Tanınmış alim-siyasi icmalçı ordenlə təltif olunub... Təbrik edirik!..

Tanınmış alim-siyasi icmalçı ordenlə təltif olunub... Təbrik edirik!.. İstedadlı və tanınmış alim, siyasi icmalçı, Əməkdar jurnalist, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fəlsəfə və sosial fənlər kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Yasin Alı oğlu Qaraməmmədlinin fəaliyyəti ölkə ictimaiyyətinə yaxşı məlumdur.

Yasin Alı oğlu Qaraməmmədli 1938-ci il dekabrın 1-də Ulu Borçalımızın qədim Başkeçid (indiki Dmanisi) rayonundakı Muğanlı kəndində anadan olmuşdur. Səkkizillik təhsilini (1946-1954-cü illər) doğma kəndlərində almış, 1954-1958-ci illərdə Sarvanda - Marneuli Dövlət Pedaqoji Məktəbində oxumuş, sonra təhsilini Bakıda Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU-nun) tarix-filologiya fakültəsində davam etdirmişdir.
1963-cü ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir.
Bir il Saatlı rayonunun Krasnoselsk və Sabirabad rayonunun Aleksandrovsk kəndlərində müəllim və tədris hissə müdiri işləmiş, 1964-cü ilin yanvarında Bakıya qayıdaraq burada fəaliyyətini davam etdirmişdir.
O, əvvəlcə Bakıdakı 19 nömrəli şəhər texniki peşə məktəbində tərbiyəçi, Azərbaycan SSR Nazirlər Soveti Dövlət Mətbuat Komitəsinin Baş Mətbuat İdarəsində (Qlavlit) senzor işləmiş, həmin ilin noyabrından Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsinə işə dəvət olunmuş, 20 ildən artıq bir müddət ərzində burada tərcüməçi, şərhçi, böyük redaktor və baş redaktorun müavini vəzifələrində çalışmışdır.

Mətbuat sahəsində çalışdığı illərdə elmi-pedaqoji fəaliyyətindən ayrılmamış, Azərbaycan SSR EA Fəlsəfə və Hüquq İnstitutunda “Bədii xarakter anlayışı” mövzusunda tədqiqat işi aparmış, bir sıra elmi nəşrlərdə məqalələr dərc etdirmiş, 1978-ci ildə dissertasiya müdafiə edərək estetika ixtisası üzrə fəlsəfə elmləri namizədi elmi dərəcəsi almışdır. Eyni zamanda 1975-ci ildən Azərbaycan Xarici Dillər İnstitutunda, 1978-ci ildən APİ-də müəllimlik fəaliyyətinə başlamışdır. 1984-cü ilin noyabrında müsabiqə yolu ilə APİ-nin fəlsəfə kafedrasında baş müəllim vəzifəsini tutmuş, kafedranın dosenti seçilmiş, 1986-cı ilin mayından 1990-cı ilin dekabrına qədər həmin kafedranın, sonra isə institutda onun təşəbbüsü ilə təzə yaradılan mədəniyyətşünaslıq kafedrasının müdiri, 1996-1998-ci illərdə Pedaqoji Universitetin tərbiyə işləri üzrə prorektoru vəzifələrində çalışmışdır. Hazırda ADPU-nun fəlsəfə kafedrasının müdiri, dosenti kimi elmi-pedaqoji fəaliyyətini davam etdirir, fəlsəfə, estetika, etika, mədəniyyətşünaslıq, habelə Bakıdakı bir sıra özəl universitetlərdə konfliktologiya və müasir dünya siyasəti fənlərini tədris edir.
Y.A.Qaraməmmədli geniş profilli mütəxəssis kimi xüsusilə ümummarif xarakterli nəşrlərə daha çox meyl edir: “Azərbaycan Sovet Ensiklopediyası”nın IX-X cildlərinin, “Fəlsəfə ensiklopedik lüğəti”nin (1997) müəlliflərindəndir, “Davranış estetikası” kitabını tərcümə edərək ön sözlə nəşr etdirmiş (1978), orta məktəb üçün bir sıra tarix dərsliklərinin tərcüməçisi və elmi redaktoru olmuşdur.

Yasin Qaraməmmədli yüksək intellekt səviyyəsinə, geniş dünyagörüşə, zəngin daxili mənəviyyata malik vətənpərvər ziyallıdır.

O, həmişə ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir, dövlətə, dövlətçiliyə sədaqəti və ləyaqətli vətəndaş mövqeyi ilə seçilir.
Yasin Qaraməmmədli həm də ADPU-nun kollektivinin böyük hörmətini qazanıb.

Onun fəaliyyəti ölkə rəhbərliyi tərəfindən layiqincə qiymətləndirilib.
Belə ki, Yasin Qaraməmmədli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 7 noyabr tarixli 2419 nömrəli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Biz də ZiM.Az-ın Yaradıcı Heyəti adından yüksək təltifat münasibəti ilə hörmətli Yasin müəllimi ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, elmi-pedaqoji, ictimai-siyasi fəaliyyətində və bədii-publisistik yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az


(Bax: Müşfiq Borçalı. "Sazlı-Sözlü BAŞKEÇİD". I cild, Bakı, 2017.)
.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Fəxrəddin YUSİFOV (1956)

Fəxrəddin YUSİFOV (1956)

ADPU, Başkeçid, Təbriklər
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ƏLİ MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ƏLİ MÜƏLLİM!..

Digər ali məktəblər, Darvaz, Təbriklər
ZiM.Az/Tv-nin qonağı ADPU-nun dosenti Vaqif İsrafilovdur

ZiM.Az/Tv-nin qonağı ADPU-nun dosenti Vaqif İsrafilovdur

ADPU, Tv, Təbriklər
Professor Əjdər Ağayevlə görüş

Professor Əjdər Ağayevlə görüş

ADPU
ADPU-da Səmərqənd Dövlət Universitetinin professoru, həmyerlimiz Səxavət Oc ...

ADPU-da Səmərqənd Dövlət Universitetinin professoru, həmyerlimiz Səxavət Oc ...

ADPU, Orta Asiya
Bəxtiyar Nəbiyev “TƏRƏQQİ” medalı ilə  təltif olunub

Bəxtiyar Nəbiyev “TƏRƏQQİ” medalı ilə təltif olunub

YAP, BDU, Təbriklər
ADİLXAN NƏBİYEV  (1938)

ADİLXAN NƏBİYEV (1938)

"XXI əsrin Ziyalıları", Başkeçid
Tanınmış alim Əhməd Məmmədovun 70 yaşı tamam olub

Tanınmış alim Əhməd Məmmədovun 70 yaşı tamam olub

AzTU, Təbriklər
Yubileyiniz mübarək, əziz və hörmətli professor Telman QULUYEV!...

Yubileyiniz mübarək, əziz və hörmətli professor Telman QULUYEV!...

TDPİ-nin Azərbaycan bölməsi, Gəncə, Təhsil, GDU, Bolus, Təbriklər
Xalıq Yahudov AzTU-nun FƏXRİ PROFESSORU seçilib

Xalıq Yahudov AzTU-nun FƏXRİ PROFESSORU seçilib

AzTU, Təbriklər
AzTU-nun kafedra müdiri ƏHMƏD İMANOV (1965)

AzTU-nun kafedra müdiri ƏHMƏD İMANOV (1965)

AzTU, "XXI əsrin Ziyalıları"
Sergey Xıdırnəbi oğlu Əhmədov (1941-1981)

Sergey Xıdırnəbi oğlu Əhmədov (1941-1981)

Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Avropa, Rusiya
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ VAHİD FƏRHADOV!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ VAHİD FƏRHADOV!..

AzTU, Başkeçid
Əməkdar jurnalist Qafar Əsgərzadənin 60 illik yubileyi keçirilib

Əməkdar jurnalist Qafar Əsgərzadənin 60 illik yubileyi keçirilib

Təbriklər
AzTU-nun dekanı ƏHMƏD MƏMMƏDOV (1958)

AzTU-nun dekanı ƏHMƏD MƏMMƏDOV (1958)

AzTU, "Şərqin səsi", "XXI əsrin Ziyalıları", Qarayazı
Professor Buludxan XƏLİLOV - 50 * * * TƏBRİK EDİRİK!.. ZiM.Az/Tv-nin qonağı ...

Professor Buludxan XƏLİLOV - 50 * * * TƏBRİK EDİRİK!.. ZiM.Az/Tv-nin qonağı ...

ADPU, Tv
Pedaqoji Universitetində “Professor Əmrulla Paşayev” kitabının təqdimatı ol ...

Pedaqoji Universitetində “Professor Əmrulla Paşayev” kitabının təqdimatı ol ...

TDPİ-nin Azərbaycan bölməsi, ADPU
TƏBRİK EDİRİK!... Professor İSA XƏLİLOV - 55

TƏBRİK EDİRİK!... Professor İSA XƏLİLOV - 55

AzTU, Bolus, Təbriklər
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ AKİF MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ AKİF MÜƏLLİM!..

Təbriklər
Murtuz Novruz oğlu Məmmədov (1943-1988)

Murtuz Novruz oğlu Məmmədov (1943-1988)

Gəncə, Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
Rəy yazın: