AzTU-da dezinfeksiya işləri aparılıb

AzTU-da dezinfeksiya işləri aparılıbAzTU-da dezinfeksiya işləri aparılıb AzTU-da dezinfeksiya işləri aparılıb Məlum olduğu kimi, koronavirusa yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 3-dən 9-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb.

Bununla əlaqədar Azərbaycan Texniki Universitetində (AzTU) də dezinfeksiya işlərinə nəzarət gücləndirilib. Universitetin bütün tədris korpuslarının auditoriyaları, laboratoriyaları, dəhlizləri və digər ərazilərində dezinfeksiya işləri aparılıb. Eyni zamanda universitetin yataqxanası və idman sarayı da koronavirusa qarşı dezinfeksiya edilib.


Dezinfeksiya işləri Viktoriya MMC şirkəti tərəfindən həyata keçirilib.

Qeyd edək ki, AzTU-da mütəmadi olaraq ayda bir dəfə dezinfeksiya işləri aparılır.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: