Reallıqdan doğan dəyişikliklər

Reallıqdan doğan dəyişikliklərİsa HƏBİBBƏYLİ
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,
Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri,
akademik


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsini geniş miqyasda cəmiyyətin müzakirəsinə təqdim etməsi respublikamızda bundan sonrakı tarixi epoxada daha möhkəm dövlətçiliyə və cəmiyyət həyatında yeni inkişafa malik olmaq zərurətindən irəli gəlmişdir.


Ölkə rəhbəri tərəfindən irəli sürülmüş düşünülmüş dəyişikliklər Azərbaycanda müstəqil dövlətçiliyin 25 ili ərzində əldə olunmuş nailiyyətlərin inkişaf etdirilərək daha da möhkəmləndirilməsinə, bütün sahələr üzrə mühüm nailiyyətlərin və yeniləşmələrin əldə edilməsinə meydan açır. Bu, eyni zamanda, tarixə xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə daxil olmuş Azərbaycan Respublikasının Konstitusiyasının cəmiyyətdə baş verən proseslərə açıq olduğunu və mövcud reallıqlardan doğan dəyişikliklərlə zənginləşdiyini bir daha nümayiş etdirir.

"Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktının layihəsində insan hüquqları və azadlıqlarının təmin edilməsi istiqamətində meydana çıxan dəyişikliklərin əsasən insan hüquqlarının, vətəndaşların şərəf və ləyaqətlərin müdafiəsinə aid olması geniş mənada müstəqil Azərbaycan dövlətinin mənbəyi olan xalqın mənafelərinin möhkəmləndirilməsinə şərait yaradır.

Referendum Aktının tələbinə uyğun olaraq təklif olunan dəyişiklik əsasında "başqa silahlı birləşmələr", yəni Azərbaycan Respublikasının Milli Ordusu ilə yanaşı, ayrı-ayrı nazirliklərin tabeliklərində olan sahələr üzrə ordu birləşmələri də tabeçilik və idarəetmənin möhkəmləndirilməsi üzrə öz fəaliyyətlərini daha da təkmilləşdirəcəkdir. Son vaxtların dünya hadisələrinin təcrübəsi də müxtəlif nazirliklərin tabeliyində fəaliyyət göstərən ordu birləşmələrinin dövlət başçısının - Ali Baş Komandanın əmr və göstərişlərinə tabe edilməsinin zəruri olmasının əhəmiyyətini bir daha təsdiq edir.

Konstitusiyamıza əlavələr kimi irəli sürülmüş dəyişikliklər dünyanın bir çox inkişaf etmiş ölkələrində, o cümlədən, Azərbaycan Respublikasında ölkədə möhkəm sabitliyi və hərtərəfli böyük inkişafı təmin etmək mənasında özünü tam isbat etmiş Prezident üsul-idarəsinin daha da möhkəmləndirilməsinə, hakimiyyətin ayrı-ayrı qollarının işində dövlət rəhbərliyinin gücləndirilməsinə zərurət yaradır. "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktında Konstitusiyanın 103, 105, 106, 108, 110-cu maddələrində ölkəmizin müstəqillik tarixində ilk dəfə olaraq öz əksini tapmış vitse-prezidentlik institutuna dair müddəalar tamamilə yenidir və nəticə etibarilə Prezident İdarəetməsi İnstitutunun daha da inkişaf etdirilməsinə xidmət edir. Prezident hakimiyyətinə əsaslanan idarəetmə sistemində Referendum Aktının müddəalarına əsasən Birinci vitse-prezident və vitse-prezidentlər vəzifələrinin müəyyənləşdirilməsi qəbul olunmuş idarəçilik sisteminin normal fəaliyyətinin təmin edilməsinə öz töhfəsini verəcəkdir. Dövlət idarəetmə sistemində ilk dəfə olaraq vitse-prezidentlik strukturunun formalaşdırılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı ilə bağlı olan tarixi xidmətdir.

Seçilmək hüququ ilə əlaqədar Referendum Aktında müəyyən edilən 18 yaş həddi ölkəmizdə uğurla həyata keçirilməkdə olan gənclər hərəkatının idealları ilə tam səsləşir. Seçilmək hüququ üzrə mövcud məhdudiyyətlərin aradan qaldırılması müstəqil Azərbaycan dövlətinin yeni nəslinin cəmiyyətin inkişafında daha yaxından və məsuliyyətlə iştirak etmələrinə yol açacaqdır. Bu, həm də müasir gənc nəsli ölkə miqyaslı böyük sınaqlara səfərbər etmək üçün də əhəmiyyətli addımdır.

Azərbaycan Respublikasının Prezidentinin fəaliyyət dövrünün Referendum Aktında 5 il əvəzinə 7 il müddətində nəzərdə tutulmasına dair dəyişikliklər də, fikrimcə, respublikamızda müasir inkişafın və gələcək proqramların həyata keçirilməsinin real məntiqindən doğan təbii haldır. Artıq Azərbaycanda bütün sahələr üzrə daxili iqtisadi inkişafın ilkin mühüm problemləri əsaslı şəkildə həll edilmiş, normal bir həyat səviyyəsi formalaşdırılmışdır. Belə böyük proqramların həyata keçirilməsi baxımından vaxt, zaman amili də çox mühüm faktordur. İlk növbədə ölkəmiz üçün, həm də region, ümumiyyətlə dünya üçün əhəmiyyətli olan bu möhtəşəm proqramların həyata keçirilməsi baxımından təklif edilən 7 illik Prezidentlik müddəti daha geniş perspektivlər vəd edir.

Azərbaycan xalqı ölkəmizin prezidenti İlham Əliyevin respublikamızda sülhün və sabitliyin, hərtərəfli dinamik inkişafın, xoşbəxt gələcəyin böyük qarantı olduğuna ürəkdən, dərindən, möhkəm inam bəsləyir. Ona görə də xalqımız nəinki Prezidentlik seçkilərinin 7 ildə bir dəfə keçirilməsinə tərəfdardır, bununla birlikdə məhz ölkəmizi böyük sınaqlardan uğurla çıxarmış, müstəqil dövlətimizi bütün yönləri ilə inkişaf etdirməyi bacaran, ümumxalq məhəbbəti qazanmış, beynəlxalq aləmdə güclü nüfuza malik olan görkəmli dövlət xadimi İlham Əliyevi hər bir vətəndaşımız bundan sonrakı dövrlərdə də özünün əsl rəhbəri və qüdrətli lideri kimi görür.

Yeni tarixi epoxada Konstitusiyamıza dəyişiklik edilməsi nəzərdə tutulmuş müddəaların, ümumiyyətlə yeni Referendum Aktının irəli sürdüyü islahatların mahiyyətini xalqımıza çatdırmaq, bu müddəaları Azərbaycan cəmiyyətinin dinamik inkişaf templəri və gələcək perspektivləri ilə birlikdə təbliğ etmək hər bir ziyalının ən mühüm və şərəfli vəzifəsi və borcudur.

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
12 NOYABR – KONSTİTUSİYA GÜNÜDÜR!..

12 NOYABR – KONSTİTUSİYA GÜNÜDÜR!..

Azərbaycan, Regionlar, Tarix, Hüquq
Elmin gələcəyinə təkan, fasiləsiz təhsilə davam

Elmin gələcəyinə təkan, fasiləsiz təhsilə davam

"Zirvə"
AMEA-da Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə həsr olunmuş

AMEA-da Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə həsr olunmuş "Müst ...

"Zirvə"
REFERENDUMLA BAĞLI MÜZAKİRƏ...

REFERENDUMLA BAĞLI MÜZAKİRƏ... "Prezident qanunların icrasına nəzarət edə ...

Hüquq, Sosial
Konstitusiya dövlətin ali qanunudur!..

Konstitusiya dövlətin ali qanunudur!..

Azərbaycan, Hüquq
İnsan hüquqlarının müdafiəsi Azərbaycanın dövlət siyasətinin əsas istiqamət ...

İnsan hüquqlarının müdafiəsi Azərbaycanın dövlət siyasətinin əsas istiqamət ...

Əsas xəbər, "Zirvə"
Mehriban İmanova: “Azərbaycan Elm Fondu öz fəaliyyətini şəffaflıq prinsiplə ...

Mehriban İmanova: “Azərbaycan Elm Fondu öz fəaliyyətini şəffaflıq prinsiplə ...

Elm
Müstəqilliyimizin 25 illik yubileyi münasibətilə sanballı elmi əsərin yarad ...

Müstəqilliyimizin 25 illik yubileyi münasibətilə sanballı elmi əsərin yarad ...

"Zirvə"
Yeni dövrün çağırışları və elmin hədəfləri

Yeni dövrün çağırışları və elmin hədəfləri

Elm, "Zirvə"
İsa HƏBİBBƏYLİ : Avropa oyunlarının Azərbaycan standartı

İsa HƏBİBBƏYLİ : Avropa oyunlarının Azərbaycan standartı

Əsas xəbər, Azərbaycan, "Zirvə"
“İlham Əliyevi təbrik edirəm” – Əli Əhmədov

“İlham Əliyevi təbrik edirəm” – Əli Əhmədov

YAP, Azərbaycan, Siyasət
Gənc alimlər Prezident İlham Əliyevə müraciət ünvanlayıblar

Gənc alimlər Prezident İlham Əliyevə müraciət ünvanlayıblar

Digər bölmələr
Ulu öndər Heydər Əliyevin anadan olmasından 95 il ötür

Ulu öndər Heydər Əliyevin anadan olmasından 95 il ötür

Digər bölmələr
“Elm günü”nun təsis edilməsi AMEA qarşısında ciddi vəzifələr qoyur

“Elm günü”nun təsis edilməsi AMEA qarşısında ciddi vəzifələr qoyur

Digər bölmələr
Respublikamızda əhalinin etibarlı ərzaq təminatı strateji önəm daşıdığından ...

Respublikamızda əhalinin etibarlı ərzaq təminatı strateji önəm daşıdığından ...

"Zirvə"
“Müstəqillik yollarında” kitabının müəlliflər heyətinin iclası keçirilib

“Müstəqillik yollarında” kitabının müəlliflər heyətinin iclası keçirilib

"Zirvə"
XALQIMIZIN MÜSTƏQİLLİK ARZUSUNU ULU ÖNDƏR HEYDƏR ƏLİYEV GERÇƏKLƏŞDİRDİ

XALQIMIZIN MÜSTƏQİLLİK ARZUSUNU ULU ÖNDƏR HEYDƏR ƏLİYEV GERÇƏKLƏŞDİRDİ

Siyasət
Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur

Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur

Köşə yazılar
“Müstəqillik yollarında” kitabının müəlliflər heyətinin iclası keçirilib

“Müstəqillik yollarında” kitabının müəlliflər heyətinin iclası keçirilib

Humanitar elmlər, "Zirvə"
Azərbaycan elminin böyük himayədarı

Azərbaycan elminin böyük himayədarı

Azərbaycan, Naxçıvan, "Zirvə"
Rəy yazın: