Akademik Vasim Məmmədəliyevin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Akademik Vasim Məmmədəliyevin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib Akademik Vasim Məmmədəliyevin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib Akademik Vasim Məmmədəliyevin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib Akademik Vasim Məmmədəliyevin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib Akademik Vasim Məmmədəliyevin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib Dekabrın 4-də Azərbaycan Milli Elmlər Akademiyasında görkəmli şərqşünas alim, Əməkdar elm xadimi, Prezident təqaüdçüsü, "Şöhrət""Şərəf" ordenli, akademik Vasim Məmmədəliyevin 75 illik yubileyinə həsr olunmuş "Şanlı ömür səhifələri" adlı tədbir keçirilib.

Tanınmış elm və din xadimlərinin iştirak etdiyi tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva və digərləri yubilyarın həyat və yaradıcılığından, elmi-pedaqoji, ictimai fəaliyyətindən danışıblar.

AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən
ZiM.Az-a bildirib lərki,
Yubiley tədbirini giriş sözü ilə açan akademik Akif Əlizadə görkəmli alimin şərəfli ömür yolundan, geniş elmi-pedaqoji fəaliyyətindən, Azərbaycan şərqşünaslıq elminin inkişafındakı xidmətlərindən və İslam dininə verdiyi töhfələrdən bəhs edib. Alimin elmi yaradıcılığından söz açan AMEA rəhbəri akademik Vasim Məmmədəliyevin ərəbşünaslıq sahəsində gənc yaşlarında doktorluq dissertasiyası müdafiə etdiyini, xarici ölkələrin elmlər akademiyalarının üzvü olduğunu, onun əsərlərinin böyük maraqla qarşılandığını qeyd edib. Yubilyarın elm və təhsil sahəsindəki xidmətlərindən danışan akademik Akif Əlizadə Vasim Məmmədəliyevə uğurlar diləyib.

Yubilyarla bağlı dəyərli fikirlərini bölüşən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli akademik Vasim Məmmədəliyevin ərəb qrammatikasına verdiyi töhfələrdən danışıb. Ərəb dilçilik elminin təşəkkülü haqqında alimin irəli sürdüyü mülahizələrdən bəhs edən natiq ilahiyyatçının bu sahədə qiymətli əsərlərin müəllifi olmasından söz açıb, ilk dəfə olaraq ərəb qrammatika məktəblərini sistemli şəkildə tədqiq etdiyini vurğulayıb.

Sonra çıxış edən akademik Gövhər Baxşəliyeva adının İslam mədəniyyəti, eləcə də Azərbaycan xalqının tarixinə əbədi həkk olunmuş akademik Vasim Məmmədəliyevin ilahi lütfdən qaynaqlanan istedadı, dərin elmi təfəkkürü, heyrətamiz hafizəsi, yorulmaz pedaqoji fəaliyyəti, əsl ziyalıya xas xüsusiyyətləri onu fenomen şəxsiyyətlər sırasına daxil etdiyini vurğulayıb. Vətənimizin hüdudlarından kənarda da böyük şöhrət qazanmış alimin Azərbaycan şərqşünaslığının ən layiqli davamçısı, müasir şərqşünaslıq elmimizdə Mirzə Kazım bəy ənənələrinin daşıyıcısı olduğunu bildirən akademik Gövhər Baxşəliyeva yubilyarın əsərlərində ərəb dilçiliyi ilə yanaşı, Şərq filologiyası və poeziyası, İslam tarixi, kəlam, fəlsəfə, təfsir, quranşünaslıq, leksikoqrafiyanın ən mühüm məsələlərinin də tədqiq olunduğunu deyib.

Akademik Vasim Məmmədəliyevin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib Akademik Vasim Məmmədəliyevin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib Akademik Vasim Məmmədəliyevin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib Akademik Gövhər Baxşəliyeva alimin ilk dəfə olaraq ərəb qrammatika məktəblərini sistemli şəkildə araşdırdığını və "Ərəb dilçiliyi" adlı fundamental əsərinin dünya şərqşünaslığına layiqli töhfə olduğunu qeyd edib. Öz çıxışında akademikin Qafqaz Müsəlmanları İdarəsinin nəzdində Elmi-Dini Şuraya rəhbərlik etməsindən danışan akademik Gövhər Baxşəliyeva bu qurumun ölkədə İslamla bağlı mövhumat xarakterli ədəbiyyatın yayılmasının qarşısını almaq üçün yaradıldığını dilə gətirib.

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov alimin universitetin İlahiyyat fakültəsinin dekanı, Ərəb filologiyası kafedrasının müdiri kimi fəaliyyətindən, Azərbaycanda ilahiyyat elminin inkişafındakı xidmətlərindən danışıb. Akademik Vasim Məmmədəliyevin bütün həyatının, fəaliyyətinin xalqımızın mənəviyyatının zənginləşməsinə xidmət etdiyini deyib.

Fuad Nurullayev ərəb dilinin böyük tədqiqatçılarından olan alimin elmə, İslam dininin elmi əsaslarla öyrənilməsinə verdiyi töhfələrdən danışaraq əsərlərinin xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb. Alimin xidmətlərinin ölkə rəhbərliyi tərəfindən də diqqətlə qarşılandığını bildirən Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini akademikin mükafatlarını sadalayıb. Nitqinin sonunda akademikə xoş arzularını dilə gətirən natiq alimə yeni-yeni nailiyyətlər arzu edib.

Yubiley tədbirində akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov və digər qonaqlar akademikin Azərbaycan elminə və İslam dininin öyrənilməsinə verdiyi töhfələrdən danışıblar.

Daha sonra tədbir bədii hissə ilə davam edib.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Böyük alim, gözəl insan, vətənpərvər ziyalı - akademik Bəkir Nəbiyev

Böyük alim, gözəl insan, vətənpərvər ziyalı - akademik Bəkir Nəbiyev

Elm, "Zirvə"
“Müasir şərqşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfr ...

“Müasir şərqşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfr ...

İctimai elmlər, "Zirvə"
AKADEMİK ZİYA BÜNYADOVUN HƏYAT  və FƏALİYYƏTİNƏ HƏSR OLUNAN TƏDBİR KEÇİRİLİ ...

AKADEMİK ZİYA BÜNYADOVUN HƏYAT və FƏALİYYƏTİNƏ HƏSR OLUNAN TƏDBİR KEÇİRİLİ ...

Digər bölmələr
Akademik Bahadur Zeynalovun 100 illik yubileyinə həsr olunan beynəlxalq kon ...

Akademik Bahadur Zeynalovun 100 illik yubileyinə həsr olunan beynəlxalq kon ...

Digər bölmələr, UNUTSAQ, UNUDULARIQ!....
Azərbaycanın dünya miqyasında tanınmasında ulu öndər Heydər Əliyevin xidmət ...

Azərbaycanın dünya miqyasında tanınmasında ulu öndər Heydər Əliyevin xidmət ...

Humanitar elmlər, İctimai elmlər
Akademik Cəlal Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə tədbir ...

Akademik Cəlal Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə tədbir ...

Biologiya və tibb elmləri, UNUTSAQ, UNUDULARIQ!....
AMEA-nın Şərqşünaslıq İnstitutu ilə İranın Qafqaz Araşdırmaları Mərkəzi ara ...

AMEA-nın Şərqşünaslıq İnstitutu ilə İranın Qafqaz Araşdırmaları Mərkəzi ara ...

İctimai elmlər
Şəhriyarın 110 illiyi elmi konfransla qeyd edildi

Şəhriyarın 110 illiyi elmi konfransla qeyd edildi

Elm, "Zirvə", Cənubi Azərbaycan
Böyük alim, akademik Cəlal Əliyevin əziz xatirəsi anılıb

Böyük alim, akademik Cəlal Əliyevin əziz xatirəsi anılıb

Biologiya və tibb elmləri
AMEA-nın müxbir üzvü Əliyar Səfərlinin 80 illiyinə həsr olunan respublika k ...

AMEA-nın müxbir üzvü Əliyar Səfərlinin 80 illiyinə həsr olunan respublika k ...

"Zirvə"
Akademik Teymur Bünyadovun 90 illik yubileyinə həsr olunan elmi sessiya keç ...

Akademik Teymur Bünyadovun 90 illik yubileyinə həsr olunan elmi sessiya keç ...

İctimai elmlər, Təbriklər
AMEA-da görkəmli alim Mirzə Rəhimovun 90 illiyinə həsr olunan tədbir keçiri ...

AMEA-da görkəmli alim Mirzə Rəhimovun 90 illiyinə həsr olunan tədbir keçiri ...

Humanitar elmlər

"Ağamusa Axundov və Azərbaycan filologiyası" mövzusunda beynəlxalq konfra ...

Humanitar elmlər, "Zirvə"
AMEA-da Mirzə Kazımbəyin Azərbaycan dilinə tərcümə edilmiş “Türk-tatar dili ...

AMEA-da Mirzə Kazımbəyin Azərbaycan dilinə tərcümə edilmiş “Türk-tatar dili ...

Humanitar elmlər, İctimai elmlər
Dünya şöhrətli alim Cəlal Əliyevin xatirəsi anılıb

Dünya şöhrətli alim Cəlal Əliyevin xatirəsi anılıb

Biologiya və tibb elmləri
Tanınmış filosof alim Solmaz Rzaquluzadənin 85 illik yubileyi qeyd olunub

Tanınmış filosof alim Solmaz Rzaquluzadənin 85 illik yubileyi qeyd olunub

İctimai elmlər
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

"Zirvə"
Böyük alim, akademik Cəlal Əliyevin əziz xatirəsi anılıb

Böyük alim, akademik Cəlal Əliyevin əziz xatirəsi anılıb

Elm, Biologiya və tibb elmləri
Akademik Feyzulla Qasımzadənin 120 illik yubileyi AMEA-da qeyd olunub

Akademik Feyzulla Qasımzadənin 120 illik yubileyi AMEA-da qeyd olunub

Humanitar elmlər, "Zirvə"
“Müasir türkoloji tədqiqatlar: problem və perspektivlər” mövzusunda beynəlx ...

“Müasir türkoloji tədqiqatlar: problem və perspektivlər” mövzusunda beynəlx ...

Elm, "Zirvə"
Rəy yazın: