YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ARİF MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ARİF MÜƏLLİM!.. Professor Arif Tapdıq oğlu Məmmədov!
Bu ad respublikamızda və onun hüdudlarından kənarlarda elmi-pedaqoji ictimaiyyətə yaxşı tanışdır. O, bir istehsalatçı, müəllim və alim kimi şöhrət qazanmış gözəl ziyalılarımızdandır.
Mən Arif müəllimi 1991-ci ildən, tələbələlik illərindən o, hələ Bakkondinsioner EİB-də mərkəzi zavod laboratoriyasının rəisi vəzəfəsində çalışarkən tanıyıram. Elə ilk görüşümüzdən də o məndə xoş təəssürat yaratmışdır. Geniş dünya görüşünə, çoxşaxəli və çoxspektrli elmi biliklərə malik olması, sadəliyi və təvəzökarlığı ilə fərqlənən Arif müəllim, çoxları kimi mənim də rəğbətimi qazanmışdır.


Mən hələ tələbə ikən onun rəhbərliyi ilə elmi tədqiqat işləri aparmağa başlamış və sonradan Arif müəllim mənim elmi rəhbərim olmuşdur. Təkcə mən yox, onlarla tədqiqatçılar Arif müəllimin xeyirxah münasibətindən yararlanaraq elmi tədqiqat işlərini uğula yerinə yetirmiş və müdafiə etmişlər.

O, 1971-ci ildə Azərbaycan Politexnik İnstitutunun Metalurgiya fakultəsinin “Qaynaq istehsalının avadanlığı və texnologiyası” ixtisasını bitirərək, mühəndis-mexanik ixtisas dərəcəsi almışdır.  1971-1973-cü illərdə Ümumittifaq elektrik maşınqayırma elmi-tədqiqat institutu Bakı bölməsində “Bərk xəlitə ştampları” laboratoriyasında kiçik elmi işçi vəzifəsində işləmişdir. 

1974-1998-ci illərdə “Bakı kondisioneri” EİB-də mexanik, baş usta və mərkəzi zavod laboratoriyasının rəisi vəzifələrində çalışaraq, keçmiş Sovetlər Birliyi və bir çox xarici ölkələrdə bu müəssisənin geniş şöhrət və nüfuz qazanmasında öz töhfələrini vermişdir. Arif müəllim 1974-1975-ci illərdə Yaponiyada təcrübə keçərək, qabaqcıl texnika və texnolgiyalarla yaxından tanış olmuşdur.
O, 1984-cü ildə Rusiya Federasiyasının Novoçerkassk Politexnik İnstitutunda 05.02.01- “Maşınqayırmada materialşünaslıq” ixtisası üzrə namizədlik, 1991-ci ildə isə Minsk şəhərində 05.16.06 – “Ovuntu metallurgiyası və kompozisiya materialları” ixtisası üzrə doktorluq dissertasiyası müdafiə etmişdir. 1994-cü ildən professordur.

Arif müəllim 1998-ci ildən 2016-cı ilədək Azərbaycan Texniki Universitetinin “Tökmə və qaynaq istehsalı” kafedrasının müdiri vəzifəsində işləmişdir. Hazırda “Konstruksiya materialları” kafedrasına rəhbərlik edir.
O, çox məhsuldar bir alim, əzmkar tədqiqatçıdır. Onun əsas elmi istiqaməti “Ovuntu metallurgiyası və materialşünaslığı”dır. 300-dən çox elmi-metodiki əsərin müəllifidir. Bunlardan 5-i monoqrafiya, 10 dərslik və dərs vəsaiti, 40-dan çoxu isə ixtira və patentdir. Elmi-pedaqoji fəaliyyəti dövründə onlarla elmlər  namizədi və 2 elmlər doktoru yetişdirmişdir.

Bütün bu deyilənlərə yanaşı Arif müəllim geniş ictimai fəaliyyətlə də məşğuldur. O, 1993-2002-ci illərdə Ali Attestasiya Komissiyasının texnika üzrə ekspert şurasının üzvü olmuşdur. 1996-cı ildən indiyədək AzTU-da fəaliyyət göstərən dissertasiya Şuralarının üzvü və 2006-2011-ci illərdə D02.171 dissertasiya şurasının elmi katibi olmuşdur.

Arif müəllim bir tədqiqatçı alim kimi də geniş fəaliyyət göstərir. 2008-ci ildə Dövlət büdcəsindən maliyyələşən “Nanostrukturlu materialların sintezi və tətbiqi problemləri” elmi-tədqiqat laboratoriyasını yaratmış və hazırda onun elmi rəhbəridir.

Professor A.Məmmədov xarici ölkələrin alimlərilə də geniş elmi əlaqələrə malikdir. O, Türkiyə cumhuriyyətində fəaliyyət göstərən və hər iki ildən bir keçirilən Beynəlxalq Toz metallurgiyası konfransının Azərbaycan üzrə üzvüdür. Ukraynanın Materialşünaslığın problemləri İnstitutu, Rusiya Federasiyasının cənubi Ural Dövlət Universiteti və s. digər elm və təhsil Mərkəzlərilə geniş elmi əməkdaşlıq edir.

Hörmətli müəllimim, texnika elmləri doktoru, professor Arif Tapdıq oğlu Məmmədovun 70 yaşı tamam olur. Bu əlamətdar yubiley münasibətilə onu təbrik edir, uzun ömür, can sağlığı, yeni-yeni uğurları arzulayıram.

Nizami İSMAYILOV,
professor


REDAKSİYADAN:

Biz də "Ziya" qəzetinin və "ZiM.Az" saytının bütün yaradıcı heyəti adından
görkəmli alim, xeyirxan insan, Azərbaycan Texniki Universitetinin
“Konstruksiya materialları” kafedrasının müdiri,
“Nanostrukturlu materialların sintezi və tətbiqi problemləri”
elmi-tədqiqat laboratoriyasının elmi rəhbəri,
texnika elmləri doktoru, professor Arif Tapdıq oğlu Məmmədovu
anadan olmasının 70 illik Yubileyi münasibətilə
ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı,
elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
"Ziya" qəzetinin və "ZiM.Az" saytının Baş redaktoru


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AzTU-da professor Arif Məmmədovun anadan olmasının 70 illiyinə həsr olunmuş ...

AzTU-da professor Arif Məmmədovun anadan olmasının 70 illiyinə həsr olunmuş ...

AzTU
Professor Arif Məmmədovun anadan olmasının 70 illiyinə həsr olunmuş elmi-me ...

Professor Arif Məmmədovun anadan olmasının 70 illiyinə həsr olunmuş elmi-me ...

AzTU, Elanlar
AzTU-nun kafedra müdiri, İqtisad elmləri doktoru, professor Ramiz Kamal oğl ...

AzTU-nun kafedra müdiri, İqtisad elmləri doktoru, professor Ramiz Kamal oğl ...

AzTU, İqtisadiyyat
Allah rəhmət eləsin, NAZİM SULTANZADƏ!..

Allah rəhmət eləsin, NAZİM SULTANZADƏ!..

"Şərqin səsi", Nekroloqlar
Elçin Rzayev AzTU Xüsusi texnika və texnologiya fakültəsinin dekanı seçilib

Elçin Rzayev AzTU Xüsusi texnika və texnologiya fakültəsinin dekanı seçilib

AzTU, Təbriklər
Doğum gününüz mübarək, hörmətli Həbib müəllim!..

Doğum gününüz mübarək, hörmətli Həbib müəllim!..

Təbriklər
Tanınmış alim Əhməd Məmmədovun 70 yaşı tamam olub

Tanınmış alim Əhməd Məmmədovun 70 yaşı tamam olub

AzTU, Təbriklər
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ TALEH MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ TALEH MÜƏLLİM!..

Təbriklər
TƏBRİK EDİRİK!.. Professor Havar MƏMMƏDOV -70

TƏBRİK EDİRİK!.. Professor Havar MƏMMƏDOV -70

Əsas xəbər, Elm, AzTU
AzTU-nun kafedra müdiri ƏHMƏD İMANOV (1965)

AzTU-nun kafedra müdiri ƏHMƏD İMANOV (1965)

AzTU, "XXI əsrin Ziyalıları"
Doğum gününüz mübarək, hörmətli Həsən müəllim!..

Doğum gününüz mübarək, hörmətli Həsən müəllim!..

AzTU, Təbriklər
AzTU-nun dekanı ƏHMƏD MƏMMƏDOV (1958)

AzTU-nun dekanı ƏHMƏD MƏMMƏDOV (1958)

AzTU, "Şərqin səsi", "XXI əsrin Ziyalıları", Qarayazı
Doğum gününüz mübarək, hörmətli İSA MÜƏLLİM!..

Doğum gününüz mübarək, hörmətli İSA MÜƏLLİM!..

AzTU, Bolus, Təbriklər
TƏBRİK EDİRİK!... Professor İSA XƏLİLOV - 55

TƏBRİK EDİRİK!... Professor İSA XƏLİLOV - 55

AzTU, Bolus, Təbriklər
Professor Vidadi Musayev vəfat edib

Professor Vidadi Musayev vəfat edib

AzTU, Nekroloqlar
AzTU-nun yeni prorektoru Elton Məmmədov universitetin professor-müəllim hey ...

AzTU-nun yeni prorektoru Elton Məmmədov universitetin professor-müəllim hey ...

AzTU
Yubileyiniz mübarək, əziz və hörmətli professor Telman QULUYEV!...

Yubileyiniz mübarək, əziz və hörmətli professor Telman QULUYEV!...

TDPİ-nin Azərbaycan bölməsi, Gəncə, Təhsil, GDU, Bolus, Təbriklər
Professor İlham Pirməmmədovun 65 yaşı tamam olur

Professor İlham Pirməmmədovun 65 yaşı tamam olur

AzTU, Təbriklər
TƏBRİK EDİRİK, HAVAR MÜƏLLİM!...

TƏBRİK EDİRİK, HAVAR MÜƏLLİM!...

BMU, Təbriklər
TƏBRİK EDİRİK, ZƏKAY MÜƏLLİM!..

TƏBRİK EDİRİK, ZƏKAY MÜƏLLİM!..

AzTU, Təbriklər
Rəy yazın: