Azərbaycan “Təhsil” Cəmiyyəti

Azərbaycan “Təhsil” CəmiyyətiAzərbaycan “Təhsil” Cəmiyyəti 1989-cu il noyabr ayında təsis edilmiş və 1990-cı ilin avqust ayında Respublika Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək rəsmi fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra ‘Təhsil” Cəmiyyəti 1993-cü ilin noyabr ayında təkrar qeydiyyatdan keçmişdir. Təşkilat 22 may 1999-cu ildə növbəti qurultayını keçirmişdir. “Təhsil” Cəmiyyəti könüllü-ictimai özünüidarəetmə formasında təşkil olunmuş qeyri-hökumət təşkilatıdır. “Təhsil” Cəmiyyəti ictimai təşkilat olaraq gənc nəslin təlim-tərbiyəsinin səmərəli təşkilində əməyə, zəhmətə olan münasibətinin formalaşmasında, mədəniyyətinin yüksəldilməsində, elmi biliklərə yiyələnməsində başlıca rol oynayır. Cəmiyyət Azərbaycan Respublikası Konstitusiyası, Beynəlxalq qanunlar əsasında və öz nizamnaməsinə müvafiq fəaliyyət göstərir. Cəmiyyətin fəaliyyəti demokratiya, plüralizm, şəxsi təşəbbüs və Cəmiyyətin hər bir üzvünün məsuliyyətli olması prinsipinə əsaslanır.

Cəmiyyətin məqsəd və vəzifələri

Cəmiyyətin əsas məqsədi Respublikada fasiləsiz təhsil sisteminin həyata keçirilməsinə, tədris, təlim və tərbiyənin səviyyəsinin daha da yüksəldilməsinə, kəmiyyət və keyfiyyət dəyişikliklərinə nail olmaqdan ibarətdir. Həmçinin təhsilin bütün pillə və mərhələlərində ona ictimai qayğı və yardım göstərilməsi, təhsil ocaqlarının və məsləhət mərkəzlərinin yaradılması, təlim-tərbiyə verən və təlim alan şəxslərin faydalı iş fəaliyyətinə görə qiymətləndirməsi kimi stimullarla gənc nəslin şəxsiyyətinin formalaşdırılmasına və yüksək peşə hazırlığına kömək göstərməkdən ibarətdir.

Başlıca vəzifələri:

- təhsili müasir tələblər səviyyəsində qurmaq, təlim-tərbiyə işlərinin məzmununu zənginləşdirmək üçün tədris müəssisələrinə, maarif ocaqlarına elmi, metodiki, maddi və texniki kömək göstərmək;

- respublika və xarici ölkələrin qabaqcıl təlim-tərbiyə təcrübəsini öyrənib ümumiləşdirmək və onun yayılmasında iştirak etmək;

- dövlət və müvafiq idarə, müəssisələr qarşısında təhsil ilə əlaqədar məsələ qaldırmaq, onun səmərəli həllini tələb etmək, təhsil sisteminin işinə kömək və nəzarət etmək:

- ehtiyacı olan, istedadına görə fərqlənən şagird, tələbə və müəllimlərə, qabaqcıl pedaqoji kollektivlərə və tədqiqatçılara maddi yardım yaxud mükafat vermək;

-tədris üçün keyfiyyətli dərsliklər, dərs vəsaitləri yazmağa və tərcümə etməyə. təlimin texniki vasitələrlə öyrənilməsinə, kompüter texnikasının, informasiya vasitələrinin tətbiqinə səy göstərənlərə şərait yaratmaq, yardım etmək və mükafatlandırmaq;

- xarici ölkələrin təhsil müəssisələri ilə əlaqə yaratmaq. xarici ölkələrdə Azərbaycanı hərtərəfli təbliğ edən mərkəzlər, təhsil müəssisələri və ya onların filiallarını yaratmaq, mübadilə yolu ilə mütəxəssislər hazırlamaq, konfranslar, seminarlar, simpoziumlar, müsabiqələr, lotereyalar, auksionlar və s. təşkil etmək.

Fəaliyyət istiqamətləri:
Azərbaycanda fasiləsiz təhsil sisteminin həyata keçirilməsinə yardımçı olmaq;

- fasiləsiz təhsilin bütün pillələrinin qurulması və inkişafında dövlət strukturları ilə yanaşı, ictimai təşkilatların da rolunun artırılmasına kömək etmək;

- cəmiyyətdəki yeniləşməni, sosial-iqtisadi inkişafı və elmi-texniki tərəqqini təhsilin yeni məzmun və keyfiyyət dəyişikliyinə yönəltmək;

- təhsilin bütün sahələrinin müasir səviyyədə təşkili, qurulması və idarə olunmasından səmərə verən ictimai qurumun yaradılması.

Görülmüş işlər:

1. “Təhsil” Cəmiyyəti elm və təhsil problemlərinə həsr olunmuş 18 görkəmli elm və maarif xadimlərinin həyat və yaradıcılığına həsr olunmuş 14 konfrans, dəyirmi masa və seminar keçirmişdir; "Təhsil" Cəmiyyəti "Sona xanım Tağıyeva”, “Abuzər Ağayev” və “Əkrəm Əsgərov” adına diplomlar təsis etmiş və 1995-ci ildən başlayaraq 2006-cı ilədək hər il bu diplomlar müvafiq olaraq Bakıdakı 190 saylı,Neftçala rayonu Qırmızıkənd kənd və Gəncə şəhəri 4 saylı orta məktəbinin əlaçı məzunlarına təntənəli surətdə təqdim edilmişdir.

2. “Təhsil” Cəmiyyəti 1994-cü ildən Təhsil üzrə nailiyyətlərə görə mükafatlar təsis etmişdir. Texnika, təbiət, humanitar və təbabət elmləri üzrə 4 nominasiyada müəyyən edilmiş qaliblərə 1994-cü ildə cəmiyyətin diplomu təqdim edilmişdir. 1999-cü ildən başlayaraq 2006-cı ilədək müsabiqə hər il müntəzəm keçirilmişdir.

3. “Təhsil Cəmiyyəti 2000-ci ilin yanvarından 2006-cı ilədək “Təhsil, mədəniyyət, incəsənət”, “Fizika, riyaziyyat, yer elmləri”, “Kimya, biologiya və tibb”, “Sosial bilgilər””Texnika” adlı 5 seriyalı “Bilgi” dərgisini dərc etmişdir.

4. “Təhsil” Cəmiyyətinin nəzdində 1995- ci ildən 2006-cı ilədək “İnterpretasia” hüquq Mərkəzi fəaliyyət göstərmişdir.

5. “Təhsil” Cəmiyyətinin nəzdində 1993-1998-ci illərdə "Addımlar" Ədəbi Birliyi, 1999-2006-cı illərdə isə “Söz-sözə” yazarlar klubu fəaliyyət göstərmişdir.

- 6.“Təhsil” Cəmiyyətinin mətbu orqanı olan “Təhsil” qəzeti 1992-ci ildən 2006-cı ilədək davamlı nəşr olunmuşdur.

Nəşrlər:

- “Texniki lüğətçilik tariximizdən” (1993)

- "Addımlar" ədəbi məcmuə (1995,1996,1997)

- “Söz çələngi" almanaxı” (1999,2000)

- “Sona xanım Tağıyeva”

- “Borçalı toponimləri” (1994, 1996)

- “M.P.Vaqif və Gürcüstan” (1997)

- “Addımlar" poeziya toplusu (1997)

- “Söz-sözə” poeziya mərkəzi (2001)

Qeyd: Azərbaycan Respublikasının “Təhsil” Cəmiyyəti 2006-cı ilin sonuna qədər davamlı fəaliyyət göstərmişdir...

Nuğay Xasay oğlu Əliyev ,
t.e.n.. dosent;
“Təhsil” Cəmiyyəti
İdarə Heyətinin sədri
(1989-cu ildən bu günədək)
.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AzTU-nun kafedra müdiri, İqtisad elmləri doktoru, professor Ramiz Kamal oğl ...

AzTU-nun kafedra müdiri, İqtisad elmləri doktoru, professor Ramiz Kamal oğl ...

AzTU, İqtisadiyyat
Aftandil Qasım oğlu BABAYEV (1957)

Aftandil Qasım oğlu BABAYEV (1957)

"XXI əsrin Ziyalıları", Borçalı, İqtisadiyyat
Professor İlham Pirməmmədovun 65 yaşı tamam olur

Professor İlham Pirməmmədovun 65 yaşı tamam olur

AzTU, Təbriklər
“Borçalı” Cəmiyyəti keçmiş sədrin əməllərini qınadı

“Borçalı” Cəmiyyəti keçmiş sədrin əməllərini qınadı

"Borçalı" Cəmiyyəti
Təhsil Nazirliyində növbəti mətbuat konfransı keçirilib

Təhsil Nazirliyində növbəti mətbuat konfransı keçirilib

Nazirlik
Ədəbiyyatşünas Tehran Əlişanoğlu AMEA-nın müxbir üzvü seçilib

Ədəbiyyatşünas Tehran Əlişanoğlu AMEA-nın müxbir üzvü seçilib

Humanitar elmlər
Professor Vilayət Vəliyev AzTU-nun rektoru təyin edilib

Professor Vilayət Vəliyev AzTU-nun rektoru təyin edilib

AzTU, Təbriklər
TƏBRİK EDİRİK, HÖRMƏTLİ ƏMİR MÜƏLLİM!..

TƏBRİK EDİRİK, HÖRMƏTLİ ƏMİR MÜƏLLİM!..

BDU, Hüquq, Təbriklər
Mənalı ömür yolu -- Bayram Abbasov - 65

Mənalı ömür yolu -- Bayram Abbasov - 65

"XXI əsrin Ziyalıları", Bolus
İnsanlığa, təbiətə vurğun, könlü tox insan!..

İnsanlığa, təbiətə vurğun, könlü tox insan!..

Təbriklər, Turan
Vadim Ələddin oğlu XUBANOV (1963)

Vadim Ələddin oğlu XUBANOV (1963)

"XXI əsrin Ziyalıları", Qaraçöp, İqtisadiyyat
TƏBRİK EDİRİK!... Professor İSA XƏLİLOV - 55

TƏBRİK EDİRİK!... Professor İSA XƏLİLOV - 55

AzTU, Bolus, Təbriklər
Borçalının tanınmış təhsil işçisi və içtimai xadimi Qəmil Əkbərovun anım gü ...

Borçalının tanınmış təhsil işçisi və içtimai xadimi Qəmil Əkbərovun anım gü ...

Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
YUBİLEYİNİZ MÜBARƏK, hörmətli SƏLAHƏDDİN XƏLİLOV!...

YUBİLEYİNİZ MÜBARƏK, hörmətli SƏLAHƏDDİN XƏLİLOV!...

İctimai elmlər, Borçalı, Təbriklər
AzMİU ilə “AzerGold” QSC arasında əməkdaşlıq memorandumu imzalanıb

AzMİU ilə “AzerGold” QSC arasında əməkdaşlıq memorandumu imzalanıb

Digər ali məktəblər
AMEA və “AzerGold ” QSC ARASINDA MEMORANDUM İMZALANIB

AMEA və “AzerGold ” QSC ARASINDA MEMORANDUM İMZALANIB

"Zirvə"
Bir daha

Bir daha "Kurikulum" haqqında

Məktəblər, "Elm və Təhsil"
Azərbaycan Respublikasının Təhsil naziri

Azərbaycan Respublikasının Təhsil naziri

Təhsil, Nazirlik
Xalıq Yahudov AzTU-nun FƏXRİ PROFESSORU seçilib

Xalıq Yahudov AzTU-nun FƏXRİ PROFESSORU seçilib

AzTU, Təbriklər
Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında  AZƏRBAYCA ...

Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında AZƏRBAYCA ...

Azərbaycan, Rəsmi Xəbərlər, Milli Məclis, Gürcüstan, Hüquq, Diaspora
Rəy yazın: