YAP Yasamal rayon təşkilatı 26 illiyini qeyd edib

YAP Yasamal rayon təşkilatı 26 illiyini qeyd edib YAP Yasamal rayon təşkilatı 26 illiyini qeyd edib YAP Yasamal rayon təşkilatı 26 illiyini qeyd edib YAP Yasamal rayon təşkilatı 26 illiyini qeyd edib Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının yaradılmasının
26-cı ildönümünə
həsr edilmiş tədbir
keçirildi.

Tədbir iştirakçıları əvvəlcə partiyanın rayon təşkilatının qərargahında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə ucaldılmış büstü önünə
gül-çiçək dəstələri
düzdülər.

Tədbir təşkilatın
konfrans zalında
davam etdirildi.


YAP Yasamal rayon təşkilatının sədri
Tağı Əhmədov
partiyanın yaranma zərurətindən və bir sıra siyasi aspektlərdən bəhs edərək, tədbir iştirakçılarını salamladı. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Ulu Öndər Heydər Əliyevin, eyni zamanda, partiyanın fəaliyyətində tarixi xidmətləri olmuş şəxslərin xatirələri bir dəqiqəlik sükutla anıldı.

Tağı Əhmədov çıxışında Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevə olan ümumxalq məhəbbətindən, Ümummilli Liderin xalqımız qarşısındakı xidmətlərindən danışdı.Qeyd etdi ki, ötən əsrin sonlarında Azərbaycanda mövcud olan mürəkkəb ictimai-siyasi hadisələr, dövlətçilik təcrübəsindən xəbərsizlərin Azərbaycana rəhbərliyi müharibə şəraitində yaşayan ölkəmizi uçuruma aparırdı. İnsanlar təlaş içərisində idilər. “O dövrdə xalqı bir ideya ətrafında birləşdirəcək vahid təşkilata, qətiyyətli liderə ehtiyac duyulurdu. Belə bir şəraitdə cəmiyyətimizin parlaq simaları, Azərbaycan tarixinə “91-lər” kimi yazılan böyük hörmətə layiq ziyalılar Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Heydər Əliyevə müraciət edərək xalqı düçar olduğu bəlalardan qurtarmaq üçün çıxış yolu tapmağa çağırdılar”,1992-ci il noyabrın 21-də Naxçıvanda 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildiyini, həmin hadisənin yenicə müstəqilliyini qazanmış respublikamızın həyatında tarixi hadisə, dönüş nöqtəsi olduğunu bildirdi. Həmçinin vurğulandı ki, YAP Yasamal rayon təşkilatının təməli də həmin çətin dövrlərdə qoyulub və artıq 26 ildir ki, partiyanın rayon təşkilatı bu şanlı, şərəfli yolda addımlayır: “Bu gün partiyamızın sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə biz yeni-yeni uğurlara imza atır, Ulu Öndər Heydər Əliyev ideologiyasının inkişaf xətti ilə növbəti qələbələrə doğru addımlayırıq. Artıq 16 ildir ki, cənab İlham Əliyev bu ölkəyə rəhbərlik edir, xalqımız bu siyasətin ətrafında mütəşəkkilliklə birləşib”.

YAP Yasamal rayon təşkilatı 26 illiyini qeyd edib Tədbirdə çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq bütün ölkə ərazisində həyata keçirilən geniş miqyaslı abadlıq və quruculuq işlərindən söz açaraq, Yasamal rayonunun da bu istiqamətdə inkişaf yolu ilə irəlilədiyini bildirdi. “Bu gün, partiyamızın cədri Prezident İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bütün sahələrdə gördükləri işləri, yorulmaz fəaliyyətləri hər birimizdə fərəh və qürur hissləri oyadır”, deyən Əziz Əzizov ötən il keçirilmiş prezident seçkilərindən sonra dövlət rəhbərinin ilk olaraq, məhz Yasamal rayonuna gəldiyini xatırlatdı və bu hadisənin bütün yasamallılar üçün tarixi hadisə olduğunu dedi: “Prezident İlham Əliyev Yasamal rayonuna hər səfərində möhtəşəm açılışlarda iştirak edib. Əlbəttə ki, bu bizləri qürurlandırır”. Əziz Əzizov gənclərin də fəaliyyətinə toxunaraq vurğuladı ki, ölkəmizdə mövcud sabitliyi, inkişafı pozan xəyanətkar qüvvələr var və onlar əldə edilən inkişaflı nailiyyətlərdən narahat olurlar. “Vətənini, dövlətini sevən, Yeni Azərbaycan Partiyasının sıralarında cəmləşən gəncliyimiz də öz fəallıqlarını göstərməli həmin qüvvələrə layiq olduqları cavablarını verməlidirlər”. Əziz Əzizov YAP Yasamal rayon təşkilatının bütün üzvlərini yaradılmasının 26-cı ildönümü münasibəti ilə təbrik edib, uğurlar arzuladı.

YAP Yasamal rayon təşkilatı 26 illiyini qeyd edib “İki Sahil” qəzetinin baş redaktoru, YAP-nın Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə YAP-ın tarixindən bəhs edərək vurğuladı ki, artıq inkişafın Azərbaycan modeli dünyada özünü doğruldur və təbliğ edilir. Bütün bunlar isə 26 illik çətin və şərəfli yolda əldə olunub. “Bu gün, əldə edilən bütün uğurlarda Heydər Əliyev qətiyyəti dayanır”, deyə qeyd edən Vüqar Rəhimzadə həmçinin Ulu Öndərin tarixi kəlamını da xatırlatdı: “Ulu Öndər Heydər Əliyev deyirdi ki, biz müxalifətçilik naminə müxalifətdə deyilik, xalqın maraqları naminə müxalifətdəyik. Həmin vaxtlarda bu ideya ətrafında birləşən insanlara qarşı ardıcıl basqılar törədilirdi. Ulu Öndərin səsini xalqa çatdıran “Səs” qəzetinə, orada çalışan jurnalistlərə qarşı dəfələrlə hücumlar olundu. Lakin kimsə mübarizə yolundan geri çəkilmədi. Məhz Azərbaycan xalqının və dövlətçiliyinin qorunması, xilası üçün Heydər Əliyev xalqının, xalqı isə Onun yanında dayandı. Ötən 26 ildə dağılmaq ərəfəsində olan Azərbaycanı qüdrətli Azərbaycana çevirdi. Bu gün partiyamızın sıralarında 700 mindən artıq insanlar cəmləşib. Azərbaycan dövləti və xalqı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra daha böyük uğurlara, nailiyyətlərə imza atacaq”.

YAP Yasamal rayon təşkilatı 26 illiyini qeyd edib “Səs” Media Qrupun rəhbəri Bəhruz Quliyev bütün YAP üzvlərini təbrik etdi və partiyanın təsis olunduğu illərdə ölkədəki gərginlikdən, hakimiyyətin yaratdığı xaosdan danışaraq bildirdi ki, ilk gündən ölkədəki sabitliyin, inkişafın istiqamətlərini irəli sürdüyü konsepsiya ilə müəyyənləşdirən Ulu Öndər Heydər Əliyev bununla müstəqilliyimizin əbədiliyini təmin edib. “Ölkədə ictimai-siyasi proseslərin mürəkkəbləşdiyi bir zamanda tarixi zərurətdən yaranan, xalqa daha yaxın olan Yeni Azərbaycan Partiyası ölkədə demokratiyanı, müasir siyasi sistemi formalaşdırdı”. Bəhruz Quliyev bildirdi ki, bu gün sosial şəbəkələrdə Azərbaycan dövlətinin və xalqının əleyhinə mənəvi terror tətbiq edilir, söyüş kampaniyaları aparılır: “Xalqımıza qarşı belə çirkin kampaniyaları təşkil edən texnoloqlar yaxşı bilirlər ki, xalqımız söyüşlərə, təhqirlərə susan xalq deyil. Məhz bu vasitələrlə sabitliyi pozmağa çalışırlar. Ancaq həmin kampaniyalarda iştirak edənlər unutmamalı, birdəfəlik dərk etməlidirlər ki, onların cəhdləri istədikləri nəticəni verməyəcək.

YAP Yasamal rayon təşkilatı 26 illiyini qeyd edib YAP Yasamal rayon təşkilatı 26 illiyini qeyd edib YAP Yasamal rayon təşkilatı 26 illiyini qeyd edib Tədbirdə gənclər adından çıxış edən Bakı Dövlət Universitetinin tələbəsi Atababa Manafov da
vurğuladı ki,
YAP ətrafında birləşən
Azərbaycan gəncliyi
bundan sonra da
partiyanın Sədri,
ölkə Prezidenti
cənab İlham Əliyevin
ətrafında sıx birləşərək,
Azərbaycanın inkişafı,
tərəqqisi yolunda
yorulmadan çalışacaqlar.

Sonra bir qrup
fəal partiya üzvləri
diplom və fərmanlarla
mükafatlandırıldılar.

Tədbirin bədii hissəsində
ölkəmizin tanınmış
mədəniyyət və
incəsənət ustaları
bir-birindən maraqlı
konsert proqramları ilə
çıxış edərək,
tədbir iştirakçılarına
bayram əhval-ruhiyyəsi
bəxş etdilər.


Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Yeni Azərbaycan Partiyasının möhtəşəmliyi cəmiyyətin bütün sosial-ictimai m ...

Yeni Azərbaycan Partiyasının möhtəşəmliyi cəmiyyətin bütün sosial-ictimai m ...

YAP, Gənclik
AzTU-da YAP ərazi ilk partiya təşkilatının idarə heyətinin genişləndirilmiş ...

AzTU-da YAP ərazi ilk partiya təşkilatının idarə heyətinin genişləndirilmiş ...

YAP, AzTU
AzTU-da Ulu Öndərin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib

AzTU-da Ulu Öndərin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib

YAP, AzTU
AzTU-da YAP-ın yaradılmasının 27-ci ildönümü qeyd olunub

AzTU-da YAP-ın yaradılmasının 27-ci ildönümü qeyd olunub

YAP, AzTU
YAP Yasamal rayon təşkilatında sosial şəbəkələrdə fəal iştirak edən gənclər ...

YAP Yasamal rayon təşkilatında sosial şəbəkələrdə fəal iştirak edən gənclər ...

YAP
AzTU-da Ulu Öndərin anım gününə həsr olunan tədbir keçirilib

AzTU-da Ulu Öndərin anım gününə həsr olunan tədbir keçirilib

AzTU
Yasamal rayon İH-də Prezident İlham Əliyevin iqtisadi və sosial məsələlərlə ...

Yasamal rayon İH-də Prezident İlham Əliyevin iqtisadi və sosial məsələlərlə ...

YAP, Bakı
Filologiya elmləri doktoru Mərziyyə Nəcəfova - Ədəbiyyat İnstitutunun YAP i ...

Filologiya elmləri doktoru Mərziyyə Nəcəfova - Ədəbiyyat İnstitutunun YAP i ...

YAP, Humanitar elmlər
Yasamal rayonunun 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və q ...

Yasamal rayonunun 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və q ...

Bakı
TƏBRİK EDİRİK, HÖRMƏTLİ ŞİKAR MÜƏLLİM!...

TƏBRİK EDİRİK, HÖRMƏTLİ ŞİKAR MÜƏLLİM!...

YAP, AzTU, Təbriklər
Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumre ...

Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumre ...

YAP

"Bahar Enerji" əməliyyat şirkətində ulu öndərin anım gününə həsr olunmuş ...

UNUTSAQ, UNUDULARIQ!....
AzTU-da

AzTU-da "Ulu öndər Heydər Əliyev müasir Azərbaycan Respublikasının banisid ...

Əsas xəbər, AzTU
ADPU-da

ADPU-da "Azərbaycançılıq-milli ideologiyamız" mövzusunda ziyalılarla təl ...

ADPU, QHT
“Yeni Yurd”-un Yasamal rayon şöbəsində görüş keçirilib

“Yeni Yurd”-un Yasamal rayon şöbəsində görüş keçirilib

Azərbaycan, "Şərqin səsi"
Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında

Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında

Azərbaycan, MEDİA
İlham Əliyev Ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə k ...

İlham Əliyev Ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə k ...

Əsas xəbər
AzTU-da

AzTU-da "Tarixə atılan imza" fləşmobu

AzTU
AzTU-da Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib

AzTU-da Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib

AzTU
Azərbaycan elminin yeni inkişaf mərhələsi ümummilli lider Heydər Əliyevin a ...

Azərbaycan elminin yeni inkişaf mərhələsi ümummilli lider Heydər Əliyevin a ...

Elm, "Zirvə"
Rəy yazın: