İlhamə Quliyeva əsl atasının kimliyini açıqladı

İlhamə Quliyeva əsl atasının kimliyini açıqladıXalq artisti İlhamə Quliyeva şəxsi həyatından danışıb. ZiM.az-ın məlumatına görə, “ATV”nin “10-lar” verilişinə qonaq olan ifaçı əsl atasının Həbib Bayramov yox, Məzahir Quliyev olduğunu deyib:

“Quliyeva İlhamə Məzahir qızıyam. Mənə Şöhrət ordeni təqdim ediləndə vəsiqədə atamın adı Həbib yazıldı. Bilirsiniz ki, mənim 5 yaşım olanda anam Tükəzban xanım Həbib Bayramovla ailə qurmuşdu. Elə həmin vaxtdan Həbib bəy mənə mənəvi atalıq edib. O, ataların atasıdır. Mənə çox gözəl tərbiyə verib. Məzahir Quliyev məni yaradıb, Həbib Bayramov tərbiyə verib. Məzahir müəllim Lənkəranda prokuror olanda mən doğulmuşam. Mənə var-dövlət ailəmdən qalıb. Sonradan görənlərdən deyiləm. Hər iki ailənin tək qızı olmuşam. Miraslar üst-üstə yığılıb, mənə qalıb. Bakı balaca şəhərdir. Hamı-hamını yaxşı tanıyır".

İlhamə Quliyeva əsl atasının kimliyini açıqladı


Mənbə: Lent.Az
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Oxşar xəbərlər:
Rəy yazın: