Elşad Əliyev Diasporla İş üzrə Dövlət Komitəsi sədrinə müavin təyin edilib Rəsmi Xəbərlər, Diaspora 3 сентября 2440 100 1 2 3 4 5 TƏBRİK EDİRİK!..Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il sentyabrın 2-dəDiasporla İş üzrə Dövlət Komitəsi sədrinəyeni müavin təyin edilməsi haqqında sərəncam imzalayıb. "ZiM.Az" xəbər verir ki, sərəncama əsasən, Elşad Nuğay oğlu Əliyev Dövlət Komitəsi sədrinin müavini təyin olunub. O, bu təyinatadək Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru vəzifəsində çalışıb. Fond Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərir. Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini olan Faiq Quliyev avqustun 17-də Azərbaycanın Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Biz də dəyərli soydaşımız çox hörmətli Elşad Nuğay oğlu Əliyevi Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini təyin olunması münasibətilə ürəkdən təbrik edir, ona şərəfli vəzifəsində yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.