Azərbaycan prezidenti Nardaranda həlak olmuş polisləri “Azərbaycan Bayrağı” ordeni ilə təltif edib

Azərbaycan prezidenti Nardaranda həlak olmuş polisləri “Azərbaycan Bayrağı” ordeni ilə təltif edib

Azərbaycan prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin əməkdaşlarının “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.


Sərəncamda deyilir:


Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşlarının
“Azərbaycan Bayrağı” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


2015-ci il noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən keçirilmiş xüsusi əməliyyat nəticəsində təxribatlar, kütləvi iğtişaşlar və terror aktları törətməklə Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsini planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə zərərsizləşdirilmişdir. Xüsusi əməliyyat zamanı iki polis əməkdaşı qəhrəmancasına həlak olmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraqqərara alıram:

Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyin qorunmasında xüsusi xidmətlərinə və göstərdikləri cəsarətə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı əməkdaşları “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilsinlər:

polis serjantı Vüqar Əyyub oğlu Nəsibov (ölümündən sonra)

polis serjantı İsmayıl Rəsul oğlu Tağıyev (ölümündən sonra).


İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 noyabr 2015-ci il.




Azərbaycan prezidenti Nardaranda həlak olmuş polisləri “Azərbaycan Bayrağı” ordeni ilə təltif edib
"Ziya" qəzetinin və ZiM.Az saytının
Yaradıcı Heyəti adından
Baş redaktor Müşfiq Borçalı

Nardaranda həlak olmuş polislərin
-Vüqar Əyyub oğlu Nəsibovun və
İsmayıl Rəsul oğlu Tağıyevin

vəfatından kədərləndiklərini bildirir,
mərhumların ailə üzvlərinə və
bütün doğmalarına
dərin hüznlə başsağlığı verir...

ALLAH RƏHMƏT ELƏSİN !..
RUHLARI ŞAD OLSUN!..




Dünən Nardaranda ekstremistlərə qarşı keçirilən əməliyyatda atışma zamanı həlak olan
iki polis əməkdaşı bu gün II Fəxri Xiyabanda dəfn olunub.


Azərbaycan prezidenti Nardaranda həlak olmuş polisləri “Azərbaycan Bayrağı” ordeni ilə təltif edib Azərbaycan prezidenti Nardaranda həlak olmuş polisləri “Azərbaycan Bayrağı” ordeni ilə təltif edib Azərbaycan prezidenti Nardaranda həlak olmuş polisləri “Azərbaycan Bayrağı” ordeni ilə təltif edib Azərbaycan prezidenti Nardaranda həlak olmuş polisləri “Azərbaycan Bayrağı” ordeni ilə təltif edib Azərbaycan prezidenti Nardaranda həlak olmuş polisləri “Azərbaycan Bayrağı” ordeni ilə təltif edibAzərbaycan prezidenti Nardaranda həlak olmuş polisləri “Azərbaycan Bayrağı” ordeni ilə təltif edib Azərbaycan prezidenti Nardaranda həlak olmuş polisləri “Azərbaycan Bayrağı” ordeni ilə təltif edibAzərbaycan prezidenti Nardaranda həlak olmuş polisləri “Azərbaycan Bayrağı” ordeni ilə təltif edib "Qafqazinfo"nun hadisə yerində olan əməkdaşlarının verdiyi xəbərə görə, polis əməkdaşları Nəsibov Vüqar Eyyub oğluTağıyev İsmayıl Rəsul oğlunun dəfn mərasimində dövlət və hökumət nmayəndələri, Daxili İşlər Nazirliyinin rəhbərliyi, o cümlədən,
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov,
Daxili İşlər Nazirliyinin Baş İctmai Təhlükəsizlik İdarəsinin rəisi, general-mayor Cavanşir Məmmədov,
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov,
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov,
Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi, general-mayor Yaşar Əliyev
və başqaları iştirak edib.

Qeyd edək ki, Baş prokuror Zakir Qaralov, Baş prokurorun müavini Rüstəm Usubov,
Prezident Administrasiyasının Müdafiə məsələləri şöbəsinin müdiri, general-leytenant Məhərrəm Əliyev,
Müdafiə Naziri, general-polkovnik Zakir Həsənov,
və milli təhlükəsizlik nazirinin birinci müavini, general-leytenant Mədət Quliyev və başqaları da dəfn mərasiminə qatılıb.

***

Dəfn mərasiminə təkcə rəsmilər və polislərin yaxınları deyil, hadisəni eşidən adi insanlar da qatılıb.

***

Polis əməkdaşları Nəsibov Vüqar və Tağıyev İsmayıl torpağa tapşırılıb.

***

Nardaranda öldürülən polis Vüqar Nəsibovun atası Eyyub Nəsibov “Qafqazinfo”ya qısa açıqlama verib:"Nə deyə bilərəm ki, Allah rəhmət eləsin. Dövlətimiz sağ olsun".

***

1973-cü il təvəllüdlü İsmayıl Tağıyevin böyük qardaşı Qənimət Nəzərov “Qafqazinfo”ya açıqlamasıdna bildirib ki, ataları da polis olub: "Balamızı itirmişik. Vətənimiz və millətimiz sağ olsun. Üç övladı var idi. Atası Rəsul Tağıyev də polis idi. O da 10 il əvvəl vəfat edib. İsmayıl millətə layiq övlad idi, millətin uğrunda da öldü".

Murad Əhməd

Fotolar: Nuran Məmmədov



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
İlqar Məmmədov Bakının Xətai rayon Polis İdarəsinin rəisi təyin olunub

İlqar Məmmədov Bakının Xətai rayon Polis İdarəsinin rəisi təyin olunub

Başkeçid, Hüquq, Təbriklər
Bərdənin yeni polis rəisi kollektivə təqdim olunub

Bərdənin yeni polis rəisi kollektivə təqdim olunub

Regionlar, Başkeçid
İlqar Məmmədov Bakının Binəqədi rayon Polis İdarəsinin rəisi vəzifəsinə təy ...

İlqar Məmmədov Bakının Binəqədi rayon Polis İdarəsinin rəisi vəzifəsinə təy ...

Bakı, Gürcüstan, Başkeçid, Hüquq, Təbriklər
Əslən Başkeçiddən olan İlqar Məmmədov “İgidliyə görə” medalı ilə təltif olu ...

Əslən Başkeçiddən olan İlqar Məmmədov “İgidliyə görə” medalı ilə təltif olu ...

Başkeçid, Hüquq, Təbriklər
Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin, fəxri adları ...

Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin, fəxri adları ...

Rəsmi Xəbərlər
GENERAL CAVANŞİR MƏMMƏDOVA AĞIR İTKİ ÜZ VERİB

GENERAL CAVANŞİR MƏMMƏDOVA AĞIR İTKİ ÜZ VERİB

Başkeçid, Nekroloqlar, UNUTSAQ, UNUDULARIQ!....
Ş.İ.Abdullayevə general-leytenant hərbi rütbəsinin verilməsi haqqında Azərb ...

Ş.İ.Abdullayevə general-leytenant hərbi rütbəsinin verilməsi haqqında Azərb ...

Rəsmi Xəbərlər, Başkeçid, Təbriklər
Professor İSA XƏLİLOVun BACISI VƏFAT EDİB

Professor İSA XƏLİLOVun BACISI VƏFAT EDİB

AzTU, Bolus, Nekroloqlar
Polkovnik VAQİF ADİL OĞLU BAYRAMOV (1961-2006)

Polkovnik VAQİF ADİL OĞLU BAYRAMOV (1961-2006)

Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
Gürcüstan əsilli ziyalılar adından ZİYA ABBASOVun vəfatı ilə əlaqədar BAŞSA ...

Gürcüstan əsilli ziyalılar adından ZİYA ABBASOVun vəfatı ilə əlaqədar BAŞSA ...

Borçalı, Darvaz, Nekroloqlar
Mayor FİRDOVSİ BAYRAMOV (1954)

Mayor FİRDOVSİ BAYRAMOV (1954)

Darvaz
El ağsaqqalı PAŞA MƏMMƏDOV

El ağsaqqalı PAŞA MƏMMƏDOV

Başkeçid
Mən fəxr edirəm ki, Mədət Quliyevlə bir məktəbdə təhsil almışam

Mən fəxr edirəm ki, Mədət Quliyevlə bir məktəbdə təhsil almışam

MEDİA
AMEA əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezid ...

AMEA əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezid ...

Rəsmi Xəbərlər, Azərbaycan, Elm, "Zirvə"
Qarakənd kəndi üzərində “Mi-8” vertolyotunun ermənilər tərəfindən vurulması ...

Qarakənd kəndi üzərində “Mi-8” vertolyotunun ermənilər tərəfindən vurulması ...

Azərbaycan, UNUTSAQ, UNUDULARIQ!....
Ceyhun Şadlinskiyə general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında Az ...

Ceyhun Şadlinskiyə general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında Az ...

Rəsmi Xəbərlər
“Günəşli” yatağında baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yara ...

“Günəşli” yatağında baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yara ...

Rəsmi Xəbərlər
Polis işçiləri günü təntənə qeyd edilib

Polis işçiləri günü təntənə qeyd edilib

QHT
Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında

Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında

Rəsmi Xəbərlər
POLİS GENERAL-MAYORU CAVANŞİR MƏMMƏDOVU TƏBRİK EDİRİK!..

POLİS GENERAL-MAYORU CAVANŞİR MƏMMƏDOVU TƏBRİK EDİRİK!..

"XXI əsrin Ziyalıları", Başkeçid, Təbriklər
Rəy yazın: