UCA ZİRVƏLƏRİ FƏTH EDƏN RABSON MƏMMƏDOV

UCA ZİRVƏLƏRİ FƏTH EDƏN RABSON MƏMMƏDOV TƏBRİK EDİRİK!..

21 noyabr -
Moskvada yaşayan
dəyərli soydaşımız,
çox hörmətli,
ziyalı eloğlumuz,
tanınmış alim-həkim və
məşhur iş adamı
Rabson Cəfər oğlu
Məmmədovun
ad günüdür!..


O, 1958-ci ildə qədim
Borçalı mahalında,
indiki Gürcüstanın
Bolnisi rayonundakı
Darvaz kəndi
ndə müəllim
ailəsində anadan olub.
1975-ci ildə Darvaz kənd
orta məktəbi
ni bitirib.
1976-cı ildə N.Nərimanov adına Azərbaycan Dövlət
Tibb İnstitutu
na daxil olub və
1982-ci ildə həmin institutu müvəffəqiyyətlə bitirib.

UCA ZİRVƏLƏRİ FƏTH EDƏN RABSON MƏMMƏDOV Rabson Məmmədov - 1982-1985-ci illərdə Mingəçevir Şəhər Rayonlar Arası Onkoloji Diispanserdə həkim kimi fəaliyyət göstərib. O, Mingəçevirdə çalışdığı illərdə həkimlik fəaliyyəti ilə yanaşı, həm də yüksək insani keyfiyyətləri, təvazökarlığı və xeyirxahlığı ilə fərqlənib,
tezliklə yerli camaatın hörmətini, rəğbətini qazanıb, böyük nüfuz, hörmət sahibi olub.
R.Məmmədov 1985-ci ildə
Moskva şəhərində SSRİ Tibb Elmləri Akademiyası Ümumittifaq Onkoloji Elmi Mərkəzinin nəzdində aspiranturaya daxil olub.
1988-ci ildə namizədlik dissertasiyasını uğurla müdafiə edərək, tibb elmləri namizədi elmi adına layiq görülüb.

Rabson Məmmədov Moskvada elə həmin akademiyada əmək fəaliyyətini, daha dəqiq desək, elmi və həkimlik fəaliyyətini davam etdirməklə yanaşı, paralel olaraq, Rusiyada Postsovet məkanında turizm sahəsin yaradıcalarından, əsas təşkilatçılarından biri olub, Rusiyanın “Mostravel” turizm şirkətini yaradıb və
şirkətə uzun illər rəhbərlik edib.

UCA ZİRVƏLƏRİ FƏTH EDƏN RABSON MƏMMƏDOV R.Məmmədov 2004-cü ildən 2015-ci ilə qədər isə dünyanın ən böyük turizm şirkəti olan TUI Group kompaniyasının Rusiyadakı rəhbəri - baş direktoru olub.

Bu şirkət 2004-cü ildə dünyanın iki nəhəng -
alman TUI AG və ingilis TUI Travel PLC şirkətlərinin birləşməsindən yaranıb.

Qeyd etmək yerinə düşər ki, TUI Group şirkəti
hər il dünyanın 180 ölkəsində 30 milliyondan çox turistə
xidmət edən dünyanın ən böyük turizm şirkətidir.

Azərbaycan ziyalısının ən gözəl xüsusiyyətlərini özündə cəmləşdirən Rabson Məmmədov çox mehriban, qayğıkeş, ünsiyyətcil və yüksək mənəviyyata malik şəxsiyyətdir.
Bu keyfiyyətləri nəticəsində, o, həmkarları, həkim yoldaşları, dostları arasında, ümumiyyətlə, cəmiyyətdə, xüsusilə də Moskvadakı Azərbaycan diasporası arasında böyük hörmət və nüfuz qazanıb.

Sözsüz ki, bu müsbət keyfiyyət və xüsusiyyətlər ona irsən keçib. Atası Cəfər müəllim Borçalı mahalında çох hörmətli, adlı-sanlı kişilərdən оlub. O el içində sevilən, rəğbət bəslənən, soyuna-kökünə bağlı bir el ağsaqqalı idi. Dərs dediyi məktəbdə gənclərin təlim-tərbiyəsində, onların adlı-sanlı, yüksək hazırlıqlı vətənpərvər, xalqsevər bir şəxsiyyət-vətəndaş kimi yetişməsində, bu ahəngdar şəxsiyyətin böyük rolu və əvəzsiz zəhməti olub.

UCA ZİRVƏLƏRİ FƏTH EDƏN RABSON MƏMMƏDOV Cəfər müəllim daima şagirdlərinin milli zəminə və ümumbəşəri dəyərlərə əsaslanaraq tərbiyə olunmalarına çalışıb. Məhz bunun nəticəsidir ki, onun şagirdlərinin əksəriyyəti bu gün Azərbaycanda, Gürcüstanda, Rusiyada və digər ölkələrdə müxtəlif vəzifələrdə ləyaqətlə çalışırlar.

Allah Sizə rəhmət eləsin,
Cəfər müəllim!..
Ruhunuz şad olsun,
el ağsaqqalı!..
Şagirdləriniz Sizin əvəzsiz
əməyinizi itirmədilər.
Eləcə də, onlardan biri olan
oğlunuz - Rabson Məmmədov!..

O, bu gün dünyanın ən böyük şəhərlərindən olan Moskvada şərəf və ləyaqətlə yaşamaqla yanaşı, həm də öz elinin-obasının, xalqının və millətinin adını daima uca edir. Və özü də daha da ucalır, daha böyük, daha uca zirvələri fəth edir!..

UCA ZİRVƏLƏRİ FƏTH EDƏN RABSON MƏMMƏDOV
Yazımızın əvvəlində də qeyd etdiyimiz kimi, qarşıdan Rabson Məmmədovun ad günü gəlir...


Biz də fürsətdən istifadə edərək, ZiM.Az-ın yaradıcı heyəti adından hazırda Moskvada ömrünün müdriklik çağlarını yaşayan dəyərli soydaşımız, çox hörmətli, ziyalı eloğlumuz, tanınmış alim-həkim və məşhur iş adamı
Rabson Cəfər oğlu Məmmədovu
qarşıdan gələn ad günü münasibətilə ürəkdən təbrik etməklə yanaşı, həm də ona daha böyük, daha uca zirvələri fəth etmək üçün uzun ömür, möhkəm cansağlığı və şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzu edirik!..


Nəsib NƏBİOĞLU,
Müşfiq BORÇALI,


Darvaz - Bakı - Moskva - Darvaz

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Müdriklik zirvəsi - 70 yaş...

Müdriklik zirvəsi - 70 yaş...

Biologiya və tibb elmləri, Təbriklər
GÜNAY XANIM, YUBİLEYİNİZ MÜBARƏK!..

GÜNAY XANIM, YUBİLEYİNİZ MÜBARƏK!..

Səhiyyə, Təbriklər
Professor Məhəmmədəli Məmmədov (1934-2000)

Professor Məhəmmədəli Məmmədov (1934-2000)

Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
Həkim Aqil Xazeyin oğlu Məmmədov (1976)

Həkim Aqil Xazeyin oğlu Məmmədov (1976)

Səhiyyə, Başkeçid
SOYDAŞIMIZA - PROFESSOR FUAD ŞƏMİL OĞLU ƏLİYEVƏ

SOYDAŞIMIZA - PROFESSOR FUAD ŞƏMİL OĞLU ƏLİYEVƏ "RUSİYA FEDERASİYASININ ƏM ...

Səhiyyə, Başkeçid, Bolus, Darvaz, Təbriklər, Rusiya
Əslən Qarayazıdan olan soydaşımız FƏRHAD SƏMƏDOV Rusiyada Baş nazirin müavi ...

Əslən Qarayazıdan olan soydaşımız FƏRHAD SƏMƏDOV Rusiyada Baş nazirin müavi ...

Qarayazı, Təbriklər, Rusiya, Diaspora
Tanınmış həkim Səməd Çobanov vəfat edib

Tanınmış həkim Səməd Çobanov vəfat edib

Səhiyyə, Darvaz, Nekroloqlar
Filologiya üzrə fəlsəfə doktoru Zəminə Mustafayeva (1955)

Filologiya üzrə fəlsəfə doktoru Zəminə Mustafayeva (1955)

"XXI əsrin Ziyalıları", Başkeçid
Akademik FƏRMAN GÜLMƏMMƏDOV (1939)

Akademik FƏRMAN GÜLMƏMMƏDOV (1939)

Səhiyyə, Bolus, Darvaz, Rusiya, Diaspora
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ƏLİ MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ƏLİ MÜƏLLİM!..

Digər ali məktəblər, Darvaz, Təbriklər
Tanınmış alim Əhməd Məmmədovun 70 yaşı tamam olub

Tanınmış alim Əhməd Məmmədovun 70 yaşı tamam olub

AzTU, Təbriklər
YUBİLEYİN MÜBARƏK, ƏZİZ QARDAŞIM, ÇOX HÖRMƏTLİ SƏMƏD HƏKİM!..

YUBİLEYİN MÜBARƏK, ƏZİZ QARDAŞIM, ÇOX HÖRMƏTLİ SƏMƏD HƏKİM!..

Səhiyyə, Bolus, Darvaz, Təbriklər
Murtuz Novruz oğlu Məmmədov (1943-1988)

Murtuz Novruz oğlu Məmmədov (1943-1988)

Gəncə, Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
UZMANLIĞIN MÜBARƏK, NAİL HƏKİM!..

UZMANLIĞIN MÜBARƏK, NAİL HƏKİM!..

Səhiyyə, Darvaz
Həkim ETİMAD NƏBİYEV (1970)

Həkim ETİMAD NƏBİYEV (1970)

Səhiyyə, Darvaz
Təbrik edirik, hörmətli MƏHƏMMƏD YÜZBAŞOV!..

Təbrik edirik, hörmətli MƏHƏMMƏD YÜZBAŞOV!..

Borçalı, Təbriklər
ZAKİR NƏBİZADƏ (1949)

ZAKİR NƏBİZADƏ (1949)

Səhiyyə, Darvaz
Həkim RƏNA ƏLİYEVA (1953)

Həkim RƏNA ƏLİYEVA (1953)

Səhiyyə, Darvaz
TƏBRİK EDİRİK, HÖRMƏTLİ FAZİL MÜƏLLİM!...

TƏBRİK EDİRİK, HÖRMƏTLİ FAZİL MÜƏLLİM!...

Borçalı, Təbriklər
Başkeçidli xeyriyyəçi Səlahəddin Məmmədov vəfat edib

Başkeçidli xeyriyyəçi Səlahəddin Məmmədov vəfat edib

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Rəy yazın: