Cəsarət Valehli: ELMİN DATA SÜRƏTİ

Cəsarət Valehli: ELMİN DATA SÜRƏTİ Müasir dünyada bilik və vərdişlərin «həyat dövriliyi» çox qısadır.
Məsələn, müasir qərb elmi ədəbiyyatında, mütə­xəssisin biliyinin köhnəlməsinin –«səriştəliliyin yarımitirilməsi dövrü» deyilən xüsusi ölçü vahidi mövcuddur.
Nüvə fizika­sından götürülən bu termin biliklərin köhnəlməsi nəticəsində mütəxəssisin səriştəliliyinin 50 faiz itiriməsini bildirir.


Ötən əsrin 80 – 90-cı illərinin ayrıcında qabaqcıl texnologiya əsaslı müəssisələrdə çalışan mühəndislər üçün bu dövr 5-6 il, tibb işçiləri və bioloqlar üçün isə 3-4 il idi. Bu gün isə yeni biliklərə aramsız olaraq yiyələnmək mütəxəssisin öz ixtisas keyfiyyətini saxlamaq üçün birinci dərəcəli şərtdir. İnformasiya cəmiyyətində nə kompüter, nə dəzgah deyil, biliklər və təfəkkürün yaradıcı potensialı, bu gün deyildiyi kimi, kreativlik həlledici əhəmiyyət kəsb edir. ABŞ-ın keçmiş prezidenti Con Kennedinin dediyi kimi, «bizə heç vaxt olmayanı arzu edən insanlar lazımdır».

Artıq Amerika cəmiyyəti üçün “heç vaxt olmamış haqqında arzu edən” mütəxəssislər yetişdirirlər. Məsələn, 2030-cu il və ondan sonrakı müddətdə idarəetmənin idarə olunmasını, robotları və gələcəyin menecmentliyini öyrənən Sinqulyarlıq Universiteti yaradılıb.

Əslində ötən həftənin ən vacib elm-təhsil hadisəsi kimi dəyərləndirilən “ADA” Universitetində “Big Data” tədqiqat bazasının istifadəyə verilməsi yeni ənənənin yaranması deməkdir. Biz elm insanlarına nə qədər çoxsaylı mənbələrlə işləmək imkanı versək və mötəbər verilənlərə (data bazalar) nə qədər əlçatanlığı təmin etsək, elmi nəticələrin immunitetini bir o qədər artırarıq.

“Big Data”nın elm-təhsil ictimaiyyətinin istifadəsinə verilməsi ötən ilin dekabrında Təhsil Nazirliyi ilə “Tomson Röyters” arasında bağlanan əməkdaşlıq platformasının davamıdır. Bu imkanlar bizi kvazi elmdən, data təhlilləri olmayan elmi materiallardan yan keçərək dünyanın tanıdığı elmi üsluba qovuşduracaq. Bildiyim qədər biz ali təhsil müəsissələrində ayrı-ayrı istisnalar olmaqla, statistika fənnini, data təhlillərlə işləmək bacarığını tədris etmirik. Bu da elmi analizlərin aparılmasına, data yaddaş matrisasında düşünməyimizə zəmin yaratmır.

Elmin istənilən sahə üzrə açar sözləri mötəbər mənbələrdə, istinad olunmuş jurnallarda, verilənlər bazasındadır. Bu iş həm də collobrativ (birgə əməkdaşlıq) fəaliyyət tələb edir. Biz yəqin yaxın zamanlarda Azərbaycanın bir neçə universitetində birgə həyata keçirilən elmi platformanın şahidi olacağıq.
Bunun üçün DATA bazamız, “Tomson Röyters”lə əməkdaşlıq platformamız var. Başqa nə lazımdır?

Fransız iqtisadçısı Furastyenin maraqlı fikri var. O deyirdi ki, müasir cəmiyyət 3 il ərzində elə dəyişir ki, XX əsrin əvvəllərində ancaq 30 il, Nyutona qədərki dövrdə 300 il, daş əsri dövründə isə 3 min il ərzində bu cür sürətlə dəyişə bilərdi.

Düşünmək olar ki, elmin inkişaf sürətini bundan bir az da qabağa çəkə bilərik. Çünki əvvəlcə elmin tətbiq nəticələri olmalıdır ki, Furastyenin dediyi kimi, cəmiyyətin inkişaf sürətini dəyişsin.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AzTU-nun rektoru

AzTU-nun rektoru "Sumqayıt Texnologiya Data Mərkəzi" MMC-nin direktoru il ...

AzTU
AzTU-da “Gənclər və elmi innovasiyalar” mövzusunda respublika elmi-texniki  ...

AzTU-da “Gənclər və elmi innovasiyalar” mövzusunda respublika elmi-texniki ...

AzTU
Azərbaycan Milli Elmlər Akademiyası və “Thomson Reuters” təşkilatı arasında ...

Azərbaycan Milli Elmlər Akademiyası və “Thomson Reuters” təşkilatı arasında ...

"Zirvə"
Soydaşımız Vüqar Mustafayev müdafiə sənayesi naziri təyin olunub

Soydaşımız Vüqar Mustafayev müdafiə sənayesi naziri təyin olunub

Borçalı, Bolus, Təbriklər
Qazi Universitetinin professoru AzTU-da seminar keçib

Qazi Universitetinin professoru AzTU-da seminar keçib

AzTU, Turan
AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB

AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB

Elm
AzTU “Microsoft Azərbaycan” şirkəti ilə əməkdaşlıq edəcək

AzTU “Microsoft Azərbaycan” şirkəti ilə əməkdaşlıq edəcək

AzTU
Borçalı'nın En Küçük Aşığı

Borçalı'nın En Küçük Aşığı

Tv, Rustavi, Turan
Borçalı'nın En Küçük Aşığı

Borçalı'nın En Küçük Aşığı

---
Azərbaycan Texniki Universiteti ilə Azərbaycan Texnologiya Universiteti ara ...

Azərbaycan Texniki Universiteti ilə Azərbaycan Texnologiya Universiteti ara ...

Əsas xəbər, Gəncə, AzTU
AMEA-da “Poisk” qəzetinin baş redaktor müavini Yelizaveta Ponarina ilə görü ...

AMEA-da “Poisk” qəzetinin baş redaktor müavini Yelizaveta Ponarina ilə görü ...

Digər bölmələr
Mehriban İmanova: “Azərbaycan Elm Fondu öz fəaliyyətini şəffaflıq prinsiplə ...

Mehriban İmanova: “Azərbaycan Elm Fondu öz fəaliyyətini şəffaflıq prinsiplə ...

Elm
“Universitetimiz Azərbaycanın avtomobil modelini də yarada bilər”

“Universitetimiz Azərbaycanın avtomobil modelini də yarada bilər”

Əsas xəbər, AzTU
ALMANİYADAN MƏKTUB: Dini xurafatçılar və onları ölkəmizə gətirənlər İFŞA ol ...

ALMANİYADAN MƏKTUB: Dini xurafatçılar və onları ölkəmizə gətirənlər İFŞA ol ...

Təhsil, "Şərqin səsi", Avropa, Diaspora
AzTU ilə “Bank Respublika” ASC arasında əməkdaşlıq memorandumu imzalanıb

AzTU ilə “Bank Respublika” ASC arasında əməkdaşlıq memorandumu imzalanıb

AzTU
AzTU ilə “Bakı Metropoliteni” QSC arasında əməkdaşlığa dair müqavilə imzala ...

AzTU ilə “Bakı Metropoliteni” QSC arasında əməkdaşlığa dair müqavilə imzala ...

Əsas xəbər, AzTU
AzTU-da “Thomson Reuters” beynəlxalq agentliyinin təqdimatı olub

AzTU-da “Thomson Reuters” beynəlxalq agentliyinin təqdimatı olub

AzTU
Mühəndislik və Texnologiya

Mühəndislik və Texnologiya

Köşə yazılar
AMEA və Clarivate Analytics (Thomson Reuters) təşkilatı arasında əməkdaşlıq ...

AMEA və Clarivate Analytics (Thomson Reuters) təşkilatı arasında əməkdaşlıq ...

Elm
AMEA və “AzerGold ” QSC ARASINDA MEMORANDUM İMZALANIB

AMEA və “AzerGold ” QSC ARASINDA MEMORANDUM İMZALANIB

"Zirvə"
Rəy yazın: