Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl Medalı görkəmli alim Lütfi Zadəyə təqdim edilib

Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl Medalı görkəmli alim Lütfi Zadəyə təqdim edilib Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl Medalı görkəmli alim Lütfi Zadəyə təqdim edilib ABŞ-ın nüfuzlu Berkli Universitetində sentyabrın 7-də dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadəyə həsr olunan mərasim keçirilib.

Mərasimdə AMEA-nın qərarı ilə Lütfi Zadənin təltif olunduğu Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl Medal Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev tərəfindən dünya şöhrətli alimə təqdim olunub.


Tədbirdə Berkli Universitetinin müəllim-tələbə kollektivi, alimin həmkarları, dostları və onun elmi-tədqiqat irsinin davamçıları iştirak ediblər.
Universitetin mühəndislik fakültəsinin dekanı, Lütfi Zadənin yetirməsi olan professor Şankar Sastri görkəmli alimi bu əlamətdar gün münasibətilə təbrik edib, göstərilən diqqətə və belə bir nəcib təltifə görə təmsil etdiyi ali təhsil müəssisəsi adından Azərbaycan Respublikasına dərin minnətdarlığını bildirib.

Sonra professor Lütfi Zadənin ana Vətəni Azərbaycana həsr olunmuş, onun sosial, iqtisadi və mədəni tərəqqisini əks etdirən qısa film göstərilib.

Çıxış edən baş konsul Nəsimi Ağayev bildirib ki, professor Lütfi Zadə öz elmi nailiyyətləri və dünya tərəqqisinə verdiyi töhfələri ilə sadəcə Azərbaycan və ya ABŞ-ın deyil, bütün bəşəriyyətin dəyərli təmsilçilərindəndir. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həm azərbaycanlı soydaş, həm də dünya elminin dəyərli nümayəndəsi kimi professor Lütfi Zadəyə daim diqqət göstərdiyini, bu diqqətin nəticəsi kimi 2011-ci ildə qocaman alimin “Dostluq” ordeni ilə təltif olunduğunu vurğulayıb.

Baş konsul, çıxışının sonunda AMEA-nın prezidenti akademik Akif Əlizadə tərəfindən mərasim münasibətilə professor L.Zadəyə ünvanlanmış təbrik məktubunu oxuyaraq, qızıl medalı təntənəli surətdə dünya şöhrətli alimə təqdim edib.

Professor Lütfi Zadə çıxışında Azərbaycandan kənarda yaşamasına baxmayaraq, Azərbaycanın daim onun qəlbində xüsusi yer tutduğunu bildirib.
O, Prezident İlham Əliyevin müdrik rəhbər və istedadlı dövlət xadimi olduğunu vurğulayaraq, ona dərin rəğbət bəslədiyini söyləyib. Qocaman alim bildirib ki, Azərbaycan bu gün nəinki öz regionunda, eləcə də beynəlxalq aləmdə böyük nüfuza malikdir. Bu isə hər şeydən öncə Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən düşünülmüş siyasətin və səbatlı dövlət kursunun nəticəsidir. Lütfi Zadə AMEA-nın prezidenti A.Əlizadəyə belə bir medal ilə təltif olunmasına görə təşəkkürünü bildirib.

Tədbirdə professor Lütfi Zadə ilə uzun illər birgə çalışmış, onun elmi-tədqiqat işlərində yaxından iştirak etmiş Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova Berkli Universitetinin professoru Ceyms Demmel də çıxış ediblər.
Onlar dünya şöhrətli alimin elmi araşdırmalarından, bu səpkidə qeyri-səlis çoxluqlar və sistemlər, eləcə də qeyri-səlis məntiq sahəsində elmə gətirdiyi inqilabi yeniliklərdən söz açıblar.

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Tanınmış alim Lütfi Zadə son mənzilə yola salınıb

Tanınmış alim Lütfi Zadə son mənzilə yola salınıb

Əsas xəbər, Elm
Azərbaycan Texniki Universitetinin professoru beynəlxalq jurnalların redaks ...

Azərbaycan Texniki Universitetinin professoru beynəlxalq jurnalların redaks ...

AzTU
AzTU ilə ABŞ-ın Kaliforniya Ştatında yerləşən Berkli Universiteti arasında  ...

AzTU ilə ABŞ-ın Kaliforniya Ştatında yerləşən Berkli Universiteti arasında ...

AzTU, Amerika
100 yaşlı akademikə “Şərəf” ordeni təqdim olundu

100 yaşlı akademikə “Şərəf” ordeni təqdim olundu

"Zirvə"
ALLAH RƏHMƏT ELƏSİN, Akademik MAQSUD ƏLİYEV!..

ALLAH RƏHMƏT ELƏSİN, Akademik MAQSUD ƏLİYEV!..

Digər bölmələr, Tiflis, Nekroloqlar
Akademik İsa Həbibbəyli “Nizami Gəncəvi” medalı ilə təltif olunub

Akademik İsa Həbibbəyli “Nizami Gəncəvi” medalı ilə təltif olunub

Humanitar elmlər
Berkli Universitetinin professoru, məşhur soydaşımız, dünya şöhrətli alim L ...

Berkli Universitetinin professoru, məşhur soydaşımız, dünya şöhrətli alim L ...

Elm, Dünya, Amerika, Diaspora
Azərbaycanlı bioloq alimin Rusiyada keçirilən “Komarov oxuları”nda  məruzəs ...

Azərbaycanlı bioloq alimin Rusiyada keçirilən “Komarov oxuları”nda məruzəs ...

Biologiya və tibb elmləri
Dünya şöhrətli alim Cəlal Əliyevin xatirəsi anılıb

Dünya şöhrətli alim Cəlal Əliyevin xatirəsi anılıb

Biologiya və tibb elmləri
Böyük alim, akademik Cəlal Əliyevin əziz xatirəsi anılıb

Böyük alim, akademik Cəlal Əliyevin əziz xatirəsi anılıb

Elm, Biologiya və tibb elmləri
Böyük alim, gözəl insan, vətənpərvər ziyalı - akademik Bəkir Nəbiyev

Böyük alim, gözəl insan, vətənpərvər ziyalı - akademik Bəkir Nəbiyev

Elm, "Zirvə"
AMEA-nın bir qrup əməkdaşına orden, medal və diplomlar təqdim edilib

AMEA-nın bir qrup əməkdaşına orden, medal və diplomlar təqdim edilib

"Zirvə"
Böyük alim, akademik Cəlal Əliyevin əziz xatirəsi anılıb

Böyük alim, akademik Cəlal Əliyevin əziz xatirəsi anılıb

Biologiya və tibb elmləri
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

"Zirvə"

"Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" və AMEA-nı ...

Elm, Elanlar
AMEA Rəyasət Heyətinin geniş iclasında Prezident İlham Əliyevin irəli sürdü ...

AMEA Rəyasət Heyətinin geniş iclasında Prezident İlham Əliyevin irəli sürdü ...

"Zirvə"
Ədəbiyyat İnstitutunda görkəmli qazax yazıçısı Oljas Süleymenova Fəxri dokt ...

Ədəbiyyat İnstitutunda görkəmli qazax yazıçısı Oljas Süleymenova Fəxri dokt ...

"Zirvə", BDU
Görkəmli ədəbiyyatşünas alim Mirzağa Quluzadənin 110 illiyinə həsr olunmuş  ...

Görkəmli ədəbiyyatşünas alim Mirzağa Quluzadənin 110 illiyinə həsr olunmuş ...

Humanitar elmlər, "Zirvə", UNUTSAQ, UNUDULARIQ!....
Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz verib: Görkəmli alim Rəfiqə Ə ...

Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz verib: Görkəmli alim Rəfiqə Ə ...

Azərbaycan, Elm, Nekroloqlar
Tanınmış filosof alim Solmaz Rzaquluzadənin 85 illik yubileyi qeyd olunub

Tanınmış filosof alim Solmaz Rzaquluzadənin 85 illik yubileyi qeyd olunub

İctimai elmlər
Rəy yazın: