AzTU Elmi Şurasının növbəti iclası keçirilib

AzTU Elmi Şurasının növbəti iclası keçirilib 2019-cu il Mayın 29-da Azərbaycan Texniki Universiteti (AzTU) Elmi Şurasının növbəti iclası keçirilib.

Əvvəlcə AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov Universitetin “Radiotexnika və rabitə” fakültəsinin dekanı, texnika elmləri namizədi, dosent Əhməd Məmmədovu anadan olamsının 70 illik yubileyi münasibəti ilə təbrik edib, ona uzun ömür, möhkəm cansağlığı və pedaqoji fəaliyyətində uğurlar arzulayıb.

Sonra professor Xalıq Yahudov iclasın gündəliyi ilə iştirakçıları tanış edib.

Universitetin Tədris hissə müdiri, dosent Zəkay Şayev “Yay imtahan sessiyasına hazırlıq və onun mütəşəkkil keçirilməsi üçün tədbirlər” mövzusunda məruzə edib. Məruzə böyük maraqla dinlənilib, müzakirə olunub, şura üzvləri tərəfindən səsvermə yolu ilə müvafiq qərar layihəsi qəbul edilib.

Sonra Universitetin Tərbiyə işləri üzrə prorektoru, professor İsa Xəlilovun “AzTU-da təlim-tərbiyə işlərinin vəziyyəti və onun təkmilləşdirilməsi” mövzusunda hesabat-məruzəsi böyük maraqla dinlənilib. Məruzə ətrafında geniş müzakirə aparılıb və şura üzvləri tərəfindən səsvermə yolu ilə qərar layihəsi qəbul edilib.

Elmi Şuranın katibi, professor Ziyafət Kərimov kafedralarda boş olan professor vəzifələrini tutmaq və dosent elmi adını almaq üçün Ali Attestasiya Komissiyasına sənədləri təqdim olunan namizədləri elan edib. İştirakçılar namizədlərə açıq və gizli səsvermə yolu ilə öz münasibətlərini bildiriblər.

Sonda digər məsələlər müzakirə edilib və iştirakçılar tərəfindən müəyyən qərarlar qəbul edilib.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: