Gürcüstanda yaşayan türklər və azərbaycanlılar Türkiyəyə dəstək aksiyası keçiriblər

Gürcüstanda yaşayan türklər və azərbaycanlılar Türkiyəyə dəstək aksiyası keçiriblər Gürcüstanda yaşayan türklər və azərbaycanlılar Türkiyəyə dəstək aksiyası keçiriblər 20.07.2016, Tbilisi, AZƏRTAC

Dünya Qarapapaq Türkləri Birliyinin (DKTB) Gürcüstan bürosunun təşəbbüsü ilə iyulun 20-də Tbilisidə Türkiyəyə dəstək aksiyası keçirilib.

Türkiyənin Gürcüstandakı səfirliyinin qarşısında keçirilən tədbirdə DKTB-nin, “Borçalı” İctimai Birliyinin, “Salam” Mədəni Xeyriyyə Cəmiyyətinin, Gürcüstan Aşıqlar Birliyinin, Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının, “Sarvan” Folklor qrupunun üzvləri də iştirak ediblər.

DKTB-nin baş katibi Səlahəddin Turan, professor Mahmud Kamaloğlu, şairə Səadət Buta və başqaları çıxış edərək iyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişinə cəhdi qətiyyətlə pisləyiblər. Bildirilib ki, Türkiyədə demokratik yolla seçilmiş bir hakimiyyətin silah gücü ilə devrilməsinə cəhd bütün türk millətinə qarşı yönəlmiş addım idi. Lakin böyük türk xalqı hakimiyyətin zorla devrilməsinə yox dedi, türk birliyini dəstəklədi.

Çıxış edənlər dünya türklərini birliyə çağırıb, Türkiyədə və ya digər ölkələrdə dövlətin silah və güc yolu ilə devrilməsi cəhdlərinin yolverilməz olduğu vurğulayıblar.

Aşıqlar Nargilə Mehtiyeva, Məsim Rəcəbov Azərbaycan və türk aşıq havalarını, xalq mahnılarını ifa ediblər.

Türkiyənin Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Harun Özdekiş dəstəyə görə Azərbaycan və türk diaspor təşkilatlarına minnətdarlıq edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Gürcüstanda yaşayan azərbaycanlı gənclər ölkəmizə dəstək aksiyası keçiriblə ...

Gürcüstanda yaşayan azərbaycanlı gənclər ölkəmizə dəstək aksiyası keçiriblə ...

Qarabağ, Tiflis
Türkiyədəki Azərbaycan diaspor təşkilatları dövlət çevrilişinə cəhd ilə bağ ...

Türkiyədəki Azərbaycan diaspor təşkilatları dövlət çevrilişinə cəhd ilə bağ ...

Turan, Diaspora
Gürcüstanda yaşayan soydaşlarımız Azərbaycana dəstək aksiyası keçiriblər

Gürcüstanda yaşayan soydaşlarımız Azərbaycana dəstək aksiyası keçiriblər

---

"Salam" Mədəni Xeyriyyə Cəmiyyətinə uğurlar arzulayırıq!..

Rustavi, Təbriklər
AzTU rəhbərliyi Türkiyə səfirliyinin qarşısında zəlzələ qurbanlarını anıb

AzTU rəhbərliyi Türkiyə səfirliyinin qarşısında zəlzələ qurbanlarını anıb

AzTU
Borçalıda Aşıq Hüseyn Saraçlının xatirə günü keçirilib

Borçalıda Aşıq Hüseyn Saraçlının xatirə günü keçirilib

Borçalı
Rustavidə “Salam Mədəni Xeyriyyə Mərkəzi”nin hesabat konfransı keçirilib

Rustavidə “Salam Mədəni Xeyriyyə Mərkəzi”nin hesabat konfransı keçirilib

Rustavi
Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

Rəsmi Xəbərlər, Turan
Azərbaycanın Müstəqilliyi Günü Tbilisi Dövlət Universitetində qeyd olunub

Azərbaycanın Müstəqilliyi Günü Tbilisi Dövlət Universitetində qeyd olunub

Tiflis
Gürcüstandakı “Ceyran” rəqs qrupuna milli geyim formaları hədiyyə edilib

Gürcüstandakı “Ceyran” rəqs qrupuna milli geyim formaları hədiyyə edilib

MEDİA, Tiflis
Rustavidə azərbaycanlılar və gürcülər Novruz bayramını birlikdə qeyd ediblə ...

Rustavidə azərbaycanlılar və gürcülər Novruz bayramını birlikdə qeyd ediblə ...

"Varlıq", Rustavi
Türkiyədə DÖVLƏT ÇEVİRİLİŞİnə cəhd edildi

Türkiyədə DÖVLƏT ÇEVİRİLİŞİnə cəhd edildi

Kriminal, Turan

"Sarvan" folkor ansabılı Türkiyədə 15-ci Dənizli Beynəlxalq Rəqs Festival ...

Gürcüstan, Tiflis
Marneulidə Aşıq Kamandar Əfəndiyevin 85 illik yubileyinə həsr olunan konser ...

Marneulidə Aşıq Kamandar Əfəndiyevin 85 illik yubileyinə həsr olunan konser ...

Borçalı
Borçalıda aşıqlarla görüş keçirilib

Borçalıda aşıqlarla görüş keçirilib

Borçalı

"Borçalı-İrəli" İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Tbilis ...

Qarabağ, Tiflis, Borçalı, Diaspora
Gürcüstanda yaşayan azərbaycanlı alim vəfat edib

Gürcüstanda yaşayan azərbaycanlı alim vəfat edib

Tiflis, Nekroloqlar
Gürcüstan azərbaycanlıları Fevralın 8-i saat 14-də Tiflisdə Gürcüstan Parla ...

Gürcüstan azərbaycanlıları Fevralın 8-i saat 14-də Tiflisdə Gürcüstan Parla ...

Gürcüstan, Tiflis, Siyasət, Diaspora
Nyu-Yorkda keçirilən ənənəvi Türk Günü yürüşündə Azərbaycan cəmiyətləri də  ...

Nyu-Yorkda keçirilən ənənəvi Türk Günü yürüşündə Azərbaycan cəmiyətləri də ...

Diaspora
Gürcüstanda 20 Yanvar faciəsinə həsr olunan silsilə tədbirlər keçirilib

Gürcüstanda 20 Yanvar faciəsinə həsr olunan silsilə tədbirlər keçirilib

Gürcüstan, Tiflis, Borçalı, Bolus
Rəy yazın: