SEVGİ KÜLƏYİ...

SEVGİ KÜLƏYİ... SEVGİ KÜLƏYİ... SEVGİ KÜLƏYİ... SEVGİ KÜLƏYİ... Hər dəfə yazı ovqatına girəndə müəyyən notlara köklənirəm. Bu zaman qəlbimin səsini dinləmək, ürəyimin diktəsi ilə yazmaq zövqünü yaşayıram. Artıq bircə kəlmə də yaza bilmirəm. Bu dəfə yazacağım yazı haqqında düşündükcə çəhrayı çiçəklərlə bəzədilmiş çəmən ətri duyurdum, yazacağım sətirlərin arasından sevgi küləyi vururdu məni...

Söhbət Xaşmazda fəaliyyət göstərən “Ulduzlar” Ədəbi Məclisinin sədri, dəyərli, müdrik ziyalımız, istedadlı şair Fərzalı Ziyanurun yenicə nəşr olunmuş “Sevgi küləyi” adlı ikinci şeirlər kitabının təqdimat mərasimindən gedir. Tez qaralan qarlı və soyuqlu qış günlərində dost və sənət görüşlərimiz bir qədər seyrəlir, çətinləşir. Amma, Fərzalı müəllimin sözü ilə desək, biz söz adamları, şairlər öz doğmalarımızdan daha yaxınıq. Bizi bir-birimiz qədər heç kim anlaya, başa düşə, sevə bilməz... Buna görə də tez-tez görüşür, “dərd-hal” edib şeirlərimizi oxuyur, fikir bölüşürük. Qışın oğlan çağında, bir qədər fasilədən sonra “Sevgi küləyi”nin bizi “vuracaq dalğası” əsil bahar müjdəsi idi. Kitabı bir qədər öncə əldə etmiş, elə əlimdəcə üz qabığında əks olunan çəhrayı çəmən çiçəklərinə, yaz küləyinin sanki qanadlandırdığı ağ örpəyin bir xeyli seyrinə dalmışdım. Bu şəkil Fərzalı müəllimin söz dünyasının, gözəllik və sevgi dolu daxili aləminin təzahürü idi sanki.
Mən fevral ayının 7-də Xaçmazın Diyarşünaslıq muzeyində keçirilən bu tədbiri “işıqlandırmamışdan” əvvəl tanıdığım gündən insanlığına, nəzakət və rəftarına, gözəl təşkilatçılıq, rəhbərlik bacarığına, sənətinə heyran olduğum Fərzalı Ziyanur və onun yaradıcılığı haqqında fikirlərimi sizlərlə bölüşmək istəyirəm.

2004-cü ildən “Ulduzlar” Ədəbi Məclisinə rəhbərlik edən və ustad şair Murad Qudyalçaylı tərəfindən Ziyanur təxəllüsü verilmiş Fərzalı müəllim həm də təcrübəli pedaqoqdur. O Xaçmazın doğulub boya-başa çatdığı kəndində, Müzəffəroba kənd orta məktəbinin direktorudur. Müəllim və şair ömrünün Ziyanur təxəllüsü altında bizə bəxş elədiyi söz, ədəb, mərifət və səmimiyyət dünyasının gözəlliyinə baş vuraq bir qədər:

İstədim yaşayım bir şair ömrü,
Hər günüm şeirimdə misraya döndü.
İstədim yaşayım bir rəssam ömrü,
Hər günüm rənglərə, boyaya döndü.
İstədim yaşayım bəstəkar ömrü,
Hər günüm nəğməmdə avaza döndü.
Nəhayət, yaşadım mən öz ömrümü
Hər günüm xatirə, nağıldır indi...


Bəli, elə nağıllar qədər məsum, saf və şərəfli bir ömür, sənət yolunu səhifələyirdik Fərzalı müəllimin...

Xaçmazda sağlam ədəbi mühitin yetişməsində, dəyərli söz adamlarını və gənc yazarları bir araya cəm edib onlara doğru yol göstərməkdə Fərzalı Ziyanurun öz səriştəsi, təcrübəsi var. İlk dəfə onun dəvəti ilə mən və Şabranlı şairimiz Aybəniz Əliyar “Ulduzlar” Ədəbi məclisinin qonağı olarkən burada olan səmimiyyətə, dost etimadına, oxunan şeirlərin diqqətlə dinlənilib təhlil edilməsinə bir daha şahid olduq. Bu doğma kollektivdə özümüzü çox doğma, rahat və sərbəst hiss elədik. Müntəzəm olaraq keçirilən sənət məşğələləri yaradıcı insanların sənət taleyində, püxtələşməsində böyük rol oynayır. Bu gün Fərzalı müəllimin istedad və bacarığından bəhərlənən gənc yazarlar sənətdə davamlı uğurlar əldə edirlər.

Şairin şeir dünyası da özünün təbiəti qədər sadə və zərif, əhatəli, obrazlıdır. Lakonik dildə, yığcam yazılmış sənət nümunələri oxucunu yormur, uzun-uzadı təsvirlərə qapanıb məqsədindən ayrı düşmür. Şeirlər çoxdur, yazırıq, oxuyuruq – poetik dünyamızın xəritəsində yerləri göylərə, göyləri yerlərə daşıyırıq... Müxtəlif fikirlər qurub xəyallarımızdan asılı qalırıq, özümüzə “enə” bilmirik. Bu baxımdan Fərzalı Ziyanurun sənətdə sözə yanaşma üsulu çox fərqlidir. Onun “Bir qadının dediklərindən” şeirinə istinad edək:

Dikib gözlərini uzaq nöqtəyə,
Acı taleyindən danışır qadın.
Söz açır gənc vaxtı yetimliyindən,
Danışa-danışa alışır qadın.
Ehtiyac içində olan günləri,
Gözləri önündə gəlib dayanır.
Qismətinə düşən nakam sevginin,
Odunda indi də qovrulur, yanır.
“Ailə qursam da ərimdən ancaq,
Gördüyüm təhqirlər, əzablar olur.
Neylim ki, üzümə gülmədi həyat,”-
Deyib qəhərlənir, gözləri dolur.
-Dözdüm ömür boyu iztirablara,
Düşündüm axırı yaxşı olacaq.
Gördüm məndən qaçır yaxşı nə varsa,
İsitmir odunda məni bu ocaq.
Indisə bir tənha qadınam, qadın,
Keçmişim xatirə, bu günüm aydın.
Başını ağrıtdım, qardaş, bağışla,
Dərdimi kiməsə danışmalıydım...


Bizim yerlərdə, göylərdə “gəzdiyimiz”, aradığımız həqiqət isə əslində Fərzalı müəllimin poetik dili ilə bu qədər yaxında, bir addımlığımızda imiş...
Tədbiri ustad şair Ramiz Qusarçaylı aparırdı. Zövlə tikilmiş və ən son texnologiyanın tələblərinə cavab verən Xaçmaz Diyarşünaslıq muzeyinin akt zalı dolu idi. Bakıdan, Şabrandan, Quba və Qusardan gələn qonaqlar, şair dostlar, Xaçmazın idarə, müəssisə rəhbərləri, şagirdlər şairi təbrik etmək, ürək sözlərini söyləmək üçün tələsirdilər. Şairin şəkli olan foto stendlər, foyedə qurulmuş kitab sərgisi ciddi sənət adamına verilən dəyərli qiymət idi. Fərzalı müəllimin həyat anlarını əks etdirən, həzin musiqi altında nümayiş etdirilən vidio-süjet hamının diqqətini çəkib saxlayırdı. Sinəsi söz ilə dolu Aşıq Haşım Qubalı sazını şövq ilə sığallayaraq kükrəmək üçün fürsət gözləyirdi.
Şair Ramiz Qusarçaylı tədbirə qatılan qonaqları təqdim edərək Fərzalı müəllimin şərəfli ömür və sənət yolu haqqında məlumat verdi, onun şeirlərindən sitat gətirdi. Qələmin sehrilə boyadığı poetik lövhələrin, yaratdığı obrazların özünəməxsusluğundan danışdı.
Sonra sözü tədbir iştirakçılarına verdi.

Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi, Xaçmaz Rayon YAP-ın sədri Nazim Ağayev, Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ceyhun Musayev, Xaçmazdakı Heydər Əliyev adına Mərkəzin direktoru Könül Əsgərova, Xaşmaz xalça muzeyinin direktoru Sürəyya Əmirova, Veteranlar Şurasının sədri Fərhad Şeydayev, Xaçmaz Rayon İcra Hakimiyyətinin Müşkür İnzibati Ərazi Dairəsinin üzrə nümayəndəsi Polad Bədəlov, Müzəffəroba kənd tam orta məktəbinin təşkilatçı müavini Sənubər Qeybullayeva, Hülövlü kənd məktəbinin müəllimi Tahirə Salmanıva çıxış edərək müdrik ziyalı, təcrübəli pedaqoq və səriştəli rəhbər Fərzalı Ziyanurun hər bir insana, gəncə örnək ola biləcək şərəfli sənət və ömür yolu haqqında fikirlərini bölüşdülər.
“Ulduzlar” Ədəbi məclisinin üzvləri - Aynur Ağabalayeva şairin tərcümeyi halı ilə qonaqları tanış edəndən sonra, Fərzalı Ziyanurun yaradıcılığı haqqında danışmaq üçün söz Gülşən Əhmədovaya verildi.

Əslən Xaçmazlı, amma bütün Azərbaycanlı olan, Ramiz Qusarçayının sözlərilə desək, bölünən torpaqlarımızın bütöv Azərbaycan həsrətini imzasında, qələmində, adında cəm edən Milli Mətbuat Şurasının üzvü, əməkdar jurnalist, nasir-publisist Azər HəsrətAtatürk Mərkəzininin əməkdaşı, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, dəyərli şair Əkbər Qoşalı Fərzalı Ziyanur yaradıcılığını ətraflı təhlil edərək, şairin şəxsiyyətini səciyyələndirən yüksək insani keyfiyyətlərindən danışdılar.

Aşıq Haşım Qubalının Fərzalı müəllimin nəşr olunan iki şeirlər kitabının adını (“Səni sevəcəyəm”“Sevgi küləyi”) bir misraya salaraq saz havasına oturtduğu qoşmasını hamı alqışlarla dinlədi: “Səni sevəcəyəm sevgi küləyi”...

Şabran Xaqani adına Poeziya evinin direktoru, şair Aybəniz Əliyar, Qusarlı şair Ceyhun Ağabəyov, Qubadan “Ay işığı” Ədəbi Məclisin üzvləri Mürfəttar Seyidməmmədov, xınalıqlı, sözün həqiqi mənasında dağlar oğlu Namik Xınalıqlı, “Gülüstan” Ədəbi Məclisinin sədri Şıxəmməd Seyidməmmədov, məclisin üzvü Pirəli Rüklü, Xaçmazdan “Ulduzlar” Ədəbi Birliyinin üzvləri şair Məmməd Qədir, Telman Təravət, Habil Rza Nur, Pənah Dilqəm, Sabir Nemətov, Böyükağa Ağa, Məhərrəm Mustafa, qəzəlxan Mövlan Şahid, Rəfail Agah, Səyyad Sərraf, Mehrəli Quliyev, şairin ailəsi adından qardaşı Sabir müəllim və başqaları çıxış edərək şairi təbrik etdilər, ürək sözlərini söylədilər.

Şagirdlərin ifasında şairin şeirləri dinlənildi.

Tədbirin sonunda Fərzalı müəllim məclisin yüksək səviyyədə hazırlanmasında, keçirilməsində əməyi olan hər kəsə, iştirak edən qonaqlara təşəkkür edərək minnətdarlığını bildirdi.
Tez qaralan havanı, dostların qayıdacağı uzaq yolu nəzərə alaraq yekunlaşmağa qərar verdik.

SEVGİ KÜLƏYİ... Görüşüb ayrılarkən gözümüzdə, könlümüzdə
bir şair ömrünün sənət bağçasından topladığımız
yaz çiçəklərindən dəstə bağladıq.
Hələ uzun zaman qoxladıqca misralarından
sevgi küləyi vuracaqdı bizi...



Sevinc MƏMMƏDOVA,
ZiM.Az-ın bölgə müxbiri,
şair-publisist,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
ŞİMAL BÖLGƏMİZDƏN...

ŞİMAL BÖLGƏMİZDƏN...

Regionlar
BÖYÜK TÜRKÜN POEZIYASI ALMA DADINDA...

BÖYÜK TÜRKÜN POEZIYASI ALMA DADINDA...

Regionlar
BİR YANI ŞAH DAĞI, BİR YANI XƏZƏR...

BİR YANI ŞAH DAĞI, BİR YANI XƏZƏR...

Regionlar, Köşə yazılar
XAÇMAZ XATİRƏLƏRİ

XAÇMAZ XATİRƏLƏRİ

Regionlar
Dəyərli ziyalı, müdrik el ağsaqqalı BAĞMAN FƏRZALI oğlu PİRİYEV (1933-2020)

Dəyərli ziyalı, müdrik el ağsaqqalı BAĞMAN FƏRZALI oğlu PİRİYEV (1933-2020)

"XXI əsrin Ziyalıları", UNUTSAQ, UNUDULARIQ!...., Qərbi Azərbaycan

"ŞEİR DÜNYAMIZ" ədəbi məclisinin növbəti poeziya gecəsi keçirilib

Sumqayıt
Rəşad Məcidin özü və sözü və yaxud Gənc yazarların dayağı

Rəşad Məcidin özü və sözü və yaxud Gənc yazarların dayağı

Ədəbi tənqid, Köşə yazılar

"Sazlı-Sözlü Borçalı" Ədəbi Məclisinin səkkizinci toplantısı

"SAZLI-SÖZLÜ BORÇALI"
İstadadlı gənc yazarların Sumqayıtda görüşü

İstadadlı gənc yazarların Sumqayıtda görüşü

MEDİA, Ədəbi əlaqələr
Ramiz QUSARÇAYLIya BAŞSAĞLIĞI

Ramiz QUSARÇAYLIya BAŞSAĞLIĞI

Nekroloqlar
Şairin yeni kitabı çıxıb

Şairin yeni kitabı çıxıb

Yeni nəşrlər
ŞAİRƏ LEYLA VƏKİLQIZININ

ŞAİRƏ LEYLA VƏKİLQIZININ "YURDUM GƏYLİYƏNDİ, ELİM BORÇALI..." ADLI İLK ŞE ...

Başkeçid, Müşfiq Borçalı
“Vahid Əziz dünyasının möcüzəsi” adlı görüş

“Vahid Əziz dünyasının möcüzəsi” adlı görüş

Məktəblər
QOY AĞZINDA DİLƏ DÖNÜM...

QOY AĞZINDA DİLƏ DÖNÜM...

Regionlar, Ədəbi tənqid, Qərbi Azərbaycan
Qasımlı orta məktəbində Yubiley tədbiri

Qasımlı orta məktəbində Yubiley tədbiri

Borçalı

"Sazlı-Sözlü Borçalı" Ədəbi Məclisinin növbəti 13-cü toplantısı

"SAZLI-SÖZLÜ BORÇALI"
Qasımlı ictimai məktəbində kitab təqdimatı

Qasımlı ictimai məktəbində kitab təqdimatı

Borçalı
“Mirzə Ələkbər Sabirin sənət idealları və müasir dövr” adlı konfrans keçiri ...

“Mirzə Ələkbər Sabirin sənət idealları və müasir dövr” adlı konfrans keçiri ...

Humanitar elmlər

"Sözün Zəlimxan zirvəsi” kitabının təqdimatı keçirildi

Borçalı, Əsas xəbər
USTAD ŞAİR 60-IN SORAĞINDA

USTAD ŞAİR 60-IN SORAĞINDA

"Elm və Təhsil", Təbriklər
Rəy yazın: