Akademik Kamal Talıbzadənin kitablarının təqdimatı olub

Akademik Kamal Talıbzadənin kitablarının təqdimatı olub Akademik Kamal Talıbzadənin kitablarının təqdimatı olub Akademik Kamal Talıbzadənin kitablarının təqdimatı olub Akademik Kamal Talıbzadənin kitablarının təqdimatı olub Akademik Kamal Talıbzadənin kitablarının təqdimatı olub Akademik Kamal Talıbzadənin kitablarının təqdimatı olub Mayın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında Azərbaycan ədəbiyyatşünaslıq elminin görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, akademik Kamal Talıbzadənin “Azərbaycan ədəbi tənqidinin tarixi (1800-1920-ci illər)”“Seçilmiş əsərləri” kitablarının təqdimat mərasimi keçirilib.

ZiM.Az xəbər verir ki,
tədbirdə tanınmış elm və
mədəniyyət nümayəndələri,
Ədəbiyyat İnstitutunun,
Azərbaycan Respublikası
Mədəniyyət və Turizm
Nazirliyinin,
Mədəniyyətşünaslıq üzrə
Elmi-Metodiki Mərkəzin
və Abdulla Şaiqin
Ev Muzeyinin əməkdaşları
iştirak edirdilər.


Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat institutun direktoru, Millət vəkili, akademik
İsa Həbibbəyli
açaraq, əvvəlcə Kamal Talıbzadənin həyat və yaradıcılığı barədə ətraflı məlumat verib, görkəmli alimin Azərbaycan ədəbiyyatşünaslığı tarixində mühüm xidmətlərindən danışıb.
Sonra qeyd etib ki, XX əsr Azərbaycan ədəbiyyatşünaslıq elminin ən görkəmli nümayəndələrindən olan akademik Kamal Talıbzadə Azərbaycan ədəbi tənqidinə, onun tarixi və nəzəriyyəsinin öyrənilməsinə bütöv bir ömür sərf edib.
Öz yaradıcılığında ədəbi əlaqələrə böyük önəm verən görkəmli alim bu istiqamətdə görülən işləri daha da zənginləşdirib.
O, həmişə gəncliyə diqqət göstərib, zəhmətkeş və istedadlı gənclərdən qayğısını əsirgəməyib.

Təqdim olunan nəşrlərin əhəmiyyətindən danışan AMEA-nın vitse-prezidenti akad. İ.Həbibbəyli bildirib ki, akademik K.Talıbzadənin Ədəbiyyat İnstitutunda hazırlanan “Seçilmiş əsərləri” AMEA-nın rəyasət heyətinin elmi nəşriyyat şurasının qərarı ilə “Elm” nəşriyyatında çap olunub.
Abdulla Şaiqin ev-muzeyində nəşrə hazırlanan “Azərbaycan ədəbi tənqidinin tarixi (1800-1920-ci illər)” kitabında isə akademik K.Talıbzadənin tənqidi görüşləri, Azərbaycan ədəbi tənqidinin tarixi kökləri, müvafiq sahənin əsas cərəyanları olan realist və romantik tənqid, şeirimizin, dramaturgiyamızın inkişaf mərhələləri haqqında elmi araşdırmaları əksini tapıb. Burada K.Talıbzadə tərəfindən ədəbi dil məsələlərinə də münasibət bildirilib.

AMEA-nın vitse-prezidenti akad. İ.Həbibbəylivurğulayıb ki, zəngin arxiv materialları və ədəbi-tarixə əsaslanan bu əsərlərdə müxtəlif tənqidi cərəyanların ideya-estetik özünəməxsusluqları dövrün ümumi ədəbi prosesi fonunda və müasirlik işığı altında izah olunur.
Bir sözlə, akademik Kamal Talıbzadə iyirminci yüzillik Azərbaycan ədəbiyyatının və ədəbiyyatşünaslığının geniş elmi portretini yaradıb.
Onun qiymətli elmi əsərləri müstəqillik dövrü Azərbaycan ədəbiyyatşünaslıq elminin müasir inkişaf yollarına işıq salır.

Akademik Kamal Talıbzadənin kitablarının təqdimatı olub Akademik Kamal Talıbzadənin kitablarının təqdimatı olub Akademik Kamal Talıbzadənin kitablarının təqdimatı olub Akademik Kamal Talıbzadənin kitablarının təqdimatı olub İnstitutun şöbə müdiri, filologiya elmləri doktoru Vaqif Yusifli “Görkəmli tənqidçi ədəbiyyatşünas Kamal Talıbzadə” mövzusunda məruzəsində bildirib ki, ədəbiyyat tarixçiliyi K.Talıbzadənin tənqidçi təfəkkürünün möhkəm dayağıdır. Ədəbi prosesin təqdimatında ədəbiyyat tarixinin faktlarına və hadisələrinə əsaslanmaqla, ədəbi gedişata istinad etməklə fikir və mülahizə yürütmək, dərin elmi ümumiləşdirmələr aparmaq alimin tənqidçi kimi münasibətini ifadə edən baxışlarının təzahürüdür.

Tədbirdə filologiya elmləri doktorları, professorlar Alxan Bayramoğlu, Nizami Tağısoy, Şamil Vəliyev, ədəbiyyatşünas-tənqidçi Qurban Bayramov, filologiya üzrə fəlsəfə doktoru Elnarə Akimova, Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Azadə Hüseynova və başqaları çıxış edərək,
XX əsr Azərbaycan ədəbi tənqidinin görkəmli nümayəndəsi akademik Kamal Talıbzadənin ənənəvilik və müasirlik məsələlərinə xüsusi əhəmiyyət verdiyini bildirib, alimi Azərbaycan ədəbiyyatşünaslıq elminin formalaşmasında mühüm rol oynamış cəsarətli və obyektiv tənqidçi kimi səciyyələndiriblər.

Akademik Kamal Talıbzadənin ailəsi adından sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülkər Talıbzadə çıxış edərək Ədəbiyyat İnstitutunun rəhbərliyinə minnətdarlığını ifadə edib.

Tədbirə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat institutun direktoru, Millət vəkili, akademik İsa Həbibbəyli yekun vurub.



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Böyük alim, gözəl insan, vətənpərvər ziyalı - akademik Bəkir Nəbiyev

Böyük alim, gözəl insan, vətənpərvər ziyalı - akademik Bəkir Nəbiyev

Elm, "Zirvə"
GÖRKƏMLİ YAZIÇI VƏ ALİM KAMAL ABDULLAYEVLƏ GÖRÜŞ KEÇİRİLİB

GÖRKƏMLİ YAZIÇI VƏ ALİM KAMAL ABDULLAYEVLƏ GÖRÜŞ KEÇİRİLİB

"Zirvə"
Akademik Feyzulla Qasımzadənin 120 illik yubileyi AMEA-da qeyd olunub

Akademik Feyzulla Qasımzadənin 120 illik yubileyi AMEA-da qeyd olunub

Humanitar elmlər, "Zirvə"
Ədəbiyyat İnstitutunda “Elm günü” qeyd olunub

Ədəbiyyat İnstitutunda “Elm günü” qeyd olunub

Humanitar elmlər, "Zirvə"
Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçirilib

Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçirilib

"Zirvə"
Ədəbiyyat İnstitutunda “Ədəbi proses-2015” mövzusunda elmi-yaradıcılıq müşa ...

Ədəbiyyat İnstitutunda “Ədəbi proses-2015” mövzusunda elmi-yaradıcılıq müşa ...

"Zirvə"
Görkəmli ədəbiyyatşünas alim Mirzağa Quluzadənin 110 illiyinə həsr olunmuş  ...

Görkəmli ədəbiyyatşünas alim Mirzağa Quluzadənin 110 illiyinə həsr olunmuş ...

Humanitar elmlər, "Zirvə", UNUTSAQ, UNUDULARIQ!....
Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçiriləcək

Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçiriləcək

Yeni nəşrlər, Humanitar elmlər, Elanlar
“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi

“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi

Humanitar elmlər, "Zirvə", "Elm və Təhsil"
“Məni Şaiqdən ayırmayın – Kamal Talıbzadə” adlı tədbir keçirilib

“Məni Şaiqdən ayırmayın – Kamal Talıbzadə” adlı tədbir keçirilib

Mədəniyyət, UNUTSAQ, UNUDULARIQ!....
Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

"Zirvə", Ədəbi əlaqələr
“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

Əsas xəbər, Elm, "Zirvə"
ƏDƏBİYYAT İNSTİTUTUNDA SƏFİRLƏ GÖRÜŞ

ƏDƏBİYYAT İNSTİTUTUNDA SƏFİRLƏ GÖRÜŞ

"Zirvə"
Ədəbiyyat İnstitutunda görkəmli qazax yazıçısı Oljas Süleymenova Fəxri dokt ...

Ədəbiyyat İnstitutunda görkəmli qazax yazıçısı Oljas Süleymenova Fəxri dokt ...

"Zirvə", BDU
Ədəbiyyatşünas alimlər cari ilin hesabatını veriblər

Ədəbiyyatşünas alimlər cari ilin hesabatını veriblər

"Zirvə"
Tanınmış alim Vaqif Arzumanlının 70 illik yubileyi qeyd olunub

Tanınmış alim Vaqif Arzumanlının 70 illik yubileyi qeyd olunub

Humanitar elmlər
Ədəbiyyat İnstitutunun Hesabat Elmi şurası keçirilib

Ədəbiyyat İnstitutunun Hesabat Elmi şurası keçirilib

Humanitar elmlər
AMEA-nın müxbir üzvü Əliyar Səfərlinin 80 illiyinə həsr olunan respublika k ...

AMEA-nın müxbir üzvü Əliyar Səfərlinin 80 illiyinə həsr olunan respublika k ...

"Zirvə"
Priofessor Vəli Osmanlının 80 illik yubiley – anım mərasimi

Priofessor Vəli Osmanlının 80 illik yubiley – anım mərasimi

Elm, Borçalı
Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasında - Gənc ədəbiyyatşünaslar ...

Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasında - Gənc ədəbiyyatşünaslar ...

Humanitar elmlər, "Zirvə"
Rəy yazın: