Gənc eloğlumuzu TƏBRİK EDİRİK!

Gənc eloğlumuzu TƏBRİK EDİRİK! Sumqayıt şəhərində yaşayan
Darvazlı Muxtarov Ziyadxanın nəvəsi
Muxtarov Ziyad Roman oğlu bu il
Sumqayıt şəhərindəki 11 saylı orta məktəbi
əla qiymətlərlə - fərqlənmə attestatı ilə bitirib.


ZiM.Az
Darvaz.com-a istinadən xəbər verir ki,
İngilis dili üzrə İELTS proqramı üzrə sınaqlarda
yüksək nəticə əldə edən gənc həmyerlimiz
ali məktəbə qəbul imtahanlarında 603 bal toplayaraq
ilk böyük uğuruna imza atıb.
Arzusu Azərbaycan Diplomatiya Akademiyasında
Beynəlxalq iqtisadiyyat ixtisasına yiyələnməkdir.

Biz də Darvaz.com saytının redaksiya heyətinin səmimi təbrikinə qoşulur, Ziyad Muxtarovu ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və daha böyük uğurlar arzulayırıq. İnanırıq ki, uğurlu başlanğıcı onun üçün düşərli olacaq, qohumlarını, doğmalarını və el-obasını bundan sonra da əldə etdiyi nailiyyətlərlə sevindirəcək. Yolun açıq olsun, Ziyad Muxtarov!..

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: