TƏBRİK EDİRİK!.. Tanınmış şair Vüqar Əhməd yeni yaradılan birliyə sədr seçilib

TƏBRİK EDİRİK!.. Tanınmış şair Vüqar Əhməd yeni yaradılan birliyə sədr seçilib Bu gün AMEA-nın Ədəbiyyat İnstitutunda "Elmi Şura"nın
növbəti iclası keçirilib.


ZiM.az xəbər verir ki, AMEA-nın vitse-prezidenti, Milli Məclisin "Elm və Təhsil" Komitəsinin sədri, Ədəbiyyat İnstitutunun direktoru, akademik, görkəmli ədəbiyyatşünas alim İsa Həbibbəylinin sədrliyi ilə keçirilən "Elmi Şura"da bir çox cari məsələlərə baxılıb.

Tövsiyə olunan bir çox monoqrafiya və araşdırmaların çapı məsləhət bilinib. Eyni zamanda tanınmış ədəbiyyatşünas alim, samballı monoqrafiyar müəllifi, filologiya üzrə elmlər doktoru, professor, sevilən şair Vüqar Əhmədin "Ön söz"ü, tərtibi və izahlarla hazırladığı İran və Azərbaycanın böyük şairi M.Şəhriyarın fars "Divan"ından poetik və filoloji tərcümələrdən ibarət kitab yekdilliklə çapa məsləhət bilindi. Kitabın elmi redaktoru akademik İ.Həbibbəyli, məsləhətçi, professor T.Əhmədov, rəyçisi, böyük elmi işçi H.Mustafa Mail oğludur.

İclasda həmçinin yeni qurumun yaradılması haqqında qərar qəbul olunub. İdeya müəllifi akademik İ.Həbibbəyli olan yeni qurum "Ədəbiyyatşünaslıq+bədii yaradıcılıq" birliyi adlanır. Birlik İnstitutda çalışan alimlərin bədii əsərlərinin, tərcümələrinin təbliği, çapı ilə məşğul olacaq. Birliyin ətrafında elm ocağında çalışan ədəbiyyatşünaslar toplaşacaq. Mütamadi olaraq onların nəsr və poeziya nümunələri nəşr olunacaq, bəyənilən şeirlərə nəğmələr bəstələnəcək.

Akademik İsa Həbibbəyli Vüqar Əhmədin çoxşaxəli yaradıcılına dəyər verərək qeyd edib ki, mən bu vəzifəyə - Birliyin sədrliyinə Vüqar Əhmədi məsləhət bilirəm. "Filologiya elmləri doktorudur, elmdə böyük nailiyyətləri var. Nasirdir-tarixi romanları var. Gözəl şairdir, sözlərinə 100-lərlə nəğmələr bəstələnib." İsa müəllim eyni zamanda məsləhət görüb ki, elmi hesabatlarda bədii yaradıcılıq da öz əksini tapsın.

Daha sonra İ.Həbibbəyli sözü Birliyə sədr təyin olunan Vüqar Əhmədə verdi. V.Əhməd yüksək etimada görə vaxtı ilə doktorluq dissertasiyasına birinci opponenti olmuş İsa müəllimə, şura üzvlərinə təşəkkürünü bildirdi. Vüqar müəllim qeyd etdi ki, İsa müəllim görkəmli alimdir, onun elm məbədimizə gəlişi canlanma yaratdı, hamımızı ruhlandırdı. Artıq hamımıza qayğı, diqqət var.

Bununla da "Elmi Şura"işini başa vurdu.

Biz də öz adımızdan, ZiM.Az-ın Yaradıcı heyəti adından, eləcə də çoxmilyonlu VÜQARsevərlər
adından gözəl şairimizi, professorumuzu təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..


Müşfiq BORÇALI.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Vüqar Əhməd şöbə müdiri təyin olunub

Vüqar Əhməd şöbə müdiri təyin olunub

Humanitar elmlər, Təbriklər
VÜQAR ƏHMƏD

VÜQAR ƏHMƏD "İLİN ALİMİ" OLDU

Təbriklər
Təbrik edirik, VÜQAR ƏHMƏD!...

Təbrik edirik, VÜQAR ƏHMƏD!...

Elm, Təbriklər, Arxiv, Ramiz Abdullayev
Ədəbiyyat İnstitutunun elmi şurasının ilin yekunları ilə bağlı iclası keçir ...

Ədəbiyyat İnstitutunun elmi şurasının ilin yekunları ilə bağlı iclası keçir ...

"Zirvə"
Hüseyn Kürdoğlunun poetik dünyası...

Hüseyn Kürdoğlunun poetik dünyası...

Yeni nəşrlər, Humanitar elmlər, Ədəbiyyatşunaslıq
Məhəmmədhüseyn Şəhriyarın fars dilində yazdığı əsərləri Azərbaycan dilində

Məhəmmədhüseyn Şəhriyarın fars dilində yazdığı əsərləri Azərbaycan dilində

Yeni nəşrlər, Humanitar elmlər, Cənubi Azərbaycan
Professor Vüqar Əhməd daha bir ölkənin akademiki seçilib

Professor Vüqar Əhməd daha bir ölkənin akademiki seçilib

Humanitar elmlər, Turan
Vüqar Əhmədin Hacı Zeynalabdin Tağıyevə həsr etdiyi “Xeyirxahlıq mücəssəməs ...

Vüqar Əhmədin Hacı Zeynalabdin Tağıyevə həsr etdiyi “Xeyirxahlıq mücəssəməs ...

Humanitar elmlər
“Plyus bədii yaradıcılıq” ədəbi almanaxı işıq üzü görüb

“Plyus bədii yaradıcılıq” ədəbi almanaxı işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər
Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçirilib

Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçirilib

"Zirvə"
ZiM.Az saytının elan etdiyi MÜSABİQƏnin I mərhələsi yekunlaşmaq üzrədir

ZiM.Az saytının elan etdiyi MÜSABİQƏnin I mərhələsi yekunlaşmaq üzrədir

Yeni nəşrlər, Müsabiqə
Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçiriləcək

Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçiriləcək

Yeni nəşrlər, Humanitar elmlər, Elanlar

"Pandemiya, virus, yoxsa mənəviyyatdakı virus?.." - TANINMIŞ NƏĞMƏKAR-ŞAİ ...

Humanitar elmlər, Köşə yazılar
“Qoşa qanad” ədəbi almanaxı işıq üzü görüb

“Qoşa qanad” ədəbi almanaxı işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər, "Zirvə", "Elm və Təhsil"
Ədəbiyyatşünas alimlər cari ilin hesabatını veriblər

Ədəbiyyatşünas alimlər cari ilin hesabatını veriblər

"Zirvə"
ƏDƏBİYYAT İNSTİTUTUNDA SƏFİRLƏ GÖRÜŞ

ƏDƏBİYYAT İNSTİTUTUNDA SƏFİRLƏ GÖRÜŞ

"Zirvə"
Görkəmli ədəbiyyatşünas alim Mirzağa Quluzadənin 110 illiyinə həsr olunmuş  ...

Görkəmli ədəbiyyatşünas alim Mirzağa Quluzadənin 110 illiyinə həsr olunmuş ...

Humanitar elmlər, "Zirvə", UNUTSAQ, UNUDULARIQ!....
İlk dəfə olaraq “Arı” və “Mirat” satirik jurnalları transfoneliterasiya edi ...

İlk dəfə olaraq “Arı” və “Mirat” satirik jurnalları transfoneliterasiya edi ...

Humanitar elmlər
Çingiz Aytmatova həsr olunmuş monoqrafiya çap olunub

Çingiz Aytmatova həsr olunmuş monoqrafiya çap olunub

Yeni nəşrlər
AMEA-da Məhəmmədhüseyn Şəhriyarın anım günü ilə bağlı tədbir keçirilib

AMEA-da Məhəmmədhüseyn Şəhriyarın anım günü ilə bağlı tədbir keçirilib

"Zirvə"
Rəy yazın: