AD GÜNÜN MÜBARƏK, QIZIM VƏFA!..

AD GÜNÜN MÜBARƏK, QIZIM VƏFA!.. Canım qızım, Vəfam. Zaman necə də sürətlə axıb gedir və biz fərqində belə deyilik. Sənin dünyaya gəlişin mənə Tanrının ən böyük hədiyyəsidir. İlk addımların, ilk mənə ata deyişin, ilk gülümsəmən hələ də ağlımdadır. Sən hələ də gözümdə ilk doğulduğun andakı qızımsan, amma sən artıq o balaca qız deyilsən. Yaxşı kı varsan, yaxşı kı doğulmusan, mənim gözəl qızım. Bu həyatda bir ata olaraq ən çox istədiyim şey səni hər zaman, hər yaşında xoşbəxt görməkdi.

Aramızdakı münasibət sadəcə ata qız münasibətindən ibarət olmadığı, o qədər sevindirir ki məni. Yeri gələndə ən yaxşı dost, ən yaxşı sirdaş oluruq. Bu gün sabah rəbbim güc verdikcə yanında olacam canım qızım. Hər zaman səninlə qürurla fəxr etmişəm. Məhz yaxşıki sən mənim qızımsan. Gözəl qəlbinlə anlayışlı düşüncənlə tək atanın yox, hər kəsin rəğbətini qazanmısan. Bir ata üçün qız övladının yeri tamam başqadır. Varlığın hər zaman mənə güc verib gözəl balam. Arzu edirəm bütün xəyalların, arzuların gerçəkləşsin həyat günəşi hər daim səni aydınlatsın.

Həyatında qəlbin, üzün kimi gözəl keçsin canım qızım. Həyatının hər pilləsində yanında olub dayaq dəstək olmağa çalışmışam. Arzu edirəm bu həyatın pilləsində nə zaman çətinliklər ilə üzləşsən, büdrəsən, atanın bu yaşına kimi sənə öyrətməyə çalışdıqlarıyla dimdik ayaqda durmağı bacarasan. İnşallah, heç büdrəmə, canım qızım.

Vaxt oldu atan oldum, vaxt oldu müəllimin oldum, amma sən hər şeyin öhtəsindən özün gəlməyə çalışdın. Arzulayıram həyatda həmişə güclü, iradəli olasan. Yeni yaşında sənə yeni nailiyyətlər, uğurlar arzulayıram. Bir ata olaraq səni hər zaman həyatın ən yüksək pilləsində görmək arzusundayam. Sağlam, xoşbəxt bir ömrün olsun. Ad günün mübarək gözəl qəlblim, canım qızım.
Atan Rəcəb Əfəndi FƏFALI.

Təbrikə qoşulurlar:
Qəzetin bütün idarə heyəti, dr.prof. Əziz Məmmədov, dr.prof. Səyavuş Talışlı, dr.prof. Novruz Quluyev,
dr. Müşfiq Borçalı, Saleh Salehzadə, Saleh Taleh, xalq artisti Arif Babayev, xalq artisti Teyyub Aslanov,
Azər həkim, "Sağlam ailə" Ailələrin marifləndirilməsinə kömək ictimai birliyinin idarə heyəti və
bütün üzvləri və s.

"SALDO"

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: