Əbdüləli İbrahimsoy (1956): ÖLMƏYƏ NƏ VAR?!..

Əbdüləli İbrahimsoy (1956): ÖLMƏYƏ NƏ VAR?!..
ƏBDÜLƏLİ İBRAHİMSOY(1956)

Əbdüləli İbrahimsoy - 11 dekabr 1956-cı ildə qədim Qarayazı bölgəsinin (indiki Gürcüstanın Qardabani rayonunun) Birlik kəndində anadan olub.
A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsinin filologiya fakültəsini bitirib.
1980-ci ildən 1995-ci ilədək Qardabanidə Azərbaycan və gürcü dillərində nəşr olunan “Samqori” rayon qəzetində korrektor, tərcüməçi, müxbir, şöbə müdiri vəzfələrində çalışıb.
1996-cı ildə “Qardabani” adlanan qəzetdə məsul redaktor, baş redaktorun birinci müavini işləyib.
1997-1998-ci illərdə “Çənlibel” ədəbi-bədii qəzetin, 1999-cu ildə “Dirçəliş” ictimai-siyasi qəzetin
baş redaktoru, 2000-ci ildə “Region” qəzetinin
şef redaktoru işləyib.
Hazırfa Qardabani rayonundakı 1 saylı Kalinin orta məktəbində müəllim işləyir.
O, eyni zamanda Borçalı ədəbi və fəlsəfi fikir tarixinin örənilməsi və toplanması sahəsində cəfakeşlik göstərir.
“Çənlibel” Yazarlar Birliyinin rəhbəri və eyni adlı ədəbi toplunun baş redaktorudur.
Ə.İbrahimsoy “Məni bağışla, ilahi” şeirlər kitabının müəllifidir.
Bir neçə kitabın tərtibçisi və redaktoru olub.
Əbdüləli müəllim hə də poeziya vurğunu olmaqla yanaşı özü də gözəl şairdir.
Aşağıda Əbdüləli müəllimin bir neçə şeirini oxucularımıza ərmağan edir, ona uzun ömür,
möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az

Ölməyə nə var?!

Bu dünyanın
ən böyük ağrısını verin mənə,
ən kiçik ağrısı sizin olsun.
Ən kiçik ağrını çəkməyə
böyük səbr lazımdır, qardaş,
ən böyük ağrının səbri də kiçik olar.

Anamın ayağına dəyən daş
ayağıma dəyməsə,
Vətənimin gülünü, qardaş,
qara bulud döyməsə,
dünyanın ən böyük ağrısını
yıxaram.

Bu dünyanın
ən kiçik sevincini verin mənə,
ən böyük sevinci sizin olsun.

...Bu dünyanın
qəminə gülə bilsəm,
ölüm mənim ayağıma gəlsə
ölərəm.


Gəraylı

Şəhələrin dalanları,
Girər yuxuma, yuxuma.
Dərd bilənlər dərdimzin
Baxmaz azına, çoxuna.

Bu dünyanın kalanları,
Oğruları, filanları,
Eşşəyə çul olanları
Gəzər taxına-taxına.

Baharında qış olanlar,
Yurdunda bayquş olanlar,
Beyinləri boş olanlar
Qalar yığına-yığına.

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: