ADANA FESTİVALINDAN TƏƏSSÜRATLARIM

ADANA FESTİVALINDAN TƏƏSSÜRATLARIM Azərbaycan-Türkiyə qardaşlığının çox qədim tarixinin olduğunu hər kəs bilir. Bu iki ölkənin xalqlarının böyük əksəriyyətinin eyni kökdən, eyni boydan - Oğuz türkləri boyundan olduğu da məlumdur.
Məhz buna görə də Azərbaycan-Türkiyə arasında olan qırılmaz tellər bu gün də özünü təsdiqləyir.
Belə ki, eyni kökdən qaynaqlanan bu xalqların birliyi hər sahədə özünü göstərdiyi kimi, ədəbiyyat, incəsənət sahəsində də göstərməkdədir.
Son illər bu dostluğun qardaş ölkədə, eləcə də Azərbaycanda daha geniş vüsət aldığının şahidi olmuşuq.
Biz hər iki ölkədə keçirilən musiqi, teatr, kino, şeir və rəqs festivallarını bariz nümunə olaraq göstərə bilərik. Bu gün isə biz Türkiyənin böyük şəhərlərindən olan Adana da keçirilən bir festivaldan yadda qalan təəssüratlarımızdan söhbət açacayıq.


ADANA FESTİVALINDAN TƏƏSSÜRATLARIM Qardaş ölkənin müxtəlif şəhərlərində hər il qeyd edilən şeir və musiqi festivallarına, Azərbaycanın ədəbi irsini yaşadan şair və yazıçılar dəvət olunurlar. Dəvət olunanların sırasına şair və yazıçılarla birlikdə, qiraətçilər, müğənnilər, musiqiçilər, rəssamlar və hətta kitab həvəskarı olan oxuculardan da qatılanlar olur.

Türkiyənin Ankara, Adana, Sivas, İzmir və başqa şəhərlərində keçirilən belə festivallar, iki qardaş dövlətin arasında salınmış körpünü daha da möhkəmləndirir və bu qardaşlığın arasında olan mehribançılığı, birliyi bir qədər də gücləndirir. Ulu öndər Heydər Əliyevin zamanında söylədiyi kimi, “biz iki dövlət, bir millətik” deməsi, qardaşlığın möhkəmlənməsinə həqiqətən də təsir göstərən gözəl amildir.


Mən “Elm və Təhsil” qəzetinin Baş redaktoru və şair-publisist olaraq, artıq ikinci dəfədir ki, Adanada keçirilən şeir və musiqi festivalına dəvət alıram. Hörmətli şairimiz İlqar Türkoğlunun dəvəti ilə qatıldığım “Şeir və Musiqi” festivalı mənim şəxsimdə yaradıcı insan kimi böyük ruh yüksəkliyi yaradır. Belə bir festivalda iştirak etməyim mənə yeni şeirlər yazmağa, xüsusilə də vətənpərvərlik haqqında yazmağa stimul verir. İştirak etdiyim bu festivallar maraqlı proqramları ilə diqqətimi daha çox çəkirdi. Adana Bələdiyyə Başkanlığının izni ilə təşkil olunan festivalda təkcə Türkiyədən olan şair və ədəbiyyatçılar deyil, eyni zamanda Bələdiyyə Başkanları, bələdiyyə üzvləri, məmurlar, müxtəlif qəzetlərin əməkdaşları və fotoqraflar da iştirak edirdi. Hətta, keçən il Adana Valiliyindən bizi qəbul edərək, gözəl qarşılanma təşkil etdikləri kimi, bu ildə Karasal Bələdiyyə başkanı Saadettin bəy şəxsən özü tədbirə qatıldı. Bu qarşılanmada çıxış edən məmurlar, qonaq qismində iştirak edən şair və musiqiçilərə - iştirakçılara uğurlar, xoş arzular diləməklə yanaşı, Azərbaycana xüsusi sevgilərinin olduğunu da qeyd etdilər.

ADANA FESTİVALINDAN TƏƏSSÜRATLARIM Tədbir Beynəlxalq səviyyəli festival olduğu üçün oraya təkcə Azərbaycandan deyil,
eyni zamanda Qazaxıstan, Qırğızıstan, Özbəkistan, İran, Dərbənd (Rusiya) və İraq-Kərkük ədəbi birliyinin üzvlərindən də ədəbiyyat nümayəndələri dəvət olunmuşdular. Üçüncü ildir ki, keçirilən bu festival artıq bir ənənə şəklini almışdır.

Festivala dəvət olunan hər bir iştirakçıya təntənəli surətdə və nəfis formada hazırlanmış ödül(diplom), fəxri fərmanlar və hədiyyələr təqdim edildi. Hədiyyə dedikdə, ədəbiyyatçıların biri-birinə ən dəyərli hədiyyəsi sözsüz ki, kitabdır. Belə də oldu. Hər kəs yeni çapdan çıxmış kitablarını bir-birinə hədiyyə edərək, xoş sözlər söylədilər. Bundan başqa keçən il Halisə xanımın redaktorluğu(editör) ilə Adanada nəşr olunan və hər bir şairin şeirlərinin yer aldığı “Şairlerdən Bir Demet” adlı “Şiir seçkisi” antalogiyası da orada iştirak edən şair və yazarlara təqdim olunmuşdu. Mənim də həmən antalogiyada 4 şeirim dərc olunaraq, oxucuların ixtiyarına verilmişdi. Bu il isə vaxt məhdudiyyətindən antalogiyanın nəşri bir qədər gecikdi.

ADANA FESTİVALINDAN TƏƏSSÜRATLARIM 2019-cu il noyabrın ayının 1-3 tarixində keçirilən “5-ci ULUSLARARASI ÇUKUROVA DA TÜRK DÜNYASI ŞİİR VƏ MÜZİK FESTİVALI” qeyd etdiyimiz kimi yenə Adana şəhərində oldu. Festivalın rəhbəri və təşkilatçısı yenə də Çukurova Ədəbiyyatçılar Dərnəyi Başkanı Halisə xanım Tekbaş oldu. Azərbaycan təmsilçisi isə hörmətli şairimiz İlqar Türkoğlu idi. Möhtəşəm layihə olan bu festivala Azərbaycandan 29 oktyabr tarixində 40 nəfərlik bir qrupla yola düşdük. Tanımadığımız insanlarla yolçuluğun ayrı ləzzəti var. Yeni simalar, yeni tanışlıqlar yolumuzu çox maraqlı etdi. Hətta yolun uzunluğu belə hiss olunmadı. Avtobusda da şairlərimiz sakit dayanmadılar. Onlar növbə ilə şeirlər söylədilər, musiqiçilər isə musiqi ifa etdilər. Deyirlər şairlərə ilham pərisi gəldikdə o yaza bilir, deməli bu ilham pərisi tanrı tərəfindən göndərilir. Əgər həqiqətən də tanrı ilham pərisini göndərirsə, demək şairlər seçilmişlərdir. Azərbaycandan balaca xanəndəmiz Mehdi öz gözəl səsi ilə istedadını nümayiş etdirdi. Maraqlı söhbətlər, deyişmələr, musiqili anlar adamı darıxmağa qoymurdu. Amma atalar çox düzgün demişdir ki, “Qardaşını tanımaq istəyirsənsə, onunla yol yoldaşı ol”. İnsanları yolda daha yaxşı tanımaq olur. Hətta ömürboyu maskalansalar belə, hər kəs yolda tanınır, yolda maskaları açılır. Bəzi neqativ xasiyyətli insanlar olmasaydı, daha xoş təəssüratlarım olardı. Nə etmək olar? İnsanlar müxtəlif xasiyyətlidirlər. Bir sözlə yolçuluğumuz çox maraqlı keçdi.

Hər kəs qardaş ölkəyə öz sevincini aparmaqla yanaşı, həm də gözəl şeirlərini ərmağan etdi. Azərbaycanda özünəməxsus qələmi ilə tanınan şairlərdən: İlqar Türkoğlu, Ayaz Arabaçı, Fazilə Qafarqızı, Aysel Fikrət, Aysel Xanlarqızı, Oktay Şefioğlu, Elli Atayurd, Ramiz Qusarçaylı, Əntiqə Qonaq, Telli Sənəm Borçalı, Səhər Əhməd, Süleyman Abdulla, Faiq Balabəyli, Aləmzər Sadıqqızı, Adilə Nəzər, Aləm Kəngərli, Nəvai Mətin, Lalə Mədətova, Seyran və Seymur Allahverdi qardaşları və başqaları var idi. Mənim üçün ən maraqlı iştirakçı isə, Azərbaycan yazarlarının vəfalı oxucusu olan, əksər şairlərin imza günündə-kitab təqdimatlarında iştirak edən və onların kitablarını öz şəxsi kitabxanasında qoruyub, saxlayan Gülnar Əhmədova idi. Gülnar həm də yol boyu maraqlı fotolarımızı çəkib bizə hədiyyə edirdi.

ADANA FESTİVALINDAN TƏƏSSÜRATLARIM Böyük sevinc hissi ilə iştirak etdiyim bu festivala bir neçə: “Şəhid laylası”, “Müsəlləh əsgərim”, “Kim bələdi”, “Mən bir Türk qızıyam”, “Azərbaycan” adlı şeirlərimi məxsusi olaraq hazırlamışdım. Festivalın ilk günü səhnədə çıxış üçün yer aldım və “Mən bir Türk qızıyam” şeirimi söylədim. Alqışlarla qarşılanan çıxışım həyatımın unudulmaz günlərindən biri kimi yaddaşıma həkk olundu.

Maraqlısı budur ki, Adanada qaldığımız dörd gün müddətində biz özümüzü yad ölkədə olduğu kimi qərib hiss etmədik. Dili dilimizdən, dini dinimizdən, qanı qanımızdan olan qardaşlarımızın, Azərbaycandan gələn müsafirlərə olan doğma rəğbətinin və hörmətinin bir daha şahidi olduq. Yüksək səviyyədə qarşılanma, beş ulduzlu oteldə yerləşdirilmə, gündə üç dəfə gözəl, dadlı yeməklər(səhər, nahar və şam yeməyi), gəzinti üçün xüsusi olaraq ayrılmış səliqəli, rahat avtobuslar, bütün günü bizi aparıb-gətirmək üçün xidmətimizdə idi. Vaxt rejimi o qədər dəqiq bölünmüşdü ki, kimisə gözləməyə, gedəcəyimiz yerlərə gecikməyə ehtiyac qalmırdı. Hamı dəqiqliyə riayət edirdi.

Adananın qədim, tarixi yerlərinə ekskursiyaların təşkil olunması çox təqdirəlayiqdir. Tədbir iştirakçıları ilə birlikdə Atatürkün çalışdığı binada və iş otağında olduq. Muzeyə çevrilmiş otaqlardan yadigar olaraq, maraqlı fotolar da çəkdirdik. Gəzintidə olarkən bizə bələdçilik edən təşkilat üzvlərinin qayğısını hiss etməmək mümkün deyildi. Bələdçinin həvəslə, bizim maraqla gəzdiyimiz yerləri izah etməsini daha çox bəyəndim. Hər dağında, daşında qədimliyini qoruyan bu qardaş ölkənin vətəndaşlarının həqiqətən də Vətənə, torpağa, yurda olan məhəbbətlərini və öz tarixlərinə, abidələrinə necə hörmətlə yanaşdıqlarını açıq-aydın hiss etmək olurdu. Bir sözlə biz hələ də torpağa məhəbbətin sirrlərini Türk qardaşlarımızdan öyrənməliyik.

Dörd günlük festival sona yetdi. Yolumuz Azərbaycanadır.

ADANA FESTİVALINDAN TƏƏSSÜRATLARIMŞair və yazarlarımız, eləcə də, digər qonaqlarımız öz xoş təəssüratları ilə geriyə, Vətənə döndülər.
Mən belə festivalların davamlı olaraq keçirilməsini alqışlayır və iştirakçıların hər birinə gələcək işlərində uğurlar diləyirəm. Mən mədəniyyət və incəsənət adamlarını ədəbi irsimizin qoruyucuları adlandırıram. Çünki, hər bir dəyərli əsərin ölkənin mədəniyyət və ədəbiyyat tarixində mühüm yeri olur. Mən nəinki, bu festivalda iştirak edənlərə, ümumiyyətlə, Azərbaycanın bütün sahələrində çalışan, əziyyət çəkən hər bir kəsə zəhmətlərinin dəyərini almağı, Vətənin adını hər yerdə uca tutmağı, tariximizin simvolu olan üçrəngli bayrağımızı daim başımız üzərində dalğalandırmağı arzulayıram.

Adana səfərimiz başa çatdı, biz çox xoş xatirələrlə və yaddaqalan təəssüratlarla doğma Vətənə-Azərbaycana qayıtdıq.


Pərixanım Mikayılqızı
Şair-publisist, AJB-nin üzvü,
Firudin bəy Köçərlinin araşdırmaçısı


ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Azərbaycanlı gənclər beynəlxalq festivalda iştirak edib

Azərbaycanlı gənclər beynəlxalq festivalda iştirak edib

Avropa, Diaspora
Marneuli gəncləri Soçidə keçirilən festivala qatılıblar

Marneuli gəncləri Soçidə keçirilən festivala qatılıblar

Borçalı

"AİLƏMİZDƏ YEGANƏ MÜĞƏNNİYƏM"

Mədəniyyət, "Elm və Təhsil"
Gəncədə dostluğu və həmrəyliyi tərənnüm edən festival təşkil olunmuşdur

Gəncədə dostluğu və həmrəyliyi tərənnüm edən festival təşkil olunmuşdur

Gəncə, Turan
Şamaxıda Nəsimi Festivalı keçirilib

Şamaxıda Nəsimi Festivalı keçirilib

Mədəniyyət, QHT
HƏM ZİYALI, HƏM XEYİRXAH XANIM - PƏRİXANIM MİKAYILQIZI

HƏM ZİYALI, HƏM XEYİRXAH XANIM - PƏRİXANIM MİKAYILQIZI

"Elm və Təhsil", Müşfiq Borçalı, Köşə yazılar
11-13 mayda İzmir-Çeşmədə ASKEFİN sayca 11-ci toplantısı baş tutdu,uğurlar. ...

11-13 mayda İzmir-Çeşmədə ASKEFİN sayca 11-ci toplantısı baş tutdu,uğurlar. ...

QHT, Turan

"Sarvan" folkor ansabılı Türkiyədə 15-ci Dənizli Beynəlxalq Rəqs Festival ...

Gürcüstan, Tiflis
SAZIMIZIN NAR GİLƏSİ - AŞIQ NARGİLƏ

SAZIMIZIN NAR GİLƏSİ - AŞIQ NARGİLƏ

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Tiflis
İstadadlı gənc yazarların Sumqayıtda görüşü

İstadadlı gənc yazarların Sumqayıtda görüşü

MEDİA, Ədəbi əlaqələr
AzTU-da Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30 illiyi qeyd olunu ...

AzTU-da Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30 illiyi qeyd olunu ...

AzTU, Turan
ASKEF 10-cu Beynəlxalq tədbirini Dənizlidə həyata keçirdi

ASKEF 10-cu Beynəlxalq tədbirini Dənizlidə həyata keçirdi

Turan
Qənirə PAŞAYEVA: Qardaş Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə görüşdük

Qənirə PAŞAYEVA: Qardaş Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə görüşdük

Əsas xəbər, Siyasət
Azərbaycan nümayəndə heyəti “Əlişir Nəvai – 577” konfransında iştirak etdil ...

Azərbaycan nümayəndə heyəti “Əlişir Nəvai – 577” konfransında iştirak etdil ...

Humanitar elmlər, Turan, Orta Asiya
Saqarecoda Azərbaycan-Gürcüstan dostluğuna həsr olunan festival keçirilib

Saqarecoda Azərbaycan-Gürcüstan dostluğuna həsr olunan festival keçirilib

Qaraçöp
“ŞUŞA İLİ” nin                   MƏDƏNİYYƏTİMİZDƏKİ  ROLU

“ŞUŞA İLİ” nin MƏDƏNİYYƏTİMİZDƏKİ ROLU

Qarabağ, "Elm və Təhsil"
AZƏRBAYCANDAN BİR QRUP NÜMAYENDE HEYETİ ANTALYADA DÜZENLENEN DİL BAYRAMINDA ...

AZƏRBAYCANDAN BİR QRUP NÜMAYENDE HEYETİ ANTALYADA DÜZENLENEN DİL BAYRAMINDA ...

Turan
OT KÖKÜ ÜSTƏ BİTƏR, yaxud KÖKDƏN GƏLƏN İSTEDAD...

OT KÖKÜ ÜSTƏ BİTƏR, yaxud KÖKDƏN GƏLƏN İSTEDAD...

Mədəniyyət, "Elm və Təhsil"
Türkiyədəki Azərbaycan diaspor təşkilatları dövlət çevrilişinə cəhd ilə bağ ...

Türkiyədəki Azərbaycan diaspor təşkilatları dövlət çevrilişinə cəhd ilə bağ ...

Turan, Diaspora
Polşa və Azərbaycan:ədəbiyyat işığında

Polşa və Azərbaycan:ədəbiyyat işığında

Diaspora, Ədəbi əlaqələr
Rəy yazın: