Doğum gününüz mübarək, hörmətli İSA MÜƏLLİM!..

Doğum gününüz mübarək, hörmətli İSA MÜƏLLİM!..
TƏBRİK EDİRİK!..

Bu gün Azərbaycan Texniki Universitetinin
Tərbiyə işləri üzrə prorektoru,
xalqımızın dəyərli ziyalısı,
tanınmış alim və xeyirxah insan,
texnika elmləri doktoru, professor
İsa Əli oğlu Xəlilovun Doğum günüdür.

Biz də dəyərli ziyalımız,
çox hörmətli professor İsa Xəlilovu
Doğum günü münasibətilə
ürəkdən təbrik edir, ona uzun ömür,
möhkəm cansağlığı, elmi-pedaqoji və
ictimai fəaliyyətində yeni-yeni
uğurlar arzulayırıq!...

Müşfiq BORÇALI,
ZiM.Az

02.05.2017



Xatırladırıq ki, İsa Əli oğlu Xəlilov - 1961-ci il may ayının 2-də qədim Borçalı mahalında, indiki Gürcüstan Respublikasının Bolnisi rayonundakı Faxralı kəndində ziyalı ailəsində dünyaya göz açıb. 1968-1978-ci illərdə Faxralı kəndində orta təhsil alıb. 1978-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universitetinin) mexanika (maşınqayırma) fakültəsinə daxil olub. Tələbəlik illərində institutun ictimai işində aktiv iştirak etməklə, Lenin təqaüdünə layiq görülüb. 1983-cü ildə institutu fərqlənmə diplomu ilə bitirib, 1983-1984-cü illərdə Bakı məişət kondisionerləri zavodunda mühəndis-texnoloq vəzifəsində çalışıb.

1984-cü ildə Azərbaycan Texniki Universitetinin "Maşın detalları və yükqaldıran-nəqliyyat maşınları" kafedrasına "Maşınşünaslıq" ixtisası üzrə aspiranturaya daxil olub. 1990-cı ildə "Dişli muftaların sistemli ehtimal hesabı alqoritminin yaradılması" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, texnika elmləri namizədi elmi dərəcəsi alıb.

1987-1991-ci illərdə Azərbaycan Politexnik İnstitutunun, indiki Azərbaycan Texniki Universitetinin "Maşın detalları vəyükqaldıran-nəqliyyat maşınları" kafedrasında assistent, 1991-2013-cü illərdə isə həmin kafedrada dosent vəzifəsində işləyib. 2013-cü ildə “Maşın intiqallarının sistemli analizi ilə muftaların seçilməsinin nəzəri əsaslarının işlənməsi” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək texnika üzrə elmlər doktoru elmi dərəcəsi alıb.
2013-2015-ci illərdə “Maşın və mexanizmlər nəzəriyyəsi” kafedrasının müdiri vəzifəsini yerinə yetirib.
2015-ci ilin dekabr ayından həmin kafedranın professorudur.
Bununla yanaşı 1990-1992-ci illərdə həmin universitetin "Robot texnikası" fakültəsində tədris işləri üzrə,
1993-1998-ci illərdə isə elmi işlər üzrə dekan müavini vəzifəsində çalışıb.

O, 1988-ci ildə Moskvada Bauman adına Ali Texnika Məktəbdə ixtisasartırma kursu keçmişdir. 1992-ci ildə Almaniya Federativ Respublikasının Akademik Mübadilələr İdarəsi İsa Xəlilovun elmi fəaliyyətini nəzərə alıb, onu 1992-1993-cü illərdə Boxum şəhərinin Ruhr Universitetinə elmi işə dəvət etmişdir. O, burada tamamilə yeni bir prinsiplə işləyən yumruqlu mexaniki ötürmənin kinematik hesabı alqoritmini tərtib etmişdir.

İsa Xəlilov 1996-1997-ci illərdə AFR-nın 80 illik tarixi olan, bütün dünyada texniki-iqtisadi kadr mübadilələri aparan məşhur Karl Düysberq (Carl Duisberg) cəmiyyətinin dəvəti ilə yenidən Almaniyada olmuşdur. Cəmiyyətin proqramı çərçivəsində sosial bazar iqtisadiyyatı şəraitində müəssisələrin yaradılması, idarə edilməsi kurslarını ən yüksək balla başa vuraraq, 1-ci dərəcəli diploma layiq görülmüşdür. Bu proqram çərçivəsində dünyada ən böyük avtomobil zavodlarından biri olan Wört şəhərindəki Mercedes-Benz zavodunda avtomobillərin istehsalının texniki və iqtisadi təşkili, avtomatlaşdırılmış istehsal şəraitində müəssisələri idarə etmə təcrübəsi keçmişdir.

İsa Xəlilov Daymler Kraysler AC-nin Azərbaycan təmsilçiliyində satış şöbəsinin müdiri vəzifəsinədək yüksəlmişdir. 1997-ci ildə AFR Akademik Mübadilələr İdarəsi yenidən İsa Xəlilovu Almaniyanın Karlsrue Universitetinə elmi işə dəvət etmişdir. O, 1997-1998, 2003, 2006 və 2009-cu illərdə Karlsruhe Universitetində elmi və pedaqoji ixtisasartırma kursları keçmişdir.

İsa Xəlilov 2005-2008–ci illərdə AzTU rektorunun müşaviri vəzifəsində işləmişdir.
2008-ci ildən Azərbaycan Texniki Universitetində tərbiyə işləri üzrə prorektor vəzifəsində çalışır.
70-dən çox elmi-texniki və metodik əsərin, o cümlədən, 1 monoqrafiyanın, 3 dərsliyin, 4 dərs vəsaitinin, 13 elmi-metodik məcmuənin və 2 texniki lüğət kitabının müəllifidir. O cümlədən, "Elevatorların layihələndirilməsi" adlı dərs vəsaiti bu sahədə azərbaycanca yazılmış ilk kitabdır.

Prof. İsa Xəlilov Azərbaycanda ilk dəfə olaraq "Maşınların yaradılmasının texniki əsasları" fənni üzrə mühazirələrin də müəllifidir. Əsərləri Azərbaycanda, Rusiyada, Türkiyədə, Almaniya Federativ Respublikasında nəşr edilib. "Makine elemanları sözlüyü" adlı rusca-azərbaycanca-türkcə-ingiliscə texniki lüğət kitabı Türkiyədə işıqüzü görüb.

Professor İsa Xəlilov - Universitetin elmi, tədris və ictimai işlərində fəal iştirak edir. Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən D 02.171 Dissertasiya Şurasının üzvü, universitetin “İnformasiyalaşdırma Şurası”nın sədridir. 2011-ci və 2015-ci illərdə Azərbaycan Respublikası Təhsil nazirinin “Fəxri Fərman”ı ilə təltif edilmişdir.

Rus və alman dillərində sərbəst danışır.

Ailəlidir, bir oğlu, bir qızı var.


ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
TƏBRİK EDİRİK!... Professor İSA XƏLİLOV - 55

TƏBRİK EDİRİK!... Professor İSA XƏLİLOV - 55

AzTU, Bolus, Təbriklər
FAXRALI KƏNDİ - 2

FAXRALI KƏNDİ - 2

"XXI əsrin Ziyalıları", Bolus
Elçin Rzayev AzTU Xüsusi texnika və texnologiya fakültəsinin dekanı seçilib

Elçin Rzayev AzTU Xüsusi texnika və texnologiya fakültəsinin dekanı seçilib

AzTU, Təbriklər
AzTU-nun kafedra müdiri ƏHMƏD İMANOV (1965)

AzTU-nun kafedra müdiri ƏHMƏD İMANOV (1965)

AzTU, "XXI əsrin Ziyalıları"
AzTU-nun dekanı ƏHMƏD MƏMMƏDOV (1958)

AzTU-nun dekanı ƏHMƏD MƏMMƏDOV (1958)

AzTU, "Şərqin səsi", "XXI əsrin Ziyalıları", Qarayazı
Ppofessor İLHAM ASLANZADƏ - 55

Ppofessor İLHAM ASLANZADƏ - 55

AzTU, İqtisadiyyat, Təbriklər
SOYDAŞIMIZ AzTU-da DEKAN SEÇİLİB

SOYDAŞIMIZ AzTU-da DEKAN SEÇİLİB

Bolus, Təbriklər
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ VAHİD FƏRHADOV!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ VAHİD FƏRHADOV!..

AzTU, Başkeçid
Allahverdi Şərifov  AzTU Nəqliyyat və logistika fakültəsinin dekanı vəzifəs ...

Allahverdi Şərifov AzTU Nəqliyyat və logistika fakültəsinin dekanı vəzifəs ...

AzTU, Təbriklər
AzTU-da yeni təyinat: Malik Qarayev magistratura və doktorantura şöbəsinin  ...

AzTU-da yeni təyinat: Malik Qarayev magistratura və doktorantura şöbəsinin ...

AzTU
Təbrik edirik, ABUZƏR MÜƏLLİM!...

Təbrik edirik, ABUZƏR MÜƏLLİM!...

AzTU, "Elm və Təhsil", Təbriklər
İmran Yolçuyev AzTU-nun  Tədris hissəsinin müdiri təyin olunub

İmran Yolçuyev AzTU-nun Tədris hissəsinin müdiri təyin olunub

AzTU
Tanınmış alim Əhməd Məmmədovun 70 yaşı tamam olub

Tanınmış alim Əhməd Məmmədovun 70 yaşı tamam olub

AzTU, Təbriklər
TƏBRİK EDİRİK, ZƏKAY MÜƏLLİM!..

TƏBRİK EDİRİK, ZƏKAY MÜƏLLİM!..

AzTU, Təbriklər
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ TALEH MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ TALEH MÜƏLLİM!..

Təbriklər
TƏBRİK EDİRİK!.. Professor Havar MƏMMƏDOV -70

TƏBRİK EDİRİK!.. Professor Havar MƏMMƏDOV -70

Əsas xəbər, Elm, AzTU
Professor CEYHUN NAZIYEV (1965)

Professor CEYHUN NAZIYEV (1965)

Bolus
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ƏLİ MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ƏLİ MÜƏLLİM!..

Digər ali məktəblər, Darvaz, Təbriklər
AzTU-nun kafedra müdiri, İqtisad elmləri doktoru, professor Ramiz Kamal oğl ...

AzTU-nun kafedra müdiri, İqtisad elmləri doktoru, professor Ramiz Kamal oğl ...

AzTU, İqtisadiyyat
Doğum gününüz mübarək, hörmətli Həbib müəllim!..

Doğum gününüz mübarək, hörmətli Həbib müəllim!..

Təbriklər
Rəy yazın: