YENİ LAYİHƏ: Lüğət bazasının təkmilləşdirilməsi

YENİ LAYİHƏ: Lüğət bazasının təkmilləşdirilməsi YENİ LAYİHƏ: Lüğət bazasının təkmilləşdirilməsi 2004-cü ildən başlayaraq fəaliyyət göstərən Təhsil, Rifah və İnkişaf İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Polyglot tərcümə proqramının lüğət bazasının təkmilləşdirilməsi və müasir tələblərə uyğun olaraq yenidən təşkili” layihəsinə yekun vurmuşdur.

Təhsil, Rifah və İnkişaf İctimai Birliyinin Mətbuat xidmətindən ZiM.Az-a bildiriblər ki, Şura tərəfindən 2016-cı ilin birinci maliyyə müsabiqəsində Təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər istiqaməti üzrə dəstəklənən layihə çərçivəsində Təhsil, Rifah və İnkişaf İctimai Birliyi ilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi arasında bağlanan memoranduma əsasən İctimai Birlik bir sıra lüğətlərin elektron versiyasını hazırlayaraq proqram təminatının bazasına köçürülməsi üçün Mərkəzə təqdim etmişdir.

İyun-Sentyabr ayları ərzində davam edən layihə çərçivəsində Birlik, nəzərdə tutulandan artıq olmaqla 100000-dən artıq söz və söz birləşmələrini toplamağa müvəffəq olmuşdur. Bununla yanaşı görülən işlərin effektivliyini daha da artırmaq üçün Birliyin töhfəsi olaraq daha bir neçə kitabın elektron versiyasının hazırlanaraq yaxın zamanlarda Mərkəzə təqdim edilməsi planlaşdırılır.

28.09.2016-cı il tarixdə Xəzər rayonu Gənclər evində layihənin yekunlarına həsr olunan təqdimat mərasimi keçirilmişdir.
Tədbirdə bir sıra QHT nümayəndələri, müxtəlif dilçi mütəxəssislər, proqramçılar, gənclər və rayon ictimaiyyəti iştirak etmişdir.
Tədbirdə görülən işlər iştirakçılar tərəfindən yüksək qiymətləndirilmişdir.


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: