Diaspor rəhbəri və iş adamı Qazaxda avtovağzal inşa etdirib

Diaspor rəhbəri və iş adamı Qazaxda avtovağzal inşa etdirib Rusiyanın Yekatrinburq şəhərində yaşayan azərbaycanlı iş adamı, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Ural Federal Dairəsi üzrə regional bölməsinin rəhbəri Şahin Şıxlinskinin maliyyə dəstəyi ilə Qazax rayonunun İkinci Şıxlı kəndində beynəlxalq avtovağzal kompleksi inşa olunub.
Layihə Prezident İlham Əliyevin xaricdə yaşayan soydaşlarımızın Azərbaycana sərmayə qoyması çağırışına uyğun olaraq həyata keçirilib.

Azərbaycanın qərb qapısı Qazax rayonun İkinci Şıxlı kəndi ərazisində istifadəyə verilən müasir standartlara uyğun beynəlxalq avtovağzal kompleksi nəqliyyat vasitələrinin fəaliyyətinin tənzimlənməsində, eləcə də şəhərlərarası və beynəlxalq daşımalarda əhəmiyyətli rol oynayacaq. Buradan Azərbaycanın müxtəlif bölgələri ilə yanaşı, Gürcüstana və Türkiyəyə də müntəzəm reyslərin açılması planlaşdırılır. Müasir memarlıq üslubunda tikilən ikimərtəbəli kompleksdə gözləmə zalı, ana və uşaq otağı, sürücülərin istirahət otağı, bilet kassası, tibbi müayinə otağı fəaliyyət göstərir. Komplekin ərazisində 20 nəfərlik otel də var. Yeni layihənin istifadəyə verilməsi ilə 120-ə yaxın adam işlə təmin olunub.

Diaspor rəhbəri və iş adamı Qazaxda avtovağzal inşa etdirib Qeyd edək ki, 30 ildir Rusiyanın Yekatrinburq şəhərində yaşayan və çalışan Şahin Şıxlınski eyni zamanda diaspor fəaliyyəti ilə məşğul olub.
Ş.Şıxlinski 2004-cü ildən ÜAK Ural Federal Dairəsi üzrə regional bölməsinin rəhbəri, daha sonra ÜAK-ın vitse-prezidenti seçilib.
O, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvüdür.
Sverdlovsk vilayətinin Qubernatoru yanında Milli məsələlər uzrə Məsləhət Şurasının üzvü kimi də fəaliyyət göstərən həmyerlimiz Azərbaycan Respublikası və Sverdlovsk vilayəti arasında iqtisadi və mədəni əlaqələrin inkişafındakı xidmətlərinə gorə müxtəlif mükafatlarla təltif edilib.
Ş.Şıxlinski 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə gorə “Tərəqqi” medalı ilə təltif olunub.

Biz də Zim.Az-ın yaradıcı heyəti adından dəyərli soydaşımız Şahin Şıxlinskiyə bu xeyirxahlığı üçün təşəkkür edir və ona bundan sonra da yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Azərbaycan diaspor rəhbəri Moldovanın ali dövlət mükafatına layiq görülüb

Azərbaycan diaspor rəhbəri Moldovanın ali dövlət mükafatına layiq görülüb

Qarabağ, Hüquq, Təbriklər, Diaspora
Bakıda Dünya Azərbaycanlı İş Adamlarının Forumu keçiriləcək

Bakıda Dünya Azərbaycanlı İş Adamlarının Forumu keçiriləcək

Dünya, Diaspora
Ümumrusiya Azərbaycan Konqresinin Qurultayı keçiriləcək

Ümumrusiya Azərbaycan Konqresinin Qurultayı keçiriləcək

Rusiya, Diaspora
Qubernatorun müşaviri Vaqif MƏMİŞOV:

Qubernatorun müşaviri Vaqif MƏMİŞOV: "Azərbaycanla Rusiya münasibətlərinin ...

Ağbulaq, Rusiya, Diaspora
Diaspor rəhbəri Litvada deputatlığa namizədliyini irəli sürüb

Diaspor rəhbəri Litvada deputatlığa namizədliyini irəli sürüb

Diaspora
Söyün Sadıxov

Söyün Sadıxov "Azərros"-un prezidenti seçilib

Qarayazı, Rusiya, Diaspora
SOYDAŞIMIZ İJEVSK ŞƏHƏR DUMASINA DEPUTAT SEÇİLİB

SOYDAŞIMIZ İJEVSK ŞƏHƏR DUMASINA DEPUTAT SEÇİLİB

Başkeçid, Diaspora
Soydaşımız Rusiyada nazir müavini təyin edilib

Soydaşımız Rusiyada nazir müavini təyin edilib

Təbriklər, Rusiya, Diaspora
Gürcüstanda SOCAR-ın maliyyə vəsaiti hesabına təmir olunmuş daha bir məktəb ...

Gürcüstanda SOCAR-ın maliyyə vəsaiti hesabına təmir olunmuş daha bir məktəb ...

Borçalı
Əflatun Amaşov “Xalq qəzeti”nə baş redaktor təyin olunub və “Azərbaycan Res ...

Əflatun Amaşov “Xalq qəzeti”nə baş redaktor təyin olunub və “Azərbaycan Res ...

MEDİA, Bolus, Təbriklər
Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçiriləcək

Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçiriləcək

Diaspora
Dünya Azərbaycanlılarının IV Qurultayı işini yekunlaşdırıb

Dünya Azərbaycanlılarının IV Qurultayı işini yekunlaşdırıb

Diaspora
Ümumrusiya Azərbaycan Konqresinin yeni prezidenti seçilib

Ümumrusiya Azərbaycan Konqresinin yeni prezidenti seçilib

Rusiya, Diaspora
Dünya Azərbaycanlılarının IV Qurultayına hazırlıq işləri başa çatıb

Dünya Azərbaycanlılarının IV Qurultayına hazırlıq işləri başa çatıb

Diaspora
Litva hökuməti soydaşımızı mükafatlandırıb

Litva hökuməti soydaşımızı mükafatlandırıb

Təbriklər, Avropa, Diaspora
İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleks ...

İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleks ...

Azərbaycan, Qarabağ
Mədəniyyət Nazirliyi: “Keşikçidağ” kompleksi Azərbaycanın dövlət tarix-mədə ...

Mədəniyyət Nazirliyi: “Keşikçidağ” kompleksi Azərbaycanın dövlət tarix-mədə ...

Əsas xəbər, Tarix
Soydaşımız Vüqar Mustafayev müdafiə sənayesi naziri təyin olunub

Soydaşımız Vüqar Mustafayev müdafiə sənayesi naziri təyin olunub

Borçalı, Bolus, Təbriklər
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Rusiyanın

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Rusiyanın "Puşkin" ...

Azərbaycan, Siyasət
Avropa Azərbaycanlıları Konqresinin növbədənkənar qurultayı keçiriləcək

Avropa Azərbaycanlıları Konqresinin növbədənkənar qurultayı keçiriləcək

Avropa, Diaspora
Rəy yazın: