Söyün Sadıxov "Azərros"-un prezidenti seçilib

Söyün Sadıxov "Azərros"-un prezidenti seçilibRusiya Azərbaycanlılarının Federal
Milli-Mədəni Muxtariyyəti "Azərros"un növbədənkənar VI Qurultayı keçirilib.
APA-nın Moskva müxbirinin məlumatına görə, qurultayda quruma yeni prezidenti,
Federal Şuranın sədri və üzvləri seçilib.

Rusiya Federasiyasının regionlarından 87 nəfər nümayəndə heyəti iştirak edib.
Qurultayı idarə etmək üçün
Nizami Bəşirov sədr,
Yusif Xıdırov isə katib seçilib.
Qurultayın Rəyasət Heyətində isə
akademik Heydər İmanov,
Rusiya İslam Komitəsinin sədri,
tanınmış politoloq Heydər Camal
"Azərros"un fəxri prezidenti Söyün Sadıxov təmsil olunublar.

Daha sonra "Azərros" prezidentliyinə namizədlər irəli sürülüb. Ulyanovskdakı Azərbaycan diasporunun rəhbəri İslam Hüseynov və digər diaspor üzvləri tərəfindən qurumun keçmiş prezidenti Söyün Sadıxov yenidən prezidentliyə namizədliyi təklif olunub. Qurultayın yanvarın 17-də keçirilən ilk iclasında prezidentliyə namizədliyi irəli sürülən Mehriban Abdullayeva və Yusif Xıdırov Söyün Sadıxovun xeyrinə namizədliklərini geri götürüblər. Digər namizəd Qalib Ağayev isə Söyün Sadıxova rəqib olacağını açıqlayıb. Beləliklə, "Azərros" FMMM-in prezidentliyi uğrunda iki nəfər arasında mübarizə gedib.

Qurultay iştirakçıları arasında səsvermə keçirilib. Söyün Sadıxov "Azərros" FMMM-in yeni prezidenti seçilib.

Federal Şuranın sədri vəzifəsinə Nizami Bəşirov seçilib. Rusiyanın regionlarından və Moskvadan ümumilikdə 49 nəfər Federal Şuranın üzvü seçilib.

Qurumun prezidenti seçilmiş Söyün Sadıxov çıxış edərək "Azərros" bundan sonra heç kəsin şəxsi mənafeyinə qulluq etməyəcəyini söyləyib: "Abbas Abbasovu müəyyən qüvvələr idarə edir, o, bu oyunlarda “peşka”dır. O, Azərbaycanla Rusiya arasında münasibətlərə xələl gətirməyə çalışır. Mən buna biganə qala bilməzdim".

Qurultayda çıxış edən Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov Rusiyadakı Azərbaycan diasporunun vahid olmasının, eyni məqsədə xidmət etməsinin, Azərbaycanla Rusiya arasında münasibətlərin möhkəmləndirilməsinə töhfə verməsinin vacibliyini qeyd edib.

Akademik Heydər İmanov isə çıxışında Söyün Sadıxovu təbrik edib və bundan sonra “Azərros”un daha ciddi fəaliyyət göstərməli olduğunu deyib.

Qurultayda müxtəlif regionlardan gələn diaspor üzvləri çıxış edərək, qurumun bir müddət fəaliyyətsiz qalmasından təəssüflərini ifadə edib, yeni seçilən rəhbərin təşkilatdakı problemləri həll edəcəyinə ümid etdiklərini bildiriblər.

Qurultayda Rusiya hökumətinin nümayəndəsi İqor Valerianoviç Tiunçik də iştirak edib.

Qeyd edək ki, "Azərros" FMMM-in növbədənkənar VI Qurultayının əvvəlcədən Beynəlxalq Ticarət Mərkəzində keçirilməsi elan olunsa da, qurultayın həmin ünvanda keçirilməsinə icazə verilməyib. Təşkilat Komitəsi qurultayı başqa ünvanda keçirib.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Ümumrusiya Azərbaycan Konqresinin yeni prezidenti seçilib

Ümumrusiya Azərbaycan Konqresinin yeni prezidenti seçilib

Rusiya, Diaspora
Ümumrusiya Azərbaycan Konqresinin Qurultayı keçiriləcək

Ümumrusiya Azərbaycan Konqresinin Qurultayı keçiriləcək

Rusiya, Diaspora
Azərbaycan jurnalistlərinin VIII qurultayı keçirilib; Rəşad Məcid Mətbuat Ş ...

Azərbaycan jurnalistlərinin VIII qurultayı keçirilib; Rəşad Məcid Mətbuat Ş ...

MEDİA, Təbriklər
Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçiriləcək

Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçiriləcək

Diaspora
AMEA-nın Azad Həmkarlar İttifaqının VII Qurultayı keçirilib

AMEA-nın Azad Həmkarlar İttifaqının VII Qurultayı keçirilib

Elm
Dünya Azərbaycanlılarının IV Qurultayı işini yekunlaşdırıb

Dünya Azərbaycanlılarının IV Qurultayı işini yekunlaşdırıb

Diaspora
Avropa Azərbaycanlıları Konqresinin V Qurultayı keçiriləcək

Avropa Azərbaycanlıları Konqresinin V Qurultayı keçiriləcək

Avropa, Diaspora
Azərbaycan Memarlar İttifaqının XIX qurultayı keçirilib

Azərbaycan Memarlar İttifaqının XIX qurultayı keçirilib

Azərbaycan
Bakıda Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan konfrans keçiri ...

Bakıda Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan konfrans keçiri ...

"Zirvə"
FİZİOLOGİYA İNSTİTUTUNUN DİREKTORU VİTSE-PREZİDENT SEÇİLİB

FİZİOLOGİYA İNSTİTUTUNUN DİREKTORU VİTSE-PREZİDENT SEÇİLİB

Biologiya və tibb elmləri
SOYDAŞIMIZ İJEVSK ŞƏHƏR DUMASINA DEPUTAT SEÇİLİB

SOYDAŞIMIZ İJEVSK ŞƏHƏR DUMASINA DEPUTAT SEÇİLİB

Başkeçid, Diaspora
AMEA-da Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş Beynəlxalq ko ...

AMEA-da Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş Beynəlxalq ko ...

Elm, "Zirvə", Turan
Avropa Azərbaycanlıları Konqresinin növbədənkənar qurultayı keçiriləcək

Avropa Azərbaycanlıları Konqresinin növbədənkənar qurultayı keçiriləcək

Avropa, Diaspora
AzTU Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

AzTU Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

AzTU
AMEA-nın professoru Salidə Şərifova Rusiya Təbiət Elmləri Akademiyasının hə ...

AMEA-nın professoru Salidə Şərifova Rusiya Təbiət Elmləri Akademiyasının hə ...

Humanitar elmlər
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Rusiyanın

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Rusiyanın "Puşkin" ...

Azərbaycan, Siyasət
AzTU ilə Şimali Qafqaz Federal Universiteti arasında əməkdaşlıq müqaviləsi  ...

AzTU ilə Şimali Qafqaz Federal Universiteti arasında əməkdaşlıq müqaviləsi ...

AzTU, Rusiya
Qubernatorun müşaviri Vaqif MƏMİŞOV:

Qubernatorun müşaviri Vaqif MƏMİŞOV: "Azərbaycanla Rusiya münasibətlərinin ...

Ağbulaq, Rusiya, Diaspora
Akademik İsa Həbibbəyli “Birinci Türkoloji Qurultay: dərsləri və çağırışlar ...

Akademik İsa Həbibbəyli “Birinci Türkoloji Qurultay: dərsləri və çağırışlar ...

Elm, "Zirvə"
Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyi bəyanat ya ...

Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyi bəyanat ya ...

Rusiya, Diaspora
Rəy yazın: