İRƏVAN ZİYALILARINA ABİDƏ

İRƏVAN ZİYALILARINA ABİDƏ Almaz ÜLVİ
filologiya elmləri doktoru


"Dumanlı keçmişlərdən üzü bəri Ermənistanda dünyaya göz açan, boya-başa çatan görkəmli adamları arayıb-axtarsaydılar, ehtimal ki, cild-cild kitablar yazılardı. Ədəbiyyatşünas alim Əsgər Zeynalov öz oçerklər toplusunda yalnız İrəvanda doğulmuş, boya-başa çatmış, əsli-nəsəbi o yerlə sıx bağlı olmuş müasirlərinin həyatı və ictimai fəaliyyətini araşdırmağı, onların bir növ ədəbi-tarixi portretini yaratmağı qarşısına məqsəd qoymuşdur".

Oxuculara təqdim edilən “İrəvan ziyalıları” kitabı professor Teymur Əhmədovun bu sözləri ilə başlayır. Bu kitab müəllifin yurd, torpaq, ocaq sevgisindən, təəssübkeşliyindən yaranmış, iç yanğısından, oba həsrətindən göyərmiş oricinal əsəridir. "Xəyal məni hər gün hər qarışına "beş barmağım" kimi bələd olduğum İrəvana aparır. İndi o yerləri hər gün həsrət dolu kövrəkliklə xatırlayıram".

Vaxtı ilə Əsgər müəllimin bir məqaləsini oxumuşdum: "Bəlkə kəndimiz də bir yuxu idi?..."

Həmin yazı belə başlanır: "Tez-tez kəndimizi xatırlayıram... Yox, tez-tez yox, hər gün! Bəli, hər gün içimdə bir tonqal yanır, ancaq bilmirəm tüstüm görünür, ya yox. Uşaqlığımın, gəncliyimin, ömrümün ən gözəl çağlarını keçirdiyim doğma Yuxarı Necili kəndinin həsrətiylə..."

Bu sözləri İrəvana da şamil etmək olar. "İrəvan ziyalıları" kitabı Vətən həsrətiylə yanan tonqalın alovu, məşəlidir. "İrəvan ziyalıları" sözün əsl mənasında bütöv xalq üçündür, xüsusilə torpaq həsrətilə yaşayan, o yerlərdən ötrü burnunun ucu göynəyəninsanlar üçündür.

Ə.Zeynalov vətəninə, elinə bağlı, onun təəssübünü çəkən bir ziyalıdır. Onun dəfələrlə Murovdağda, Tərtərdə, Ağdərədə görüşlərdə olması, əsgərlərin qarşısında çıxış etməsi də bunu təsdiq edir. "İrəvan ziyalıları" kitabının da məhz belə

vətənpərvər ziyalı tərəfindən yazılması təbii görünür. Onu yaxından tanıyıb, xarakterinə bələd olanlar bunu təsdiq edər.

"İrəvan ziyalıları" ağır zəhmətin, gərgin axtarışların məhsuludur. Akademik Budaq Budaqovun dediyi kimi, hamı torpaqdan, millətdən danışır, ancaq Əscər Zeynalov belə danışıqları işi, əməli ilə görmüşdür. İrəvanda elə nəsillər olmuşdur ki, onlar 150-170 ildir ziyalı yetirir: Mirbabayevlər, Qazıyevlər, Erivanskilər, Məmmədzadələr, Muğanlinskilər, Makinskilər...

Bu torpağın yetişdirdiyi ziyalılar Azərbaycan elminin, mədəniyyətinin inkişafında qüdrətli rol oynamışlar: akademik Mustafa Topçubaşov, akademik Heydər Hüseynov, akademik Əhməd Rəcəbli, bəstəkar Səid Rüstəmov, şair Əhməd Cəmil, ictimai xadimlər Maqsud Məmmədov, Həsən Seyidov, Əziz Əliyev, Bağır Seyidzadə, ədəbiyyatşünaslar Cəfər Xəndan, Mirəli Seyidov, rəssamlar Mirzə Qədim İrəvani, Həsən Haqverdiyev, hazırda yaşayıb-yaradan Kamil Əliyev, Cabbar Quliyev...

Müəllif bu kitabı ilə bir daha təsdiq etmək istəyir ki, İrəvan azəri türklərinin əski yaşayış məskənidir, Azərbaycan torpağının əzəli və ayrılmaz bir hissəsidir.

Kitabda bir həsrət, kövrəklik var, ancaq sızıltı yoxdur. Orada belə bir inam görürük: "Biz o yerlərə qayıdacağıq".

Bizcə, zəhmətkeş tədqiqatçı Ə.Zeynalovun "İrəvan ziyalıları" kitabı sözün əsl mənasında İrəvan ziyalılarına, İrəvan torpağına ədəbi abidədir.


Zim.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Akademik Bahadur Zeynalova həsr olunan kitab çapdan çıxıb

Akademik Bahadur Zeynalova həsr olunan kitab çapdan çıxıb

Yeni nəşrlər, Digər bölmələr
İrəvan xanlarının diplomatik məktubları

İrəvan xanlarının diplomatik məktubları

Elmi Məqalələr, Tarix, Qərbi Azərbaycan
Eyvaz Zeynalovun kitabı Tbilisidə nəşr olunub

Eyvaz Zeynalovun kitabı Tbilisidə nəşr olunub

Bədii Tərcümə, Tiflis, Msxeta, "Varlıq"
Tiflisdə azərbaycanlı aktyorların iifasında Nodar Dumbadzenin

Tiflisdə azərbaycanlı aktyorların iifasında Nodar Dumbadzenin "Didro" əsə ...

Mədəniyyət, Tiflis

"Qazax-Borçalı bölgəsinin xalçaları"

Azərbaycan, Borçalı
Akademik Bahadur Zeynalovun 100 illik yubileyinə həsr olunan beynəlxalq kon ...

Akademik Bahadur Zeynalovun 100 illik yubileyinə həsr olunan beynəlxalq kon ...

Digər bölmələr, UNUTSAQ, UNUDULARIQ!....
Almaz Ülvinin “Özbək ədəbiyyatı və Azərbaycan” kitabı özbək və rus dillərin ...

Almaz Ülvinin “Özbək ədəbiyyatı və Azərbaycan” kitabı özbək və rus dillərin ...

Elm, Humanitar elmlər, "Zirvə"
Professor Məmməd Əliyevin “Böyük yolun davamı” kitabı işıq üzü görüb

Professor Məmməd Əliyevin “Böyük yolun davamı” kitabı işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər
Qərbi Azərbaycan – Tariximizin bir parçası və mənəvi soyqırım

Qərbi Azərbaycan – Tariximizin bir parçası və mənəvi soyqırım

Tarix, Qərbi Azərbaycan
Akademik Rafael Hüseynovun “Millət yaddaşının keşikçisi” kitabı çapdan çıxı ...

Akademik Rafael Hüseynovun “Millət yaddaşının keşikçisi” kitabı çapdan çıxı ...

Yeni nəşrlər, Humanitar elmlər

"ÇANAQQALA ZƏFƏRİ” BEYNƏLXALQ LAYİHƏ

Dramaturgiya
Tarix İnstitutu elmi fəaliyyətinə görə Avropanın ən yaxşı elmi-tədqiqat müə ...

Tarix İnstitutu elmi fəaliyyətinə görə Avropanın ən yaxşı elmi-tədqiqat müə ...

"Zirvə"
Əziz Şərif

Əziz Şərif

Naxçıvan, Ədəbi əlaqələr, Tiflis, UNUTSAQ, UNUDULARIQ!...., Rusiya
AVDALLI KƏNDİ

AVDALLI KƏNDİ

Bolus
VAQİF SULTANLININ AZƏRBAYCAN  MÜHACİRƏT ƏDƏBİYYATI İLƏ BAĞLI KİTABI YAYINLA ...

VAQİF SULTANLININ AZƏRBAYCAN MÜHACİRƏT ƏDƏBİYYATI İLƏ BAĞLI KİTABI YAYINLA ...

Yeni nəşrlər, BDU
Akademik Həsən Əliyevin fəaliyyəti gələcək nəsillər üçün nümunədir

Akademik Həsən Əliyevin fəaliyyəti gələcək nəsillər üçün nümunədir

Regionlar, Digər bölmələr, UNUTSAQ, UNUDULARIQ!....
Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

"Zirvə", Ədəbi əlaqələr
Rusiyadakı ermənilər çaş-baş qalıblar

Rusiyadakı ermənilər çaş-baş qalıblar

Rusiya
SÖZ HEYKƏLİ

SÖZ HEYKƏLİ

Poeziya, Başkeçid, Bolus, Darvaz, Müsabiqə, Mədəd Çobanov
Qəzənfər Paşayevin “Xilaskarlar”ı Tehranda işıq üzü görüb

Qəzənfər Paşayevin “Xilaskarlar”ı Tehranda işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər, Cənubi Azərbaycan
Rəy yazın: