AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib Noyabrın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)
70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin irəli sürdüyü elmi prioritetlərin müzakirəsi ilə bağlı Rəyasət Heyətinin geniş iclası keçirilib.


Tədbiri AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. AMEA rəhbəri Azərbaycan elminə göstərdiyi yüksək qayğıya görə Prezident İlham Əliyevə Azərbaycan alimləri, Akademiya və elmi ictimaiyyət adından dərin minnətdarlığını bildirib. Sonra akademik Akif Əlizadə ölkə prezidenti İlham Əliyevin ü mumi yığıncaqda irəli sürdüyü elmi prioritetlər haqqında geniş məruzə ilə çıxış edib.

Akademik Akif Əlizadə bildirib ki, bu il noyabr ayının 9-da respublikanın ictimai-mədəni həyatında əlamətdar hadisə olan AMEA-nın 70 illik yubiley tədbirində ölkə başçısı İlham Əliyev öz nitqində Azərbaycan elminin respublikanın sosial-iqtisadi və mədəni-mənəvi inkişafı ilə şərtlənən prioritetlərini elan edib. Akademik Akif Əlizadə ölkə başçısı İlham Əliyevin Azərbaycan elminin qarşısında ölkənin yeni iqtisadi modelinin hazırlanması istiqamətində fundamental və tətbiqi tədqiqatların, o cümlədən qeyri-neft sektorunun gücləndirilməsi və ixrac potensialının artırılması, ölkənin demoqrafik vəziyyətinin respublikanın sosial-iqtisadi inkişaf perspektivləri ilə əlaqələndirilməsi və bu baxımdan kompleks araşdırmaların aparılması, sənayenin inkişaf prosesində elmin yaxından iştirakına nail olunması kimi mühüm vəzifələr müəyyənləşdirdiyini vurğulayıb. Akademik qeyd edib ki, AMEA-nın elmi bölmələrinin akademik-katibləri bu prioritetlərin elmi müəssisə və təşkilatların Elmi şuralarında geniş müzakirələrini təşkil etməli, təkliflər hazırlamalı, onların icrası ilə əlaqədar müvafiq qərar qəbul edərək AMEA Rəyasət Heyətinə təqdim etməlidirlər.


Tədbirin növbəti hissəsi alimlərin çıxışları ilə davam edib. Tədbirdə, həmçinin AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyi münasibətilə müstəqillik dövrü Azərbaycan tarixinin yazılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi, Aqrar Elmlər Bölməsinin akademik-katibi, akademik Qərib Məmmədovun ölkənin ərzaq təhlükəsizliyinin qorunmasında və kənd təsərrüfatının inkişafında elmin yaxından iştirakının təmin edilməsi, Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimlinin multikulturalizm konsepsiyasının elmi-nəzəri əsaslarının tədqiqi və fundamental istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı ictimai və humanitar elmlər sahəsində araşdırmaların daha da genişləndirilməsi mövzularında çıxışları dinlənilib.

Bundan əlavə, Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və Azərbaycan tarixinin saxtalaşdırılmasının qarşısının alınması istiqamətində tarix elmi sahəsində uğurla həyata keçirilən araşdırmaların davam etdirilməsi, Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev Azərbaycan dilinin saflığının qorunması istiqamətində dilçilik üzrə müvafiq tədbirlərin həyata keçirilməsi və AMEA İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayev qeyri-neft sektoru üzrə ixrac potensialının artırılması və sənayenin inkişafı prosesində elmin yaxından iştirakına nail olunması kimi mövzularda çıxışlar ediblər.

Tədbirin sonunda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, AMEA-nın 70 illik yubileyi münasibəti ilə Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə yüksək dövlət mükafatları və fəxri adlara layiq görülmüş AMEA-nın bir qrup əməkdaşına orden, medal və diplomlar təqdim edilib. Akademik Akif Əlizadə mükafatçıları təbrik edib, elmi fəaliyyətlərində onlara uğurlar arzulayıb.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AMEA-nın bir qrup əməkdaşına orden, medal və diplomlar təqdim edilib

AMEA-nın bir qrup əməkdaşına orden, medal və diplomlar təqdim edilib

"Zirvə"
AMEA Rəyasət Heyətinin geniş iclasında Prezident İlham Əliyevin irəli sürdü ...

AMEA Rəyasət Heyətinin geniş iclasında Prezident İlham Əliyevin irəli sürdü ...

"Zirvə"
Respublikamızda əhalinin etibarlı ərzaq təminatı strateji önəm daşıdığından ...

Respublikamızda əhalinin etibarlı ərzaq təminatı strateji önəm daşıdığından ...

"Zirvə"
Müstəqilliyimizin 25 illik yubileyi münasibətilə sanballı elmi əsərin yarad ...

Müstəqilliyimizin 25 illik yubileyi münasibətilə sanballı elmi əsərin yarad ...

"Zirvə"
AMEA Rəyasət Heyətinin geniş iclasında akademik Tofiq Hacıyevin çıxışı

AMEA Rəyasət Heyətinin geniş iclasında akademik Tofiq Hacıyevin çıxışı

"Zirvə"
AMEA-nın prezidenti, akademik Akif Əlizadə Gənclərlə görüşüb

AMEA-nın prezidenti, akademik Akif Əlizadə Gənclərlə görüşüb

Elm
AMEA-nın Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib

Humanitar elmlər, "Zirvə"
Ölkə başçısının AMEA-nın 70 illik yubiley tədbirindəki proqram xarakterli n ...

Ölkə başçısının AMEA-nın 70 illik yubiley tədbirindəki proqram xarakterli n ...

"Zirvə"
AMEA İsrailin elmi mərkəzləri ilə əlaqələri genişləndirir

AMEA İsrailin elmi mərkəzləri ilə əlaqələri genişləndirir

Elm, İsrail
“Müstəqillik yollarında” kitabının müəlliflər heyətinin iclası keçirilib

“Müstəqillik yollarında” kitabının müəlliflər heyətinin iclası keçirilib

"Zirvə"
AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib

Elm, Humanitar elmlər
Rəyasət Heyətinin geniş iclasında akademik Ramiz Məmmədovun çıxışı

Rəyasət Heyətinin geniş iclasında akademik Ramiz Məmmədovun çıxışı

"Zirvə", Borçalı
AMEA-nın Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib

Humanitar elmlər, "Zirvə"
100 yaşlı akademikə “Şərəf” ordeni təqdim olundu

100 yaşlı akademikə “Şərəf” ordeni təqdim olundu

"Zirvə"
AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti Büro iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti Büro iclası keçirilib

Humanitar elmlər
AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Elm
AMEA-nın iki bölməsinin birgə iclası keçirilib

AMEA-nın iki bölməsinin birgə iclası keçirilib

Əsas xəbər, "Zirvə"

"Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" və AMEA-nı ...

Elm, Elanlar
AMEA-nın Yüksək Texnologiyalar Parkında rəqabətqabiliyyətli məhsullar isteh ...

AMEA-nın Yüksək Texnologiyalar Parkında rəqabətqabiliyyətli məhsullar isteh ...

Elm
AMEA nümayəndələri Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının 70 i ...

AMEA nümayəndələri Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının 70 i ...

Digər bölmələr, Orta Asiya
Rəy yazın: