“Güvənli təbəssümün, inamlı gülüşün özü!”

“Güvənli təbəssümün, inamlı gülüşün özü!” Ucqar bir dağ rayonunda - elinə-obasına güvənən, ən münəvvər dəyanətə söykənən halal bir ocaqdan boy-bəhrə götürən bir evdə dünyaya göz açmış bir azərbaycanlı qızı - Vəfa Əsgərova haqqında fikirlərimi bölüşmək istəyirəm.

Lerik rayonunun Şingədulan kəndində ziyalı ailəsində doğulan Vəfa ilk əvvəl öz ata-anasına, yaxınlarına sevinc, xoşbəxtlik gətirib.

Üç qız atası olan Əsgərov Sərdar tarix müəllimi, anası Əsgərova Səbiyyə isə ixtisasca terapevt-həkimdir.


Mənə görə müəllim həmişə ən ülvi, mənəvi paklıq təcəssümü olub, insanların mənəvi sağlamlığının keşiyində, həkimlər isə insanların fiziki sağlamlığının keşiyində dayanıblar.

“Sağlam bədəndə sağlam ruh olar” - deyiblər. Bu vəhdət Əsgərovlar ailəsində öz təsdiqini tapıb.

...Ağ xalatlı, ağ ümidli, əlləri şəfa dolu həkim olmaq hər üç bacının arzusu olub. Elə bu arzunun sorağı ilə də onlar ucqar bir dağ rayonu olan Lerikdən Bakıya pərvazlanıblar. Aldıqları ailə tərbiyəsi, ata-ana öyüdü, onları tələbə həyatında da, hal-hazırda işlədikləri kollektivdə də yanlışlıqlardan qoruyub. Nə Bakının dəbdəbəsi, nə ətrafın gözqamaşdırıcı parıltısı onların sadəliyini pozmayıb...

Ailənin ilk övladı Əsgərova Jalə Silahlı Qüvvələrin klinik baş qospitalında işləyir. Mən il yarım olar ki, Vəfanı tanıyıram. Müxtəlif özəl klinikalarda çalışan Vəfanı çoxları tanıyır. Mən də onun pasiyenti olmuşam. O, stomotoloqdur. Hal-hazırda “Face dent” stomotoloji mərkəzində fəaliyyət göstərir. Vəfa bütün pasiyentlərinə doğmalıqla yanaşır. Mənə görə öz peşəsinin əsl sahibi olan Vəfa “güvənli təbəssümün, inamlı gülüşün özüdür”. Vəfanı görəndə insan bütün ağrı-acısını unudur. Başını qaldırıb onun üzünə baxanda gülümsəyən gözləri, mehriban siması, təmkinli, sakit danışığı, ən əsası isə əllərinin inamlı hərəkəti ilə insanı ovsunlayır. Mən həm özümə, həm də qızım Fatiməyə görə Vəfaya sonsuz minnətdarlığımı bildirirəm.

...Elə insanlar var ki, onların heç bir titula, heç bir fəxri ada ehtiyacları yoxdur. Ən böyük fəxri adları “İnsan” olanlar həmişə hörmətə, ehtirama layiqdirlər.
Mehriban Səbiyyə ana, Sərdar ata, Vəfa təkcə bir evin yox, Azərbaycan adlı böyük bir elin övladıdır. Geniş oxucu auditoriyası qarşısında belə övladlar tərbiyə etdiyinizə görə sizə sonsuz minnətdarlığımı bildirirəm.

Əzizim Vəfa, mən səni çox istəyirəm! Qüruruna, aydınlığına, səmimiliyinə görə!
Qoy bir ömür boyu ən böyük gözəlliyin olan mənəvi paklığın səni tərk etməsin.
Şəfa dolu əllərin var olsun!..


Zəminə KAMRANQIZI.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Xuraman VƏFA sevərlərə şad xəbər

Xuraman VƏFA sevərlərə şad xəbər

"Şərqin səsi", Təbriklər
İLQAR HƏKİM

İLQAR HƏKİM

"SAZLI-SÖZLÜ BORÇALI"
ŞƏRƏFLİ MÜƏLLİM ÖMRÜ YAŞAMIŞ NURƏDDİN MƏMMƏDOV

ŞƏRƏFLİ MÜƏLLİM ÖMRÜ YAŞAMIŞ NURƏDDİN MƏMMƏDOV

Regionlar, Məktəblər, UNUTSAQ, UNUDULARIQ!....
AD GÜNÜN MÜBARƏK, QIZIM VƏFA!..

AD GÜNÜN MÜBARƏK, QIZIM VƏFA!..

"SALDO", Təbriklər
Əzizim Əfsanə xanım, Ad günün mübarək!.

Əzizim Əfsanə xanım, Ad günün mübarək!.

"SALDO", Təbriklər
NƏRGİZ KLİNİKASI - İNSANLARIN SAĞLAMLIĞININ KEŞİYİNDƏ

NƏRGİZ KLİNİKASI - İNSANLARIN SAĞLAMLIĞININ KEŞİYİNDƏ

Səhiyyə
Xeyirxah işin və şəfalı əllərin sahibi

Xeyirxah işin və şəfalı əllərin sahibi

Səhiyyə, "Şərqin səsi", Qarayazı
Filologiya üzrə fəlsəfə doktoru Zəminə Mustafayeva (1955)

Filologiya üzrə fəlsəfə doktoru Zəminə Mustafayeva (1955)

"XXI əsrin Ziyalıları", Başkeçid
YUSİF RZA (1951)

YUSİF RZA (1951)

Müsabiqə
PEŞƏYƏ MƏHƏBBƏT OLANDA

PEŞƏYƏ MƏHƏBBƏT OLANDA

Regionlar, Məktəblər
Zeynal Vəfa ömrü

Zeynal Vəfa ömrü

MEDİA, Təbriklər
Ata yolunun layiqli davamçısı - Səkinə Niftaliyeva

Ata yolunun layiqli davamçısı - Səkinə Niftaliyeva

Məktəblər, "Elm və Təhsil"
Rəşad QUVALOV:

Rəşad QUVALOV: "Əsil həkimlik Allah vergisidir..."

Səhiyyə, "Şərqin səsi", Bolus
ŞƏFA VERƏN SÖZ MƏLƏYİ - Məlahət İsayeva

ŞƏFA VERƏN SÖZ MƏLƏYİ - Məlahət İsayeva

Səhiyyə, Müsabiqə
70 yaşın mübarək, Cavanşir ata!..

70 yaşın mübarək, Cavanşir ata!..

İdman, Təbriklər
YADDAŞLARDA YAŞAYACAQ...

YADDAŞLARDA YAŞAYACAQ...

Darvaz
Dəyərli ziyalı, müdrik el ağsaqqalı BAĞMAN FƏRZALI oğlu PİRİYEV (1933-2020)

Dəyərli ziyalı, müdrik el ağsaqqalı BAĞMAN FƏRZALI oğlu PİRİYEV (1933-2020)

"XXI əsrin Ziyalıları", UNUTSAQ, UNUDULARIQ!...., Qərbi Azərbaycan

"Ziya" İnformasiya Mərkəzinin rəhbəri Müşfiq Borçalıya

Digər bölmələr, Haqqımızda, Müşfiq Borçalı
Ömür insanın sənət əsəridir

Ömür insanın sənət əsəridir

Məktəblər, "Şərqin səsi", "XXI əsrin Ziyalıları"
Şirinova Nurlana: “Həkim olmaq anamın arzusu idi...”

Şirinova Nurlana: “Həkim olmaq anamın arzusu idi...”

Səhiyyə
Rəy yazın: