Saqarecoda Azərbaycan-Gürcüstan dostluğuna həsr olunan festival keçirilib

Saqarecoda Azərbaycan-Gürcüstan dostluğuna həsr olunan festival keçirilib Saqarecoda Azərbaycan-Gürcüstan dostluğuna həsr olunan festival keçirilibSaqarecoda Azərbaycan-Gürcüstan dostluğuna həsr olunan festival keçirilib Gürcüstanın Saqareco rayonundakı Mədəniyyət Evində Beynəlxalq İnsan Hüquqları Müdafiə təşkilatının sədri Mixail Lapaçişvilinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan və gürcü xalqının dostluğuna həsr olunan festival keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Azərbaycan və Gürcüstanın himnləri səsləndirilib.

Tədbirin açılışında Beynəlxalq İnsan Hüquqları Müdafiə təşkilatının sədri Mixail Lapaçişvili, Saqareco rayon icra hakimiyyətinin nümayəndəsi, Fəal Qadınlar Assosiasiyasının rəhbəri Gültəkin Mustafayeva, Pirosmani adına Beynəlxalq Yaradıcılıq Assosiasiyasının təsisçisi Cemal Qoqişvili, həmin assosiasiyanın vitse-prezidenti Alı İsayev və başqaları çıxış edərək festivalın Azərbaycan və Gürcüstanın dostluğuna həsr olunduğunu alqışlayaraq belə tədbirlərin tez-tez keçirilməsini arzu ediblər. Çıxışçılar qeyd ediblər ki, festivalın keçirilməsi Azərbaycan və gürcü mədəni əlaqələrini daha da möhkəmləndirir.

Festivalda gürcü rəqs qrupları və Saqareco rayonundakı Ləmbəli kənd orta məktəbinin şagirdləri rəngarəng gürcü və Azərbaycan rəqslərini nümayiş etdiriblər.

Festivalın sonunda Heydər Əliyev adına Azərbaycan-Gürcüstan Xalqlar Dostluğu Cəmiyyəti Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin inkişafına və möhkəmləndirilməsinə verdikləri layiqli töhfələrə görə festivalda fərqlənən iştirakçıları fəxri diplomlarla təltif edib.

Pirosmani adına Beynəlxalq Yaradıcılıq Assosiasiyasının təsisçisi Cemal Qoqişvili həmçinin festivalı yüksək səviyyədə təşkil etdiyinə görə Beynəlxalq İnsan Hüquqları Müdafiə təşkilatının sədri Mixail Lapaçişvili"Təşəkkürnamə" təqdim edib.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirinin birinci müavini Dursun Həsənov, səfirlik əməkdaşları, Saqareco rayon icra hakimiyyətinin rəhbərliyi və rəsmi şəxsləri, rayon təhsil resursları mərkəzinin nümayəndələri, azərbaycanlı və gürcü QHT rəhbərləri, rayonun Qaraçöp bölgəsindən gələn soydaşlarımız, Azərbaycandilli məktəblərin müəllimləri və şagirdləri iştirak ediblər.

Gürcüstan. Nizami Məmmədzadə - APA.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Tiflisdə Azərbaycan səfirliyində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr ...

Tiflisdə Azərbaycan səfirliyində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr ...

ŞƏHİDLƏRİMİZ, Tiflis, UNUTSAQ, UNUDULARIQ!...., Diaspora
Gürcüstanda azərbaycanlı alimin gürcü dilində nəşr olunan kitabının təqdima ...

Gürcüstanda azərbaycanlı alimin gürcü dilində nəşr olunan kitabının təqdima ...

Tiflis
Tiflisdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş konfrans ...

Tiflisdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş konfrans ...

Tiflis
Gürcüstanda 20 Yanvar şəhidinin ailəsinə yardım edilib

Gürcüstanda 20 Yanvar şəhidinin ailəsinə yardım edilib

ŞƏHİDLƏRİMİZ, Qaraçöp, UNUTSAQ, UNUDULARIQ!....
Tiflisdə gənc azərbaycanlı rəssamın sərgisi açılıb

Tiflisdə gənc azərbaycanlı rəssamın sərgisi açılıb

M.F.Axundzadə adına Muzey, Tiflis
Gürcüstanda 20 Yanvar faciəsinə həsr olunan silsilə tədbirlər keçirilib

Gürcüstanda 20 Yanvar faciəsinə həsr olunan silsilə tədbirlər keçirilib

Gürcüstan, Tiflis, Borçalı, Bolus

"Borçalı-İrəli" İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Tbilis ...

Qarabağ, Tiflis, Borçalı, Diaspora
Gürcüstandakı orta məktəblərdə son zəng keçirilib

Gürcüstandakı orta məktəblərdə son zəng keçirilib

Borçalı
Azərbaycanlı gənclər beynəlxalq festivalda iştirak edib

Azərbaycanlı gənclər beynəlxalq festivalda iştirak edib

Avropa, Diaspora
Tiflisdə “Azərbaycan-Gürcüstan dostluğu günləri” adlı tədbir keçirilib

Tiflisdə “Azərbaycan-Gürcüstan dostluğu günləri” adlı tədbir keçirilib

Tiflis, QHT
Marneuli gəncləri Soçidə keçirilən festivala qatılıblar

Marneuli gəncləri Soçidə keçirilən festivala qatılıblar

Borçalı
Gəncədə dostluğu və həmrəyliyi tərənnüm edən festival təşkil olunmuşdur

Gəncədə dostluğu və həmrəyliyi tərənnüm edən festival təşkil olunmuşdur

Gəncə, Turan
Tiflisdə Azərbaycan yazıçılarının əsərlərindən ibarət

Tiflisdə Azərbaycan yazıçılarının əsərlərindən ibarət "Müasir Azərbaycan n ...

Ədəbi əlaqələr, Tiflis
Azərbaycanın Müstəqilliyi Günü Tbilisi Dövlət Universitetində qeyd olunub

Azərbaycanın Müstəqilliyi Günü Tbilisi Dövlət Universitetində qeyd olunub

Tiflis

"Sarvan" folkor ansabılı Türkiyədə 15-ci Dənizli Beynəlxalq Rəqs Festival ...

Gürcüstan, Tiflis
TBİLİSİDƏ ŞAGİRDLƏRİN RƏSM ƏSƏRLƏRİNİN SƏRGİSİ TƏŞKİL OLUNUB

TBİLİSİDƏ ŞAGİRDLƏRİN RƏSM ƏSƏRLƏRİNİN SƏRGİSİ TƏŞKİL OLUNUB

Fond, M.F.Axundzadə adına Muzey, Tiflis, Qarayazı
Tbilisidə Azərbaycanın Xalq Rəssamı Fərhad Xəlilovun fərdi sərgisi açılıb

Tbilisidə Azərbaycanın Xalq Rəssamı Fərhad Xəlilovun fərdi sərgisi açılıb

Mədəniyyət, Tiflis
Marneuli də azadlığın bərpasının 25 ci il dönümünə əsr olunmuş sərgi

Marneuli də azadlığın bərpasının 25 ci il dönümünə əsr olunmuş sərgi

Borçalı
Gürcüstanda yeni Azərbaycandilli orta məktəbin açılışı olub

Gürcüstanda yeni Azərbaycandilli orta məktəbin açılışı olub

Qaraçöp
Azərbaycan prezidenti İlham Əliyev Gürcüstandakı soydaşlarımıza 8 traktor h ...

Azərbaycan prezidenti İlham Əliyev Gürcüstandakı soydaşlarımıza 8 traktor h ...

Gürcüstan, Borçalı
Rəy yazın: