SƏRDAR NƏBİYEV (1951-2018): RÜBAİLƏR

SƏRDAR   NƏBİYEV (1951-2018): RÜBAİLƏR SALAMLAR SƏƏDİ LƏLƏ.. nəhayət işləmək üçün özümdə bir az güc tapdım... üzürlü sayın beynim tez yorulur...

[07.02.2018 13:13]

***

Göyçay bağlarında, nar gilə-gilə,
Könülümü oxşayır, yar gülə-gülə.
Saqi, iki badə, bir kuzə göndər,
Göyçay gözəlinə, adı Nargilə .
***
Saqi bəsimdirmi, açılır səhər,
Yuxu cənnətindən uçur pərilər.
Dost, dolu kuzə ilə, iki badə ver
Özümə sevincəm, özümə kədər.
***
Dünyaya Pir dedim, divanə gördüm,
İşığa sirr dedim - Pərvanə gördüm.
Darıxıb çəməndə güllər aradım...
Gülü, gül bağında pünhanə gördüm.
***
Boşqab yalayanlar məmur olanda,
Molla- cədukərlər həkim olanda,
Ey xaqım, millətim özünlə savaş,
İnsanlıq zülmlərə məhkum olanda.
***
Arazэ "sцydьlər", Kьrь "dцydьlər",
Əl zalэb iюralэ, nə var цydьlər.
Boюqab yalayanlar, mahnэlar qoюub,
Эюralzэnэ цyьb, xalqэ sцydьlər...
***
Bu, hicab deyilən - baş örtüyündən,
Dodaq örtüyündən, qaş örtüyündən.
Min dəfə alidir Mərifət bilən
Saysız məzhəblərin "daş" örtüyündən.
***
Saqi, ehramlarda yatan Fironlar,
Bilirdi, - qızıldan geyəcək donlar.
Billur badələrdə mənə şərab ver
Ömrün günləri tək bərq vurur olar.
***
Kor oldu-bilmədi, göz, dəyərini,
Nadanlar duyandan söz dəyərini.
Riyalar "əxlaqa" döndüyü gündən,
Etibar itirdi öz dəyərini.


***

Mənə nə bəy deyin, nə də xan deyin.
Nə dəli, nədə ki, qəhrəman deyin.
Kefli İskəndərin "nəvəsiyəm " mən...
Dünyada kefindən qalmayan - deyin.

***
Qəlbimə pay verən Həsrət qəmini,
Göndər mənə dostun qəm-kədərini.
Qəmlər qəmi əyməz. Qəm, qəm əridər,
Görsə sevənlərin sevinclərini.
***
Allah, deyənlərin, cəddinə bax, sən!
Güclünün, acizin, həddinə bax sən.
Oğrunu doğrudan uca tutanın,
Məmur, çalmalının, fəndinə, bax sən...
***
Tanrı nə lazımsa, veribdir bizə,
Kamalı insana, gücü dənizə.
Çalmalı Qurana xəyanət etsə
Ya Allah! deyənlər dönür iblisə.
***
Məcnun divanəydi, sonu nə oldu?
Kərəm pərvanəydi, sonu nə oldu?
Fərhad külüng çaldı, dağları deşdi...
Şirin şəhanəydi, sonu nə oldu?
***
Mən artıq can deyil, eşqə cahanam,
Eşqin məkanında əsir, mehmanam.
Bilin ey gözələr, - sizdən birinin
Könlündə həm qulam, həm, ona xanam.
***
Saqi, bu qarlı qış, bitib itəcək,
Gələsi, gələcək, gedən gedəcək.
Sən mənə badəmi, kuzəmi göndər,
Qar gülü badəmdə açacaq çiçək.
***
Artıq nə sevicəm, nə də qəzəbəm,
Nə tufan, nə külək, gözdə yaşam mən.
Hər varım Söz oldu, silahım qələm,
Vətən özülünə, hazır daşam mən.
***
Saqi, badəmi ver, dünya "sərxoşdur",
Qapını açıq qoy, hamı naxoşdur.
Mollayla inamsız bura gələcək,
Bilsə, göydə cənnət, hələ bom-boşdur.
***
Saqi, incəboğaz, o qabı, göndər,
Şərbət vaxtım ötdü, şərabı göndər.
Bu qoca dünyayla haqq-hesabım var,
Cahillər gəlincə hesabı, göndər.
***
Saqi, xilas yolu varmı, aləmin,
Batır Nuhdan qalmış xaraba gəmi*.
Hakim, kahinləri, o gəmiyə yığ,
Göndər ora, mənim badə-kuzəmi.



TƏK MİSRALI ŞEİRLƏR
[07.02.2018 13:13] Sardar Nabiev: SALAMLAR SƏƏDİ LƏLƏ..

Saqi, ehtiyat eylə sifəti saqqalıdan,
Bilsə - qovulub şeytan, bizim bu meyxanadan,
-Tas qurub, cadu yazıb, tilsimi salıb işə,
Az olsa, xaçpərəstdən, istəyəcək buxurdan. *

Nə qədər ki, məzhəblidir "əzanımız",
İki üzlü, - riyakarmı? - biz hamımız.
Nə qədər ki, təriqətçi mollamızdır
Boş qalacaq - əxlaq, kamal qazanımız.

Mənə şair demə, incimə məndən,
Bu kəlam itirib öz dəyərini.
Şöhrət sevənlərin - kor məclisində,
İndi karlar ölçür - söz dəyərini.

Getsən, sükut tutar sənin yerini,
Hörümçək tor qurar fikirlərimə.
Qəlbimdə hay salan payız selinin
Dözmərəm, qəm dolu nəğmələrinə.

Yox-yox, icazəm yox! Qəm olsa həsrət,
Sevinc, sevdasına qayıda bilməz.
Sönmüş bir könüldə yatan məhəbbət
Küskün könülləri oyada bilməz.

Vətənə gedirsən, məndən pay apar,
40-ildir dözdüyüm, qəlb həsrətimi.
- Apar öz kəndimə, hamıya payla
Eldən perik oğlun məhəbbətini...

Saqi, şərab dolu bu büllur badə,
Layiqmi edilə ona ibadət?
İçi, astarıda sevinc bəxş edir,
Nə namərdlik bilir, nə də xəyanət.

Əğyarla ötəndə mənim yanımdan,
Bir təbəssüm uçdu yar dodağından.
-Qondu sol çiynimə, kəpənək kimi
- Sonra uçub getdi, bir mələk kimi.

Açmayır könlümü, ağ saç, ağ bəniz.
Açmayır qəlbimi, nə Qara dəniz.
Dərdimi anlayıb, duya bilsəniz,
Təzə qəriblərə yetirin xəbər
Qəriblik heç kimi etmir bəxtəvər.

Gələndə nazənin, gedəndə şir tək,
Geri qayıdanda küsüləri at.
Bir anlıq işıqdır çaxan hər şimşək..
Eşqin işığında bəxtini yarat.

Ey könül, cəhd etmə, külünə belə,
Göyləri yaradan düşüncə sığmaz.
Min sevinc, bir qəmi əvəz etmədi
Ərşə çıxmış alov, külə sığınmaz.

Hamıdan ilkincə bilir sirrimi,
Döyünən qəlbimin sirrdaşı qələm.
Duyur sevincimi, həm kədərimi
Düşünən dünyamın, yaddaşı, qələm.

Nələri yazmadı, nələri yazdı,
Hökmü-həqq, minbərdə qələm avazdır.
Pərvaz könüllərlə, qələm pərvazdır.
Şairin sevinci, göz yaşı qələm.

Eşqi unudardım, dəniz ləpəni,
Dalğa sahilləri unuda bilsə.
Deyərdim, - yox daha, sevmirəm səni.
O sənsiz məkana qayıda bilsəm.

Xəbərin var bəğəlmundan? dərisi rəng dəyişir.
Dövlətinə hədə duysa, cəhd-cəngini dəyişir.
Dünən allahsız idi, bu gün çalma-əba geyir
Minbərə çıxmaq üçün, avaz - ahəngin dəyişir.

Hər tar, saz, kamanı götürən, şəbi- hicran oxuyur.
Şirvanda ayı balası, Muğanda ceyran, oxuyur.
Qəriblikdə periklərin, Vətən həsrəti nəğməsi
Qəriblər tarsız-kamansız, nəğməni pünhan oxuyur.

Bölünə bilmərəm, məzhəb, firqəyə.
Tanrı ruh vermi bir insanam mən.
Eşidin deyirəm məsləksizlərə-
İlkən Türk, sonradan müsəlmanam, mən.

Mənə ümüd verin, sular kimi saf.
Saf, paka nə gərək, kənardan sərraf?
Mənə ümid verin, şəfəqdən şəffaf
Ümüd -inam verin, şərtsiz , gümansız.


SƏRDAR NƏBİYEVİN SƏDİ YARADANQULUYA YAZIR:

23.09.2013 23:31

Səədi lələ, sizi və məclisi salamlayıram.
Gecikən məhəbbət, heç də darıxma,
Qəlb dedi-mən, yeni cahan olacam.
Bu təzə aləmin çiçək bağında,
Könüllər oxşayan mehman olacam.

Atacam dünyanın kədər, qəmini,
Sevinclər bağında axtar sən məni.
Ürəkdən sevənin, qədir bilənin,
Əriyib eşqidə, pünhan olacam.

SƏDİ YARADANQULUNUN SƏRDARA NƏBİYEVƏ CAVABI

Gecikən məhəbbət bənzəyər inan,
Vaxtında açmayan alsın çiçəyə.
Onu “çalğın”vurar, inanın, hər an,
Bənzər bir qəm vurmuş gözəl, göyçəyə.

Dünyanın qəmini atmaq olsaydı,
Qəmlərin əlindən yatmaq olsaydı,
Bütün arzulara çatmaq olsaydı,
Ömür də bənzərdi - zərif ləçəyə.

Cavanlıq yerində durub, qalaydı,
Sevib-sevənlər də kaş, bir olaydı,
İlahi! İlahi! Bir nə olaydı,
Etdiyim arzular, dönə gerçəyə.
25.09.2013


SƏRDAR NƏBİYEVİN SƏDİ YARADANQULUYA CAVABI

25.09.2013 18:39

Qapınızı döysəm, hay verin mənə,
Dəvət eyləsəniz... çay verin mənə.
Dostlar məclisində haray salmayın,
Düşmənlə döyüşdə tay, verin mənə.

Vətəndən uzağam, qəm, elə qəmdi!
Kədər, - kimə qəmdi, kimə vərəmdi.
Eşqin yollarında dərviş olanın,
Müqəddəs eşqindən pay verin mənə.



SƏDİ YARADANQULUNUN SƏRDARA NƏBİYEVƏ CAVABI

Qapım üzünüzə açıqdır hər an,
Haya-hay verməyə hazıram hər vaxt.
Sizin tək hər əziz qonağa inan,
Şirin çay verməyə hazıram hər vaxt.

Uzaq da olsanız Vətən, -Vətəndi.
Vətənsiz günlərim deməyin, qəmdi...
Sədi də hər zaman sizə həmdəmdi,
Vətən sovqatından pay verrəm hər vaxt.


SƏRDAR NƏBİYEVİN SƏDİ YARADANQULUYA BƏDAHƏTƏN CAVABI

26.09.2013 23:52

İnsan var, yoluna gözlər boylanar,
İnsan var, sözünə özü inanar.
İnsan var, susaraq özünü danar,
Nurlu könüllərin qonağıyam, mən.

İnsan var, görməsən yadına düşməz,
İnsan var, xoş bir söz, adına düşməz,
İnsan var, fəryadı ünə yetişməz,
Nurlu könüllərin sorağıyam, mən.

Səədinin məclisi, cənnət kuşəsi,
Burda eşidilir qəlbinin səsi..
Ey-hey!.. Qərib ellər, həsrət nəğməsi,
Nur dolu aləmin qonağıyam, mən

SƏDİ YARADANQULUNUN SƏRDARA NƏBİYEVƏ BƏDAHƏTƏN CAVABI

Adam var gözləri arxada qalan,
Gözləri yol çəkib, xəyala dalan,
Çeşmə tək kövrələn, bulud tək dolan,
Belə adamların yoldaşıyam, mən.

Adam var, görməsən daha yaxşıdı,
Adam var, xeyirxah,-öz naxışıdı,
Adam var sözü dürr, nur baxışıdı,
Belə adamların sirdaşıyam, mən.

Mənim məclisimi nura qərq edən,
Ey məni anlayıb, məni dərk edən!
Mənim məclisimə gəlib, ərk edən!
- Eşidin! - Sərdarın qardaşıyam, mən.
26.09.2013 00:25
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: