Səadət BUTA: BAYATILAR

Səadət BUTA: BAYATILAR TİFLİS BAYATILARI

Əzizim, canım Tiflis,
Damarda qanım Tiflis.
Qorxuram həsrətindən,
Alışım, yanım, Tiflis.

Tiflisin yanı dağlar,
Olub həyanı dağlar.
Tiflisdən ayrı düşdüm,
Çürütdüm canı, dağlar.

Tiflisin Kürü gözəl,
Açılan gülü gözəl.
Atalar yaxşı deyib,
Hər kəsin eli gözəl.

Əzizim, qalalı Tiflis,
Güllü, lalalı Tiflis.
Dünya mənə dar olub,
Sənsiz qalalı, Tiflis.

Əzizim, qana Tiflis,
Sən mənə ana Tiflis.
Doqquz aprel gecəsi,
Boyandı qana Tiflis.

Tiflis tökər yaş, ağlar,
Göydə gedən quş ağlar,
Doqquz apreldən desəm,
Qaya sızlar, daş ağlar.

Əzizinəm, nur dağı,
Gör bağçanı, gör bağı.
Başdan-başa cənnətdi,
Gürcüstanın torpağı.

Əzizim, Tiflisə sarı,
Tiflis eşqin hasarı.
Dünyanı dörd dolandım,
Yolum Tiflisə sarı.

Əzizim, Sənan dağı,
Görmədim sınan dağı.
Məhəbbət məbədidi,
Tiflisin Sənan dağı.

Eləmi, orta çala,
Namərdi yolda qala.
Yadıma elə düşüb,
Tiflisdə Ortaçala.

Əzizinəm, bizə gəl,
Yandım oda-közə, gəl.
Əcəl gəlib, can gedir,
Ölürəm, Tiflisə gəl.

Eləmi, bəsdə Tiflis,
Gülləri dəstə Tiflis.
Səndən ayrı düşəli
Mən oldum xəstə, Tiflis.

Tiflisin daşı yandı,
Gözümün yaşı yandı.
Apreldə boran oldu,
Bağrımın başı yandı.

Əzizim, qoca Tiflis,
Göylərdən uca Tiflis.
Mən sənsiz yaşamışam,
Görəsən necə, Tiflis.

Şəhərlər başı Tiflis,
Könlüm sirdaşı Tiflis.
Gürcüstanım bir üzük,
Sən yaqut qaşı, Tiflis.

Qaynar ocağım Tiflis,
İsti qucağım Tiflis.
Mənim üçün cənnətdi,
Hər bir bucağın, Tiflis.

Yarım bəylər başıdı,
Naçalnik yoldaşıdı.
Əynindəki xələti
Tiflisin qumaşıdı.

Tiflisin yollarında,
Bənd oldum kollarında.
Kaş öləydim, qalaydım
Yarımın qollarında.

Tiflisin daşı təkdi,
Gülü ətək-ətəkdi.
Tiflisdə bir qız sevdim,
Elə bil ki, mələkdi.

Qumaşım, şalım gəldi,
Pətəkdə balım gəldi.
İrəvandan qardaşım,
Tiflisdən yarım gəldi.
* * *
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Tiflisin xanəndələrndən olan Səttara həsr olunmuş bir şeir

Tiflisin xanəndələrndən olan Səttara həsr olunmuş bir şeir

Bədii Tərcümə, Tiflis
«BU QƏDİM TİFLİSİN QƏDİMLİYİNDƏ»

«BU QƏDİM TİFLİSİN QƏDİMLİYİNDƏ»

Folklor, Ədəbi əlaqələr, Tiflis

"Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqı"nın Tbilisi üzrə nümayəndəs ...

Tiflis, Qarayazı
Səadət BUTA: ANA KÜRÜN LAYLASINDA

Səadət BUTA: ANA KÜRÜN LAYLASINDA

Tiflis, Başkeçid
Kaxa Kaladze: “Tiflisdə yaşayan azərbaycanlıların verdikləri səs mənim üçün ...

Kaxa Kaladze: “Tiflisdə yaşayan azərbaycanlıların verdikləri səs mənim üçün ...

Tiflis
Mirzə MƏMMƏDOĞLU: Qədim Tiflisin sirri...

Mirzə MƏMMƏDOĞLU: Qədim Tiflisin sirri...

Poeziya, Müsabiqə
Aşıq Dəllək Paşa. (1887 - 1976)

Aşıq Dəllək Paşa. (1887 - 1976)

Zalqa
Tiflis şəhər meri vəzifəsinə namizəd Kaxa Kaladze dini birliklərin nümayənd ...

Tiflis şəhər meri vəzifəsinə namizəd Kaxa Kaladze dini birliklərin nümayənd ...

Tiflis
Aşıq Dəllək Paşa - 130

Aşıq Dəllək Paşa - 130

Folklor, Tiflis, Zalqa, Müşfiq Borçalı

"Borçalı-İrəli" İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Tbilis ...

Qarabağ, Tiflis, Borçalı, Diaspora
Səfir Dursun Həsənov Tiflis Dövlət Azərbaycan Dram Teatrına baş çəkmişdir

Səfir Dursun Həsənov Tiflis Dövlət Azərbaycan Dram Teatrına baş çəkmişdir

Tiflis, Diaspora
Tiflisdə yeni metro stansiyasının açılışı olub

Tiflisdə yeni metro stansiyasının açılışı olub

Tiflis
Afaq Məsudun Gürcüstanda kitabı nəşr olunub

Afaq Məsudun Gürcüstanda kitabı nəşr olunub

Yeni nəşrlər, Ədəbi əlaqələr, Bədii Tərcümə, Gürcüstan, Tiflis
Tiflisdə fəsadların aradan qaldırılmasında azərbaycanlı könüllülər də iştir ...

Tiflisdə fəsadların aradan qaldırılmasında azərbaycanlı könüllülər də iştir ...

Dünya, Tiflis
Tiflisdə azərbaycanlı aktyorların iifasında Nodar Dumbadzenin

Tiflisdə azərbaycanlı aktyorların iifasında Nodar Dumbadzenin "Didro" əsə ...

Mədəniyyət, Tiflis
Tiflisdə

Tiflisdə "KÖRÜK" dərgisinin 2-ci sayı işıqüzü görüb

MEDİA, Tiflis, Qarayazı
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

MEDİA, Tiflis
Nəriman Nərimanovun ev Muzeyinin əməkdaşlarının Tiflis səfəri

Nəriman Nərimanovun ev Muzeyinin əməkdaşlarının Tiflis səfəri

Tiflis
Xorvatiya velosipedçiləri Tiflisdən Azərbaycana yola düşüblər

Xorvatiya velosipedçiləri Tiflisdən Azərbaycana yola düşüblər

Tiflis, Qarayazı, İdman
Həkim-kardioloq JANA NƏSİB QIZI (1949)

Həkim-kardioloq JANA NƏSİB QIZI (1949)

Səhiyyə, Borçalı
Rəy yazın: