PİSA nəyi dəyişir?

PİSA nəyi dəyişir? Dünyada təhsillə bağlı ən çox müzakirə mövzularından biri PİSA-dır. İngiliscə 4 hərfdən ibarət olan bu qiymətləndirmə meyarı ilə dünyanın inkişaf etmiş ölkələri öz gələcəyinə baxır.

Təsadüfi deyil ki, elə bu məqsədlə də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) PİSA proqramı 15 yaşlı şagirdlərin bilik və bacarıqlarını ölçür.
Bu yaşda uşaqların riyaziyyat, oxuyub anlamaq və təbiət fənləri üzrə biliklərini müəyyənləşdirən PİSA ən etibarlı platforma hesab olunur.
PİSA həm də yeni əsrin bacarıqlarını ölçür.
Buna görə də PİSA-nın nəticələrini təkcə müəllimlər deyil, ölkə rəhbərliyi səviyyəsində müzakirə edirlər və bununla da “insan kapitalı hansı səviyyədədir” sualına cavab axtarırlar.


PİSA-nın təhsildən sorğuladığı ana suallar bunlardır - biliklərimizi necə istifadə edirik, displinlərarası düşünə bilirikmi?
Əzbərləməyə əsaslanan təhsil nə qədər faydalıdır?


2000-ci ildən başlayaraq hər 3 ildən bir keçirilən PİSA sınaqlarında iştirakçı ölkələrin sayı getdikcə artır.
2015-ci ildə dünyanın 72 ölkəsindən 540 min şagird bu proqrama qatılıb.

Adətən, PİSA - da uğurlu göstəriciləri olmayan ölkələr məktəb öncəsi təhsili, müəllim, təhsilin məzmunundan qaynaqlanan problemləri daha çox diqqət mərkəzinə gətirirlər. Məsələn, 72 ölkə arasında 53-cü yeri tutan Türkiyədə PİSA-ya qatılan 5300 şagirdin hər ikisindən biri oxuduğunu anlamadığı üzə çıxıb. Bunun gündəlik həyatdakı təsirləri isə insanlararası kommunikasiya problemlərinə zəmin olur.
2015-ci ilin PİSA nəticələrini ölkələr üzrə daha detallı araşdırsaq, aşağıdakı mənzərəni görərik.

Fənn bilikləri üzrə:

İƏİT (OECD) ölkələrində təhsil alan şagirdlərin 100/7,7 elmi biliklər üzrə ən yüksək nəticələri qazanıblar. PİSA nəticələrində ilk yeri tutan Sinqapurda 4 şagirdən biri, Tayvan, Yaponya, Finlandiyada 7 şagirddən biri bu səviyyədədirlər. 20 ölkədə isə şagirdlərin sadəcə yüzdə birindən azı ən yüksək nəticəni qazanıb. Bu ölkələrdən biri də Türkiyədir. Tükiyədə bu nisbət 100/0,3-dür. Finlandiya elmi nəticələrə görə, qızların oğlanlardan irəlidə olduğu yeganə ölkə olub.

Riyaziyyat üzrə:

Sinqapur, Honq Konq (Çin), Makao (Çin) ve Tayvan riyaziyyat üzrə əsas yerləri bölüşür. Yaponiyalı şagirdlərin göstəriciləri İƏİT (OECD) ölkələri arasında ən yaxşısıdır.

Oxuyub anlama:

Sinqapur, Honq Konq (Çin), Kanada ve Finlandiya oxuyub anlamada ən yaxşı performansı göstərən ölkələr olub. İrlandiya, Estoniya, Cənubi Koreya, Yaponiya və Norveç də OECD ortalamasının üzərindədirlər, 41 ölkə isə OECD ortalamasından aşağı nəticə göstəriblər. OECD ölkələri arasında Kanada və Finlandiya ən yaxşı, Türkiyə ve Meksika isə ən sonda gəlir.

PİSA nəticələri nəyin xəbərçisidir?

Bu nəticələr ölkənin elm və texnologiya istehsalı yanaşmasında gələcəyini işarə edir. Məsələn, bu nəticələrə qardaş ölkə Türkiyənin misalında baxaq. Əgər PİSA-ya qatılan ölkələrin yüksək nəticə göstərmə faizi 100-lük şkala üzrə 15,3-dürsə, bu göstərici Türkiyədə 1,6-dır. Oxuduğunu anlamayan və ya yanlış anlayan şəxs kommunikasiyanı, deməli, nə istədiyini başa düşmür. Sualı anlamaq isə mövzunun yarısı deməkdir.
Bu gün və şübhəsiz ki, hər zaman riyaziyyatı bilməyən bir toplumun elmi gücü, texnologiyanı istehsal etməsi, rifah içində yaşaması mümkünsüzdür. PİSA nəticələri ona da şahidlik edir ki, yeni əsrin gerçəkliyində riyazi analiz qabiliyyəti olmadan yaradıcı düşünən mühəndis, müəllim, həkim, tarixçi, kulturoloqu tapmaq çətin olacaq.
Çox az oxuyan, oxuduğunu anlamayan, yazı vərdişləri olmayan və yalnız duyduğu ilə kifayətlənən əzbərçi zehniyyət dünyanın yeni matrisasını başa düşə bilməz. Bu həm də cəmiyyətdə şiddətin, yadlaşmanın və digər qeyri-mütənasib kommunikasiyanın (əslində diskommunikasiyanın) açar sözləridir.

Niyə Sinqapur?

2015-ci ildə PİSA nəticələrinə görə, ilk yerdə Sinqapur durur. Niyə? Bu suala Sinqapurun Nanyang Texnoloji Universitetinin professoru Sing Kong Leenin təbirincə cavab versək, deyə bilərik ki, əsas məsələ müəllim keyfiyyətidir. Lee hesab edir ki, Sinqapur keyfiyyətli təhsil sistemini qurmaq üçün uzun məsafə qət edib və bunun üçün böyük investisiyalar qoyub. Başlıcası o idi ki, müəllim olacaq şəxslər məzunlarının ən bacarıqlılarından seçilir.

Sinqapurla yanaşı, digər Asiya ölkələrinin PİSA nəticələrində öndə olması təsadüfi deyil. Sinqapur il ərzində bir şagirdə xərclədiyi maliyyənin miqdarına görə (14 min dollar) dünyada ilk yerlərdə qərarlaşır. Asiyanın güclü inkişaf tempi nümayiş etdirən ölkələrinin iqtisadiyyatı illik ortalama 5-7% artarkən, qərb ölkələrində bu nisbət 1-3%-dir. “The New York Times” qəzetində dərc olunan məqalədə qeyd olunduğu kimi, çinli şagirdlər Evklid teoremlərini əzbər bildikləri və həndəsədə çox bacarıqlı olduqları halda, amerikalı həmyaşıdları təhsil göstəricilərinə görə, dünyada 15-31-ci sıralarda qərarlaşırlar. Beləliklə, Çin və Cənubi Asiya ölkələrindəki şagirdlərin uğurunun sirri çox çalışmaq, disiplinli təhsil və TV-ni az izləmələridir.

Və nəhayət.. sonluq əvəzi

PİSA-da nəticələr qazanmaq üçün oxuyub anlamaq bacarığı, edərək öyrənmək, analitik düşünmə, tənqidi təfəkkür, esse yazmaq vərdişləri təməl şərtlərdir. Bu şərtlər mexaniki əzbərləmə vərdişləri aşılayan “hə” və “yox”un alternatividir.
Yeri gəlmişkən, bu tədris ili ölkəmizdə IX siniflərin buraxılış imtahanları yeni qaydada olacaqdır. Bu mərhələdə şagirdlərimiz buraxılış imtahanını- oxuyub anlamaq, esse yazmaq, açıq sualları cavablandırmaqla verəcəklər. Yeni vərdişlər gələcək PİSA nəticələri üçün münbit zəmin olmaqla yanaşı, heç də 2018-ci ildə keçiriləcək PİSA-dan yeniyetmələrimizin ekstra uğur qazanacaq anlamına gəlməməlidir. İmtahanlarda “nə soruşulacaq, ona uyğun cavab veriləcək” məntiqinə əsaslanaraq deyə bilərik ki, təhsilin yeni məzmun standartlarının dayandığı təməl paradiqmaya uyğun suallar qoyulduğu halda, şagirdlərimiz bunu əxz edəcək və deməli, yaxın gələcəkdə PİSA şkalasında layiqli yerlərini tutacaqlar.

CƏSARƏT VALEHLİ,
Təhsil Nazirliyinin İctimaiyyətlə iş sektorunun müdiri



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Xaricdə təhsilə maraq

Xaricdə təhsilə maraq

Təhsil
Fənn olimpiadalarının birinci mərhələsinin nəticələri məlum olub

Fənn olimpiadalarının birinci mərhələsinin nəticələri məlum olub

Təhsil, Nazirlik
Şəxsiyyətin formalaşmasında ictimai mühitin rolu

Şəxsiyyətin formalaşmasında ictimai mühitin rolu

Məktəblər, "Elm və Təhsil"
Olimpiada qalibləri ilə görüş

Olimpiada qalibləri ilə görüş

Təhsil
Cəsarət Valehli: ELMİN DATA SÜRƏTİ

Cəsarət Valehli: ELMİN DATA SÜRƏTİ

Nazirlik, Dünya
Leyla Quliyeva:

Leyla Quliyeva: "İKİDİLLİLİYƏ YANAŞMA"

Elmi Məqalələr, Turan
AzTU-da I kurs tələbələrinin kollokviumlarının nəticələri müzakirə olunub

AzTU-da I kurs tələbələrinin kollokviumlarının nəticələri müzakirə olunub

AzTU
Yeni təhsil proqramları və fizika

Yeni təhsil proqramları və fizika

Regionlar, Məktəblər
Leyla Quliyeva:

Leyla Quliyeva: "Öyrənənin Qiymətləndirilməsi"

Elmi Məqalələr, Turan
“Etimad” 11-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edib

“Etimad” 11-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edib

"Elm və Təhsil", QHT
“Universitetimiz Azərbaycanın avtomobil modelini də yarada bilər”

“Universitetimiz Azərbaycanın avtomobil modelini də yarada bilər”

Əsas xəbər, AzTU
246 SAYLI MƏKTƏB-LİSEYİN MÜƏLLİM VƏ ŞAGİRD HEYƏTİ İLƏ GÖRÜŞ

246 SAYLI MƏKTƏB-LİSEYİN MÜƏLLİM VƏ ŞAGİRD HEYƏTİ İLƏ GÖRÜŞ

Digər bölmələr, Məktəblər
Tələbələrə və şagirdlərə verilən TƏQAÜDLƏRin artırılması haqqında

Tələbələrə və şagirdlərə verilən TƏQAÜDLƏRin artırılması haqqında

Rəsmi Xəbərlər, Azərbaycan, Təhsil
AzTU-da “UNEC MBA Proqramı”nın təqdimatı keçirilmişdir

AzTU-da “UNEC MBA Proqramı”nın təqdimatı keçirilmişdir

AzTU
UNEC-in professor-müəllim heyəti Gürcüstandakı Azərbaycan məktəblərinə səfə ...

UNEC-in professor-müəllim heyəti Gürcüstandakı Azərbaycan məktəblərinə səfə ...

Digər bölmələr, Gürcüstan, Başkeçid, Bolus, Diaspora
Azərbaycan Texnologiya Universiteti bu gün

Azərbaycan Texnologiya Universiteti bu gün

Gəncə, Digər ali məktəblər
Təhsil naziri Mikayıl CABBAROV:

Təhsil naziri Mikayıl CABBAROV: "...ölkə başçısı cənab İlham Əliyevə dərin ...

Nazirlik
DİQQƏT, QAYĞI VƏ ALİ MƏQSƏDLƏRƏ DOĞRU

DİQQƏT, QAYĞI VƏ ALİ MƏQSƏDLƏRƏ DOĞRU

Regionlar, Məktəblər
TƏQDİRƏLAYİQ DƏRSLİK KOMPLEKTİ

TƏQDİRƏLAYİQ DƏRSLİK KOMPLEKTİ

Məktəblər, Qaraçöp
AzTU-da təhsil alan əcnəbilərin sayı ildən-ilə artır

AzTU-da təhsil alan əcnəbilərin sayı ildən-ilə artır

AzTU, Dünya
Rəy yazın: