Dəyərli monoqrafiya: “HEYDƏR ƏLİYEVİN DİL SİYASƏTİ”

“Müstəqil Azərbaycan Dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir.”
Heydər ƏLİYEV.


Dəyərli monoqrafiya: “HEYDƏR ƏLİYEVİN DİL SİYASƏTİ” Salatın Alı qızı Əhmədli 18 oktyabr 1956-cı ildə Qazax rayonunun Poylu qəsəbəsində anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Hazırda Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Dillər Universitetində çalışır.
"Kitab Evi" İctimai Birliyinin sədridir. Eyni zamanda "Məhsəti" şairlər Məclisinin "Məhsəti" jurnalının baş redaktorunun müavini, "Turan" Qadınlar Mərkəzinin, "Bura Vətəndir" və DAMM-ın Qadınlar Şurası İdarə Heyətinin üzvüdür.
2007-ci ildə Hüseyn Cavidin 125 illiyi ilə əlaqədar "Turan" Qadınlar Mərkəzinin xətti və "Kazım Qara Bəkir Paşa" vəqfinin başqanı Timsal xanımın dəvəti ilə Türkiyə Cümhuriyyətində keçirilən tədbirlərdə olub.



Salatın Əhmədlinin "Xalq şairi Nəriman Həsənzadəyə Poylu beşiyimdən məktub" (I-II nəşr), "Səfərnamə", "Ömrünü Qazaxda yaşayan şair", "Həcc ziyarəti", "Hüseyn Cavidin ev muzeyi", "Sənsiz" (tərtibçi), "Azərbaycan Poeziya çələngi" (iki müəlliflə), "Məhsəti" Ensiklopedik Toplu (iki müəlliflə), "XIX əsr Azərbaycan ədəbiyyatı" I cild, "Poeziya" (iki müəlliflə), "Şairlər vətəni bizim tərəflər" (Antologiya, iki müəlliflə) kitabları və "Heydər Əliyevin dil siyasəti" monoqrafiyası işıq üzü görüb. "Heydər Əliyevin dil siyasəti" kitabı Türkiyədə çap olunub. Xeyli sayda elmi və publisistik məqalələri xaricdə və respublikanın dövrü mətbuatında çap edilmişdir. 2010-cu ildə "Heydər Əliyevin dil siyasəti" mövzusunda dissertasiya müdafıə edərək filologiya üzrə fəlsəfə doktoru elmi adını almışdır. Yaradıcılıq xidmətlərinə görə ictimai təşkilatların "Qızıl Qələm", “Abdulla Şaiq”, “Nəriman Nərimanov”"Cəfər Cabbarlı" mükafatlarına layiq görülmüşdür.
Ailəlidir, iki övladı və beş nəvəsi vardır.

Bu başlıq Ümummilli liderimiz Heydər Əliyevin Dil siyasətinə həsr olunmuş kitabın adından götürülmüşdür.
Kitabın müəllifi isə tanınmış qadın ziyalılarımızdan olan tədqiqatçı-alim, filologiya üzrə fəlsəfə doktoru Salatın xanım Əhmədlidir...


Müasir dünyanın geniş diapazonlu və erudisiyalı tanınmış siyasətçisi və təcrübəli dövlət xadimi, öz xalqının mənafeyini hər şeydən üstün tutan, müasir dünya siyasəti, həmçinin, qədim tarixə malik olan xalqımızın tarixən formalaşmış və təşəkkül tapmış və minilliklərdən bəri yaşamış mənəvi-siyasi ideyası ilə silahlanmış görkəmli strategiyaçı Heydər Əliyevin perspektiv proqram xarakterli “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir” - kəlamı Müstəqil dövlətimizin əsas strategiyasını istiqamətləndirən və tənzimləyən bir sənəd kimi, ölkəmizin istər ziyalıları - alimləri, müəllimləri, hərbçiləri, istərsə də təhsil, səhiyyə və təsərrüfat sistemi əməkdaşlarının qarşısında çox böyük tarixi vəzifələr qoymuşdur.
Ümummilli liderimiz Heydər Əliyevin yuxarıda qeyd olunan proqram xarakterli bu qısa, qısa olduğu qədər də geniş mənalı və dərin məzmunlu kəlamının arxasında çox böyük və həyati məsələlər dayanır ki, onların ümumi mənası, məzmunu və mündərəcəsi özünə geniş yer tapmışdır. Bu qısa kəlamı dərindən təhlil etsək görərik ki, həmin kəlamın arxasında müstəqillik, azadlıq və suverenlik, dövlət və dövlətçilik siyasətinin müasir dövrün tələbləri səviyyəsində yenidən qurulması, Vətən torpaqlarının tarixi birliyinin qorunub saxlanması, xalqımızın tarixən təşəkkül tapmış milli sərvəti olan Ana dilimizin - Ədəbi dilimizin müasir tələbləri səviyyəsində inkişaf etdirilməsi, həmçinin, ölkəmizin müstəqillik iqtisadiyyatının qorunub saxlanması və onun tarixi sahibliyinin əldə möhkəm saxlanması, milli mədəniyyətimizin sürətli inkişafının təmin edilməsi, bir sözlə, müasir həyatımızın bütün sahələrinin inkişafına geniş yollar açılması strategiyasının reallaşdırılması və s. məsələlər dayanmışdır...
Yuxarıda qeyd olunduğu kimi, geniş diapazonlu strateji görüşlərə və zəngin həyat təcrübəsinə malik olan Heydər Əliyevin strateji görüşləri barədə söz demək, onun bu sahədə ki, fəaliyyətini araşdırıb qiymətləndirmək çox çətindir... Bütün bu çətinliklərə baxmayaraq Salatın xanım Əhmədli Ümummilli liderimiz “Heydər Əliyevin dil siyasəti” mövzusunun araşdırmasına girişməsi böyük cəsarət tələb edirdi... Odur ki, o, qeyd olunan mövzunun araşdırılmasına cəsarətlə girişmiş və demək olar ki, müəllif yuxusuz gecələr və günlər keçirərək, nəhayət, qarşısına qoyduğu məqsədə nail ola bilmişdir...
Salatın xanım Əhmədlinin “Heydər Əliyevin dil siyasəti” (Bakı, 2008) kitabı masanın üstündədir. (Kitabın elmi redaktoru: Azərbaycan MEA-nın müxbir-üzvü, Əməkdar elm xadimi, professor Nizami Cəfərov, Rəyçi: Əməkdar elm xadimi, professor Nizami Xudiyevdir).
Onu da qeyd edim ki, kitabın adı - “Heydər Əliyevin dil siyasəti”, elə ilk baxışdan ziyalının diqqətini çəkir. Geniş oxucu kütləsinin öhdəsinə verilmiş bu kitab “Giriş”, “Azərbaycanda dövlət dili siyasətinin formalaşması tarixindən”, Heydər Əliyevin Müstəqil Azərbaycan Dövləti dil siyasətinin əsaslarının yaradıcısı kimi” və “Azərbaycan dilinin dövlət dili kimi inkişafı uğrunda Heydər Əliyev mübarizəsi” olmaqla üç fəsildən ibarətdir.
XX əsrdə Türk dünyası böyük siyasət və müstəqillik uğrunda gedən mübarizə meydanında iki böyük şəxsiyyət yetirmişdir. Onlardan biri qardaş Türkiyə Cümhuriyyətinin qurucusu və strategiyaçısı M.K.Atatürk, digəri isə, ömrünün 34 ildən çoxunu Azərbaycan xalqının müstəqilliyi və suverenliyi uğrunda daim mübarizəyə və çarpışmalara həsr etmiş, xalqımızın ikinci dəfə müstəqillik əldə edərək öz tarixi dövlətçilik ənənələrini bərpa etməsi ilə əlaqədar ikinci dəfə siyasət meydanına qayıtmış Azərbaycan Respublikasının sabiq və unudulmaz prezidenti Heydər Əliyev olmuşdur.
Kitabın “Giriş” hissəsində M.K.Atatürkün və H.Əliyevin dövlətçilik strategiyasının əsasında millilik ön sırada olduğu kimi, Ana dilinin - Rəsmi Dövlət dilinin inkişaf etdirilməsi də daim ön planda olmuşdur. Bir növ, istər onların dövləti idarəetmə sistemindən, istərsə də milli dil siyasəti arasındakı doğmalıq və paralellik məsələri dilin fəlsəfi baxımdan geniş şərh olunmuşdur.
Kitabın “Azərbaycan da dövlət dil siyasətinin formalaşması tarixindən” adlanan birinci fəslində Azərbaycan dövlət dil siyasətinin formalaşması tarixi üç mərhələdə ətraflı şərh olunmuşdur.
1. Xalq Cümhuriyyəti dövrü - 1918-1920-ci illər
2. Azərbaycan SSR dövrü - 1920-1991-ci illər
3. Azərbaycan Respublikası dövrü - 1991- ci ildən sonra.
Bu fəsildə Dil məsələsi, əsas etibarı ilə, sabiq SSRİ imperiyası dövründən milli dillərə, xüsusi ilə Türk dillərinə “barmaqarası” baxılması, Türk xalqlarının istifadə etdiyi əlifbalara qarşı tez-tez repressiyalar tətbiq edilməsi - ərəb əlifbasının latın qrafikalı əlifba ilə dəyişdirilməsi (1926-1929-cu illər), latın qrafikalı əlifbaların kiril əlifbaları ilə dəyişdirilməsi (1939-1940-cı illər) məsələləri, həmçinin, XX əsrin 50-ci illərində Azərbaycanda gedən əlifbada islahatların aparılması və orfoqrafiya qaydalarının yenidən təkmilləşdirilməsi uğrunda qaldırılan təşəbbüslər geniş miqyasda şərh olunmuşdur... XX əsrin 60-cı illərinin sonu və 70-ci illərin əvvəllərində Azərbaycanda hakimiyyət başında olan Heydər Əliyev Dil siyasəti sahəsində çox böyük işlər görmüşdür...

Kitabın “Heydər Əliyev Müstəqil Azərbaycan dil siyasətinin əsaslarının yaradıcısı kimi” adlanan ikinci fəslində Dövlət dili sahəsində Azərbaycan dilinə, Azərbaycan dilçiliyinə və azərbaycandilli təhsilə geniş yollar açılması, 70-80-ci illərdə H.Əliyevin ölkədə apardığı dil siyasətinin mahiyyəti, həmçinin” Azərbaycan Respublikasının Konstitusiyası”nın 21 Maddəsinin ”Dövlət dili” adlandırılması və s. məqalələr öz geniş əksini tapmışdır.

Geniş oxucu kütləsinin öhdəsinə verilmiş bu kitabın “Azərbaycan dilinin dövlət dili kimi inkişafı uğrunda Heydər Əliyevin mübarizəsi” adlanan üçüncü fəslində XX əsrin 70-ci illərindən sonra Azərbaycan dilinin tətbiqi sahəsində özünü göstərən bəzi qeyri-qanunauyğunluqlar, o cümlədən Azərbaycan dilinin dövlət idarələrində lazımi səviyyədə tətbiq edilməməsi, Azərbaycana gəlmiş xarici şirkətlərin Azərbaycan dövlət dilinə laqeydlik göstərməsi, radio-televiziya verilişlərinin Azərbaycan dili ilə yanaşı başqa dillərdə aparılması, lakin qrafikalı əlifbanın ölkənin bütün sahələrində tətbiq edilməməsi, Azərbaycan dilini - dövlət dilini bilməyən və ya çox zəif bilən kadrların dövlət idarəetmə orqanlarında müxtəlif vəzifələrə işə qəbul edilməsi, Dünya azərbaycanlıları birliyinə laqeyd münasibət göstərilməsi və s. Ümummilli liderimiz Heydər Əliyevi narahat etməsi və onun bu sahədə yorulmaz və davamlı mübarizəsi, “Azərbaycan Respublikasının Konstitutsiyası”-nın “Azərbaycan dili haqqında” 21 Maddəsindən həyatda - ölkənin bütün müəssisələrində tətbiqi işinin canlandırılması və geniş miqyaslı tətbiqi məsələləri öz geniş əksini tapmışdır...

Yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlmək olur ki, Salatın Əhmədlinin “Heydər Əliyevin dil siyasəti” mövzusu özünün orijinallığı, müasirliyi və aktuallığı etibarı ilə diqqəti cəlb edir. Bu baxımdan, Salatın xanım Əhmədlinin bu kitabı Heydər Əliyev haqqında yazılan digər əsərlərdən fərqlənir.
Elmi, ümumi-kütləvi üslubda yazılan bu əsər, ümid verir ki, geniş oxucu kütləsinin marağına səbəb olacaqdır...
Müəllifə isə uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, eləcə də elmi və bədi yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq!

Mədəd ÇOBANOV,
Azərbaycan Respublikası “Təhsil” Mərkəzinin Baş direktoru,
Nyu-York Elmlər Akademiyasının akademiki,
filologiya elmləri doktoru, professor;


Müşfiq BORÇALI,
“XXI Əsrin Ziyalıları” Cəmiyyətinin direktoru,
filoloq-tədqiqatçı.

"ŞƏRQİN SƏSİ" qəzeti,
Dekabr, 2011.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında

Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında

İctimai elmlər, "Zirvə"
“Müstəqilliyin 25 ili: Azərbaycançılıq ideyası və dil siyasəti” adlı kitab  ...

“Müstəqilliyin 25 ili: Azərbaycançılıq ideyası və dil siyasəti” adlı kitab ...

Azərbaycan
Azərbaycan dilinin dövlət dili elan olunmasından 100 il ötür

Azərbaycan dilinin dövlət dili elan olunmasından 100 il ötür

Digər bölmələr, Tarix
Qafqazşünaslıq İnstitutunda Ulu öndər Heydər Əliyevin anım gününə həsr olun ...

Qafqazşünaslıq İnstitutunda Ulu öndər Heydər Əliyevin anım gününə həsr olun ...

İctimai elmlər
“VƏTƏN OĞULSUZ OLMASIN” KİTABI NƏŞR OLUNUB

“VƏTƏN OĞULSUZ OLMASIN” KİTABI NƏŞR OLUNUB

Yeni nəşrlər
Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında

Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında

Azərbaycan, MEDİA
AMEA Rəyasət Heyətinin geniş iclasında akademik Tofiq Hacıyevin çıxışı

AMEA Rəyasət Heyətinin geniş iclasında akademik Tofiq Hacıyevin çıxışı

"Zirvə"
Tanınmış yazıçı-publisist Salatın Əhmədlinin yubileyi qeyd olunub

Tanınmış yazıçı-publisist Salatın Əhmədlinin yubileyi qeyd olunub

Təbriklər
Azərbaycan elminin yeni inkişaf mərhələsi ümummilli lider Heydər Əliyevin a ...

Azərbaycan elminin yeni inkişaf mərhələsi ümummilli lider Heydər Əliyevin a ...

Elm, "Zirvə"
SDU-da “Müasir dilçiliyin aktual problemləri” mövzusunda beynəlxalq elmi ko ...

SDU-da “Müasir dilçiliyin aktual problemləri” mövzusunda beynəlxalq elmi ko ...

Sumqayıt
Qələmşah İDRİSOV:

Qələmşah İDRİSOV: "DİLİMİZİN BÖYÜK HAMİSİ"

YAP, Köşə yazılar
Akademik İsa Həbibbəyli: “Heydər Əliyev epoxası İlham Əliyev erası ilə uğur ...

Akademik İsa Həbibbəyli: “Heydər Əliyev epoxası İlham Əliyev erası ilə uğur ...

Əsas xəbər, Humanitar elmlər, "Zirvə"
“Müstəqillik yollarında” kitabının müəlliflər heyətinin iclası keçirilib

“Müstəqillik yollarında” kitabının müəlliflər heyətinin iclası keçirilib

"Zirvə"
AzTU-da

AzTU-da "Ulu öndər Heydər Əliyev müasir Azərbaycan Respublikasının banisid ...

Əsas xəbər, AzTU
Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti gənclər üçün örnəkdir

Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti gənclər üçün örnəkdir

AzTU
AzTU-da ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

AzTU-da ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

AzTU
Ulu öndər Heydər Əliyevin anadan olmasından 95 il ötür

Ulu öndər Heydər Əliyevin anadan olmasından 95 il ötür

Digər bölmələr
AMEA-da “Heydər Əliyev dərsləri: elm, gender və müasir reallıqlar” mövzusun ...

AMEA-da “Heydər Əliyev dərsləri: elm, gender və müasir reallıqlar” mövzusun ...

Humanitar elmlər, "Zirvə"
BSU-da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anma mərasimi ...

BSU-da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anma mərasimi ...

BSU, "Elm və Təhsil"
Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ...

Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ...

Əsas xəbər, Azərbaycan, "Şərqin səsi"
Rəy yazın: