Tarixə qanla həkk olunan 20 yanvar faciəsi

Tarixə qanla həkk olunan 20 yanvar faciəsi 1990-cı il, 19-dan 20-sinə keçən gecə...
Bu dəhşətli tarix, o qan qoxulu gecə 8 yaşlı qızın xatirələrində belə qalmışdı.
Əsrin dəhşətli bəlası hər kəsi həyəcana qərqetmişdi o, cümlədən bizi də.İlk görüntülər "Komunist" qəzetində dərc edildi. O, an yaddaşımda silinməyən qan qoxulu bir iz buraxdı SSRİ-nin Azərbaycan adlı məmləkətə vurduğu bu zərbə məndə vətənimin düşməni olduğu anlayışını aşıladı və demək olar ki, o andan, o gündən vətən aşıqi oldum...
20 yanvar qətliyamı Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsi, eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqilliyə gedən yolun başlanğıcı idi.


Gəlin bir daha nəzər salaq 32 il əvvəl nələr oldu məhz o qanlı 20 yanvar gecəsində.

20 yanvar hadisələri siyasi maraqlar naminə Azərbaycan xalqına qarşı törədilmiş cinayət idi. Milli maraqlara zidd addımlar atan Azərbaycanın ozamankı rəhbərlərinin istefası tələbinin irəli sürülməsinə və xalqın qətiyyətlə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq üçün Kreml Qanlı Yanvar qırğınını törətdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıqla müşayiət edilib. Tətbiq edilmiş fövqəladə vəziyyət haqqında əhali xəbərdar edilməmişdir.
Bu ona görə belə bir formada təşkil olundu ki, heç kim buna hazır olmasın. Bu hal öz marağlarını həyata keçirmək üçün ən əlverişli plan idi.
Və eyni zamanda fövqəladə vəziyyət elan olunanadək törədilmiş cinayətlərDən biri idi.
“Mülki və siyasi hüquqlar haqqında” 1966-cı il Beynəlxalq Aktın birinci bəndinə əsasən, fərman imzalandığı andan fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə əhaliyə rəsmi xəbərdarlıq edilməlidir. Lakin, fövqəladə vəziyyətin yanvarın 20-də saat 00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. “Bakı əməliyyatı”na rəhbərliyi birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçirirdilər. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Kütləvi insan qırğını törədildikdən sonra – yəni 20 yanvar 1990-cı il səhər saat 5.30-da radio vasitəsilə Bakı şəhər komendantı V.Dubinyak fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı efirə vermişdir. Halbuki, yanvarın 20-də saat 00-dan başlanmış hərbi əməliyyatlarda tanklardan və müxtəlif təyinatlı zirehli döyüş maşınlarından istifadə edilmiş, Xəzər Hərbi Donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarılmışdı. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdü. Bəlkə də bütün hallara yenidən baş vurduğca daha geniş analiz edə bilirik günahsız bir xalqın necə amansız bir gətliyam ilə üz-üzə olmasını dərk edirik.
1990-cı il yanvarın 20-də Azərbaycan paytaxtına və respublikanın bir sıra rayonlarına sovet ordusu hissələrinin qanunsuz yeridilməsi, dinc əhalinin qırılması totalitar rejimin törətdiyi ən qanlı aktlardan biri, bütün bəşəriyyətə qarşı yönəldilmiş cinayət oldu. Şəhərin küçələri güllələnmiş və yaralanmış günahsız adamların - qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu. Hərbçilər təsadüfən küçəyə çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını belə atəşə tuturdular.
Bakı qan gölünə dönmüşdü. Günahsız insan nalələri bütün şəhəri bürümüşdü. Hamı öz domasının cəsədini axtarırdı. Belə dəhsət dolu, amansız dəhsətlərin qurbanları isə küçələrdə meydanlarda galmışdı. Günahsızların hanları gərənfillərlə örtülmüşdü.
20 Yanvar hadisələri ilə əlaqədar ilk rəsmi etiraz isə məhz Ulu Öndər Heydər Əliyev tərəfindən səsləndirilmişdir. Təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi.
Ulu Öndər Heydər Əliyevin misilsiz etirazı isə Moskvaya səs saldı. Ulu Öndərin Bakıya rus ordusunun yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarını kəskin tənqid edərək, rəsmi açıqlamanı tələb etdi: “Azərbaycana kənardan böyük ordu kontingenti yeridilmişdir. Respublikada neçə ordu birləşməsinin olduğu mənə yaxşı bəllidir. Azərbaycanda kifayət qədər - 4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, DİN-in daxili qoşun birləşmələri vardır. Oraya əlavə qoşun yeritmək nəyə lazım idi? Əgər belə zərurət var idisə, orada yerləşən hərbi hissələrdən də istifadə etmək olardı. Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə Azərbaycanı qoyub qaçmış Vəzirov, öz xalqı qarşısında məsuliyyət daşımalıdır”.
Ulu Öndər Heydər Əliyev bu hadisə haggında danışarkən deyirdi:- “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə.
Ulu Öndərin bu tendensiyasını isə illərdir ölkə başçımız, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev layigincə davam etdirir.
Necə ki, Cənab Prezidentimiz geyd edir öz yazısında:-
“Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur”.
20 Yanvar şəhidlərinin xatirəsini heç zaman unudulmur. Və 20 yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün olduğca zəruri tədbirlər görülmüşdür.1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün Prezident İlham Əliyev tərəfindən mühüm addımlar atılmışdır. Dövlət Başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Onların uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır.
Azərbaycan xalqı illər, əsrlər keçsə belə bu dəhşəti unutmayacaq və nəsillər bir-birini əvəzlədikcə bu tarixi faciə zaman -zaman xatirələrdə anılacaqdır.
Müstəgilliyimizi öz qanları ilə yazan vətən mücahidlərimizə allahdan rəhmət diləyirəm.
Mən Azərbaycan Respublikasının vətəndaşı kimi hər il özümə borc bilirəm ki, bu faciə qurbanlarınınin ruhları qarşısında məhz Şəhidlər Xiyabanında baş əyim.Rahat rifahımızı onlara borcluyuq. Allah məkanınızı behişt etsin.
Tanrı Azərbaycanımızı qorusun.

Nəhayət Şirinova
İctimaiyyətçi,
ADPU Quba filialının əməkdaşı,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.


ZiM.Az

,
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Azərbaycanın Batumidəki Baş konsulluğu 20 Yanvar faciəsi ilə bağlı tədbir t ...

Azərbaycanın Batumidəki Baş konsulluğu 20 Yanvar faciəsi ilə bağlı tədbir t ...

Batum
“Azəryolservis” ASC-də 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

“Azəryolservis” ASC-də 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Sosial
Azərbaycan Prezidenti İlham Əliyev şəhidlərin əziz xatirəsini yad edib

Azərbaycan Prezidenti İlham Əliyev şəhidlərin əziz xatirəsini yad edib

Əsas xəbər, Azərbaycan
AĞLA, QƏRƏNFİL, AĞLA...

AĞLA, QƏRƏNFİL, AĞLA...

UNUTSAQ, UNUDULARIQ!...., Köşə yazılar
Şəhidlər xiyabanı bizim üçün müqəddəs and yerinə çevrilmişdir

Şəhidlər xiyabanı bizim üçün müqəddəs and yerinə çevrilmişdir

Arxiv
Azərbaycan Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini y ...

Azərbaycan Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini y ...

Əsas xəbər, Azərbaycan
İlham Əliyev şəhidlərin əziz xatirəsini yad edib

İlham Əliyev şəhidlərin əziz xatirəsini yad edib

Əsas xəbər, Azərbaycan
AzTU-da 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilib

AzTU-da 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilib

AzTU
Diasporla İş üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsinin qurbanları anılıb

Diasporla İş üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsinin qurbanları anılıb

Diaspora
AzTU-da Qanlı 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilmişdir

AzTU-da Qanlı 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilmişdir

AzTU
= AMEA Botanika İnstitutu və Mərkəzi Nəbatat bağında = 20 yanvar hadisələri ...

= AMEA Botanika İnstitutu və Mərkəzi Nəbatat bağında = 20 yanvar hadisələri ...

Biologiya və tibb elmləri, "Zirvə"
Elm tarixində qara səhifə

Elm tarixində qara səhifə

Digər bölmələr, Sumqayıt, Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
AzTU-da 20 Yanvar faciəsi anılıb

AzTU-da 20 Yanvar faciəsi anılıb

AzTU
AMEA Nəsimi adına Dilçilik İnstitutunda 20 Yanvar faciəsinin 28-ci ildönümü ...

AMEA Nəsimi adına Dilçilik İnstitutunda 20 Yanvar faciəsinin 28-ci ildönümü ...

Humanitar elmlər
AzTU-da 20 Yanvar faciəsinə həsr olunan anım tədbiri keçirilib

AzTU-da 20 Yanvar faciəsinə həsr olunan anım tədbiri keçirilib

AzTU
AzTU-da 20 Yanvar faciəsi anılıb

AzTU-da 20 Yanvar faciəsi anılıb

AzTU
AzTU-da 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirilib

AzTU-da 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirilib

AzTU
AzTU -da 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib

AzTU -da 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib

AzTU
AzTU-da 20 Yanvar şəhidi İlqar Əhmədovun əziz xatirəsi həmişə böyük hörmət  ...

AzTU-da 20 Yanvar şəhidi İlqar Əhmədovun əziz xatirəsi həmişə böyük hörmət ...

AzTU, Bolus
20 Yanvar xalqımızın tarixində qürur və iftixar hissi ilə xatırlanır

20 Yanvar xalqımızın tarixində qürur və iftixar hissi ilə xatırlanır

AzTU
Rəy yazın: