Soydaşımız Rusiyada nazir müavini təyin edilib Təbriklər, Rusiya, Diaspora 31 января 1805 100 1 2 3 4 5 TƏBRİK EDİRİK!...Soydaşımız Azər Talıbov Rusiya Federasiyası iqtisadi inkişaf nazirinin müavini təyin edilib. Rusiyanın Baş naziri Dmitri Medvedev bu barədə 2017-ci il yanvarın 30-da sərəncam imzalayıb.Azər Talıbov bu vəzifəyə təyin olunana qədər Rusiya Mərkəzi Bankı sədrinin katibliyinin rəhbəri olub. İqtisadi İnkişaf Nazirliyində isə soydaşımız bu vəzifədən yenicə getmiş İqor Revanı əvəz edəcək.1979-cu ildə Moskva şəhərində doğulan Azər Talıbov 2002-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutda magistr dərəcəsi alıb. 2002-ci ildən 2008-ci ilədək İqtisadi İnkişaf və Ticarət Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2008-ci ildən 2012-ci ilədək iqtisadi inkişaf nazirinin köməkçisi işləyib. 2012-ci ilin iyununda Rusiya prezidentinin köməkçisi aparatının rəhbəri vəzifəsinə təyin olunub. O, bu vəzifədə 2013-cü ilin iyul ayına qədər çalışıb. Ondan sonra isə Rusiya Mərkəzi Bankının sədrinin katibliyinin rəhbəri təyin olunub.Soydaşımız Rusiya prezidenti tərəfindən "II dərəcəli Vətən qarşısında xidmətlərinə görə" ordeni ilə təltif olunub.Biz də - dəyərli soydaşımız, çox hörmətli Azər Talıbovu Rusiyanın Baş naziri Dmitri Medvedevin Sərəncamı iləRusiya Federasiyası iqtisadi inkişaf nazirinin müavini vəzifəsinə təyin olunması münasibətilə şəxsən öz adımdan və eləcə də ZiM.Az-ın Yaradıcı Heyəti adından ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və yeni vəzifəsində yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.