Dağlara söykənən şair - AĞASƏFA

Dağlara söykənən şair - AĞASƏFA Bakıdan çox da uzaqda olmayan dağlar qoynunda yerləşən Xızı rayonunun Qarabulaq kəndində şair, tərcüməçi, publisist, dəyərli redaktor Ağasəfa yaşayır.
75 yaşı tamam olsa da, bu gün də bədii yaradıcılıqla və müəllimliklə məşğul olan Ağasəfanın şeir dünyasının məziyyətləri dağlara söykənir. Onu görəndə insan qəlbində təmizlik, saflıq, bitib-tükənməyən əzəmət duyulur. Bəlkə elə bu cəhətlərdir ki, Ağasəfanı müdrik yaşa gətirib çıxarıb.

75 il əvvəl indi yaşadığı ata-baba ocağında dünyaya göz açan Ağasəfanın ilk şeiri 60 il bundan qabaq yəni, 1957-ci ildə "Sosialist Sumqayıtı" qəzetində işıq üzü görəndə onun cəmi 15 yaşı var idi.
Bu illər ərzində Ağasəfa özünü şair, Azərbaycan poeziyasının istedadlı nümayəndəsi kimi təsdiq etdi. Şairliyə ağır zəhmətdən başlayan Ağasəfa 1963-1971-ci illərdə Bakı Paravoz Deposunda fəhlə, geoloji kəşfiyyat idarəsində qazmaçı köməkçisi kimi fəaliyyət göstərsə də qələmini şeir yazmaqla davam etdirmişdir. Onun istedadını görən unudulmaz dramaturqumuz Seyfəddin Dağlı 23 yaşlı Ağasəfanı baş redaktoru olduğu "Kirpi" jurnalında işə dəvət edir. On bir il ərzində Ağasəfanın yazdığı satirik məqalələr onun jurnalistlik keyfiyyətlərini ortaya qoyur. Həmin mətbu orqanda o dövrün dəyərli qələm sahiblərindən Ağasəfa incə yumor bacarığını insanın daxili aləmində yerləşən "mən"ini bir yerə toplaya bilir. "Kirpi" jurnalında səmərəli fəaliyyəti ilə yanaşı Ağasəfanın redaktorluq imkanları üzə çıxır. Bu baxımdan "Azərbaycan qadını" jurnalında çalışdığı illərdə artıq püxtələşmiş qələmi ona imkan verir ki, Ağasəfa yazdığı və redaktə etdiyi məqalələrdə sözünü deyə bilsin. Ağasəfanın yaradıcılığı o vaxtlar fəaliyyət göstərən "Yazıçı" nəşriyyatında bədii tərcümə redaksiyasının böyük redaktoru olduğu zamanlarda başlıca təzahürünü tapır. Bundan başqa Ağasəfa "Karvan" kitablar seriyası redaksiyasında böyük redaktor, "Novruz" qəzetində məsul katib, "Ədəbiyyat" qəzetinin məsul katibinin köməkçisi vəzifələrində işləmişdir. O həm də "Ozan ocağı" şirkətinin baş redaktoru olmuşdur. Ağasəfa eyni zamanda tərcüməçi kimi böyük şövqlə dilimizə çevirmələr etmişdir. 60 illik yaradıcılığı ərzində onun çap etdirdiyi kitablarının hamısı Ağasəfa üçün doğmadır, əzizdir. Bu kitabların adlarını gözdən keçirəndə oxucu sanki Ağasəfanın tərcümeyi-halını dərindən hiss edir. 25 ildən çoxdur ki, Ağasəfa Qarabulaq kəndində şeirlə, sözlə, müəllimliklə ömrünün müdriklik, ağsaqqallıq dövrünü üst-üstə qoyur. 75 yaşınız mübarək olsun, Ağasəfa müəllim.

P.S.:
"Ədalət" qəzetinin və ZiM.Az saytının kollektivi də şairi 75 yaşı münasibətilə təbrik edir, ona can sağlığı və yaradıcılıq uğurları arzu edir.


Müşfiq Cabiroğlu,
Elşad Dağlı

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Şair-tərcüməçi AĞASƏFAnın yubileyi qeyd olunub

Şair-tərcüməçi AĞASƏFAnın yubileyi qeyd olunub

Regionlar, Təbriklər
Sumqayıt Poeziya Evində tanınmış şair AĞASƏFA ilə görüş keçirilib

Sumqayıt Poeziya Evində tanınmış şair AĞASƏFA ilə görüş keçirilib

Sumqayıt
RUHUN ŞAD OLSUN, VİLAYƏT RÜSTƏMZADƏ!..

RUHUN ŞAD OLSUN, VİLAYƏT RÜSTƏMZADƏ!..

UNUTSAQ, UNUDULARIQ!...., Elanlar
USTAD ŞAİR 60-IN SORAĞINDA

USTAD ŞAİR 60-IN SORAĞINDA

"Elm və Təhsil", Təbriklər
Xalq Şairi Söhrab Tahir vəfat edib...

Xalq Şairi Söhrab Tahir vəfat edib...

Nekroloqlar, Cənubi Azərbaycan
RUHUNUZ ŞAD OLSUN, RÜZGAR XANIM!...

RUHUNUZ ŞAD OLSUN, RÜZGAR XANIM!...

UNUTSAQ, UNUDULARIQ!...., Müşfiq Borçalı
Dənizçi-şair Səxavət Ənvəroğlu hara gedir???

Dənizçi-şair Səxavət Ənvəroğlu hara gedir???

Yeni nəşrlər
Mayor SƏLİMXAN ƏHMƏDOV

Mayor SƏLİMXAN ƏHMƏDOV

Başkeçid
Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olun ...

Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olun ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis
Zeynal Vəfa ömrü

Zeynal Vəfa ömrü

MEDİA, Təbriklər
GÜLYAZ ƏLIYEVA  (1957-2011)

GÜLYAZ ƏLIYEVA (1957-2011)

TDPİ-nin Azərbaycan bölməsi, Kaspi
TALIB NİKBİN (1938-2020)

TALIB NİKBİN (1938-2020)

Bolus
Borçalının sənət butası Səadət Buta

Borçalının sənət butası Səadət Buta

Tv
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ AKİF MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ AKİF MÜƏLLİM!..

Təbriklər
Polad QASIMOV: “Kirpi” çıxır, o çıxınca canımız da çıxır”

Polad QASIMOV: “Kirpi” çıxır, o çıxınca canımız da çıxır”

MEDİA, Köşə yazılar
TƏBRİK EDİRİK!.. Valeh Mirzə - 60

TƏBRİK EDİRİK!.. Valeh Mirzə - 60

MEDİA, Təbriklər
ATAMI  GÖZLƏYİRƏM... (Hekayə)

ATAMI GÖZLƏYİRƏM... (Hekayə)

Nəsr, Müsabiqə, Borçalı
O HƏM PEŞƏKAR JURNALİST, HƏM DƏ YAXŞI İNSANDIR

O HƏM PEŞƏKAR JURNALİST, HƏM DƏ YAXŞI İNSANDIR

"Elm və Təhsil", "XXI əsrin Ziyalıları"
Şair Ağaveyis Şirvaninin  yaradıcılığının 60 illiyi qeyd olunub

Şair Ağaveyis Şirvaninin yaradıcılığının 60 illiyi qeyd olunub

Yeni nəşrlər, Regionlar
Mətbuat Şurası “Gürcüstan” qəzetinin redaktorunu təltif edib

Mətbuat Şurası “Gürcüstan” qəzetinin redaktorunu təltif edib

"Gürcüstan", MEDİA
Rəy yazın: