AMEA-da Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə həsr olunmuş "Müstəqillik yollarında: Heydər Əliyevdən − İlham Əliyevə" mövzusunda elmi konfrans və "Müstəqillik yollarında" kitabının təqdimatı keçirilib

AMEA-da Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə həsr olunmuş "Müstəqillik yollarında: Heydər Əliyevdən − İlham Əliyevə" mövzusunda elmi konfrans və "Müstəqillik yollarında" kitabının təqdimatı keçirilib AMEA-da Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə həsr olunmuş "Müstəqillik yollarında: Heydər Əliyevdən − İlham Əliyevə" mövzusunda elmi konfrans və "Müstəqillik yollarında" kitabının təqdimatı keçirilib Oktyabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətində dövlət müstəqilliyinin bərpa olunmasının 25 illiyinə həsr olunmuş "Müstəqillik yollarında: Heydər Əliyevdən − İlham Əliyevə" mövzusunda elmi konfrans və "Müstəqillik yollarında" kitabının təqdimatı keçirilib.

AMEA Rəyasət Heyətinin aparatı İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsi İctimaiyyətlə əlaqələr şöbəsindən Zim.Az-a bildiriblər ki, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə "Zaman, müasir inkişaf və elm" mövzusunda giriş nitqi ilə çıxış edib.

Akademik diqqətə çatdırıb ki, Azərbaycan tarixinin Heydər Əliyev epoxası ölkəmizdə müasir cəmiyyət quruculuğunun əsasını təşkil edib: "Ulu Öndərin parlaq adı, böyük xidmətləri və çoxcəhətli fəaliyyəti sayəsində Azərbaycan hərtərəfli inkişaf edib, əsrlərə bərabər yol keçib. Həmin epoxada böyük iqtisadi yüksəliş, sənayeləşmə, elmin, mədəniyyətin və təhsilin yüksək inkişafı ölkəmizi və xalqımızı daim irəliyə aparıb. Heydər Əliyev epoxası böyük inkişafın möhkəm təməlləri deməkdir".

Ulu Öndərin dövlətçilik təlimində elm amilinin daim aparıcı mövqeyə malik olduğunu deyən AMEA-nın prezidenti cəmiyyətin müasir inkişafında elmin həlledici rolunun təmin edilməsinin görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik təliminin ana xətlərindən ibarət olduğunu vurğulayıb. Akademik ölkəmizdə cəmiyyət quruculuğunun sonrakı mərhələlərində də elm faktorunun əsas yer tutduğunu, beləliklə də zamanın, müasir inkişafın və elmin bir-birini üzvi surətdə tamamladığını diqqətə çatdırıb.

Akademik Akif Əlizadə bildirib ki, dövlət müstəqilliyimizin hələ özünün olduqca kövrək məqamlarını yaşadığı ötən əsrin 90-cı illərində Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin əbədi, sarsılmaz, dönməz olduğunu böyük inam və qətiyyətlə bütün dünyaya bəyan edib.

Artıq dövlət müstəqilliyimizin əbədiyyətə doğru yön almış yolun əsrin dörddə biri qədər zaman məsafəsini qət etdiyini söyləyən akademik bu zaman məsafəsinin hər anının həm də Azərbaycanın sürətli yüksəlişinin, beynəlxalq aləmdə artan nüfuzunun, elmin, təhsilin, mədəniyyətin tərəqqisinin tarixi olmasını təqdirəlayiq hal kimi qiymətləndirib.

Akademik Akif Əlizadə elmimizin müasir zamanın çağırışlarından və ölkəmizin sosial-iqtisad, mədəni-mənəvi inkişafından irəli gələn vəzifələrin həyata keçirilməsinə, bütövlükdə müstəqil Azərbaycanın çiçəklənməsinə bundan sonra da öz təhfələrini verəcəyinə əminliyini ifadə edib.

Dövlət müstəqilliyinin 25 illiyinə həsr olunmuş "Müstəqillik yollarında" kitabından danışan AMEA rəhbəri nəşrdə bu müddət ərzində keçilmiş məsuliyyətli və şərəfli yoldan, əldə edilmiş mühüm nailiyyətlərdən bəhs olunduğunu diqqətə çatdırıb. Akademik bu kitabı Azərbaycan alimlərinin dövlət müstəqilliyimizə mühüm töhfəsi kimi dəyərləndirib.

AMEA-da Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə həsr olunmuş "Müstəqillik yollarında: Heydər Əliyevdən − İlham Əliyevə" mövzusunda elmi konfrans və "Müstəqillik yollarında" kitabının təqdimatı keçirilib Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli "Müstəqil dövlətçiliyin Azərbaycan modeli" mövzusunda məruzə ilə çıxış edib.
Bildirib ki, Azərbaycan Respublikasında müstəqil dövlətçiliyin inkişaf modelinin formalaşdırılması görkəmli dövlət xadimi Heydər Əliyevin adı və fəaliyyəti ilə sıx bağlıdır. Qeyd edib ki, Heydər Əliyev Azərbaycanda müstəqil dövlət quruculuğunun baş memarı kimi ölkəmizin tarixi salnaməsində böyük və parlaq mərhələ yaradıb. Akademik Azərbaycanın müasir tarixinin 35 ilə yaxın böyük bir dövründə Ulu Öndərin keçdiyi çətin və şərəfli yolun, gəstərdiyi tarixi xidmətlərin, əldə etdiyi mühüm nəticələrin müasir inkişafın Azərbaycan modelinin əsasını təşkil etdiyini diqqətə çatdırıb.

İsa Həbibbəyli qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə müstəqil dövlətçiliyin təməl prinsiplərindən biri olmuş azərbaycançılıq təliminin daha da inkişaf etdirilməsinə böyük təhfələr verir: "Ölkəmizdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd olunmasının ənənə halını alması, dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi cəmiyyətdə azərbaycançılıq şüurunu dərinləşdirir".

Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf xəttinin ölkəmizdə ardıcıllıqla davam etdirildiyini deyən AMEA-nın vitse-prezidenti müstəqil dövlətçiliyin Azərbaycan modelinin müasir inkişafın əsas hədəflərini özündə əks etdirdiyini və daha işıqlı sabahlara çatmaq üçün real təminat verdiyini vurğulayıb.

AMEA-da Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə həsr olunmuş "Müstəqillik yollarında: Heydər Əliyevdən − İlham Əliyevə" mövzusunda elmi konfrans və "Müstəqillik yollarında" kitabının təqdimatı keçirilib Sonra Azərbaycan Respublikası Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev "Müstəqillik illərində multikulturalizm və tolerantlıq" mövzusunda məruzəsini təqdim edib. Akademik bildirib ki, 1991-ci ilin 18 oktyabrında Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsi ölkəmizdə əsrlərdən bəri formalaşmış multikulturalizm və tolerantlığın sonrakı inkişafı üçün əlverişli şərait yaradıb. Kamal Abdullayev Ümummilli Lider Heydər Əliyevin uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşmış Azərbaycanın çoxmədəniyyətlilik (multikultural) ənənəsini bərpa edərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdığını söyləyib.

Akademik qeyd edib ki, Azərbaycanın multikultral ənənəsinin dövlət tərəfindən qorunması istiqamətində həyata keçirilən işlər sırasında Ümummilli Liderin göstərişi ilə bu məsələnin hüquqi sənədlərdə, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmasıdır: "Multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq prinsipi Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq maddələrində əks olunub".

Kamal Abdullayev vurğulayıb ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən multikulturalizm siyasəti xalqımızın həyat tərzinə çevrilərək Azərbaycanın multikulturalizm və tolerantlıq sahəsindəki təcrübəsini bir sıra ölkələr üçün örnək kimi təqdim edir.

AMEA-da Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə həsr olunmuş "Müstəqillik yollarında: Heydər Əliyevdən − İlham Əliyevə" mövzusunda elmi konfrans və "Müstəqillik yollarında" kitabının təqdimatı keçirilib Tədbirdə həmçinin Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov "Azərbaycanda dövlət müstəqilliyinin başlanğıc dövrü: çaşqınlıqdan inama və inkişafa doğru", Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə "Müstəqil dövlətçiliyin siyasi-ideoloji əsaslarının formalaşdırılması proses­ləri: Azərbaycançılıq", AMEA-nın müxbir üzvü Əli Nuriyev "İqtisadi böhrandan sabitliyə, müstəqil dövlət quruculuğuna, islahatlara və inkişafa", Qafqazşünaslıq İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Musa Qasımlı "Müstəqil Azərbaycan dövlətinin xarici siyasətinin əsasları və müasir dövr", Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov "Əhali coğrafiyasının reallıqları: inkişaf dinamikası, məskunlaşma, resurslar və perspektivlər", Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu "Azərbaycan Respublikasında dövlət dili siyasətinin möhkəmləndirilməsi" və Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə "Milli mədəniyyətin inkişafında yeni mərhələ" mövzularında məruzələrlə çıxış ediblər.



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AMEA-da “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda elmi konfrans keç ...

AMEA-da “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda elmi konfrans keç ...

Humanitar elmlər, "Zirvə"
“Müstəqillik yollarında” kitabının müəlliflər heyətinin iclası keçirilib

“Müstəqillik yollarında” kitabının müəlliflər heyətinin iclası keçirilib

"Zirvə"
Azərbaycan elminin yeni inkişaf mərhələsi ümummilli lider Heydər Əliyevin a ...

Azərbaycan elminin yeni inkişaf mərhələsi ümummilli lider Heydər Əliyevin a ...

Elm, "Zirvə"
AMEA-da “Heydər Əliyev dərsləri: elm, gender və müasir reallıqlar” mövzusun ...

AMEA-da “Heydər Əliyev dərsləri: elm, gender və müasir reallıqlar” mövzusun ...

Humanitar elmlər, "Zirvə"
Müstəqilliyimizin 25 illik yubileyi münasibətilə sanballı elmi əsərin yarad ...

Müstəqilliyimizin 25 illik yubileyi münasibətilə sanballı elmi əsərin yarad ...

"Zirvə"
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

"Zirvə"
Akademik İsa Həbibbəyli: “Heydər Əliyev epoxası İlham Əliyev erası ilə uğur ...

Akademik İsa Həbibbəyli: “Heydər Əliyev epoxası İlham Əliyev erası ilə uğur ...

Əsas xəbər, Humanitar elmlər, "Zirvə"
“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda II Respublika Elmi Kon ...

“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda II Respublika Elmi Kon ...

Elm, "Zirvə"
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dövlətçilik tariximizin parlaq  ...

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dövlətçilik tariximizin parlaq ...

İctimai elmlər, "Zirvə"

"Ədəbiyyatda və incəsənətdə multikulturalizm və tolerantlıq" mövzusunda e ...

Humanitar elmlər, İctimai elmlər, "Zirvə"
Azərbaycanın dünya miqyasında tanınmasında ulu öndər Heydər Əliyevin xidmət ...

Azərbaycanın dünya miqyasında tanınmasında ulu öndər Heydər Əliyevin xidmət ...

Humanitar elmlər, İctimai elmlər
Ulu Öndərin sosial-iqtisadi fəaliyyətinə həsr olunan kitab təqdim edilib

Ulu Öndərin sosial-iqtisadi fəaliyyətinə həsr olunan kitab təqdim edilib

İqtisadiyyat
“Müstəqillik yollarında” kitabının müəlliflər heyətinin iclası keçirilib

“Müstəqillik yollarında” kitabının müəlliflər heyətinin iclası keçirilib

Humanitar elmlər, "Zirvə"
BSU-da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anma mərasimi ...

BSU-da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anma mərasimi ...

BSU, "Elm və Təhsil"

"Müasir və güclü Azərbaycanın memarı - Heydər Əliyev" mövzusunda elmi ses ...

Humanitar elmlər
AZƏRBAYCAN-ÇİN ELMİ ƏLAQƏLƏRİ DAVAM ETDİRİLİR

AZƏRBAYCAN-ÇİN ELMİ ƏLAQƏLƏRİ DAVAM ETDİRİLİR

"Zirvə", Dünya
AMEA-nın bir qrup əməkdaşına orden, medal və diplomlar təqdim edilib

AMEA-nın bir qrup əməkdaşına orden, medal və diplomlar təqdim edilib

"Zirvə"
“Yeni mərhələdə elmi əlaqələrin inkişafı: dialoq və əməkdaşlıq” mövzusunda  ...

“Yeni mərhələdə elmi əlaqələrin inkişafı: dialoq və əməkdaşlıq” mövzusunda ...

Elm, "Zirvə"
Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında

Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında

İctimai elmlər, "Zirvə"
GÖRKƏMLİ YAZIÇI VƏ ALİM KAMAL ABDULLAYEVLƏ GÖRÜŞ KEÇİRİLİB

GÖRKƏMLİ YAZIÇI VƏ ALİM KAMAL ABDULLAYEVLƏ GÖRÜŞ KEÇİRİLİB

"Zirvə"
Rəy yazın: