HƏKİM adını ŞƏRƏFLƏ daşıyan İNSAN

HƏKİM adını ŞƏRƏFLƏ daşıyan İNSANREDAKSİYAMIZIN ARXİVİNDƏN:
Redaksiyamızın bu günkü qonağı
Bakının Yasamal rayonundakı
5 saylı Uşaq poliklinikasının
sahə həkimi
Arzu xanım Əliyevadır.

Tanış olun:
Arzu Sədrəddin qızı Əliyeva

1964-cü ildə fevral ayının 20-də
Bakı şəhərində anadan olub.
Əslən qədim Qarayazıdandır.
1981-ci ildə Nəsimi rayonundakı
9 saylı orta məktəbini bitirib,
N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna (indiki ATU) daxil olub,
1988-ci ildə həmin ali məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra bir il
Bakıdakı 5 saylı uşaq infeksion xəstəxanasında
internatura keçib.
1989-cu ildən bu günə kimi -
düz 22 ildir ki,
Yasamal rayonundakı
5 saylı uşaq poliklinikasında sahə həkimi işləyir.
Həkim adını şərəflə daşıyan Arzu Əliyeva iki dəfə, yəni 2005 və 2006-cı illərdə Polşada "Neonatologiya" üzrə konfranslarda iştirak edərək sertifikatlar almışdır. Dəfələrlə "Pediatriya", "Vərəm infeksiyası" üzrə kurslarda olmuşdur.
O, 2007-ci ildə Bakı şəhəri 1 N:-li Tibb texnikumunda "Tibb bacılarının" təkmilləşmə kurslarında dərs demişdir.
Qəlbən həkim sənətinə bağlı olan Arzu xanım həm də qeyri-hökumət təşkilatlarında
(Azərbaycan Yəhudi Qadınlar Humanitar təşkilatı) həkim kimi fəaliyyət göstərmişdi.

Uşaq həkimi adını ləyaqətlə daşıyan Arzu Əliyeva eyni zamanda bütün televiziya kanallarında yayımlanan müxtəlif verilişlərdə ekspert kimi də iştirak etmişdir. Hazırda təcrübəli həkim, qayğıkeş tibb işçisi olan Arzu Əliyeva "Space” TV-də "Analar klubu" verilişinin aparıcısıdır.

Qeyd edək ki, Arzu xanım həm də gözəl anadır. İki qız övladı var. 1992-ci il təvəllüdü böyük qızı Qasımzadə Sevinc Nəsimi rayonu 9 saylı orta məktəbi 2009-cu ildə bitirib və yüksək balla Xəzər Unversitetinə qəbul olub. Hazırda Amerika və Böyük Britaniya üzrə regionşunaslıq ixtisası üzrə təhsil alır.
1993-cü il təvəllüdlü olan ikinci qızı Qasımzadə Leyla isə bu il orta məktəbi bitirib, 2 qrup üzrə imtahanı verərək tələbə adına layiq görülmək arzusundadır.

Arzu Əliyevanın həyat yoldaşı Firdovsi Qara oğlu Qasımov məlum Qarabağ hadisələri ilə əlaqədar olaraq Xocavənd rayonunun azərbaycanlılar yaşayan kəndlərində özünü müdafiə dəstəsinin təşkilində yaxından iştirak etmiş və həmin dəstələrin erməni quldurlarına qarşı döyüşməsinə bilavəsitə başçılıq etmişdir. Belə ki, Xocavənd rayonunun polis şöbəsinin rəis müavini, kapitan Firdovsi Qasımov Xocavəndin 13 kəndinin erməni quldur dəstələrindən azad edilməsində xüsusi qəhrəmanlıq göstərmiş və döyüşlərin birində qəhrəmancasına həlak olmuşdur.

Bu günlərdə nümunəvi tibb işçisi, həkim-pediatr Arzu Əliyeva ilə görüşərək oxucularımızı maraqlandıran suallara cavab verməsini xahiş etdik. Həkimlik sənətində qazandığı uğurlardan ürəkdolusu söz açan Arzu həkim suallarımıza dolğun və ətraflı cavab verdi. Həmin müsahibəni oxucularımızın diqqətinə çatdırırıq...

-Arzu xanım, müasir dövrümüzdə gənc analara ana südünün həlledici əhəmiyyət daşıması haqqında hansı məlumatları vermək istərdiniz?


- Ana südü körpə orqaniziminin bütün tələblərini ödəmək və onu müxtəlif infeksiyalardan qorumaq üçün İlahi tərəfindən yaradılan ən gözəl, misilsiz uşaq qidasıdır. Tərkibindəki qidalı maddələrin münasibəti artmaqda olan uşaq orqaniziminin düzgün böyüməsi və müdafiəsi üçün idealdır.
Ana südünün tərkibində Bifidus faktor uşağın bağırsaqlarında normal mikrobların inkişafına kömək edir, nəticədə uşaqda köp, ishal kimi hallar olmur. Limfosit və makrofoplar südə bakterisid xassə verir, müxtəlif iltihabi xəstəliklərin qarşısını alır. Süddə olan antitellər uşağı infeksion xəstəliklərdən qoruyur. Ana südündəki laktoza kalsiumun mənimsənilməsini artıraraq raxitin qarşısının alınmasında iştirak edir. Südün tərkibində omeqa-3 yağ turşuları var ki, bu da yeni doğulmuş uşağın beyin toxumasının və gözün torlu qişasının əsas tərkib hissəsi, əsas elementidir, ana südü əmən uşaqların ümumi sinir sisteminin və baş beyinin inkişafı süni qidalanan həmyaşıdlarından daha üstündür. Alimlər sübut ediblər ki, təbii qidalanan uşaqlar gələcəkdə hipertoniya və ürək-damar sistemi xəstəliklərinə daha az tutulur. Ana südünün tərkibindəki peptin hormonu isə piy mübadiləsində əsas rol oynayır və gələcəkdə piylənməyə, şəkərli diabet, mədəaltı vəz funksiyasının pozulması riskini xeyli azaldır. Ana südünün ən gözəl xüsusiyyətlərindən biri də odur ki, uşağın inkişaf dövrlərindən asılı olaraq tərkibi dəyişir və uşağın hazırkı yaş dövründə onun yağlara, zülallara və karbohidratlara olan tələbatını tam ödəyir. Ana südü həmişə təzədir və uşağa lazım olan temperaturdadır. Əmziklərdən fərqli olaraq uşağın üz-çənə skeletində dəyişiklik və stomotoloji problemlər əmələ gətirmir. Təbii qidalanan uşağa 6 aya qədər əlavə vitamin və su verməyə ehtiyac yoxdur. Ana südünün ananın özünə də böyük xeyri var: ana ilə uşaq arasında emosional bağlılıq, məhəbbət yaranır. Ananın doğuşdan sonrakı depressiya halları azalır. Süni qarışıqların hazırlanması, uşağa uyğunlaşdırılması problemləri, gecələr qarışıq hazırlamaq problemi aradan qalxır. Əmizdirərkən istehsal olunan oksitosin uşaqlığın yığılmasına, qanaxmanın dayanmasına kömək edir. Süd verən ananın aybaşı tsikli normallaşır, arzu olunmaz hamiləlikdən qorunur. Süd vəzinin, yumurtalıqların xərçəngi kimi xəstəliklərin riski azalır. Həm də ana südü ilə uşağın qidalanması maddi cəhətdən də ailə büdcəsinə xeyirdir.

-Təcrübəli həkim kimi, isti yay günlərində uşaqları günəş şüalarından necə qorumaq olar? Uşaqlara günəş şüalarının xeyri və zərəri nədir?

- Günəş şüalarının xeyri insan orqanizmi üçün həddindən artıq çoxdur. Təsadüfi deyil ki, raxit bütün dünyada zirzəmilərdə və qaranlıq evlərdə yaşayanların xəstəliyi adlanır. Həqiqətən də alimlər çoxdan sübut edib ki, məhz belə evlərdə yaşayan və günəş şüası görməyən uşaqlarda raxit olur. Bu günkü gün də hamıya məlumdur ki, günəşin ultrabənövşəyi şüaları dəridə vitamin D əmələ gətirir ki, bu da orqanizimdə kalsium-fosfor mübadiləsinin əsas tənzimlicisidir. Yəqin ki, raxitin uşaqların skeletində necə deformasiyalar əmələ gətirdiyini hamı bilir. Lakin raxit əyri ayaqlar, yekə baş və ya əyri döş qəfəsi deyil. Uşağın iştahası pozulur, əsəbi olur, yuxu pozğunluğu, ürək və ağ ciyərin işinin pozulması, mədə-bağırsaq disfunksiyası və s. əmələ gəlir. Günəş şüaları həm də insanın psixikasına müsbət təsir edir, onun əhvalını formalaşdırır. Belə ki, ultrabənövşəyi şüaların əmələ gətirdiyi seratamin adlı maddə baş-beyin sinir hüceyrələri arasında yaranan impulslara nəzarət edir və insanın iştahını, yuxusunu və əhval-ruhiyyəsini normallaşdırır. Təsadüfi deyil ki, günəş şüaları "görməyən" uşaqlarda anemiyaya tez-tez rast gəlirik. Uşaqlar əsəbi və ağlağan olurlar, pis yatırlar. Lakin günəş şüaları nə qədər xeyirli olsa da, bir o qədər də təhlükəli ola bilir. Belə ki, günəş spektrinin ulturabənövşəyi şüaları şiş xəstəliyinin, xüsusən dəri xərçənginin əmələ gəlməsinə səbəb olur. Günəş immuniteti zəiflədir, dərini qocaldır. Bəs nə etməli?! Günəş vannaları qəbul etmək lazımdır. Lakin düzgün vaxtda və düzgün miqdarda. Yadda saxlamaq lazımdır ki, günəşin intensivliyi yüksək olan saatlarda, yəni saat 11-dən 17-dək günəşin altında uşağı saxlamaq olmaz. Uşağı tədricən bir neçə dəqiqə artırmaqla səhər və axşam gəzdirmək lazımdır. Çalışın ki, onu kölgə və ya yarım kölgədə (ağacın şəbəkəvari kölgəsində) və mütləq başında panama ilə gəzdirin. Dərinin qaralmasına çox da çalışmayın. Əgər qaralacaqsa, tədricən bir neçə günə qaralsın, gündə yanmasın. Tədricən qaralarkən dəridə əmələ gələn melanin onu günəşin zərərli şüallarından qoruyur. Dənizə aparanda uşaqlara mütləq günəşdən qoruyan kremlərdən istifadə edin. Xüsusən bu dərisi açıq rəngli, ağbəniz, göygözlü, sarısaçlı uşaqlara və ümummiyyətlə insanlara aiddir. Çünki onların dərisində melanin az və ya heç olmadığı üçün onlar tez yanır və problemlər əmələ gəlir.

-Arzu həkim, söhbətimiz uşaqlarla bağlı olduğundan istərdik ki, tez-tez uşaqlar arasında baş verən anemiyaların baş vermə səbəblərindən də danışasınız.

- Anemiya uşaqlar arasında tez-tez rast gəlinən bir xəstəlikdir. O, uşaqların qanyaradıcı orqanlarının anatom-fizioloji yetişməzliyi, ətraf mühitin əlverişsiz faktorlarının təsirinə qarşı yüksək həssaslığı ilə əlaqədardır. Uşaqlarda ən çox defisit anemiyalarına rast gəlinir. Bu uşaq orqaniziminə hemoqlobin əmələ gətirən maddələrin az daxil olması nəticəsində əmələ gəlir. Məs: dəmirdefisitli, zülal defisitli, B12 vitaminin və fol turşusu defisitli anemiyada qanda hemoqlobinin 100q/l (60%)-dən aşağı düşməsi və eritrositlərin miqdarının 3,5. 1012/ l olması artıq anemiya diaqnozu qoymağa səbəbdir. Əsas əlamətləri, dərinin solğunluğu, iştahsızlıq, zəiflik, əhvalın olmaması, ağlağanlıq, adinamiya, qəbizlik, dırnaq və tüklərin zəif, nazik və sönük olması, ağır hallarda ürək-damar sistemi tərəfindən dəyişikliklər (taxıkardiya, bəzən sistalik küy) dil məməciklərinin itməsi və s.
Əlbəttə, müalicə ilə özbaşına məşğul olmaq olmaz. Müalicəni həkim bütün müayinələri aparıb, anemiyanın dəqiq səbəbini müəyyən edəndən sonra təyin edir. Lakin proflatitka hər bir ananın öz əlindədir. Dedik ki, uşaqlarda anemiya əsasən defisit xarakterlidir. Odur ki, ilk növbədə uşağın qidalanmasına, əsasən də aşağdakılara fikir vermək lazımdır.
1.Uşağın qidasında mütləq ət (mal və toyuq əti) və ət məhsulları olmalıdır.
2.Bitki tərkibli - tərəvəzlər, meyvələr, yarmalar, eləcə də balıq və süd məhsullarında olan dəmir orqanizm tərəfindən nisbətən pis mənimsənilir.
3.Yeməyin üstündən dərhal çay verməyin. Tam dəmirin mənimsənilməsinə mane olur.
4.Ətlə bərabər tərəvəzlərdən soğan, gülkələm, kabaçki və brokoli, göyərti, portoğal və tomat şirəsi (vitaminlərlə zəngindir) verin.
Ümumiyyətlə çalışın ki, uşağın qidası hər tərəfli vitaminlərlə zəngin və ən əsası dadlı olsun. Əgər 100q-da dəmirin miqdarına görə qida maddələrini sıraya düzsən ən çox ət və qaraciyərdə, sonra ispanaq və kahıda, qozda, yumurtada və çörəkdə dəmir var.

-Adətən körpələri xəstəliklərdən qorumaq üçün onlara profilaktik peyvəndlər vurulur. Uşaqlara qayğı ilə yanaşan sahə həkimi kimi sizcə belə peyvəndlər onlara necə vurulmalıdır?

- Profilaktik peyvəndlər insanları infeksion xəstəliklərdən qorumaq məqsədi ilə vurulur. Hamıya məlumdur ki, zaman-zaman ağır infeksiya xəstəliklərinin epidemiyasından minlərlə, milyonlarla insanlar ölür, bəzən bütün kəndlər, şəhərlər yer üzərindən silinirdi. Bir qədər yaşlı insanlar peyvənd vurulmamışdan əvvəl uşaqların difteriya (el arasında boğmaca) xəstəliyindən ölməsini, qızılcadan sonra kor və ya kar qalmaların xatırlayırlar. Məhz vurulan peyvəndlər sayəsində belə ağır infeksiyaların demək olar ki, kökünü kəsmək mümkün olmuşdur. Bir çox xəstəliklərə qarşı peyvəndlər var. Lakin hər dövlət onun daha çox yayılan və ya daha çox yayılmaq ehtimalı olan xəstəliklərə qarşı peyvəndlərin vurulmasını təşkil edir. Azərbaycanda 9 xəstəliyə qarşı profilaktik peyvənd vurulur. Bunlar vərəm, hepatit B, poliomielit (uşaq iflici), difteriya, göy öskürək, tetanus, qızılca, məxmərək və epidemik parotit xəstəlikləridir. İlk peyvənd doğum evində həyatın ilk 12 saatı ərzində hepatit B xəstəliyinə qarşı vurulur. Sonralar 2 və 4 aylarında bu peyvənd təkrar olunur. Doğum evində vərəmə qarşı BSJ peyvəndi vurulur və uşaq iflicinə qarşı damcı da verilir. Sonralar poliomielit peyvəndi 2,3,4 aylarında və 1 yaş 6 ayda təkrar vurulur. Difteriya, göy öskürək və tefanusa qarşı AKDS peyvəndi 2,3,4 aylarında vaksinasiya, 1 yaş 6 ayda birinci və 6 yaşda revaksinasiya olunur. Qızılca, məxmərək və epidemik parotitə qarşı QMP peyvəndi 1 və 6 yaşda olmaqla 2 dəfə vurulur. Bundan başqa ildə 1 dəfə uşaqın hər yaşının tamamında Mantu sınağı qoyulur. Bu peyvənd deyil. Vərəmə yoluxmanı təyin etmək üçün qoyulan dəri sınağıdır. Mantu reaksiyasının 5mm-dən artıq şişməsi (papulanın ölçüsü) artıq uşağın müayinə olunmasına göstərişdir. BSJ peyvəndi də 1 il ərzində reaksiya verir. Belə ki, uşağın sol bazunun yuxarı hissəsinə vurulan peyvəndin yerində əvvəl papula, sonra pustula və nəhayət çapıq qalır. Çapığın olması peyvəndin "tutması" deməkdir. Yadda saxlamaq lazımdır ki, düzgün vurulan peyvənd uşağa yalnız xeyirlidir. Peyvəndi xəstəlik vaxtı vurmaq olmaz! Bunun üçün mütləq həm pediatr, həm də nevropotaloqun müayinəsindən keçmək, analizlər vermək lazımdır. Analar bilməlidirlər ki, hər bir peyvənd normada reaksiya verməlidir. Bu orqanizmin yeridilən antigenə cavabıdır. Reaksiya həm yerli (iynənin yerində şişkinlik, qızartı, yerli hərarət), həm də ümumi ola bilər. Ümumi reaksiya bədən temperaturunun yüksəlm\əsi, bəzən halsızlıq, bir qədər ağlağanlıq, iştahsızlıq da ola bilər. Bundan qorxmaq lazım deyil. Uşağın orqanizmindən onun immunitetindən asılı olaraq bəzən heç bir reaksiya olmaya da bilər.
Peyvəndlərin vurulmasına daimi və müvəqqəti əks göstərişlər var. Daimi əks göstərişdən - QIÇS, fermentopatiya, ağır ürək-damar və ya ifrazat sisteminin xəstəliklərinin dekompasisiya stadiyası kimi xəstə\liklərdir. Müvəqqəti əks göstərişlərə isə istənilən iltihabi xəstəliyin kəskin dövrü, nevroloji problemlər, anemiya, hipotrofiya və s. aiddir. Bu xəstəlik aradan qalxdıqdan sonra peyvəndi vurmaq olar. Bəzən analar uşağın tez-tez xəstələnməsini, zəifliyini və ya yarımçıq doğulmuş olmasını bəhanə edib, peyvəndlərdən yayınırlar. Əksinə belə uşaqlara profilaktik peyvəndləri vurmaq daha vacibdir. Çünki onlar normal, sağlam həmyaşıdlarından fərqli olaraq infeksion xəstəliklərə daha tez yoluxur və xəstəliyi daha ağır keçirirlər. Sonda analara müraciət edərək bildirmək istəyirəm ki, peyvəndlərdən qorxmasınlar. Övladlarının sağlam olmasını istəyirlərsə vaxtı vaxtında, düzgün intervalla bütün peyvəndləri etdirsinlər. Heç bir həkim sizin uşağınızın düşməni deyil. Və əgər hazırki vəziyyətdə, uşaq tam sağlamdırsa və peyvənd vurdurmaq məsləhətdirsə, peyvəndləri vurdurun ki, övladınızın sağlam və gümrah böyüməsinə daim sevinəsiniz.

- Arzu həkim, maraqlı müsahibəyə görə təşəkkürümüzü bildirir və Sizə işlərinizdə yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
Təranə CƏBİYEVA.
"Şərqin səsi" qəzeti,
Oktyabr, 2011.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
“Hepatit viruslarına yoluxan şəxslərin qab-qacaqlarını ayırmaq düz deyil”

“Hepatit viruslarına yoluxan şəxslərin qab-qacaqlarını ayırmaq düz deyil”

Səhiyyə
2 Aprel - Beynəlxalq Autizm Marifləndirmə Günüdür!..

2 Aprel - Beynəlxalq Autizm Marifləndirmə Günüdür!..

Səhiyyə
Həkim-deputat ittihamlara cavab verdi:

Həkim-deputat ittihamlara cavab verdi: "Buna heç mənim vicdanım yol verməz ...

Səhiyyə
Həkim RƏNA ƏLİYEVA (1953)

Həkim RƏNA ƏLİYEVA (1953)

Səhiyyə, Darvaz
Səadət Şahpələngova: ”MƏKTƏBƏQƏDƏR YAŞLI UŞAQLARDA NİTQ İNKİŞAFININ  FORMAL ...

Səadət Şahpələngova: ”MƏKTƏBƏQƏDƏR YAŞLI UŞAQLARDA NİTQ İNKİŞAFININ FORMAL ...

Elmi Məqalələr, Uşaq bağçaları
Şirinova Nurlana: “Həkim olmaq anamın arzusu idi...”

Şirinova Nurlana: “Həkim olmaq anamın arzusu idi...”

Səhiyyə
ŞƏFA VERƏN SÖZ MƏLƏYİ - Məlahət İsayeva

ŞƏFA VERƏN SÖZ MƏLƏYİ - Məlahət İsayeva

Səhiyyə, Müsabiqə
Səadət Şahpələngova:

Səadət Şahpələngova: "UŞAQ ŞƏXSİYYƏTİNİN İNKİŞAFINDA OYUNLARIN ROLU"

Elmi Məqalələr, Uşaq bağçaları
Səadət  ŞAHPƏLƏNGOVA:

Səadət ŞAHPƏLƏNGOVA: "UŞAQLARIN AHƏNGDAR İNKİŞAFINDA FİZİKİ MƏDƏNİYYƏT M ...

Elmi Məqalələr, Uşaq bağçaları, "Elm və Təhsil"
Səadət Şahpələngova:

Səadət Şahpələngova: "ƏTRAF ALƏMLƏ TANIŞLIĞIN MƏZMUNU VƏ ƏHƏMİYYƏTİ”

Elmi Məqalələr, Uşaq bağçaları, "Elm və Təhsil"
Stomatoloq cərrah - Rəşid Vilayət oğlu Mursaqulov

Stomatoloq cərrah - Rəşid Vilayət oğlu Mursaqulov

Səhiyyə, "Ümid", Borçalı
* * * HÖRMƏTLİ EDİLYA XANIM,

* * * HÖRMƏTLİ EDİLYA XANIM, "ƏMƏKDAR HƏKİM" FƏXRİ ADINIZ MÜBARƏK!.. * * ...

Səhiyyə, Təbriklər
RUHUN ŞAD OLSUN, ANAR HACIYEV!..

RUHUN ŞAD OLSUN, ANAR HACIYEV!..

Səhiyyə, Darvaz, Nekroloqlar
HƏKİM-ŞAİRƏ SOLMAZ QƏRİBELLƏ ONLAYN MÜSAHİBƏ

HƏKİM-ŞAİRƏ SOLMAZ QƏRİBELLƏ ONLAYN MÜSAHİBƏ

Rusiya, Diaspora, Köşə yazılar
Müəllimlik şərəfli, müqəddəs və bir o qədər də çətin peşədir!..

Müəllimlik şərəfli, müqəddəs və bir o qədər də çətin peşədir!..

Regionlar, Məktəblər
Həkim Aqil Xazeyin oğlu Məmmədov (1976)

Həkim Aqil Xazeyin oğlu Məmmədov (1976)

Səhiyyə, Başkeçid
Həkim ŞAMİL ƏLİYEV  (1936)

Həkim ŞAMİL ƏLİYEV (1936)

Səhiyyə, Başkeçid, Darvaz
Məhəbbətin və şəfqətin fövqündə

Məhəbbətin və şəfqətin fövqündə

Səhiyyə, Borçalı
Boyunduruq altinda yetişən gənclik

Boyunduruq altinda yetişən gənclik

Gənclik, Köşə yazılar
Təbrik edirik, Rəşad həkim!..

Təbrik edirik, Rəşad həkim!..

Səhiyyə, Təbriklər
Rəy yazın: