“Zəfərin mübarək, Azərbaycan!”

“Zəfərin mübarək, Azərbaycan!” “Zəfərin mübarək, Azərbaycan!” “Zəfərin mübarək, Azərbaycan!” “Zəfərin mübarək, Azərbaycan!” “Zəfərin mübarək, Azərbaycan!” “Zəfərin mübarək, Azərbaycan!” “Zəfərin mübarək, Azərbaycan!” “Zəfərin mübarək, Azərbaycan!” “Zəfərin mübarək, Azərbaycan!” “Zəfərin mübarək, Azərbaycan!” 2022-ci il Noyabrın 22-də Bakı şəhərindəki “4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” Publik hüquqi şəxsin və Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Pirallahı rayon Gənclər Mərkəzində “Şuşa ili”nə həsr olunmuş “Zəfərin mübarək Azərbaycan!” adlı tədbir keçirilib.

Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, YAP Yasamal rayon Təşkilatının sədri, Bakı Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Nəbiyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Elçin Əhmədov, Bakı Dövlət Universitetində elmi işlər üzrə dekan müavini, tarix elmləri doktoru, professor Sevda Süleymanova, Bakı Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Cavid Fərhadov, Türkiyənin Azərbaycandakı Səfirliyinin keçmiş mətbuat müşaviri, Türkiyə Cümhuriyyətinin “Yeni Gün” qəzetinin yazarı Bülent Uğur, Azərbaycan Respublikasının əməkdar jurnalisti, "Xalq qəzeti"nin baş redaktoru Əflatun Amaşov, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, əməkdar jurnalist Azər Həsrət, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İnsan hüquqlarının müdafiəsi şöbəsinin əməkdaşı Azər İsalı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Məsələləri şöbəsinin məsləhətçisi Həsən Əliyev, “4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxsin direktoru Gülarə Quluzadə, Şəhid ailələri, Qazilər, Vətən müharibəsi iştirakçıları, məktəb direktorları, müəllimlər və media nümayəndələri iştirak ediblər.

Tədbirdə rəsmi hissəsindən öncə qonaqlara mərkəzin inzibati binasında təşkil olunmuş Şuşa şəhərinin tarixi memarlıq abidələrinin əks olunduğu rəsm sərgisi nümayiş edilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü, suverenliyi naminə canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Şuşanın keçmişi və bu günü haqqında videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən natiqlər Şuşa şəhərinin Azərbaycanın Qarabağ xanlığının paytaxtı olaraq Azərbaycan tarixində çox böyük siyasi, mədəni, elmi və strateji yer tutduğunu vurğulayıblar. Bununla yanaşı qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şuşanın xalqımız üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq 2022-ci ilin yanvar ayının 5-də Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzalamışdır.
Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır.

Çıxış edən natiqlər qeyd etdilər ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Qəhrəman Azərbaycan Ordusu mükəmməl hərbi əməliyyatlar keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək “alınmaz qala” hesab olunan Şuşanı işğalçılardan azad edərək, noyabrın 8-də Şuşada Azərbaycan bayrağını ucaltdılar. Şuşanın düşmən əsarətindən azad edilməsi müharibənin taleyində həlledici rol oynamış, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnmişdir.
“Zəfərin mübarək Azərbaycan!” adlı tədbirdə “4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxsinin müxtəlif dərnək üzvləri çox fəal iştirak ediblər.

Tədbirin bədii hissəsində “4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxsin dərnək üzvlərinin ifasında vətənimizə, millətimizə və Zəfərimizə dair bir-birindən maraqlı şerlər səsləndirilib, milli-mənəvi dəyərlərimizi, eyni zamanda Azərbaycan Türkiyə qardaşlığını əks etdirən mahnılar və rəqslər ifa edilib.

RİH başçısı cənab Vasif İmanov “Şuşa ili”ndə Şuşanın adına layiq, uşaqların və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaşlıq məsuliyyətinin diqqət mərkəzində olması məqsədilə belə bir tədbirin keçirilməsinin rayonun ictimai-siyasi həyatında mühüm hadisə olduğunu vurğulayaraq, tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə dərin təşəkkürünü bildirib.

Tədbirin sonunda qonaqlar uşaqlarla şəkillər çəkdirmiş və onlara gələcək fəaliyyətlərində uğur və müvəffəqiyyət arzu ediblər.

Məhbubə MƏMMƏDOVA,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
“Xocalı soyqırımı tarixin qan yaddaşıdır” adlı rəsm sərgisi keçirilib

“Xocalı soyqırımı tarixin qan yaddaşıdır” adlı rəsm sərgisi keçirilib

Bakı, Mədəniyyət, Tv, UNUTSAQ, UNUDULARIQ!....
XƏTAİ RAYON MKS-də

XƏTAİ RAYON MKS-də "QAZİ ATANIN ŞƏHİD OĞLU" ADLI TƏDBİR KEÇİRİLDİ

Mədəniyyət, UNUTSAQ, UNUDULARIQ!....
AzTU-da Zəfər Gününə həsr olunan tədbir keçirilib

AzTU-da Zəfər Gününə həsr olunan tədbir keçirilib

AzTU
Əlini mənə ver, dostum...

Əlini mənə ver, dostum...

Məktəblər
Benilüks Azərbaycanlıları Konqresinin və “Dayaq” Təşkilatının birgə təşkila ...

Benilüks Azərbaycanlıları Konqresinin və “Dayaq” Təşkilatının birgə təşkila ...

Diaspora, QHT
Bakıdakı 83 saylı məktəb-liseydə

Bakıdakı 83 saylı məktəb-liseydə "Narkotiksiz gələcək naminə!” mövzusunda ...

Məktəblər
AzTU-da Vətən müharibəsi iştirakçıları ilə tələbələrin görüşü keçirilib

AzTU-da Vətən müharibəsi iştirakçıları ilə tələbələrin görüşü keçirilib

AzTU
AzTU-da 27 Sentyabr - Anım Gününə həsr olunan tədbir keçirilib

AzTU-da 27 Sentyabr - Anım Gününə həsr olunan tədbir keçirilib

AzTU
Botanika İnstitutuinda

Botanika İnstitutuinda "8 noyabr - Zəfər günü"nə həsr olunmuş tədbir keç ...

Biologiya və tibb elmləri
AzTU-da 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirilib

AzTU-da 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirilib

AzTU

"BİR OLAQ, HƏMRƏY OLAQ!"

Məktəblər
Bəxtiyar Nəbiyev “TƏRƏQQİ” medalı ilə  təltif olunub

Bəxtiyar Nəbiyev “TƏRƏQQİ” medalı ilə təltif olunub

YAP, BDU, Təbriklər
Şəkidə şəhidlərimizin xatirəsinə həsr olunan tədbir keçirilib

Şəkidə şəhidlərimizin xatirəsinə həsr olunan tədbir keçirilib

QHT
“Müasir şəraitdə türk xalqları arasında əməkdaşlığın prespektivləri” mövzus ...

“Müasir şəraitdə türk xalqları arasında əməkdaşlığın prespektivləri” mövzus ...

Elm, İctimai elmlər, Hüquq, Turan
AzTU-da Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30 illiyi qeyd olunu ...

AzTU-da Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30 illiyi qeyd olunu ...

AzTU, Turan
AzTU-da 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib

AzTU-da 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib

AzTU
Ədəbiyyat İnstitutunun Elmi şurasında 2022-ci ilin hesabatı dinlənilib

Ədəbiyyat İnstitutunun Elmi şurasında 2022-ci ilin hesabatı dinlənilib

Humanitar elmlər
“Gənclər elmi və bədii ədəbiyyat işığında” layihəsinə yekun vurulub

“Gənclər elmi və bədii ədəbiyyat işığında” layihəsinə yekun vurulub

Regionlar, Humanitar elmlər, "Zirvə"
Saqarecoda Azərbaycan-Gürcüstan dostluğuna həsr olunan festival keçirilib

Saqarecoda Azərbaycan-Gürcüstan dostluğuna həsr olunan festival keçirilib

Qaraçöp
AzTU-da Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib

AzTU-da Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib

AzTU
Rəy yazın: