Ermənilərin xəyanəti unudularmı?

Ermənilərin xəyanəti unudularmı?
Amma təəssüf ki unutduq...

Osmanli imperiyasının düşmənləri həmişə onu daxildən zəiflətmək istəyib.
Bu məqsədlə onlar müxtəlif milli azlıqları hər vasitə ilə bu dövlətə qarşı üsyana qaldırıblar.
Xüsusilə ermənilər xəyanətdə daha fəallıq göstərirdilər.
Onların bir çoxu türk kəndlərinə hücum edərək silahsız əhalini qıran cinayətkarlar idilər. Anadolunun şərqində yüzlərlə türk kəndləri dağıdılmış və minlərlə türk öldürülmüşdü. Birinci Dünya müharibəsi ərəfəsində ruslara qoşulan ermənilərin türklərə qarşı savaşması nəticəsində Osmanlı dövləti 27 may 1915-ci ildə "Köç" qərarı çıxarmaq məcburiyyətində qaldı. Bu hadisə isə onun rəqibi olan digər güclü Avropa dövlətləri tərəfindən məqsədli şişirdildi. Qərbdən dəstək alan ermənilər isə bu imkandan məharətlə istifadə etdilər. 1915-ci il hadisələrinin soyqırım kimi tanınması istər dünyada, istərsə də Amerikadakı erməni diasporasının ən başlıca məqsədinə çevrildi. Əsas fəaliyyət istiqamətlərindən biri də ABŞ prezidentlərinin kütləvi çıxışında “soyqırımı” sözünün işlədilməsinə nail olmaqdır. Hələ Rolant Reyqanın prezidentliyi dövründə Ağ Ev bu məsələyə aydınlıq gətirməyə çalışdı və bu məqsədlə araşdırmalar aparıldı. Araşdırmalarda məlum oldu ki, həmin dövrdə ermənilər deyil, türklər soyqrıma məruz qalıb. Türklərin itkiləri ermənilərdən təqribən 40 faiz çox olub. Həqiqət budur. Lakin Qərb bu həqiqəti qəbul etməkdə maraqlı deyil. Çünki onların həqiqətə qulaqları qapalıdır. Qərb bu gün də Osmanlının keçmiş qüdrətindən, Türkiyənin yenidən güclənməsindən qorxur. Onlar hələ də Osmanlı qoşunlarının Vyanayadək irəliləməsini unuda bilmirlər. Türklər isə haqlı olduqlarını, ermənilər tərəfindən soyqırıma məruz qaldıqlarını bu günədək sübut edə bilməyiblər. Çünki yuxarıda qeyd etdiyim kimi, Qərb tarixi həqiqətləri qəbul etməkdə maraqlı deyil. Onlar erməniləri üsyana ruhlandırmışdılar. İndi isə Osmanlı dövlətinə xəyanət etmiş, müttəfiqi olan satqın ermənləri dəstəkləmək məcburiyyətindədir. Digər tərəfdən türklər onlara edilən xəyanətləri də tez unudurlar. Amma ermənilər hər imkandan yararlanaraq türklərə zərər verməkdən çəkinmirlər. Başqalarını da özlərinin çirkin oyunlarına çəkməyi də bacarırlar. Birinci Dünya Müharibəsi zamanı Misirdə hərbi həbs düşərgəsində saxlanılan osmanlı əsgərlərinin başına gətirilənlər bu xəyanətkar millətin iç üzünü açıb göstərir. Birinci Dünya Müharibəsində ingilislərə 150 min osmanlı əsgəri əsir düşdü. Bu əsgərlərdən bir hissəsi də Misirin İsgəndəriyyə şəhəri yaxınlığında yerləşən Seydibeşir Usare düşərgəsində yerləşdirildi. Hərbi əsir düşərgəsinin tam adı «Seydibesir Kuveysna Osmanli Useray-i Harbiye Kampı» idi. Həmin düşərgədə 1918-ci ildə Fələstin cəhbəsində əsir düşən 16 tümənin 48 alayına bağlı Osmanlı əskərləri saxlanılırdı. 1920-ci ilin iyun ayının 12-nə qədər əsirlər iki il boyunca hər cür işgəncələrə, əziyyət və təhqirlərə məruz qaldılar. Onlara qarşı insanlığa sığmayan bu davranışın əsas səbəbkarları isə ermənilər idi...

Düşərgədəki türkcə bilən erməni tərcüməçilərin yalan-yalnış tərcümələri və qızışdırmaları səbəbindən düşərgənin ingilis rəhbərliyi qəddar türk düşmənlərinə çevrilmişdi. Müharibə başa çatmışdı. Ancaq düşərgədəki ağır şərtlər səbəbiylə ölənlərdən başqa, sağ qalan əsgərlərin əsirlikdən azad edilməsi İngilislərin işinə yaramırdı. Çünki yeni bir müharibə başlayardısa, bu əsgərlərin yenidən qarşılarına çıxa biləcəyi barədə ermənilər onların beynini doldurmuşdu. Çıxış yolu isə osmanlı əsgərlərinin kütləvi soyqrımdı... Əsgərlər, mikrop qırma bəhanəsilə, süngü zoru ilə dezinfeksiya hövuzlarına girməyə məcbur edilirdilər. Ancaq suya normadan artıq krizol maddəsi qatılırdı. Mehmetçik, daha ayağını suya soxduqda həddindən çox krizol maddəsi səbəbindən ayaq dəriləri yanırdı. Amma ingilis əsgərləri süngünün köməyi ilə onları bu suya girməyə məcbur edirdilər. Türk əsirlərin hövuzdan çıxmasına imkan verilmirdi. Mehmetçiklər krizollu suya başlarını soxmaq istəmirdilər. Ancaq bu zaman ingilislər havaya atəş açmaqla onları yenidən hövuza girməyə məcbur edirdilər. Əsirlər ölməmək üçün başlarını suya soxmaq məcburiyyətində qalırdılar. Ancaq başını sudan qaldıran artıq görə bilmirdi. Çünki gözləri kor olurdu...

Hovuzdan çıxanların vəziyyətini görən növbədəki osmanlı əsgərlərinin dirənişləri də fayda vermədi və 15 min əsgərimiz kor oldu. Bu vəhşilik 25 may 1921-ci ildə Türkiyə Böyük Millət Məclisində müzakirə edildi. Millət vəkilləri Faiq və Şərəf bəylər bir təklif verdilər. Onlar Misirdə əsirlərin krizol hövuzuna soxularaq 15 min vətən övladının gözlərinin kor edilməsi, bunun səbəkarı olan ingilis təbib, qarnizon komandiri və əsgərlərinin cəzalandırılması üçün Türkiyə Böyük Millət Məclisindən təşəbbüsə keçməsini istədilər. Təbii ki, yeni qurulan dövlətin çox sayda problemi vardı. Bu hesabsorma işi də unuduldu getdi.

Amma ermənilər unutmurlar... Özlərinin xəyanətlərini gizlətməkdə ustalıq göstərir, yalançı soyqırımı pərdəsi altında gizlənərək özlərini bütün dünyaya məzlum millət kimi göstərirlər. Dünyanı soyqırıma məruz qaldıqlarına inandırmağa çalışırlar. Bu həyasız mllət əllərinə düşən hər imkandan türklərə qarşı istifadə etməyə çalışır. Ən üzücü olanı da bəzilərinin bu qaralama kampaniyasını dəstəkləməsidir.

Ermənilər «soyqrımı» törədildi deyə dünyanı ayağa qaldırır, bizimsə tariximizdən xəbərimiz yoxdur. 15 min türk əsgərini kor etdilər... Yazıqlar olsun bunu edənlərə. Yazıqlar olsun bu faciənin arxasınca düşməyənlərə... O gün haqlarını qorumadınız, indi sizə əngəl olan kim...?
Artıq haq-hesab çəkməyin vaxtıdır.

p.s.: Türkiyə mətbuatının məlumatları əsasında hazırlanıb.

Pünhan ƏFƏNDİYEV

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Gürcü alim 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən hadisələrin Ermənist ...

Gürcü alim 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən hadisələrin Ermənist ...

Elm, Gürcüstan, Tiflis

"ÇANAQQALA ZƏFƏRİ” BEYNƏLXALQ LAYİHƏ

Dramaturgiya
Azərbaycanlıların kütləvi surətdə qırğını XX əsr tarixinin ən faciəli və də ...

Azərbaycanlıların kütləvi surətdə qırğını XX əsr tarixinin ən faciəli və də ...

Əsas xəbər, İctimai elmlər, UNUTSAQ, UNUDULARIQ!....
Mahirə Əsədova:

Mahirə Əsədova: "Onlar bizim harayımıza çatdı"

Bakı, Sosial, QHT
Xocalı soyqırımı - əsrin faciəsidir

Xocalı soyqırımı - əsrin faciəsidir

Tarix, Köşə yazılar
Gürcüstan parlamentinin üzvü:

Gürcüstan parlamentinin üzvü: "Zəhranın qisasını almağa hazırıq"

Borçalı
SDU-da 31 mart - Azərbaycanlıların Soyqırımı Günü qeyd edildi

SDU-da 31 mart - Azərbaycanlıların Soyqırımı Günü qeyd edildi

Sumqayıt
Qərbi Azərbaycan – Tariximizin bir parçası və mənəvi soyqırım

Qərbi Azərbaycan – Tariximizin bir parçası və mənəvi soyqırım

Tarix, Qərbi Azərbaycan
Rövşən RZAYEV:

Rövşən RZAYEV: "Rusiyanın televiziya aparıcıları hərbçilərdən daha aqressi ...

Qarabağ, Siyasət
AzTU-da 31 Mart Soyqrımı Günü qeyd olundu

AzTU-da 31 Mart Soyqrımı Günü qeyd olundu

AzTU
“24 aprel soyqırımı” erməni uydurmasıdır

“24 aprel soyqırımı” erməni uydurmasıdır

Qarabağ, AzTU
“Güney Azərbaycanda erməni vəhşiliyi” mövzusunda dəyirmi masa keçirilib

“Güney Azərbaycanda erməni vəhşiliyi” mövzusunda dəyirmi masa keçirilib

Azərbaycan, Siyasət
Gənc yazarın İcraildə məqaləsi dərc olunub:

Gənc yazarın İcraildə məqaləsi dərc olunub: "TƏBLİĞ EDİLMİŞ NİFRƏTİN NƏTİC ...

Qarabağ, İsrail, Köşə yazılar
Botanika İnstitutunda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Botanika İnstitutunda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Biologiya və tibb elmləri
31 mart - Azərbaycanlıların soyqırımı günüdür

31 mart - Azərbaycanlıların soyqırımı günüdür

Tarix, Köşə yazılar
Əbdürrəhim bəy Haqverdiyevin Gürcüstan Milli Şurasının 19 dekabr 1918-ci il ...

Əbdürrəhim bəy Haqverdiyevin Gürcüstan Milli Şurasının 19 dekabr 1918-ci il ...

Borçalı, Tarix
Təbrik edirik, Dəyanət Osmanlı!

Təbrik edirik, Dəyanət Osmanlı!

Azərbaycan, Bolus, Təbriklər
DƏYANƏT OSMANLI: KEFİNDƏN KOR YAZARIN PORTRETİ

DƏYANƏT OSMANLI: KEFİNDƏN KOR YAZARIN PORTRETİ

Poeziya, Bolus
Rusiyadakı ermənilər çaş-baş qalıblar

Rusiyadakı ermənilər çaş-baş qalıblar

Rusiya
XOCALI: Vətən ağrısı, torpaq yanğısı...

XOCALI: Vətən ağrısı, torpaq yanğısı...

Qarabağ, Publisistika
Rəy yazın: