AZAD FƏRHADOĞLU (1971)

AZAD FƏRHADOĞLU (1971) Azad Fərhad oğlu Əliyev - 1971-ci yanvarın 5-də
Ulu Borçalımızın qədim Baskecid (indiki Gürcüstan Respublikasının Dmanisi) rayonundakı Lök-Candar kəndində ziyalı ailəsində anadan olub.
Atası Fərhad Əliyev tarix muəllimidir, uzun muddət
doğma kəndlərindəki məktəbin direktoru işləyib.
A.Fərhadoğlu məktəb illərindən şeir yazmağa başlayıb.
Bakıda Mirzə Fətəli Axundov adina Azərbaycan Dövlət Pedaqoji Rus dili və Ədəbiyyati İnstitutunu (indiki Bakı Slavyan Universitetini) bitirib.
3 il "Bu gün" qəzetində müxbir işləyib.
Hazırda "Şərqin səsi" qəzetinin əməkdaşıdır.
"Köç iti" adlı bir şeirlər kitabının müəllifidir.
Üç kitabı hal-hazırda çapa hazırlanır.
"Bu gün", "Şərqin səsi", "Haqqın sədası", "Oxu məni" kimi müxtəlif qəzetlərdə şeirləri çap olunub.
"Sazlı-Sözlü Başkeçid" kitabında bir neçə şeiri oxucuların ixtiyarına verilib.
“Sazlı-Sözlü Borçalı”"Dirili Qurbanı” Ədəbi Məclislərinin üzvüdür.

SÜKUTA DÖNDÜN...

Nəğmə çalinmadi, ömrünə bir gün,
ayini - ilini sükutlar yedi.
Bükdün arzulari, göylərə - sürgün,
yağişlar islatdi, buludlar yedi.

Uğurlu bir sabah yarin olmadi,
kədərlər könlünə, narin olmadi.
Nisgil ovutmağa tarin olmadi,
qəlbini həzinçə o udlar yedi.

Ahini sellərə ,yellərə çəkdin,
dağlarin qarini tellərə çəkdin.
Arzunu illərdən - illərə çəkdin,
Vaxtini, anini umudlar yedi.

Bir günün, saatin əyri olmadi
inamin Allahdan qeyri olmadi.
ha təmiz yaşadin, xeyri olmadi,
payini fürsətçil o" itlər" yedi

Beləçə qaşlari buluda döndün,
beləçə zamani umuda döndün,
Beləçə özün də,sükuta döndün,
nəyin qalmişdisa, o" qurdlar "yedi


ÇIXIB BAL ƏMƏSƏN...

Eniş yüyürəsən – quzu tək, mələr,
yoxuş dırmanasan, kürəyində tər.
Çanını titrədə nəmli quzeylər,
batasan palçığa və xıra qədər.

Uzaq görünsə də,uzaqda dağlar,
önünü kəssə də sərt qayalıqlar.
Lap elə yağsa da bahar vaxtı qar,
çıxasan dikləri axıra qədər.

Əlvan çiçəkləri, öpəsən qaşda,
- könlündə gözəllik hissləri başlar.
Süfrə düzəldəsən, bir yasti daşda,
düzəsən araqdan, çaxıra qədər.

Çıxıb bal əməsən - ballı yerindən
hündür ağaçların , arı yerində.
Gözlərin sevinə darı yerində,
sevəsən sünbülə, taxıla qədər.

Yurd yuva eşqiylə yanarsa için,
çeşmələr taparsan durulmaq üçün.
Vətən torpağına vurulmaq üçün,
gedəsən sürüyə, naxıra qədər.


BURADA BAXIŞLAR YAĞIŞ ƏLƏYİR

Tüstüsü çıxmadı nə sabah , axşam,
yandımı? Yandısa, lap korun oldu!
Pilləkən olmadı üstə çıxmağa,
üstündən enmək də, lap sorun oldu!

Burda havalıdı əllər külək tək,
üstündə hər haray bir hıçqırıqdır.!
Yağış saxlamayır bura ey fələk,
bütün kərpiçləri qırıq-qırıqdı!

Burada baxışlar yağış ələyir
payız xəzəlləyir burda yaz ağzı.
Qalanlar gedənə uğur diləyir,
tezçə də ağzını yumur öz ağzı.

Burdan yola salmaq, yollar ötürmək
- hisslər arxasıyla - sudandı burda!
Bura ..- xatirələr qətlə yetirən...
...hər şey budaq-budaq budandı burda!

Burada qovuşmaq qum göyərtməkdi,
gözəl hər nə var da, burdan ötdülər.
Gözlərim kölgələr şəklini çəkdi
- deyən durnalar da, burdan ötdülər.

Burdan ötənlər də sıxdı səsini,
burda tələsmədi yol adamları.
Nə bilim, nə deyim, nə bədbəxsiniz
- əlvida damları, vida damları!


FİKİRLİ ADAM

Gedirsən, elə bil daha getmirsən,
ayağin arxada qalib gedirsən.
Fikirlər çoxdandan aparib səni...
quruça bir taxta hali, gedirsən.

Başinda təzyiqin artib elə bil,
kim isə arxaya dartir elə bil.
Qollarin torpağa çatib elə bil,
boynunu içinə salib gedirsən.

Səhmana salsa da, səhər qadinin.
düzəni düzəlmir solan yadinin.
Elə bilirsən ki ayaqqabinin.
bir tayi eyvanda qalib gedirsən…

Qizin dəyişiyə köynək gətirir,
oğlun arxan ilə pençək gətirir.
Səbir çüt gətirir, ya tək gətirir,
birinin yükünü alib gedirsən…

Günəş də görünür sənə ay kimi,.
vucudun yellənir çor laylay kimi..
Sanki çağirirlar ölüvay kimi.
dönüşə ümidsiz yolu gedirsən.

Baxirsan yiğişib sənə bir səhər,
"Taras zirvəsində" bir ev tikirlər,
Çanini sixmayir daha fikirlər…
rahatça uzanib, ölüb gedirsən…


BAŞKEÇİD

Yenə mənəm, yenə dağlar,
yenə sən, bir zirvəsən duman gələn, yel əsən.
Şimşəklərin üzərinə helləsə...
qoy saxlayim kürəyimlə Başkeçid.

Qalin meşə, sarp dərələr, buludlar,
dərin quzey, göy talalar,sükutlar....
Uzaqlarda baş üstdə saz tutublar..
laylalanir həzin simlə Başkeçid.

Yoldan çixib ciğirlarin dağ çixir..
dərə çiğir, təpə çiğir, dağ çiğir..
Bir yüyürüm, dolaylarla əl sixim.
solda vuran, bu nəyimlə Başkeçid.

Sol sildirim, orta dərə, sağ qaya,
çopur qaya, qara qaya, ağ qaya.
Gəç baxana uçrumlari laxlayar,
yaşar dostluq diləyiylə Başkeçid.

Hara baxsan axarlidir-baxarli..
bu dağ yaşil.., o dağ sari.., o qarli..
Vüqarliğin vüqar verib vüqarli,
bələnmişəm bələyinlə Başkeçid.

Ta nə yazim..nurlu günəş, ay kimi,
gözəl şeir-selələnsin çay kimi..
Yazaçağam bir gün sənə pay kimi,
durna verən lələyimlə Başkeçid.

Gen yaşadım neçə illər.. könlü qəm..
o illərim yarı quru, yarı nəm..
Səndən ayri qəriblərdən qəribəm,
baçarmiram ürəyimlə Başkeçid.


ÇANIM İTİR

Nə geçəyəm, nə toranam,
Bir gündüzəm səhəri yox.
Mən nə dağam, nə aranam,
təbiətəm çəpəri yox.

Tam işiğa mənəm yetim,
birdən çanim gözdən itir.,
Gölgəmdə o yatan itin,
getməyimdən xəbəri yox.

Mən qəribə bir halam ki,
dərdliləri qanim çəkir.
Ya kölgəyəm, ya da şəkil,
nə neçəsi-təhəri yox.

Bir budağam qaçan atin,
yəhərini yerə atdim.
aralida gedib yatir,
xəbəri yox, yəhəri yox.

Göyün altda yanar çanam,
dəli hissəm, həyəçanam.
Lap da şahmar bir ilanam,
zərəri yox, zəhəri yox.

suyu itən bulaq mənəm
qana düşən oylaq mənəm.
çəndə itən uşaq mənəm,
bu dünyanin qəhəri yox.

Dəyə qurdum yarimçiqdir,
illər ötdü,çanim çixdi.
Dumanlar da zalim çixdi,
çəkilməyi- gedəri yox.


NƏ HAYIMIZ YETİŞDİ, NƏ BİR AHU-ZARIMIZ.

Nə mahnımız oxundu nə də məktublarımız,
Quşlardan da göndərdik , hər baharda salamlar.
Bilmədik heç çatdımı, a doğma , uçuq damlar.
Ümid -ümid közərib elə qımqıma çaldıq.
Arxasıyla uçunduq neçə arzu, xəyalın.
Bilmədik heç neçoldun, neçəsən ey - ey Vətən!?
Eheyy... uzaqda qalan, eheyy... lap gözdən itən!
Bir axar çay da yoxdu , üzü yuxarı axa .
Çöməlib axarına məktub yazam bir axşam.
Sular ki , aydınlıqdı sevindirər bu çayır.
Heyif, - heyif sulara, yazı da yazılmayır.


ÇIĞIR VAR Kİ…

Çiğir var ki, yoldu sonu,
yollar var ki, çığır olur.
Qara dərdlər sıxı olur,
millənə-millənə gəlir.

Yaraq düzür tabağına,
kəsir dalı, qabağı nə..
Yoxuş çıxmir qabağına,
zillənə-zillənə gəlir.

Gəlir yağı - xain kimi,
vərəm kimi, taun kimi.
Özünə arxayın kimi,
yellənə-yellənə gəlir.

Baş endirir, oynu kimi
qurdla qoyun eyni kimi,
Yamanlığın toyu kimi,
güllənə-güllənə gəlir.

...Heyhat, günlər, gün görünçə,
səfillənir, künçdən -künçə.
Qəribədir, gözəl günlər,
küllənə-küllənə gəlir.


YOL GETMƏK OLMUR

İndi dəbdən düşüb, yarğan-uçurum,
Dərdli, içindəki ah-dan uçunur…
Gedirsən, üstünə qarğalar cumur,
Əlləri ağacsız, yol getmək olmur.

Yol boyu qarşına qaralar çıxır,
Vurulur könlünə yaralar, çıxır.
Kəsir qabağını, qarılar çıxır,
Əlində yüz futnə-fel, getmək olmur.

Qalın saraylara söyürəm hərdən,
Adamı vururlar, görün nələrlə...
Yağışlar yağsa da, fasilələrlə,
Dərə də, təpə də göl - getmək olmur.

Sar oxur, bülbüllər ötdüyü yerdə,
Kol bitir, çiçəklər bitdiyi yerdə.
Arılar qayıtmır, getdiyi yerdən,
Sevməyə, dalınca gül - getmək olmur.

İndi fəsillər də, düz gəlmir barı...
Rəngi də başqadı, indiki qarın...
Üzü elə sərtdir, ayrılıqların,
Ha istə, çabala, öl - getmək olmur.

Aparır, adamı başa çıxartmır,
Yolunu qayaya - daşa çıxardır.
Elə ümidləri boşa çıxardır ,
Daha bu yollarla, yol getmək olmur.


SƏSSİZMİ KÖÇDÜ DURNALAR...

Bu il də qayğidan vaxtim olmadi,
günlərim zamanla döyüşdə keçdi.
Özümü nə qədər sixdim olmadi,
filani, fəhməni söyüşdə keçdi.

Gözümü açdim ki,qapidadir qar,
söhbət edəmmədim,payizla bir dəm.
Bilmədim, - səssizmi köçdü durnalar?
qatar da görmədim göyün üzündə.

Bilirəm getdilər bir mələr kimi,
gözümün altiyla bir gilə getdi.
Toplanib bağlardan, heç nələr kimi,
bu il də yarpaqlar zibilə getdi.

Heç fövtə vermədi vaxtimin biri,
xəzan çağlarini sevmək qəbildən.
Qəbir düzəldəçəm, - payiz qəbiri,
yiğib yarpaqlari, növbəti ildə.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: