Güllü Eldar Tomarlı (1969)

Güllü Eldar Tomarlı (1969)Güllü Eldar Tomarlı (Alıyeva Güllü Eldar qızı)
- 1969-cu ildə Gürcüstanın Rustavi şəhərində
dünyaya göz açıb.
Əslən Qazax bölgəsinin Kəmərli kəndindəndir.
1986-cı ildə Rustavi şəhərindəki 7 saylı orta
məktəbin Azərbaycan bölməsini bitirib.
Elə həmin ildə də Rustavi şəhərindəki
Politexnik Texnikumuna qəbul olunub.
Uzun müddət Rustavi şəhər nəşriyyatında çalışıb.
Rustavi Azərbaycanlıları Mədəniyyət Mərkəzi İdarə Heyətinin üzvü və Qadınlar Şurasının sədri seçilib.
Hazırda Bakı şəhərində yaşayıb-yaradır.
Dövrü mətbuatda müntəzəm olaraq çıxış edir.
Tiflisdə nəşr olunan “Gürcüstan” qəzetinin Azərbaycan Respublikası üzrə xüsusi müxbiridir.
Şeirləri və publisistik məqalələri Azərbaycanda, Gürcüstanda, Özbəkistanda, Türkiyədə və İranda çap olunan bir sıra qəzet və jurnallarda, eləcə də, ədəbi məcmələrdə və poeziya antologiyalarında çap olunub.
"Abdulla Şaiq", "Qızıl qılım", "Zirvə" mükafatları laureatıdır.
Daha bir neçə dəfə Fəxri fərman, diplom və mükafatlarla təltif olunub.
"Mirvarid Dilbazi Məclisi"nin sədri, “Aşıq Pəri Məclisi”nin üzvüdür.
3 kitab müəllifidir.
Ailəlidir. Dörd övladı var.

Biz də çox hörmətli Güllü Eldar Tomarlıya yeni-yeni yaradıcılıq uğurları arzulayır və
aşağıda onun şeirlərində bir neçəsini dəyərli oxucularımıza ərmağan edirik.


ZiM.Az


Borçalıdadı

Məndən inciməsin qoy İncə dərəm,
Dərdimin dərmanı Borçalıdadı.
Atalı günlərim – o xoş mənzərəm,
Ömrün gül zamanı Borçalıdadı.

Dür səsim İncədir, gur səsim ora,
Hünərim İncədir, Həvəsim ora,
Xəyalım İncədir, nəfəsim ora,
Duyğunun gümanı Borçalıdadı.

Mən orda göz açdım, hər yanı gördüm,
Sandım ki, bir qoca dünyanı gördüm.
Şair Zəlimxanı, Alxanı gördüm,
Türkün öz Osmanı Borçalıdadı.

Səadət Buta tək uca dağı var,
Sanki sinəsində gur bulağı var,
Sazın Nargilətək öz novrağı var,
Dür-gövhər məkanı Borçalıdadı.

O yerdə bir qoşa pöhrən yaşayır,
Öz barım yaşayır, bəhrəm yaşayır.
Nurlanım yaşayır, Zöhrəm yaşayır,
Ömrün nuş bostanı Borçalıdadı.

Sözünə bağlandım, sazını sevdim,
Ruhumun sığalı yazını sevdim,
Adını, dadını, özünü sevdim,
Güllünün imanı Borçalıdadı.


Bu yurda

Aranına, yaylağına vuruldum,
Çeşmələrin saflığında duruldum,
Mizanına, qurğusuna quruldum,
Anam dedim, Vətən dedim bu yurda.

“Kəmənd bulağı”na dərman demişəm,
“Hayvalı bulağ”a loğman demişəm.
“Yeleylər”ə canım qurban demişəm,
Anam dedim, Vətən dedim bu yurda.

“Ağ oğlan” taledən bir ulu nəmər,
“Saf dərə”də qurulur çox binələr.
Kəmərli ömürlük bir qızıl kəmər,-
Anam dedim, Vətən dedim bu yurda.

Çağlar oldum sinəm tel-tel olanda,
Sevincimdən gözüm yaşla dolanda.
Aşıq qardaş bir “Urfanı” çalanda,
Anam dedim, Vətən dedim bu yurda.

Muraz verdi əzəldən bu yurd mənə,
Yollar açdı dağlarda boz qurd mənə.
Güllü bilər yaxın düşməz dərd mənə,
Anam dedim, Vətən dedim bu yurda.


A dağ çəkən

Heç demirsən bu nə qandı?
Qanla canım al-əlvandı,
Əlindəki dağdağandı,
A dağ çəkən, a dağ çəkən.

Çək qan olsun ala qamçın,
Vallah yazıq canım qançır.
Ayaqda qandalım zəncir,
A dağ çəkən, a dağ çəkən.

Dön əzəlki çağlarına,
Qayıt əhdə-ilqarına,
Güllü dözmür dağlarına,
A dağ çəkən, a dağ çəkən.


Ağlama, şəhid anası

Sən bir şərəf, şan böyütdün,
Alıcı tərlan böyütdün.
Vətənə qurban böyütdün,
Ağlama, şəhid anası.

Baş əyirəm el mərdinə,
Əyilməz yad namərdinə,
O can verib öz yurduna,
Ağlama, şəhid anası.

Duydu haqqın mənasını,
Çəkdi qurban xınasını,
O, qorudu anasını,
Ağlama, şəhid anası.

Haqdan gələn nur bizə o,
Bəxş eylədi sur bizə o,
Yaşatdı qürur bizə o,
Ağlama, şəhid anası.

Düşmənə çox uddurdu qan,
İlham aldı bayrağınnan,
Son nəfəsi “Azərbaycan”,
Ağlama, şəhid anası.

Güllü, haqqa olmaz əvəz,
Yurd verilməz, yurd bölünməz,
Şəhid olan vallah ölməz,
Ağlama, şəhid anası.


Güllü Eldar Tomarlı (1969) Bir layladı “Aşıq Pəri Məclisi”

İncidimi, yaqutdumu, ləldimi,
Ümiddimi, uğudumu, surdumu,
Loğman olub cannan alar dərdimi,
Neçə-neçə könül açar xoş səsi,
Bir layladı “Aşıq Pəri Məclisi”.

Aram-aram, asta-asta anla gəl,
Nənələrin avazını dinlə gəl.
İnsaf eylə, imanla gəl, dinlə gəl,
Məftun eylər başa düşən hər kəsi,
Bir layladı “Aşıq Pəri Məclisi”.

Ürəkləri fəth eyləyən avazdı,
Kəlmə-kəlmə dərman olan niyazdı,
Arzudu, diləkdi, gözəl murazdı,
Xalqa hədiyyədi xalqın bəstəsi,
Bir layladı “Aşıq Pəri Məclisi”.

Qəlb oxşayar gəraylısı, qoşması,
Saz səsinə zirvələri aşması,
Selə dönər çaylar kimi daşması,
Önündə diz çökər hər umu, küsü,
Bir layladı “Aşıq Pəri Məclisi”.

Dinləyənin candan gedəq qadası,
Dünyalara yayılıbdı sədası,
Haqdan gəlib hər birinin butası,
Yığılıbdı gözəllərin incisi,
Bir layladı “Aşıq Pəri Məclisi”.

Şaqraq səslər sanki dağdan axan çay,
Gözəlllikdə heç birinə yoxdu tay,
Yaşıl yelən, göy butalı kəlağay,
Daha gözəl lap keçmişi, öncəsi,
Bir layladı “Aşıq Pəri Məclisi”.

Aşıq Pəri - Pərilərin nənəsi,
Narınc Xatun anaların anası.
Onlar olub bu məclisin binasi,
Nəsil-nəsil yaşadiblar bu hissi,
Bir layladı “Aşıq Pəri Məclisi”.

Həm nurani, həm pirani, xoş avaz,
Aşıq Sona haqda - daha qayıtmaz.
Səadət Butanın ruhu bahar-yaz,
Başda tacdı sazın-sözün sevgisi,
Bir layladı “Aşıq Pəri Məclisi”.

Bu gün eldən alır gücü, qüvvəti,
El də verib Pərilərə qiyməti,
Başda gəlir xalq içində hörməti,
Mərifətdi “Divani”- si, “Təcnis”-i,
Bir layladı “Aşıq Pəri Məclisi”.

Pərvanəsi pərvanədi başına,
Bağban olub baharına, qışına.
Güllü yaş calayar ömür yaşına,
Ömrü boyu sevndirər hər kəsi,
Bir layladı “Aşıq Pəri Məclisi”.


Güllü Eldar Tomarlı (1969) İçində bir dünya ana sevdası...

Neçə murazın binası oldum,
Arzular diləklər dünyası oldum,
O gül balaların anası oldum,
İçimdə bir dunya ana sevdası.
* * *
Elə kövrəlmişəm elə dolmuşam,
Yüz fikirə yüz xəyala dalmışam,
İşə bax özüm nənə olmuşam,
İçimdə bir dünya ana sevdası.
* * *
Bilsəm yenə bu dünyaya gələcəm,
Ürəyimi anam ilə böləcəm,
Güllü deyər öləndə də öləcəm,
İçimdə bir dünya ana sevdası.



Könlüm

Qəmə sirdaş olan könlüm,
Sevincden kam alar könlüm,
Köklenibdi öz kökünə,
Öz sazını calar könlüm.

Əzəl gündən meyli Haxda,
Xoş arzuda,xoş diləkdə,
Diləklərim göy yaylaxda,
Xəyallara dalar könlüm.

Göylərini bulud alsa,
Ürəyini sükut alsa,
Xətrinə dəyən olsa,
Bir cicekdi-solar könlüm.

Tanrıdandı sene bu hal,
Taleyine nə xos yığval,
Güllü deyər:beləce qal,
Beləcə qal, nolar könlüm!
Nolar könlüm!...


ZƏLİMXANIYDI

Türk dunyasının böyük oglu,
Xalq sairi Zəlimxan Yaqubun
qonağı olduq.
Könüllərimiz şad oldu...


Sözün şah olduğu bir çağa baxdım,
Gah sola boylandım, gah sağa baxdım.
Üfüqdə nur gördüm,uzağa baxdım.
O nura boyanan Zəlimxanıydı.

Özü qələmiydi, özü sazıydı,
Yüzillər yol gələn bir murazıydı.
Şəninə min tərif yenə azıydı,
Zirvədən boylanan Zəlimxanıydı.

Haqdan sur gəlmişdi söz urvatına,
Minmişdi şeirin səmənd atına.
Çıxmışdı şeirin yeddiqatına,
Göylərdə dayanan Zəlimxanıydı.

Keçəçək a Güllü çox-çox fəsillər,
Tarixə dönəcək indiki illər,
Belə deyəcəklər gələn nəsillər,
Şairlər içində şöhrət- şanıydı,
Gün kimi o yanan Zəlimxanıydı.


Ad Günün Mübarək,
FƏRİDƏ LƏMAN!...


Ay, Ince deremin ince ciceyi,
Cicekler icinde qonce ciceyi
Her kelmesi qizilgulun leceyi
Dusmesin yadina ne ah, ne aman,
Ad gunun mubarek Feride Leman.

Ozu sirin,sozu seker bal olan
Ehli-hal icinde ehli-hal olan
Nurani-pirani xos camal olan.
Meclis yarasigi, sohbeti melhem,
Ad gunun mubarek Feride Laman.

Isiq seli , nur cesmesi kamalin
Aydan ari , sudan duru amalin
Gullu diler gozel olsun heyatin
Daima qoy gulsun uzune zaman,
Ad günün mübarek, Fəridə Ləman.


SƏNNƏN ÖTƏRİ

Eloğlum, gözəl şairimiz İbrahim İlyaslınin
eyni adlı şeirinə nəzirə kimi nəzərdə tutulur.

Gəraylı.


Tanrıdan gül diləkləri
Dilərəm sənnən ötəri
Ağla desən ağlayaram,
Gülərəm sənnən ötəri.

Ay könlümün bəhrə- barı,
Sənsiz ömrüm yarı…yarı…
Ahım ilə o dağları,
Dələrəm sənnən ötəri.

Mən bir sazam,sən də simi,
Sən sevdanın kökü- himi,
Ayrılıqdan ahu kimi,
Mələrəm sənnən ötəri.

Əmr eləsən hər əmrinə,
Dönnəm imrənə- imrənə,
Vallah ömrümü ömrünə
Calaram sənnən ötəri.

Fələk yazıb fərmanımı,
Dərdim üçün dərmanımı,
Canım deyər al canımı,
Ölərəm sənnən ötəri.
“Lap yenidən bu dünyaya
Gələrəm sənnən ötəri".

Güllü Eldar Tomarlı,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: