Yunis Qaraxanov: QARAYAZIM!..

Yunis Qaraxanov: QARAYAZIM!..MÜSABİQƏ ÜÇÜN:

VƏTƏN

Biz ayrılmamışıq, biz bölünməmişik,
O tayın da, bu tayın da mənimdir, Vətən!
Biz Koroğlu nəsliyik, biz ölməmişik,
Harayın da, hayın da mənimdir, Vətən!
* * *
İrəvanın, Borçalın, Təbrizin, Şuşan,
Sənin qarış-qarış her torpağın, daşın,
Sənin her bir dağın, her bir meşən,
Sənin her bir cayin da mənimdir, Vətən!
* * *
Sənin Babək cüssəli ərənlerin var,
Bu torpaq uğrunda ölənlərin var,
Neçə Mübarizlərin, Anarların var,
Ah-nalən də, vayın da mənimdir, Vətən!
* * *
Ilham tek oglun,Mehriban tek qizin var,
Senin xos geleceyin,gozel yazin var,
Senin tarin,kamanin,telli sazin var,
Duyunun de,toyun da menimdir, Veten!


VƏTƏN OGLU, AYAĞA QALX!..


Düşmən bizi tora saldı,
Qız-gəlini əsir aldı,
Leylek uçdu, yurdu qaldı,
Vətən oğlu, ayağa qalx!
* * *
Güllələr yağıs tək yagdı,
Nahaqq yerə qanlar axdı,
Yetişibdir qisas vaxtı,
Vətən oğlu, ayağa qalx!
* * *
Dağıtdıq biz ittifaqı,
Ayırdıq nahaqdan haqqı,
Görsün hunərini yagı,
Vətən oğlu, ayağa qalx!


MƏNİM ÜÇRƏNGLİ BAYRAĞIM

Şəhidlerin al qanısan,
Sen azadlıq nışanısan,
Qeyret, namus, şəref, şansan,
Mənim üçrəngli bayrağım.
* * *
Üzerinde var üç rəngin,
Hər rəngin mənasi dərin.
Ulduzlu-aylı bayrağım,
Mənim üçrəngli bayrağım.
* * *
Bir gün gələr, zəfər çalar,
Bu milletim Qarabağda.
Zirvəsində seni sancar,
Mənim üçrəngli bayrağım.


QARAYAZIM!..

Mən özüm də bilmirəm, neyçün, nədən?
Gecələr yuxuma gəlirsən hərdən.
İllerdir men uzaq düşmüşem senden,
Hicranım, hesretim, ay Qarayazım.
* * *
Qədim parçasısan sen bu Vetenin,
Sanki bir cennetdir çölün, çemenin,
Düz beş il qoynunda yaşadım senin,
Xeyrim, bereketim, ay Qarayazım.
* * *
Azərbaycanımin bir zerresisen,
Ulu Borçalımın sanki özüsen,
Dede-babalardan qalan bir izsen,
Menim memeketim, ay Qarayazım.

Sair-publisist
Yunis Qaraxanov.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: