrahimov 1938-ci il sentyabrın 17-də Gəncə şəhərində dünyaya gəlib. O, 1963-cü il də güləş üzrə ilk azərbaycanlı dünya çempionu kimi tarixə düşüb, 1966-cı il Avropa çempionatının qalibi və “Tokio-1964”ün bürünc medalçısıdır. Yubilyar 1988-1997-ci illərdə rəhbərlik etdiyi “Neftçi” ilə müstəqil Azərbaycanın ilk milli çempionatının qalibi olub və sonra daha iki dəfə ölkənin ən güclüsü adını qazanıb. O, həmçinin iki dəfə Azərbaycan kubokunun qalibi olub.

Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
İki qat Dünya, üç qat Avropa və nəhayət Olimpiya çempionu Kamandar Məcidov

İki qat Dünya, üç qat Avropa və nəhayət Olimpiya çempionu Kamandar Məcidov

Başkeçid, İdman
Elquca Berişvili:

Elquca Berişvili: "Azərbaycan idmanın inkişafı üçün mükəmməl baza yaradıb ...

İdman, Tiflis
AzTU-da məşhur idmançılarla tələbələrin görüşü keçirilib

AzTU-da məşhur idmançılarla tələbələrin görüşü keçirilib

AzTU, İdman
Sanda üzrə Dunya cempionu Xəzər Əliyev

Sanda üzrə Dunya cempionu Xəzər Əliyev

AzTU, İdman
AzTU-nun İdman Sarayının əsaslı təmirdən sonra açılışı olub

AzTU-nun İdman Sarayının əsaslı təmirdən sonra açılışı olub

AzTU, İdman
DOĞUM GÜNÜN MÜBARƏK, HÖRMƏTLİ DÜNYA ÇEMPİONU RƏHİM ALLAHVERDİYEV!..

DOĞUM GÜNÜN MÜBARƏK, HÖRMƏTLİ DÜNYA ÇEMPİONU RƏHİM ALLAHVERDİYEV!..

Başkeçid, İdman, Təbriklər
Təbrik edirik, Etibar Namazov!..

Təbrik edirik, Etibar Namazov!..

Bolus, İdman, Təbriklər
Arzu XƏLİLOVA: Məzun sözü

Arzu XƏLİLOVA: Məzun sözü

AzTU
Gürcüstanda Heydər Əliyevin anadan olmasının 98-ci ilinə həsr olunan idman  ...

Gürcüstanda Heydər Əliyevin anadan olmasının 98-ci ilinə həsr olunan idman ...

Tiflis, İdman
Gənclər və idman naziri AzTU-da tələbələrlə görüşüb

Gənclər və idman naziri AzTU-da tələbələrlə görüşüb

AzTU, İdman
AzTU-da

AzTU-da "Avro 2020"nin Könüllülər Proqramının təqdimatı keçirilib

AzTU
İsa HƏBİBBƏYLİ : Avropa oyunlarının Azərbaycan standartı

İsa HƏBİBBƏYLİ : Avropa oyunlarının Azərbaycan standartı

Əsas xəbər, Azərbaycan, "Zirvə"
KİMİNİN BİLİYİ, KİMİNİN BİLƏYİ

KİMİNİN BİLİYİ, KİMİNİN BİLƏYİ

İdman
Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə həsr olunan şahmat yarışı keçir ...

Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə həsr olunan şahmat yarışı keçir ...

AzTU
AzTU-nun tələbəsi Avrasiya çempionu oldu

AzTU-nun tələbəsi Avrasiya çempionu oldu

AzTU, İdman
Xorvatiya velosipedçiləri Tiflisdən Azərbaycana yola düşüblər

Xorvatiya velosipedçiləri Tiflisdən Azərbaycana yola düşüblər

Tiflis, Qarayazı, İdman
Kişilər arasında yeni Azərbaycan çempionunun adı bəlli olub

Kişilər arasında yeni Azərbaycan çempionunun adı bəlli olub

Naxçıvan, İdman
QARAYAZILI SOYDAŞIMIZ KƏMALƏ MƏMMƏDOVA AVROPA ÇEMPİONU SEÇİLİB

QARAYAZILI SOYDAŞIMIZ KƏMALƏ MƏMMƏDOVA AVROPA ÇEMPİONU SEÇİLİB

Qarayazı, İdman
AzTU-da “Bakı Marafonu 2018”-in təqdimatı keçirilib

AzTU-da “Bakı Marafonu 2018”-in təqdimatı keçirilib

AzTU
AzTU-nun tələbələri XIII Respublika universiadasının qalibləri sırasında

AzTU-nun tələbələri XIII Respublika universiadasının qalibləri sırasında

AzTU, İdman
Rəy yazın: