Yasamal rayonunda 2018-ci ilin birinci rübünün hesabat iclası keçirilib

Yasamal rayonunda 2018-ci ilin birinci rübünün hesabat iclası keçirilibYasamal rayonunda 2018-ci ilin birinci rübünün hesabat iclası keçirilibYasamal rayonunda 2018-ci ilin birinci rübünün hesabat iclası keçirilib Yasamal rayonunda 2018-ci ilin birinci rübünün hesabat iclası keçirilib Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin 2018-ci ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafının yekunlarına və Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci il 9 aprel tarixli iclasındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

Hesabat məruzəsi ilə çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirib ki, aprelin 11-də ölkəmizdə şəffaf, ədalətli, Azərbaycan Respublikasının qanunlarına tam uyğun şəkildə keçirilən prezident seçkiləri Azərbaycan xalqının iradəsini bir daha əks etdirdi. Ölkə vətəndaşlarının inandığı, ümid bəslədiyi şəxs, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev seçkilərdə böyük və inamlı qələbə qazandı. Bu qələbənin kökündə, əsasında isə ulu öndərin yenidən Azərbaycana rəhbərliyə qayıdışından indiyədək əldə edilən çoxsaylı uğur və nailiyyətlərin qorunub saxlanılması, ölkəmizin daha da inkişaf etdirilməsi, xalqımızın sosial-rifah halının dünyanın aparıcı ölkələri səviyyəsinə çatdırılması, ordu quruculuğunun genişləndirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların intensivləşdirilməsi kimi mühüm məsələlər dayanır.

İcra başçısı Əziz Əzizov Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübündə ölkədə sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı geniş nitqində Azərbaycanın əldə etdiyi yüksək nailiyyətləri vurğulayıb. Respublikada əldə olunan uğurların hər bir bölgədə olduğu kimi Bakının Yasamal rayonunun sosial-iqtisadi həyatında da öz əksini tapdığını deyən Yasamal rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov bildirdi ki, prezident İlham Əliyevin rəhbərliyi ilə irimiqyaslı layihələr həyata keçirilib, nəhəng quruculuq işləri aparılıb. Belə ki, 2018-ci ilin birinci rübündə təmirə ehtiyacı olan 10 çoxmənzilli yaşayış binasında - Abbas Mirzə Şərifzadə küçəsi 34, 44, 74, 78, 132, 138, 140 və 192, Əbdürrəhimbəy Haqverdiyev küçəsi 3, Əhməd Cəmil küçəsi 39 nömrəli yaşayış binalarında əsaslı təmir işləri aparılmışdır. Cari ilin birinci rübündən başlayaraq rayon ərazisində 16 məhəllədə - Ələsgər Ələkbərov küçəsi 522-ci məhəllə, Həsən bəy Zərdabi 68, Şərifzadə 134, Şahbazi 104 A, Yeni Yasamal, Əsəd Əhmədov 31, Talıblı 28, Şərifzadə 148, 154 və 156, Əsəd Əhmədov 5, Məmməd Rahim 20, Hüseyn Cavid prospekti 577, 518 və 503/505-ci məhəllələr və Dadaş Bünyadzadə küçəsi 11 nömrəli evin qarşısında abad həyətlərin yaradılması istiqamətində iri həcmli və geniş miqyaslı işlər həyata keçirilir və yaxın zamanlarda sakinlərin istifadəsinə veriləcəkdir.

Bakı şəhərində aparılan abadlıq-quruculuq işləri və yol-nəqliyyat infrastruktur təminatının yaxşılaşdırılması tədbirləri çərçivəsində Yasamal rayonu ərazisində geniş abadlıq və yenidənqurma işlərinin həyata keçirilməsinə başlanmışdır.

Ilk növbədə cənub istiqamətinə çıxış kimi çox böyük strateji əhəmiyyəti olan Əsəd Əhmədov küçəsinin Xarici Dairəvi yoldan başlayaraq Şərifzadə küçəsinə qədər uzanan 3100 metr hissəsinin yenidən qurulmasına başlanmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Yasamal rayonunda “Pilot” layihə əsasında qəzalı və yaşayış üçün yararsız, hətta, bəzi hallarda həyat üçün təhlükəli 9 binanın sökülüb yenidən tikilməsi işləri uğurla həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə həllini tapan, 2014-cü ilin əvvəlindən başlayaraq davam edən“Sovetski” adlanan ərazidən sakinlərin köçürülməsi kimi iri miqyaslı tarixi layihənin ilk iki mərhələsi artıq başa çatmışdır. 26 hektardan çox ərazidə istifadə müddəti hələ xeyli əvvəl başa çatmış, heç bir tikinti normalarına cavab verməyən və demək olar ki, bütünlüklə yararsız və qəzalı mənzillərin sahibləri ilə razılaşma əldə edilərək vəsait ödənilmiş, 4300 daşınmaz əmlak sökülərək ərazi təmizlənmişdir.

İcra başçısı Ə.Əzizov
həmçinin məruzəsində qeyd edib ki, bu il ərzində “Təzə Pir” məscidinin yuxarı hissəsində Nəriman Nərimanov prospekti ilə İsmayıl bəy Qutqaşınlı küçəsi arasındakı evlərin satınalınması və həmin ərazinin təmizlənməsi barədə müvafiq tapşırıqlar verilmişdir. Yasamal rayon İcra Hakimiyyəti tərəfindən ilkin araşdırma aparılmış və nəticədə Nabat xanım Aşurbəyova - keçmiş Mustafa Sübhi, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasında 1130, Nəriman Nərimanov prospekti ilə İsmayıl bəy Qutqaşınlı, Çingiz Mustafayev və Mirzağa Əliyev küçələrinin əhatəsində olan ərazidə 880, cəmi 2010 yaşayış və qeyri-yaşayış obyektlərinin mövcud olduğu müəyyən edilmişdir. Beləliklə, 2018-ci ildə həyata keçiriləcək növbəti mərhələdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərinin satınalınması, onların sökülərək ərazinin təmizlənməsi təmin ediləcəkdir.

Azərbaycan Respublikasının Prezidenti yanında “Mənzil İnşaatı Dövlət Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən “Qanlı Göl”ün şimal hissısində 11,6 hektar torpaq sahəsində tikinti işləri davam etdirilməkdədir. Bu kompleksdə inşa olunacaq 29 yaşayış binasından 4-nün mənzillərinin bu il mayın 7-dən başlayaraq satışına başlanılacaqdır.

Hesabat iclasında iştirak edən digər natiqlər ölkədə gedən iqtisadi islahatlardan danışıb, dövlətimizin başçısı İlham Əliyevin prezident seçkilərindəki möhtəşəm qələbəsini Azərbaycan xalqının sonsuz sevgisi və hədsiz inamı olaraq dəyərləndirib.

Gündəlikdəki məsələyə dair Yasamal Rayon İcra Hakimiyyətinin hesabat yığıncağının qərar layihəsi təklif edilib və yekdilliklə qəbul olunub.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Yasamal rayonunun 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və q ...

Yasamal rayonunun 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və q ...

Bakı
Yasamal rayon İH-də Prezident İlham Əliyevin iqtisadi və sosial məsələlərlə ...

Yasamal rayon İH-də Prezident İlham Əliyevin iqtisadi və sosial məsələlərlə ...

YAP, Bakı
Pirallahı rayonunda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və ...

Pirallahı rayonunda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və ...

Bakı
Azərbaycan Milli Elmlər Akademiyasında sosial məsələlərin həlli istiqamətin ...

Azərbaycan Milli Elmlər Akademiyasında sosial məsələlərin həlli istiqamətin ...

Digər bölmələr
Yasamal Rayon İH-nin başçısı Əziz Əzizovun sakinlərlə növbəti səyyar qəbul- ...

Yasamal Rayon İH-nin başçısı Əziz Əzizovun sakinlərlə növbəti səyyar qəbul- ...

Bakı
“Yeni Yurd”-un Yasamal rayon şöbəsində görüş keçirilib

“Yeni Yurd”-un Yasamal rayon şöbəsində görüş keçirilib

Azərbaycan, "Şərqin səsi"
Mahirə Əsədova Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovla gör ...

Mahirə Əsədova Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovla gör ...

Azərbaycan, Qarabağ, "Şərqin səsi"
YAP Yasamal rayon təşkilatında sosial şəbəkələrdə fəal iştirak edən gənclər ...

YAP Yasamal rayon təşkilatında sosial şəbəkələrdə fəal iştirak edən gənclər ...

YAP
Rövşən Rzayev geniş iclas keçirib, tapşırıqlar verib

Rövşən Rzayev geniş iclas keçirib, tapşırıqlar verib

Qarabağ
İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleks ...

İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleks ...

Azərbaycan, Qarabağ

"Yeni Yurd"un Yasamal rayon şöbəsi fəaliyyətə başlayıb

"Şərqin səsi"
YAP Yasamal rayon təşkilatı 26 illiyini qeyd edib

YAP Yasamal rayon təşkilatı 26 illiyini qeyd edib

YAP, Bakı
Qızılhacılıda yolların yenidənqurma işləri sona çatdı

Qızılhacılıda yolların yenidənqurma işləri sona çatdı

Borçalı
Təhsil: milli mühit, milli ruh, istiqamətlər, nəticələr

Təhsil: milli mühit, milli ruh, istiqamətlər, nəticələr

Təhsil, Kolleclər, "Şərqin səsi"
Rafiq Quluyev Xətai rayonunun İcra Hakimiyyətinin başçısı təyin olunub

Rafiq Quluyev Xətai rayonunun İcra Hakimiyyətinin başçısı təyin olunub

Bakı, Qərbi Azərbaycan
AzTU-da

AzTU-da "Tarixə atılan imza" fləşmobu

AzTU
Səbail RİH: Bayıl sürüşmə zonasında işlər davam edir

Səbail RİH: Bayıl sürüşmə zonasında işlər davam edir

Bakı
“Dini radikalizm və ekstremizm – milli təhlükəsizliyə əsas təhdidlərdən bir ...

“Dini radikalizm və ekstremizm – milli təhlükəsizliyə əsas təhdidlərdən bir ...

Bakı
ZIĞ QƏSƏBƏSİ SOSİAL-İQTİSADİ İNKİŞAFIN YENİ MƏRHƏLƏSİNDƏ...

ZIĞ QƏSƏBƏSİ SOSİAL-İQTİSADİ İNKİŞAFIN YENİ MƏRHƏLƏSİNDƏ...

Sosial
Təşəkkürnamə

Təşəkkürnamə

Bakı
Rəy yazın: